Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı
  Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
29/11 | 17:40 Noyabrın 30-da kişi idman gimnastikası üzrə 28-ci Azərbaycan çempionatı və açıq Bakı birinciliyi, qadın idman gimnastikası üzrə 7-ci ölkə çempionatı və Bakı birinciliyi start götürəcək. "Report"un məlumatına görə, iki gün davam edəcək yarışlar Milli Gimnastika Arenasının köməkçi zalında təşkil olunacaq. Turnirdə “Ocaq Sport Klubu”, Bakı Gimnastika Məktəbi, Sumqayıt Olimpiya İdman Kompleksi, Zirə Mədəniyyət Mərkəzi və Balakəni təmsil edən 60 idmançı qüvvəsini sınayacaq. Kişi gimnastlar kiçiklər (2016-cı il təvəllüdlü), balacalar (2014-2015-ci il təvəllüdlü), uşaqlar (2012-2013-cü il təvəllüdlü), yeniyetmələr (2010-2011- ci il təvəllüdlü), gənclər (2008-2009-cu il təvəllüdlü, B kateqoriyası; 2006-2007-ci il təvəllüdlü, A kateqoriyası), böyüklər (2005-ci il təvəllüdlü və daha böyük) yaş kateqoriyaları üzrə ustalıqlarını nümayiş etdirəcəklər. Qadın gimnastlar isə uşaqlar (2012-2013-cü il təvəllüdlü), yeniyetmələr (2011-2012-ci il təvəllüdlü), gənclər (2008-2010-cu il təvəllüdlü), böyüklər (2007-ci il təvəllüdlü və daha böyük) yaş kateqoriyaları üzrə çıxış edəcəklər. Qaliblər yaş qruplarına müvafiq olaraq fərdi çoxnövçülük proqramında, eləcə də kişilər və qadınlar arasında ayrı-ayrı alətlər (kişilər - sərbəst hərəkətlər, dəstəli at, halqalar, dayaqlı tullanma, parallel qollar, turnik; qadınlar - dayaqlı tullanma, müxtəlif hündürlüklü qollar, gimnastika tiri, sərbəst hərəkətlər) üzrə müəyyənləşəcəklər.
29/11 | 16:17 Kişi və qadın idman gimnastikası üzrə Azərbaycan çempionatları keçiriləcək
29/11 | 13:57 Ulu Öndərin 100 illiyinə həsr olunan güc idman növləri üzrə turnir keçirilib
29/11 | 13:19 Çağırış Kuboku: “Xarı Bülbül Şuşa” cavab oyununa çıxacaq
29/11 | 12:36 Azərbaycan hakimləri Avropa Voleybol Konfederasiyasından təyinat alıblar
29/11 | 11:42 Azərbaycan parataekvondoçuları İngiltərəyə yollanıblar
29/11 | 11:03 Azərbaycan Kuboku: "Kəpəz", "Araz-Naxçıvan" və "Sumqayıt" mübarizəyə start verəcək
28/11 | 19:14 Futbol üzrə U-17 dünya çempionatında finalçılar bəlli olub
28/11 | 19:05 Azərbaycan Kubokunda 1/8 finalın növbəti iştirakçısı müəyyənləşib
28/11 | 18:19 Fudokançılar Azərbaycan çempionatında güclərini sınayacaqlar
28/11 | 14:19 Türkiyənin məşhur futbol klubu dağılır
28/11 | 14:17 “Qarabağ” - “Hekken” oyununun biletləri satışa çıxarılıb
28/11 | 12:09 Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 2 qızıl medal qazanıblar
28/11 | 10:36 Qurban Qurbanova həsr olunmuş filmin premyerasında mütəxəssis göz yaşlarını saxlaya bilməyib
27/11 | 20:20 “Heydər Əliyev İli”nə həsr olunan cüdo yarışı keçirilib
27/11 | 18:02 Azərbaycan Kuboku: İkinci təsnifat mərhələsinin hakimləri açıqlanıb
27/11 | 14:39 Prezident İlham Əliyev cüdo üzrə milli komandalar üçün Təlim-Məşq Mərkəzində yaradılan şəraitlə tanış olub
27/11 | 14:17 “Sabah”ın futbolçusu Azərbaycan çempionatlarında yubiley oyununu keçirib
27/11 | 12:25 Azərbaycan karateçisi dünya çempionatında tarixi uğura imza atıb
27/11 | 11:58 Şahmat üzrə Azərbaycan çempionatının qalibi müəyyənləşib
27/11 | 11:35 Azərbaycanlı qardaş hakimlər Avropa Liqasının oyununu idarə edəcəklər
27/11 | 10:37 Premyer Liqada son 5 mövsümün rekordu qeydə alınıb
27/11 | 10:23 AFFA Hakimlər Komitəsinin sədri avrokubok oyununa təyinat alıb
27/11 | 09:45 Dünya Alpaqut Federasiyası Beynəlxalq İdman Şəbəkəsi Təşkilatının üzvlüyünə qəbul edilib
27/11 | 09:06 “Sumqayıt” – “Zirə” oyununda qapılara top vurulmayıb
26/11 | 18:15 Azərbaycan Premyer Liqası: “Neftçi” – “Araz-Naxçıvan” görüşü heç-heçə başa çatıb - 1:1
26/11 | 17:28 EEVZA: Azərbaycan millisi son görüşündə də uduzub
26/11 | 16:01 Azərbaycanlı karateçi Almatıda dünya çempionu olub
26/11 | 11:58 Azərbaycan kikboksçuları dünya çempionatında rekorda imza atıblar
26/11 | 11:03 Azərbaycan boksçuları beynəlxalq turnirdə 4 medal qazanıblar
26/11 | 09:59 Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunan minifutbol turnirinin açılış mərasimi olub
26/11 | 09:32 Dünya çempionu olmuş Azərbaycan şahmatçısı Vətənə qayıdıb
26/11 | 09:11 Bakıda atletikanın atma növləri üzrə məşq bazası açılıb
25/11 | 17:07 Premyer Liqa: “Səbail” – “Kəpəz” oyununda qalib müəyyənləşməyib
25/11 | 16:35 "Heydər Əliyev İli"nə həsr olunmuş boks birinciliyinin qalibləri müəyyənləşib
Digər xəbərlər 
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Zirə 11 6 3 2 11-7 21
2 Qarabağ 11 6 2 3 21-10 20
3 Səbail 11 6 2 3 15-11 20
4 Araz-Naxçıvan 11 5 3 3 19-17 18
5 Neftçi 11 4 3 4 11-10 15
6 Turan-Tovuz 11 4 3 4 18-13 15
7 Sumqayıt 11 4 3 4 10-13 15
8 Sabah 11 3 4 4 15-14 13
9 Qəbələ 11 2 2 7 7-20 8
10 Kəpəz 11 1 3 7 5-17 6
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
Bakıda bədii gimnastika üzrə dünya kuboku yarışlarının açılış mərasimi keçirilib
Tarix: 22.04.2022 | Saat: 13:38:00 | E-mail | Çapa göndər
Aprelin 22-də Bakıda bədii gimnastika üzrə dünya kuboku yarışlarının açılış mərasimi keçirilib.

Əvvəlcə komandaların paradı olub.

Mərasimdə çıxış edən gənclər və idman nazirinin müavini Mariana Vasileva Bakının daha bir nüfuzlu yarışa ev sahibliyi etməsinin əhəmiyyətini vurğulayaraq deyib: “Ölkəmizdə idmana dövlət tərəfindən yüksək diqqət və qayğı göstərilir. Buna görə də idman sahəsində uğurlarımız artır. Azərbaycanda gimnastika da ildən-ilə daha da inkişaf edir”.

Nazir müavini qeyd edib ki, ölkəmizdə yaradılan şərait həm idmançıların hazırlığı, həm də beynəlxalq yarışları yüksək səviyyədə təşkil etməyə imkan verir. Milli Gimnastika Arenası təkcə Azərbaycanın deyil, əcnəbi gimnastların da sevimli mərkəzlərindən birinə çevrilib. Bütün qitələrdən gimnastlar böyük həvəslə buraya təlim-məşqlərə və yarışlara gəlirlər. Bu gün Bakı dünya gimnastikasının əsas mərkəzlərindən biridir.

“Bütün bunlar Azərbaycan dövlətinin idmana qayğısı sayəsində mümkün olub. Bu qayğıya, yaradılan yüksək şəraitə görə Azərbaycan Prezidenti İlham Əliyevə və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarıq”, - deyə M.Vasileva əlavə edib.

Tamaşaçıların qarşıdakı günlərdə gimnastların maraqlı və rəngarəng çıxışlarını izləyəcəklərini diqqətə çatdıran nazir müavini idmançılara uğurlar arzulayıb və dünya kuboku yarışlarını açıq elan edib.

Qeyd edək ki, bu, Azərbaycanın gimnastika növləri üzrə bu il ev sahibliyi etdiyi beşinci beynəlxalq yarışdır. Yarışda qeydiyyat siyahısına əsasən, 31 ölkədən 42-si fərdi və 84-ü qrup komandasının (14 qrup) üzvü olmaqla 126 gimnast iştirak edir. Üç gün davam edəcək yarışda gimnastlar ayrı-ayrı alətlər və çoxnövçülük üzrə mübarizə aparırlar.

Yarışda ölkəmizi fərdi növdə Arzu Cəlilova və Zöhrə Ağamirova, eləcə də Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokinadan ibarət qrup hərəkətləri üzrə komanda təmsil edir.

Ənənəyə uyğun olaraq, turnirdə ən çox icra xalını yığan gimnast və qrup komandasına ənənəvi “AGF Trophy” kuboku da təqdim olunacaq.

Bu, ölkəmizdə bədii gimnastika üzrə təşkil olunan doqquzuncu dünya kuboku yarışıdır. Paytaxtımız 2005-ci və 2019-cu illərdə bu növ üzrə dünya çempionatına ev sahibliyi edib.

Qeyd edək ki, ikiillik fasilədən sonra xüsusi karantin rejimi çərçivəsində yumşalma tədbirləri ilə əlaqədar olaraq tamaşaçılar Milli Gimnastika Arenasında bu növ üzrə də yarışları izləmək imkanı əldə edəcəklər. Yarışlarda tamaşaçı qismində iştirak etmək istəyənlər etibarlı olan COVID-19-a qarşı peyvənd sertifikatına və ya COVID-19-dan sağalaraq immunitetə malik olmanı təsdiqləyən sənədə, COVID-19-a qarşı peyvənd əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatına (yaşı 18-dən aşağı olan şəxslər istisna olmaqla) malik olmalıdırlar.

Mövzuya aid fotolar:
Slayd Əvvəlki Sonrakı Son
Xəbər 1031 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
21.11.2023 Dünya çempionatında uğur qazanmış Azərbaycan gimnastları Vətənə qayıdıb
18.11.2023 Azərbaycan gimnastları dünya yaş qrupları yarışında gümüş medal qazanıblar
18.11.2023 Azərbaycan gimnastları beynəlxalq yarışlarda finala və yarımfinala yüksəliblər
11.11.2023 Azərbaycan gimnastı dünya çempionatında qızıl medal qazanıb
11.11.2023 Azərbaycan gimnastları ilk dəfə tamblinq üzrə komanda hesabında dünya çempionu olublar
10.11.2023 Bədii gimnastika üzrə ikinci beynəlxalq “Ocaq kuboku” yarışının açılış mərasimi keçirilib
06.11.2023 Azərbaycanın 5 gimnastı dünya çempionatında iştirak edəcək
01.11.2023 Aerobika gimnastikası üzrə Azərbaycan çempionatı və açıq Bakı birinciliyinə start verilib
19.10.2023 Azərbaycan akrobatları Avropa çempionatında iki qızıl medal qazanıblar
13.10.2023 Azərbaycan gimnastları beynəlxalq turnirə yollanıblar


  Arxiv
Tarixləri seç: 
 dən 
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru