“Atom” Polşada keçirilən beynəlxalq turnirin qalibi olub. Çempionlar Liqasının qrup mərhələsində “Rabitə”nin rəqibi olan Sopot təmsilçisi yarışda keçirdiyi bütün oyunları qələbə ilə başa vurub.
Onlar “Vakıfbank”ı (Türkiyə) 3:2 (16:25, 25:21, 23:25, 25:22, 15:12), “Ştutqart”ı (Almaniya) 3:1 (24:26, 25:11, 25:21, 25:23) və “Çemik Police”ni (Polşa) 3:0 (25:16, 25:20, 25:14) hesabı ilə məğlub ediblər.
Qeyd edək ki, “Rabitə” noyabrın 13-də Çempionlar Liqasının III turunda “Atom”un qonağı olacaq.
|