Bakıda keçirilən akrobatika gimnastikası üzrə 12-ci dünya yaş qrupları yarışlarında Rusiya ilk qızıl medalını qazanıb.
12-18 yaş kateqoriyasında mübarizə aparan qadın qrupların final yarışında rusiyalı gimnastların çıxışı 28,050 xalla qiymətləndirilib.
ABŞ qrupu 27,800 xalla turniri ikinci, Portuqaliya komandası isə 27,320 xalla üçüncü pillədə başa vurublar.
Martın 6-dək davam edəcək yarışda idmançılar 12-18 və 13-19 yaş qrupları üzrə kişi cütlükləri, qadın cütlükləri, qarışıq cütlüklər, kişi qrupları, qadın qrupları proqramında qüvvələrini sınayırlar.
Ölkəmizdə ilk dəfə təşkil olunan yarışda 24 ölkədən 438 idmançı iştirak edir.
|