|
|
Tatarıstan Prezidentinin Dünya Etnoidman Konfederasiyasının sədri ilə görüşündə Kazan marafonunun təşviqi məsələləri müzakirə olunacaq |
|
Tarix: 27.08.2022 | Saat: 14:21:00 | E-mail | Çapa göndər
|
|
Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğan Kazan Qlobal Gənclər Sammitinin qonağı olacaq. Onunla Kazan etnomarafonunun təşviqi məsələlərinin müzakirə olunacağı planlaşdırılır.
Bu barədə Tatarıstanın gənclər naziri Timur Süleymanov avqustun 27-də agentliyə bildirib.
T.Süleymanov deyib: “Biz mədəniyyətlərarası və millətlərarası əməkdaşlıq sahəsində layihələri müzakirə edəcəyik. İdmanla bağlı layihə var. Misal üçün, biz Kazanda keçirilən etnomarafonu təqdim etməyi planlaşdırırıq. Kazan marafonu daha çox tanınmağa başlayır. Ona görə biz tərəfdaşlarımızın marafonun ölkə xaricində inkişafı üçün onu dəstəkləmələrini istəyirik”.
T.Süleymanov vurğulayıb ki, idman istiqamətində də gələcəkdə əməkdaşlığın möhkəmləndirilməsi imkanı müzakirə ediləcək, xüsusilə də, müntəzəm olaraq keçirilən Dünya Köçəri Oyunları maraq doğurur.
Məlumatda qeyd edilir ki, Tatarıstan Prezidenti Rüstəm Minnixanovun Bilal Ərdoğanla görüşü avqustun 28-də keçiriləcək.
Avqustun 27-dən 30-dək Kazanda Qlobal Gənclər Sammiti keçirilir. Sammitdə İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələrinin gənclər və idman nazirləri, İƏT ölkələrinin səfirləri və baş konsulları, gənclər təşkilatlarının liderləri iştirak edirlər. Ümumilikdə sammitdə 69 ölkədən 300 nəfərin iştirak etməsi nəzərdə tutulub.
Kazan marafonu 2015-ci ildən başlayaraq hər il baş tutur. Yarışda 21,1 kilometr, 10 kilometr və 3 kilometr məsafələr üzrə yürüşlər təşkil olunur. Yarışın marşrutu Tatarıstan paytaxtının mərkəzi küçələrindən keçir. Marafonda peşəkar idmançılar və idman həvəskarları iştirak edirlər. Kazanda mayda keçirilən son marafon qaçışlarında Rusiyanın 81 regionundan 12 mindən çox insan iştirak edib.
|
|
|
|
Xəbər 309 dəfə oxundu
|
Bölməyə aid digər xəbərlər |
|
|
|
|
|