Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
19/04 | 10:32 Azərbaycan Premyer Liqasında tura Tovuzda start veriləcək
18/04 | 14:22 Azərbaycan şahmatçıları Avropa çempionatında iştirak edəcəklər
18/04 | 14:21 Azərbaycanlı hakim Paralimpiadanın cüdo yarışlarına dəvət alıb
18/04 | 11:39 Azərbaycan millisinin kapitanı Macarıstan çempionu olub
18/04 | 10:47 Azərbaycanın U-17 millisi İnkişaf turnirində iştirak edəcək
18/04 | 10:16 Azərbaycan cüdo millisinin Polşa toplanışı başa çatıb
18/04 | 09:17 Azərbaycan gimnastları Dünya Kubokunda finala yüksəliblər
17/04 | 20:34 Qadın voleybolçular arasında Azərbaycan çempionatında ilk finalçı bəlli olub
17/04 | 18:32 17 yaşadək güləşçilər arasında Azərbaycan çempionatı keçiriləcək
17/04 | 16:48 Azərbaycan voleybol çempionatında ilk finalçı müəyyənləşib
17/04 | 15:36 Azərbaycanın güləş yığmaları Avropa çempionatına hazırlaşır
17/04 | 12:40 İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçiriləcək
17/04 | 11:49 Azərbaycan bilyardçısı Avropa çempionu olub
17/04 | 11:18 Azərbaycanın gənc avarçəkənləri Türkiyədə turnirə qatılacaqlar
17/04 | 10:17 Azərbaycan stolüstü tennisçiləri “Türk Dövlətləri” beynəlxalq turnirində mükafat qazanıblar
17/04 | 09:44 Fərid Qayıbov ABŞ-də azərbaycanlı idmançılar və tələbələrlə görüşüb
16/04 | 18:05 AFFA-nın təşəbbüsü ilə UEFA proqramı çərçivəsində futzal turniri keçirilir
16/04 | 17:23 Azərbaycan voleybol çempionatı: yarımfinal mərhələsinin daha bir oyunu keçirilib
16/04 | 15:29 Azərbaycan Premyer Liqası: "Qarabağ” – “Neftçi” görüşünün başlama saatı bəlli olub
16/04 | 13:42 Paytaxtın abad məhəllələrində minifutbol yarışlarına start verilib
16/04 | 12:57 Azərbaycanın 5 gimnastı Çexiyada beynəlxalq turnirdə iştirak edəcək
16/04 | 11:25 Olimpiadaya lisenziya qazanan Azərbaycanın 3x3 basketbol millisi Vətənə dönüb
16/04 | 09:23 Azərbaycanın futzal millisi bu gün növbəti yoldaşlıq oyununu keçirəcək
15/04 | 19:25 Azərbaycanlı Mərakeşin ən yüksək zirvəsini fəth edib
15/04 | 15:50 “Sabah” ardıcıl iki oyunda "Qarabağ"a üç qol vurmaqla tarixə düşüb
15/04 | 15:08 Azərbaycanın altı idman gimnastı Dünya Kubokunda iştirak edəcək
15/04 | 12:53 Azərbaycan taekvondoçuları Serbiyada iki medal qazanıblar
15/04 | 12:01 Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində üçüncü turun oyunları keçirilib
15/04 | 11:49 Azərbaycan para-badmintonçuları İspaniyada beynəlxalq turnirdə iştirak edəcəklər
15/04 | 11:25 Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı keçiriləcək
15/04 | 10:37 Azərbaycan çempionatında 4-cü turun partiyaları keçirilib, vahid lider bəlli olub
15/04 | 09:49 Azərbaycan gimnastları beynəlxalq turnirdə 7 qızıl medal qazanıblar
14/04 | 22:10 Cüdo üzrə Bakı kəndləri birinciliyi keçirilib
14/04 | 21:32 Azərbaycan cüdoçuları Berlindəki Avropa Kubokunda birinci yeri tutub
14/04 | 20:14 Azərbaycan boksçuları Avropa çempionatını iki qızıl medalla başa vurub
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Çingiz Məmmədov: Əsas məqsəd ölkəmizi beynəlxalq arenada yüksək səviyyədə təmsil etməkdir
Tarix: 20.08.2022 | Saat: 06:14:00 | E-mail | Çapa göndər
Ölkəmizdə uşaq və gənclər aykidoya maraq göstərirlər və bu idman növü üzrə nailiyyətlər əldə etmək üçün səylə çalışırlar. Biz aykidonun ənənəvi növü ilə məşğul oluruq. Aykidonun bir neçə növü mövcuddur, lakin bizim məşğul olduğumuz və tədris etdiyimiz aykido bu döyüş sənətinin banisi olan Morihey Ueşiba tərəfindən yaradılmış aykidodur. O Sensey (dahi usta) tərəfindən yaradılmış ənənəvi aykido ilə məşğul olan federasiya, assosiasiya, ictimai birliklər və klublar Yaponiyada yerləşən Aykikay Fonduna tabedirlər. Aykikay Fondunun mənzil-qərargahı Yaponiyanın paytaxtı Tokio şəhərində yerləşir. Bizim təşkilat “Azərbaycan Aykikay Aykido Klubları” İctimai Birlik (AAAKİB) kimi fəaliyyət göstərir və Aykikay Fondunun, eləcə də Beynəlxalq Aykido Federasiyasının (BAF) Azərbaycan üzrə rəsmi nümayəndəsiyik.

Bu sözləri müsahibəsində Azərbaycan Aykikay Aykido Klubları İctimai Birliyinin ictimaiyyət və beynəlxalq əlaqələr departamentinin direktoru Çingiz Məmmədov deyib. O qeyd edib ki, ümumilikdə, aykidonun Azərbaycandakı inkişafını qənaətbəxş hesab etmək olar. Hər halda, ölkədəki bütün aykido təşkilatlarının bir federasiyanın çətiri altında toplanması daha məqsədəuyğun olardı və bu döyüş sənətinin inkişafına güclü təkan verərdi.

Ç.Məmmədov aykido üzrə beynəlxalq arenalarda keçirilən yarış və tədbirlərə Azərbaycan təmsilçiləri də qatıldıqlarını bildirib: “Ötən ay ABŞ-ın Alabama ştatının Birmingem şəhərində keçirilən mötəbər XI Dünya Oyunlarına aykido döyüş növü üzrə dəvət olunmuş 15 ölkədən biri də Azərbaycan idi və ölkəmizi Azərbaycan Aykikay Aykido Klubları İB təmsil edirdi. Belə ki, yarışda mənimlə yanaşı, həm də Fəxri Qafarlı iştirak edirdi. Hər ikimiz 3-cü dan qara kəmər sahibiyik. İştirakçılardan yüksək bilik səviyyəsi və peşəkarlıq tələb olunan yarışda 100-dən çox ölkənin idmançıları mübarizə aparırdılar. Dünya yığmasına seçilməyimiz isə Azərbaycan aykido məktəbinin yüksək tədris səviyyəsi və peşəkarlığından xəbər verir. Oyunlarda biz, həm ölkəmizi, həm də Azərbaycan aykido məktəbini dünya ictimaiyyətinə tanıtmış olduq. Qeyd edim ki, bu günə qədər Azərbaycan aykidoçuları belə bir mötəbər və genişmiqyaslı tədbirdə iştirak etməmişdilər. Doğrudur, Aykikay Fondu və Beynəlxalq Aykido Federasiyası bizi tanısa da, digər ölkələrin aykidoçularının Azərbaycan barədə məlumatı yox idi. Beləliklə, bu tədbirdə iştirak sayəsində həm də digər ölkələrin aykidoçuları ilə ünsiyyət quraraq, yeni dostlar qazandıq”.

Bilidirib ki, Azərbaycanda gələcəkdə bu növ üzrə yarışların təşkili planlaşdırılır ki, bununla bağlı BAF-ın rəhbərliyi ilə müzakirələr aparılıb. Yaxın gələcəkdə BAF-ın sədri Vilko Vriesmanın Bakıya səfəri planlaşdırılır. Bu səfər çərçivəsində onun rəsmi qurumlarla görüşləri nəzərdə tutulub. Bütün bunlar BAF-ın ölkəmizə, eləcə də təşkilatımızın fəaliyyətinə verdiyi yüksək qiymətdən xəbər verir.

Hazırda 2023-cü ildə Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyad şəhərində keçiriləcək “World Combat Games” tədbirində iştirak üçün hazırlıqlara başlamışıq. Əsas məqsəd Vətən müharibəsində böyük zəfər qazanmış ölkəmizi beynəlxalq arenada yüksək səviyyədə təmsil etməkdir.

Bu günə qədər aykidoya həsr olunmuş verilişlər hazırlanıb, KİV-lər (radio və televiziya) vasitəsi ilə bu döyüş sənətinin üstünlükləri və fəlsəfəsi barədə ölkə ictimaiyyətinə məlumat verilib. Məlum məsələdir ki, son zamanlarda təbliğat işində daha çox geniş oxucu və izləyici kütləsi olan sosial şəbəkələrdən istifadə edilir. İctimai birliyimizin Bakıda müxtəlif ünvanlarda yerləşən səkkiz idman zalında məşqlər keçirilir. Çalışırıq ki, bu döyüş sənətini ölkəmizdə daha populyar edək.

Çingiz Məmmədov bölgələrdə də aykidonu inkişaf etdirmək planlarının olduğunu deyib. Onun sözlərinə görə, hazırda araşdırmalar və təhlillər aparılır: “Əsas məqsəd və hədəf beynəlxalq tədbirlərdə ölkəmizi Azərbaycan Aykido Federasiyası statusunda təmsil etməkdir. Artıq tələb olunan sənədləri Gənclər və İdman nazirliyinə təqdim etmişik və cavab gözləyirik. Statusumuz təsdiqlənsə, təbii ki, bölgələrimizdə də zalların təşkili, filialların yaradıması işini sürətləndirəcəyik.
Xəbər 264 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
19.04.2024 Azərbaycan Premyer Liqasında tura Tovuzda start veriləcək
18.04.2024 Azərbaycan şahmatçıları Avropa çempionatında iştirak edəcəklər
18.04.2024 Azərbaycanlı hakim Paralimpiadanın cüdo yarışlarına dəvət alıb
18.04.2024 Azərbaycanın U-17 millisi İnkişaf turnirində iştirak edəcək
18.04.2024 Azərbaycan cüdo millisinin Polşa toplanışı başa çatıb
18.04.2024 Azərbaycan gimnastları Dünya Kubokunda finala yüksəliblər
17.04.2024 Qadın voleybolçular arasında Azərbaycan çempionatında ilk finalçı bəlli olub
17.04.2024 17 yaşadək güləşçilər arasında Azərbaycan çempionatı keçiriləcək
17.04.2024 Azərbaycan voleybol çempionatında ilk finalçı müəyyənləşib
17.04.2024 Azərbaycanın güləş yığmaları Avropa çempionatına hazırlaşır


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru