Polşada keçirilən qadın voleybolçular arasında Aqata Mroz-Olşevskayanın xatirəsinə həsr olunan IV beynəlxalq turnirə yekun vurulub. Yarışda iştirak edən “Azərreyl” uğursuzluğa düçar olub.
Belə ki, ilk turda Moskva “Dinamo”suna 0:3 hesabı ilə uduzan “dəmiryolçular” ardından “Tauron” (Polşa) və “Srvena Zvezda”ya (Serbiya)da uduzublar. Bununla da Alessandro Çiappininin yetirmələri yeni mövsümdə qatıldıqları ilk turnirdə sonuncu yeri tutublar. Çempion adına isə Rusiya təmsilçisi layiq görülüb.
I tur
“Azərreyl” - “Dinamo” - 0:3 (21:25, 15:25, 18:25)
“Tauron” - “Srvena Zvezda” - 3:1 (23:25, 25:17, 25:12, 25:15)
II tur
“Srvena Zvezda” - “Azərreyl” - 3:2 (25:23, 20:25, 25:15, 16:25, 17:15)
“Tauron” - “Dinamo” - 0:3 (21:25, 23:25, 22:25)
III tur
“Tauron” - “Azərreyl” - 3:0 (25:20, 25:19, 25:16)
“Dinamo” - “Srvena Zvezda” - 3:1 (21:25, 25:13, 25:19, 25:17)
|