Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
28/03 | 11:06 Azərbaycanın daha 4 boksçusu Bakıdakı beynəlxalq turnirin finalına vəsiqə qazanıb
27/03 | 17:44 Azərbaycanın qadınlardan ibarət boks millisi Bakıdakı beynəlxalq turniri 9 medalla başa vurub
27/03 | 14:40 Azərbaycanın 5 ağırlıqqaldıranı Dünya Kubokunda çıxış edəcək
27/03 | 10:41 Minifutbol çempionatı: “Zirə” növbəti qələbəsini qazanıb
27/03 | 09:59 Azərbaycanın 2 boksçusu "Böyük İpək Yolu"nda bürünc medal qazanıb
26/03 | 22:36 Azərbaycan Kuboku: "Neftçi" qrup lideri kimi yarımfinala yüksəlib
26/03 | 16:40 Azərbaycanın iki qadın boksçusu Bakıdakı turnirdə finala vəsiqə qazanıb
26/03 | 15:39 Azərbaycan avarçəkəni İtaliyadakı turnirdə gümüş medal qazanıb
26/03 | 10:36 AVRO-2024-ə vəsiqə qazanacaq sonuncu komandalar müəyyənləşəcək
26/03 | 09:37 Azərbaycanın U-21 millisi bu gün Ukraynanı qəbul edəcək
25/03 | 22:00 Azərbaycan millisi Bolqarıstan yığması ilə heç-heçə edib
25/03 | 14:21 Azərbaycanın bədii gimnastı Qazaxıstanda bürünc medal qazanıb
25/03 | 13:32 Azərbaycanın daha bir gimnastı Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
25/03 | 11:43 Azərbaycan voleybol çempionatı: XVIII turun proqramı açıqlanıb
25/03 | 10:24 Azərbaycanın üç boksçusu Bakıdakı turnirə qələbə ilə başlayıb
24/03 | 20:25 Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"ni 4 medalla başa vurublar
24/03 | 17:26 Azərbaycan gimnastları Portuqaliyada gümüş medal qazanıblar
24/03 | 15:57 Bakıda "Böyük İpək Yolu" turnirinin açılış mərasimi keçirilib
24/03 | 13:19 Azərbaycanın basketbol millisi Gürcüstanda daha iki qələbə qazanıb
24/03 | 10:31 Azərbaycanın daha bir atıcısı Almaniyada beynəlxalq turnirdə qızıl medal qazanıb
23/03 | 20:42 Azərbaycan atıcısı Almaniyada beynəlxalq turnirdə qızıl medal qazanıb
23/03 | 16:34 Bakıda 11 ölkənin iştirakı ilə “Böyük İpək Yolu” turniri keçiriləcək
23/03 | 14:55 Azərbaycan gimnastları Qazaxıstanda keçirilən turnirdə 6 medal qazanıblar
22/03 | 19:37 “Böyük Dəbilqə”: Azərbaycan cüdoçuları ilk gündə 2 medal qazanıblar
22/03 | 11:27 Azərbaycan tamblinq millisi beynəlxalq turnirdə birinci yeri tutub
22/03 | 11:15 Göygöldə həndbol üzrə Azərbaycan birinciliyinin zona yarışlarına start verilib
22/03 | 10:59 Azərbaycan paraatletika millisi Qran-pridə çıxış edəcək
22/03 | 10:11 Azərbaycanın U-21 yığması bu gün İngiltərə ilə qarşılaşacaq
22/03 | 09:37 Azərbaycan futbol millisi bu gün Monqolustanla üz-üzə gələcək
21/03 | 21:34 "Qarabağ"ın U-14 komandası Minskdə keçirilən turnirdə çempion olub
21/03 | 18:38 Fərid Fərhadzadə Madriddə Dünya Triatlon İttifaqının rəsmiləri ilə görüşüb
21/03 | 17:29 Azərbaycan stolüstü tennisçiləri Ankarada beynəlxalq toplanışa qatılıblar
21/03 | 14:31 Azərbaycan Premyer Liqasında XXIX və XXX turun proqramı açıqlanıb
21/03 | 13:30 Bədii gimnastika üzrə 29-cu Azərbaycan çempionatının açılış mərasimi keçirilib
21/03 | 13:28 Azərbaycan gimnastları beynəlxalq turnirdə finala yüksəliblər
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Elnur Hidayətzadə: Avropa birinciliyində ölkəmizi layiqincə təmsil etmək üçün ciddi səy göstərəcəyik
Tarix: 26.06.2022 | Saat: 16:33:00 | E-mail | Çapa göndər
Stolüstü tennis üzrə komandamız iyulun 6-dan 15-dək Serbiyanın paytaxtı Belqradda keçiriləcək Avropa birinciliyinə hazırlığını davam etdirir. Azərbaycan Stolüstü Tennis Federasiyası il ərzində müxtəlif yaş qrupları üzrə seçmə komandaların təlim-məşq toplanışlarını təşkil edir ki, bu da, beynəlxalq yarışlara lazımi hazırlıq üçün olduqca əhəmiyyətlidir. İdmançılarımız pandemiyadan sonra ilk dəfədir ki, belə bir mötəbər yarışa qatılacaq. Seçmə komandanın heyəti 13-14 yaşlı Azərbaycan çempionlarından təşkil olunub. Avropa birinciliyində isə, əsasən 15 yaşlılar qüvvələrini sınayacaqlar. Bu baxımdan idmançılarımızın özlərindən yaşca böyük rəqiblərlə qarşılaşacağını söyləmək olar. Bu heyət yalnız gələn il öz yaş qrupunda mübarizə aparacaq.

Bu fikirləri stolüstü tennis üzrə seçmə komandanın məşqçisi Elnur Hidayətzadə komandamızın Avropa birinciliyinə hazırlığı ilə bağlı federasiyanın rəsmi saytına müsahibəsində bildirib. O, komandamızın təlim-məşq toplanışı, idmançıların hazırlıq səviyyəsi və qitə birinciliyindəki imkanları barədə də danışıb.

Məşqçi qeyd edib ki, yeniyetmə stolüstü tennisçilərimizin hazırlıq prosesinin növbəti mərhələsi bu gün Xaçmaz Olimpiya İdman Kompleksində yekunlaşıb: “10 gün Xaçmaz Olimpiya İdman Kompleksində təlim-məşq toplanışı keçirildi. Bu toplanışda idmançılarla əsasən texniki-taktiki hazırlıq üzərində iş apardıq. Nəticələrdən razıyam. Avropa birinciliyinə hazırlıqla bağlı son məşqlərimizi Bakida keçirəcəyik. Komandada əhval-ruhiyyə yüksək səviyyədədir. İdmançılarımız səbirsizliklə yarışa qatılacaqları günü gözləyirlər. Ümid edirəm ki, onlar etimadı layiqincə doğruldacaqlar”.

Elnur Hidayətzadə deyib ki, rəqibləri tanıyırlar. Oğlanların qrupunda ən güclü rəqiblərdən biri Avstriya komandasıdır. Bu komanda daim Avropa birinciliklərində yüksək nəticələr göstərib. Qizların yarışında isə İsveç komandasını xüsusi vurğulamaq olar. Bu kollektiv də müntəzəm olaraq mükafatçılar sırasında yer alıb. Məşqçi digər rəqiblərdən Sloveniya, Monteneqro və Yunanıstan seçmələrinin imkanlarını da qiymətləndirdiyini bildirib.

Məşqçi komandanın qitə birinciliyində şanslarından da danışıb: “Qitə birinciliyi həmişə çox gərgin mübarizə şəraitində keçir. Yəqin ki, bu dəfə də istisna olmayacaq. Belqrad sınaqları pandemiyadan sonra ilk böyük yarışlardan biridir və hər bir komanda bacarığını ortaya qoymağa çalışacaq. Biz də ölkəmizi layiqincə təmsil etmək üçün ciddi səy göstərəcəyik”.
Xəbər 381 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
18.03.2024 Azərbaycanın stolüstü tennisçiləri beynəlxalq yarışda 10 medal qazanıblar
25.12.2023 Stolüstü tennisçilərin ölkə turniri başa çatıb
09.12.2023 Stolüstü tennis üzrə Azərbaycan Kubokunun qalibləri müəyyənləşib
01.12.2023 Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə gümüş medal qazanıb
02.11.2023 Zəfər Gününə həsr olunan ölkə birinciliyi keçirilir
23.09.2023 Dünya seriyalı turnirdə uğurla çıxış edən stolüstü tennisçilərimiz Vətənə qayıdıb
21.09.2023 Azərbaycan Stolüstü tennisçiləri “WTT Youth Contender” turnirində daha 4 medal qazanıb
19.08.2023 Stolüstü tennisçilərimiz Rusiyada keçirilən beynəlxalq yarışda iştirak edəcəklər
17.08.2023 Stolüstü tennisçilərimiz Fransaya yollanıblar
03.08.2023 Stolüstü tennisçilərimiz Çinə yollanıblar


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru