Lənkəran Olimpiya İdman Kompleksində şəhid Emil Qurbanovun xatirəsinə həsr olunmuş güc idman növləri üzrə turnirdə didlift yarışlarına yekun vurulub.
Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Mirtahir Kərimli (70 kq), Sadiq Kamilov (80 kq), Kamran Lazımov (90 kq) və Zaur Əliyev (100 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Qeyd edək ki, şəhid E.Qurbanov Azərbaycan Stronqmen Federasiyasının (ASF) nümayəndəsi olub və güc idman növlərinin Cənub bölgəsində inkişaf etdirilməsi istiqamətində mühüm işlər görüb. Azərbaycanın ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-də başlamış Vətən müharibəsində taqım komandiri kimi Füzuli, Xocavənd və Qubadlı uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 29-da Qubadlının düşməndən azad olunması uğrunda döyüşdə şəhid olub. Ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalı və “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.
Yarış Gənclər və İdman Nazirliyinin dəstəyi və ASF-nin təşkilatçılığı ilə keçirilir.
|