Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı
  Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
14/08 | 21:03 Qadın həndbolçulardan ibarət Azərbaycan millisi V İslam Həmrəyliyi Oyunlarını ikinci pillədə başa vurub
14/08 | 21:02 Bədii gimnastımız Zöhrə Ağamirova V İslamiadada qızıl dubla imza atıb
14/08 | 21:01 Azərbaycan kikboksinqçiləri V İslam Həmrəyliyi Oyunlarında iştirak etmək üçün Türkiyəyə yola düşüblər
14/08 | 20:26 Daha iki boksçumuz Avropa birinciliyinə qələbə ilə başlayıb
14/08 | 20:25 Qadın qılıncoynadanımız “Konya-2021”in finalına çıxıb
14/08 | 20:21 Bədii gimnastika üzrə qrup hərəkətləri komandamız V İslamiadada qızıl medal qazanıb
14/08 | 20:20 Azərbaycan qılıncoynadanları İslamiadada 3 medal qazanıblar
14/08 | 20:18 Qadınlardan ibarət 3x3 basketbol üzrə Azərbaycan millisi Konyada Türkiyə yığmasını məğlub edib
14/08 | 20:16 Azərbaycanın futbol millisi İslamiadada yarımfinalda məğlub olub
14/08 | 10:03 Bu gün Azərbaycan təmsilçiləri V İslam Həmrəyliyi Oyunlarında 11 idman növündə güclərini sınayacaqlar
14/08 | 08:46 V İslamiada: Azərbaycan medal sıralamasında yenidən dördüncü pilləyə yüksəlib
14/08 | 08:44 Elçin Əsədov V İslam Həmrəyliyi Oyunlarında 7-ci olub
14/08 | 08:43 Kişilərdən ibarət basketbol yığma komandamız İslam Həmrəyliyi Oyunlarında ikinci qələbəsini qazanıb
14/08 | 08:42 Azərbaycan Premyer Liqasının debütantı “Turan Tovuz” komandası çempionatda ilk qələbəsini qazanıb
14/08 | 08:41 Qurban Qurbanov: Bu gün “Sumqayıt”la matçda qələbəyə layiq idik və oyunda vacib üç xal qazandıq
13/08 | 18:57 “Konya-2021”: Bədii gimnastlarımız Zöhrə Ağamirova və İlona Zeynalovanın gürzlərlə çıxışları böyük maraqla qarşılanıb
13/08 | 18:56 Kişilərdən ibarət 3x3 basketbol üzrə Azərbaycan yığması V İslam Həmrəyliyi Oyunlarına qələbə ilə başlayıb
13/08 | 18:54 Azərbaycan idmançısı Ravin Alməmmədov Avropa rekordunu yeniləyib, qitə birinciliyinin qalibi olub
13/08 | 18:53 “Konya-2021”: Bədii gimnastlarımız Zöhrə Ağamirova və Alina Gözəlova topla proqramlarını uğur nümayiş etdiriblər
13/08 | 18:52 Bədii gimnastımız Zöhrə Ağamirova V İslamiadada fərdi yarışların ümumi sıralamasına liderlik edir
13/08 | 16:27 MOİK təmsilçiləri V İslam Həmrəyliyi Oyunlarında uğurla çıxış edirlər
13/08 | 16:26 İslamiada: Azərbaycanın qadın güləşçisi finalda mübarizə aparacaq
13/08 | 16:26 Qadın həndbolçulardan ibarət Azərbaycan millisi V İslam Həmrəyliyi Oyunlarının finalına vəsiqə qazanıb
13/08 | 16:24 Aerobika gimnastikası üzrə Azərbaycan millisinin üzvləri V İslamiadanın finalına yüksəliblər
13/08 | 16:18 Azərbaycanın beş boksçusu Millətlər kubokunun yarımfinalına vəsiqə qazanıb
13/08 | 16:16 “Konya-2021”: Azərbaycanın üç güləşçisi finala yüksəlib
13/08 | 16:10 Ağırlıqqaldıranımız Paşa İbrahimli V İslam Həmrəyliyi Oyunlarında dördüncü olub
13/08 | 13:07 Bu gün “Qarabağ” komandası “Sumqayıt”la qarşılaşacaq
13/08 | 10:22 “Konya-2021”: Bu gün Azərbaycan təmsilçiləri 10 idman növündə güclərini sınayacaqlar
13/08 | 09:35 Cüdoçumuz dünya çempionatının bürünc medalını qazanıb
13/08 | 09:33 Cüdoçularımız Qoridə təlim-məşq toplanışında iştirak edirlər
13/08 | 09:32 Qadın idman gimnastımız Avropa çempionatında uğurla çıxış edib
13/08 | 09:29 Misli Premyer Liqasında III turun oyun cədvəli məlum olub
13/08 | 09:27 İslamiada: 23 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi yarımfinalda Türkiyə yığması ilə qarşılaşacaq
13/08 | 09:24 Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin yarımfinalda rəqibi müəyyənləşib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Qazaxıstan 4 3 1 0 6-2 10
2 Slovakiya 4 2 0 2 3-3 6
3 Azərbaycan 4 1 1 2 2-3 4
4 Belarus 4 0 2 2 1-4 2
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 28 21 6 1 72-13 69
2 Neftçi 28 15 5 8 42-31 50
3 Zirə 28 13 8 7 33-27 47
4 Qəbələ 28 12 9 7 38-34 45
5 Sabah 28 12 5 11 41-33 41
6 Sumqayıt 28 5 7 16 42-34 22
7 Şamaxı 28 5 7 16 22-46 22
8 Səbail 28 4 3 21 17-57 15
Anar Allahverdiyev: Karateçilərimiz dünya çempionatında uğurla çıxış etmək əzmindədirlər
Tarix: 04.08.2022 | Saat: 10:02:00 | E-mail | Çapa göndər
Bu ilin mötəbər yarışlarından biri olan yeniyetmə və gənclər arasında dünya çempionatı Türkiyənin Konya şəhərində keçiriləcək. Karateçilərimiz dünya çempionatında uğurla çıxış etmək əzmindədirlər.

Bu fikirləri müsahibəsində yeniyetmə və gənclərdən ibarət yığma komandamızın baş məşqçisi Anar Allahverdiyev bildirib.

O qeyd edib ki, Azərbaycan Milli Karate Federasiyasının təlim-məşq bazasında 14-15 yaşlı yeniyetmələr və 16-17 yaşlı gənclər arasında yekun seçim mərhələsi keçirilib. Müxtəlif seçim formatlarından istifadə etməklə ayrı-ayrı yaş qrupları və çəki dərəcələri üzrə fərqlənən karateçilər milli komandanın əsas və əvəzedici heyətinə salınıblar. Bu ayın sonunda isə 18-21 yaşadək gənclər arasında da seçim mərhələnin təşkili nəzərdə tutulub.

Baş məşqçi cari ilin ötən ayları ərzində komandamızın beynəlxalq arenalarda təşkil edilən yarışlarda yüksək səviyyədə çıxış etdiklərini deyib: “Çexiyanın Praqa şəhərində keçirilən və mötəbər turnirlərdən biri olan Avropa çempionatında komandamız 3 qızıl, 2 bürünc medal qazanaraq 48 ölkə arasında 4-cü yeri tutdu. Bu nəticəni qənaətbəxş hesab etmək olar. Son illər Avropa çempionatlarında yeniliklər qeydə alınır. Belə ki, son qitə yarışında 5 medaldan 4-ü tam yeni idmançıların payına düşür. Bu, onu göstərir ki, yeni nəsil güclü potensiala malikdir. Bundan əvvəl də belə nəticələrimiz olurdu və artıq nailiyyətlər əldə edən karateçilərimiz böyüklərdə uğurlu çıxışlarını davam etdirirlər.

Qitə yarışında qızıl medala sahib olan Əzim Rahib, Vahid Həsənov, həmçinin bürünc medal əldə edən Fatimə Məmmədova və Aslan Dostuyev ilk dəfə belə böyük nailiyyət qazanıblar. Məsələn, 14-15 yaşlılar arasında favorit idmançı sayılan Əzim Rahib ilk dəfə Avropa çempionu adına layiq görülüb. O, 1 ildən sonra gənclərə keçməlidir. Amma hələ yeniyetmələr arasında dünya birinciliyində və Avropa çempionatında iştirak edəcək. Digər qızıl medalı isə təcrübəli karateçimiz, dünya birinciliyinin gümüş, Avropa çempionatının ikiqat bürünc mükafatçısı Hüseyn Məmmədli əldə edib. Yeniyetmə karateçilərdən Rəşid Süleymanov keçən il Avropa çempionu olub. O da gənclərdən ibarət komandaya keçir. İnanırıq ki, gənclərdə də nəticəsi yaxşı olacaq”.

Gənclərin komandasında perspektivli karateçilərin yer aldığını qeyd edən baş məşqçi onların bəzilərinin böyüklər arasında yarışlarda iştirak etdiklərini bildirib: “Gənclər arasında ikiqat Avropa çempionu Əminağa Quliyev hazırda böyüklərdə 60 kiloqram çəki dərəcəsində 1 nömrəli idmançı sayılır. Digər idmançımız - gənclər arasında Avropa çempionu Fərid Ağayevə də böyük ümidlər bəsləyirik. Fərid mötəbər turnirlərdən biri olan Premyer Liqada gümüş, Əminağa bürünc medal qazanıblar. Premyer Liqa yarışları dünya reytinqində “TOP-100”lüyə daxil idmançılar arasında keçirilir. Onlardan yarışa yalnız 32 idmançı buraxılır. Bu karateçilərin hər ikisi İslam Həmrəyliyi Oyunlarına hazırlaşırlar. Onlarla yanaşı, Ayla Rzazadə (61 kq) də İslamiadada iştirak edəcək. Ümumiyyətlə, yeniyetmələrdən gənclərə, eləcə də gənclərdən böyüklərdən ibarət komandaya keçəcək kifayət qədər ehtiyat qüvvə var. Bu il Türkiyənin Qazientep şəhərində keçirilən Avropa çempionatında gənclər arasında Avropa birinciliyinin gümüş və bürünc medalını qazanan Mədinə Sadıqova (55 kq) üçüncü yeri tutub. O, böyüklər arasında ilk dəfə idi ki, belə mötəbər yarışda iştirak edirdi”.

A.Allahverdiyev gənclərdən ibarət yığmamızın mütəmadi olaraq böyüklərdən ibarət komandada yoldaşlıq görüşləri keçirdiklərini və onlarla birgə məşqlərə qatıldıqlarını da bildirib. O qeyd edib ki, baş məşqçi Qurban Tağıyevin rəhbərliyi altında keçirilən məşqlərdə, eləcə də yoldaşlıq görüşlərində gənc karateçilərimiz də mütəmadi iştirak edərək hazırlıqlarını artırırlar.
Xəbər 46 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
09.08.2022 Bakıda mötəbər Karate 1 Premyer Liqa turnirinə hazırlıq davam edir
07.08.2022 Fudokan karate-do üzrə seminar keçirilib
04.08.2022 Azərbaycan karateçiləri V İslam Həmrəyliyi Oyunlarına son hazırlıqlarını keçirlər
03.08.2022 Yeniyetmə və gənc karateçilərimiz dünya çempionatına hazırlıqlarını davam etdirirlər
17.07.2022 Kyokuşinkaykan karate və ciyutaido üzrə dünya çempionatlarında uğurla çıxış edən Azərbaycan millisi Vətənə qayıdıb
05.07.2022 Azərbaycan karateçiləri Dünya Oyunlarında iştirak edəcəklər
27.06.2022 İdmançımız Ülvi Məmmədov Asiya çempionatında qüvvəsini sınayacaq
24.06.2022 Qocyu-ryu, okinava, karate-do və kabudo-kempo idman növləri üzrə açıq respublika turniri keçirilir
20.06.2022 FHN-in İdman-Sağlamlıq Klubunda yüksək nailiyyətlər qazanmış idmançılarla görüş keçirilib
19.06.2022 Karateçilərimiz Avropa çempionatının finalında mübarizə aparacaqlar


  Arxiv
Tarixləri seç: 
 dən 
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru