Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı
  Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
08/06 | 19:40 Futzal üzrə Azərbaycan milli komandasının rəqibləri müəyyənləşib
08/06 | 17:53 Martin Papanov: Sarı köynəyi özümdə saxlaya bildiyim üçün sevincliyəm
08/06 | 17:50 İsveçrə Ədalət Komissiyası FIFA-nı yalan informasiya yaymaqda ittiham edib
08/06 | 17:48 “Neftçi”nin müdafiəçisi Gürcüstan milli komandasına dəvət olunub
08/06 | 17:47 Qılıncoynatma üzrə Azərbaycan millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb
08/06 | 17:45 “Səbail” klubu futbolçusu Nihad Qurbanlı ilə yollarını ayırıb
08/06 | 17:43 “Vest Hem” klubu tarixi nailiyyətə imza atıb
08/06 | 15:17 Niderlandlı Şurmans Luk "Əziz Şuşa” beynəlxalq velosiped yarışının ikinci mərhələsinin qalibi olub
08/06 | 15:15 Azərbaycan Premyer Liqasında 2023/2024-cü il mövsümünün start tarixi açıqlanıb
08/06 | 14:14 Üçüncü Avropa Oyunlarında iştirak edəcək qılıncoynadanlarımız müəyyənləşib
08/06 | 14:12 “Sumqayıt” üç legioneri ilə yollarını ayırıb
08/06 | 14:10 "Ludoqorets" klubu 12-ci dəfə Bolqarıstan çempionu olub
08/06 | 14:06 Şahin Bağırov: Voleybola marağı olanları müəyyənləşdirib idmanın bu növünə cəlb etmək niyyətindəyik
08/06 | 10:39 "Əziz Şuşa” beynəlxalq velosiped yarışının ikinci mərhələsi start götürüb
07/06 | 18:45 Azərbaycanlı məşqçi Macarıstanda beynəlxalq kursda iştirak edib
07/06 | 17:32 Çimərlik güləşi üzrə Azərbaycan millisinin dünya seriyası üçün heyəti açıqlanıb
07/06 | 16:53 “Sumqayıt” klubu Orxan Sadıqlını heyətinə cəlb edib
07/06 | 14:31 Bolqarıstanlı velosipedçi Martin Papanov "Əziz Şuşa” beynəlxalq yarışının birinci mərhələsinin qalibi olub
07/06 | 12:26 Bu gün UEFA Konfrans Liqasında 2022-2023-cü il mövsümünə yekun vurulacaq
07/06 | 11:58 Üçüncü Avropa Oyunları 50 ölkədə birbaşa yayımlanacaq
07/06 | 08:59 Qadınlardan ibarət Azərbaycan millisi iki yoldaşlıq oyunu keçirəcək
07/06 | 08:58 Braziliya milli futbol komandası irqçiliyə etiraz olaraq ilk dəfə qara geyimdə oynayacaq
07/06 | 08:57 Bu gün “Əziz Şuşa” beynəlxalq velosiped yarışına start veriləcək
07/06 | 08:53 FIFA referisi Əliyar Ağayev mükafatlandırılıb
07/06 | 08:15 Göygöl və Buxarestdə güləş üzrə təlim-məşq toplanışına start verilib
06/06 | 21:17 “Mançester Siti” dünyanın ən bahalı futbol brendidir
06/06 | 18:36 Azərbaycan məşqçiləri Beynəlxalq Cüdo Federasiyasının akademiyasında təhsillərini davam etdirirlər
06/06 | 18:15 Azərbaycan boksçuları üçüncü Avropa Oyunlarına hazırlığın son mərhələsinə start veriblər
06/06 | 16:40 Azərbaycanın U-19 millisinin Gürcüstan və Belarus ilə oyunlar üçün heyəti açıqlanıb
06/06 | 15:28 “Səbail” klubu Süleyman Əhmədovla müqavilə imzalayıb
06/06 | 14:20 “Səbail”in futbolçusu dörd oyunluq cəzalandırılıb
06/06 | 14:18 AFFA "Neftçi" klubunu cərimələyib
06/06 | 14:16 Azərbaycan qol güləşi üzrə Avropa çempionatında beş idmançı ilə təmsil olunacaq
06/06 | 14:15 Kapoeyra üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
06/06 | 12:36 “Əziz Şuşa” beynəlxalq velosiped yarışının marşrutunda dəyişiklik edilib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Qazaxıstan 6 4 1 1 8-6 13
2 Azərbaycan 6 3 1 2 7-4 10
3 Slovakiya 6 2 1 3 5-6 7
4 Belarus 6 0 3 3 3-7 3
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 36 28 6 2 91-25 90
2 Sabah 36 25 6 5 75-24 81
3 Neftçi 36 20 8 8 63-38 68
4 Qəbələ 36 13 11 12 47-47 50
5 Zirə 36 13 11 12 45-46 50
6 Turan-Tovuz 36 10 9 17 36-49 39
7 Sumqayit 36 8 7 21 26-70 31
8 Kəpəz 36 6 13 17 34-62 31
9 Şamaxı 36 4 13 19 26-52 25
10 Səbail 36 7 8 21 32-62 29
Nazirin Nöqteyi-Nəzəri
Tarix: 09.05.2022 | Saat: 16:24:00 | E-mail | Çapa göndər
Ötən ay yüksək nəticələr, kütləvilik, sistemli yaradıcılıq və fəallaşma dövrü oldu. İdmançılarımızın növbəti beynəlxalq uğurlarına şahid olduq. Komandalarımızın medal qazanmaları bizi bir daha qürurlandırdı.

İdmana dövlət qayğısı: Aprelin 8-də Azərbaycan Prezidenti İlham Əliyev Avropa çempionatından qalib qayıtmış güləşçilərimizi qəbul etdi. Güləş komandalarımızın Avropa birincisi olmasını yüksək qiymətləndirən cənab prezident xüsusi olaraq qeyd etdi ki, həm gənclər, həm böyüklər arasında Avropada birinci yeri tutmaq, böyük nailiyyətimizdir və onu göstərir ki, güləşdəki ənənələrimiz yaşayır, güclü gənc nəsil yetişir. Böyüklər arasında biz öz gücümüzü hər dəfə təsdiqləyirik, ölkəmizin idman şöhrəti və bütövlükdə ölkəmizin nüfuzu artır.

Görüşdən sonra Azərbaycan Prezidentinin Güləş Federasiyasına maliyyə ayrılması haqqında sərəncamı dövlətin idmana qayğısının növbəti nümunəsi oldu.

Beynəlxalq uğurlar: İdmanımızın beynəlxalq uğurları baxımından da ötən ay yaddaqalan oldu. Cüdoçularımızın Bolqarıstanda qitə çempionatını bir qızıl, iki bürünc medalla başa vurması idmançılarımızın qitə uğurlarının davamlı olmasına zəmin yaratdı. Bədii gimnastika üzrə FİG dünya kubokunun ölkəmizdə təşkili və gimnastlarımızın uğurlu çıxış edərək qızıl medal qazanmaları ötən ayın uğurları siyahısına yazıldı. Çexiyanın Ostrava şəhərində üzgüçülərimizin 5 medal qazanması, bu idman növündə mövcud şəraitdən səmərəli istifadəyə rəvac verməsinə inam yaradır.

Beynəlxalq əməkdaşlıq: Ötən ay İsrail Dövlətinin turizm naziri Yoel Razvazovla danışıqlar aparılıb, iki ölkə arasında idman sahəsində əməkdaşlıq haqqında “Birgə Bəyannamə” imzalanıb. Əlcəzairin və Qətərin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfirləri, Gürcüstan Basketbol Federasiyasının rəhbərliyi, Malayziya Olimpiya Şurasının baş katibi, Gimnastika Federasiyasının prezidenti və Malayziyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri ilə görüşlər keçirilib.

Qalib idmançılarla görüşlər: Nazirlikdə də bir sıra idmançılarla görüşüb, növbəti qələbələri münasibətilə təbrik etdik. Avropa çempionatında uğurla çıxış etmiş gənc boksçularımız, “Isuzu Ironman” turnirində uğurla çıxış edərək, Azərbaycanın ilk “dəmir qadını” adını qazanmış Rəbiyyə Orucova, Azərbaycan triatlonçusu Rostislav Pevtsov, qitələrarası boccia çempionatında 2 qızıl və 1 bürünc medal qazanmış paralimpiyaçılarımız, eləcə də, Azərbaycan əsilli UFC döyüşçüsü Rafael Fizievlə görüşlərdə Azərbaycan idmanının bu günü və sabahı mövzusunda müzakirələr aparılıb.

Gənclərlə görüşlər: Aprelin 9-da Saatlı, Sabirabad, Tərtər, Bərdə, Yevlax, İmişli rayonları, Naftalan və Şirvan şəhərlərinin fəal gəncləri ilə görüş keçirilib. Toplantıda qeyd edilən rayonların gənclər və idman idarələrinin, müxtəlif gənclər təşkilatlarının rəhbərləri və nümayəndələri iştirak ediblər. Regionda yaşayan gənclərin ictimai fəallığının daha da artırılması, yeni ideyaların həyata keçirilməsi və digər məsələlər barədə müzakirələr aparılıb.

Aprelin 18-də isə, fəaliyyəti sosial məsələləri əhatə edən gənclər təşkilatlarının nümayəndələri ilə Xırdalan şəhərində görüş olub. Narkomaniyaya qarşı birgə mübarizə, erkən nikah, gənclərin məşğulluğu, regionlarda yaşayan gənclərin qarşılaşdıqları problemlər, gənc ailələrə dəstək, internat məzunları ilə iş, əlil gənclərin idmana cəlb edilməsi və s. istiqamətlər üzrə birgə layihələrin icrası ilə bağlı müzakirələr aparılıb.

Daha bir görüş isə, aprelin 29-da, əsas fəaliyyəti iqtisadi biliklər və hüquqi maarifləndirmə olan gənclər təşkilatları ilə keçirilib. Gənclərin ictimai fəallığının daha da artırılması, yeni ideyaların həyata keçirilməsi və digər mühüm məsələlər barədə müzakirələr aparılıb.

Bölgələrə səfərlər: Yevlax, Bərdə, Tərtər, Naftalan, İmişli, Saatlı, Sabirabad və Şirvandakı Olimpiya İdman Kompleksləri, stadion, UGİM və digər idman infrastrukturuna baxış keçirilib. Qurğuların səmərəli fəaliyyəti və əhali üçün əlçatanlığı yerli mütəxəssislərlə müzakirə edilib. Həmçinin Xırdalan şəhərində şahmat məktəbinin fəaliyyəti və Abşeron Olimpiya İdman Kompleksinin şəraiti ilə tanış olub, buradakı məşq zallarına, stadiona və mehmanxanaya baxış keçirilib.

Qəbullar: Aprelin 8-də Naftalan şəhərində Naftalan, Xocalı və Goranboy sakinləri, eləcə də hər həftə nazirlikdə Bakı və yaxın rayonlardan vətəndaşları qəbul etmişik. Bu, əhalini qayğılandıran əsas məsələləri görmək, onlara dəstək göstərməklə yanaşı, ölkənin bəzi sosial sahələrdə apardığı siyasəti izah etmək imkanını verir.

Ölkədaxili yarışlar: Kişi voleybolçular arasında keçirilən “Zəfər kuboku”nun final matçında, ağırlıqqaldırma, həndbol, bodibildinq, şaquli qaçış və digər idman növləri üzrə Azərbaycan çempionatlarında iştirak etdik, bir sıra dəyişikliklərin, yeniliklərin şahidi olduq. II Azərbaycan Autizm Festivalında, xüsusi diqqətə ehtiyacı olan uşaqlar üçün stolüstü tennis yarışlarında, Pirallahı qəsəbəsində “Ironwind duatlon” turnirində də iştirak etdik. Daxili yarışların səviyyəsinin yüksəlməsi və rəqabətin artması fonunda beynəlxalq uğurlara nikbin baxmaq olar.

Federasiyaların akkreditasiyası və hesabat-seçkiləri: Aprel ayında 3 federasiyanın akkreditasiyası təsdiqlənib, 3 federasiyanın isə statusu dayandırılıb. İnanırıq ki, bu fəaliyyət yekunda daha optimal idman sisteminin qurulmasına və milli komandaları formalaşdıran federasiyaların güclənməsinə kömək edəcək.
Bu ay Kamandan Oxatma Federasiyasının və Azərbaycan Yelkənli İdman Federasiyasının ümumi yığıncaqları keçirilib, qurumların rəhbərlikləri seçilib.

Kütləvilik: Yeniyetmə və gəncləri, bütövlükdə əhalini bədən tərbiyəsi tədbirlərinə cəlb etməklə sağlamlığını qorumaq olar. Aprelin 6-dan 10-dək Dənizkanarı Bulvarda “Sağlam həyat” günləri keçirildi. Beynəlxalq idman günü çərçivəsində təşkil edilən tədbir 4000-dək iştirakçı və geniş tamaşaçı kütləsini yığdı, topladığımız məlumatlar isə əhalinin ümumi fiziki hazırlığı haqqında ilkin nəticələri əldə etmək imkanı verdi. Biz ardıcıllıqla bu tədbirlərin sayını, kütləviliyini artıracaq, fiziki aktivliyə, sağlam həyat tərzinə marağı gücləndirəcəyik.

Yeni layihələrimiz: “Məşqçilərimizi tanıyaq” layihəsi çərçivəsində ilk tədbir - Azərbaycan Voleybol Federasiyasının 1-ci vitse-prezidenti, voleybol üzrə qadınlardan ibarət milli komandamızın baş məşqçisi Faiq Qarayevlə görüş idman ictimaiyyətinin marağı ilə qarşılandı. İctimaiyyət nümayəndələri ilə birgə, yunan-Roma güləşçimiz Rafiq Hüseynova həsr olunan "26 il arzuladıqlarımı 6 aya həyata keçirdim" adlı verilişin təqdimat mərasimində iştirak edik. Bu cür verilişlər və sənədli filmlər gənc idmançıların motivasiyası üçün çox vacibdir.

İstər gənclər siyasətində, istərsə də, idmanın inkişaf etdirilməsində qarşıda bizi məsuliyyətli və ciddi sınaqlar gözləyir. Məqsədimiz vətənpərvər, müasir düşüncəyə malik olan və sağlam cəmiyyət üçün ən yaxşı xüsusiyyətləri özündə cəmləşdirən gəncliyin formalaşmasını təmin etməkdir. Bu yolda tərəqqiyə nail olmaq üçün strategiyanın düzgün qurulması vacib şərtdir.

Fərid Qayıbov,
Gənclər və idman naziri



Xəbər 806 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
30.04.2023 Fərid Qayıbov Azərbaycan Qran-Prisini izləyən şəhid ailələrinin üzvləri və qazilərlə görüşüb
28.10.2022 Azərbaycan Hökuməti ilə UNESCO arasında müqavilə imzalanıb
27.10.2022 Parisdə nazir Fərid Qayıbovun sədrliyi ilə CIGEPS-in növbəti iclası işə başlayıb
28.09.2022 Anım Günü ilə əlaqədar Gənclər və İdman Nazirliyinin rəhbərliyi və kollektivi II Fəxri Xiyabanı ziyarət edib
26.09.2022 Gənclər və idman naziri nüfuzlu yarışlarda uğur qazanmış idmançılarla görüşüb
28.08.2022 Fərid Qayıbov Azərbaycan İdman Jurnalistləri İctimai Birliyinin İdarə Heyətinin üzvləri ilə görüşüb
27.07.2022 Beşinci İslam Həmrəyliyi Oyunlarına hazırlıqla bağlı Gənclər və İdman Nazirliyində iclas keçirilib
30.06.2022 Gənclər və İdman Nazirliyinin Kollegiya iclası keçirilib
24.06.2022 Gənclər və idman naziri İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun prezidenti ilə görüşüb
20.05.2022 Fərid Qayıbov gənclər və idman idarələrinin rəisləri ilə görüşüb


  Arxiv
Tarixləri seç: 
 dən 
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru