Ağabala Ramazanov Premyer Liqada 40-cı qolunu vurub. “Səbail”in hücumçusunun yubiley qolu Azərbaycan Premyer Liqasının VI turuna təsadüf edib. O, “Zirə” ilə ev matçında (1:2) fərqlənib.
Hücumçu Azərbaycan çempionatları tarixində 40 və daha çox qol vuran 62-ci futbolçudur. O, bombardirlər cədvəlində Junivan Suares, Fernando Peres və Mehman Allahverdiyevə çatıb.
İlk qolunu 2012/2013-cü il mövsümündə “Xəzər-Lənkəran”ın heyətində vuran A.Ramazanov cənubluların heyətində 6, “Sumqayıt”da 5, “Şamaxı”da 4 dəfə fərqlənib.
Qeyd edək ki, futbolçu Premyer Liqa karyerasında 206-cı oyunda 40-cı dəfə rəqib qapısına yol tapıb.
|