Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
19/04 | 10:32 Azərbaycan Premyer Liqasında tura Tovuzda start veriləcək
18/04 | 14:22 Azərbaycan şahmatçıları Avropa çempionatında iştirak edəcəklər
18/04 | 14:21 Azərbaycanlı hakim Paralimpiadanın cüdo yarışlarına dəvət alıb
18/04 | 11:39 Azərbaycan millisinin kapitanı Macarıstan çempionu olub
18/04 | 10:47 Azərbaycanın U-17 millisi İnkişaf turnirində iştirak edəcək
18/04 | 10:16 Azərbaycan cüdo millisinin Polşa toplanışı başa çatıb
18/04 | 09:17 Azərbaycan gimnastları Dünya Kubokunda finala yüksəliblər
17/04 | 20:34 Qadın voleybolçular arasında Azərbaycan çempionatında ilk finalçı bəlli olub
17/04 | 18:32 17 yaşadək güləşçilər arasında Azərbaycan çempionatı keçiriləcək
17/04 | 16:48 Azərbaycan voleybol çempionatında ilk finalçı müəyyənləşib
17/04 | 15:36 Azərbaycanın güləş yığmaları Avropa çempionatına hazırlaşır
17/04 | 12:40 İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçiriləcək
17/04 | 11:49 Azərbaycan bilyardçısı Avropa çempionu olub
17/04 | 11:18 Azərbaycanın gənc avarçəkənləri Türkiyədə turnirə qatılacaqlar
17/04 | 10:17 Azərbaycan stolüstü tennisçiləri “Türk Dövlətləri” beynəlxalq turnirində mükafat qazanıblar
17/04 | 09:44 Fərid Qayıbov ABŞ-də azərbaycanlı idmançılar və tələbələrlə görüşüb
16/04 | 18:05 AFFA-nın təşəbbüsü ilə UEFA proqramı çərçivəsində futzal turniri keçirilir
16/04 | 17:23 Azərbaycan voleybol çempionatı: yarımfinal mərhələsinin daha bir oyunu keçirilib
16/04 | 15:29 Azərbaycan Premyer Liqası: "Qarabağ” – “Neftçi” görüşünün başlama saatı bəlli olub
16/04 | 13:42 Paytaxtın abad məhəllələrində minifutbol yarışlarına start verilib
16/04 | 12:57 Azərbaycanın 5 gimnastı Çexiyada beynəlxalq turnirdə iştirak edəcək
16/04 | 11:25 Olimpiadaya lisenziya qazanan Azərbaycanın 3x3 basketbol millisi Vətənə dönüb
16/04 | 09:23 Azərbaycanın futzal millisi bu gün növbəti yoldaşlıq oyununu keçirəcək
15/04 | 19:25 Azərbaycanlı Mərakeşin ən yüksək zirvəsini fəth edib
15/04 | 15:50 “Sabah” ardıcıl iki oyunda "Qarabağ"a üç qol vurmaqla tarixə düşüb
15/04 | 15:08 Azərbaycanın altı idman gimnastı Dünya Kubokunda iştirak edəcək
15/04 | 12:53 Azərbaycan taekvondoçuları Serbiyada iki medal qazanıblar
15/04 | 12:01 Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində üçüncü turun oyunları keçirilib
15/04 | 11:49 Azərbaycan para-badmintonçuları İspaniyada beynəlxalq turnirdə iştirak edəcəklər
15/04 | 11:25 Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı keçiriləcək
15/04 | 10:37 Azərbaycan çempionatında 4-cü turun partiyaları keçirilib, vahid lider bəlli olub
15/04 | 09:49 Azərbaycan gimnastları beynəlxalq turnirdə 7 qızıl medal qazanıblar
14/04 | 22:10 Cüdo üzrə Bakı kəndləri birinciliyi keçirilib
14/04 | 21:32 Azərbaycan cüdoçuları Berlindəki Avropa Kubokunda birinci yeri tutub
14/04 | 20:14 Azərbaycan boksçuları Avropa çempionatını iki qızıl medalla başa vurub
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Prezident İlham Əliyev Sinqapurda keçirilən yeniyetmələrin I Yay Olimpiya Oyunlarında iştirak etmiş idmançıları və mütəxəssisləri qəbul edib
Tarix: 30.08.2010 | Saat: 09:36:00 | E-mail | Çapa göndər
Avqustun 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sinqapurda keçirilən Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında iştirak etmiş idmançıları və mütəxəssisləri qəbul etmişdir.
Dövlətimizin başçısı İlham ƏLİYEV Sinqapurda qazanılmış böyük və inamlı qələbə münasibətilə idmançıları, məşqçiləri və mütəxəssisləri təbrik edərək dedi:
- Əziz dostlar, mən sizi ürəkdən salamlayıram. Sinqapurda keçirilmiş yeniyetmələrin birinci Olimpiya Oyunlarında qazanılmış böyük və inamlı qələbə münasibətilə sizi ürəkdən təbrik edirəm. Bu, həqiqətən böyük qələbədir, Azərbaycan idmanının təntənəsidir. Bildiyiniz kimi, bu oyunlarda 204 ölkə öz idmançıları ilə təmsil olunmuşdur və Azərbaycan idmançıları bu gərgin yarışda komanda hesabında 11-ci yeri tuta bilmişlər. Bu, həqiqətən böyük və tarixi nailiyyətdir. Azərbaycan artıq dünyanın aparıcı idman ölkələrinin sırasındadır. Bu qələbə onu göstərir ki, Azərbaycanda idmanın inkişafı üçün çox böyük işlər görülmüşdür. İdman hərtərəfli inkişaf edir. Həm kütləvilik artır, həm də idmanla məşğul olmaq üçün bütün imkanlar yaradılmışdır. Gənclərimiz, yeniyetmələrimiz idmana böyük həvəslə yanaşırlar. İdman bölmələrinə axın çox güclüdür. Bu, Azərbaycanda idman sahəsində aparılmış köklü islahatların nəticəsidir. Mən çox şadam və çox sevinirəm ki, idmançılarımız bu böyük qələbəni qazandılar.
Bu oyunlar tarixdə qalacaqdır. Hər bir Olimpiya oyunları idman sahəsində tarixi bir mərhələdir. Bu oyunlar isə yeniyetmələrin birinci oyunlarıdır. Siz artıq öz adlarınızı bu şanlı tarixə yazdırmısınız. Siz birinci oyunlarda qələbələr qazanmısınız. Komandamız oyunlarda cəmi 12 idmançı ilə iştirak edirdi. On iki idmançıdan səkkizi medal qazanmışdır. Beş qızıl, üç gümüş medal böyük və tarixi qələbədir. Mən sizi bu böyük nailiyyət münasibətilə ürəkdən təbrik edirəm. Əminəm ki, siz gələcəkdə də, artıq böyüklər arasında keçiriləcək Olimpiya oyunlarında ölkəmizi ləyaqətlə təmsil edəcəksiniz.
Azərbaycanın dövlət himni Sinqapurda beş dəfə səslənmişdir, səkkiz dəfə bayrağımız orada ucalmışdır. Bu, böyük iftixar hissi oyadan bir hadisədir. Azərbaycan sürətlə, çox dinamik inkişaf edən ölkədir. Azərbaycanda bütün sahələrdə quruculuq işləri aparılır, islahatlar keçirilir, ölkəmiz dünyadakı mövqelərini möhkəmləndirir, dünyada böyük və müsbət imicə malikdir. İdman elə bir sahədir ki, ölkələri dünya miqyasında təqdim edir. İndi o yekun nəticələr dərc olunandan sonra hər kəs görəcək ki, aparıcı ölkələrin sırasına öz gəncləri, öz idmançıları ilə Azərbaycan da daxildir.
Azərbaycanın çox şanlı və gözəl idman tarixi vardır. İdmançılarımız Olimpiya oyunlarında böyük qələbələr qazanmışlar. Hər dəfə medalların sayı artır. Birinci dəfə biz Atlanta Olimpiya Oyunlarında müstəqil ölkə kimi iştirak etmişdik. Orada bir medal qazanıldı. Ondan sonra Sidneydə 3, Afinada 5, Pekində 7 medal qazanıldı. Əminəm ki, iki ildən sonra keçiriləcək London Olimpiya Oyunlarında da idmançılarımız Vətənimizi ləyaqətlə təmsil edəcəklər.
Sizin qələbəniz onu göstərir ki, Azərbaycanda idmanın inkişafı çox düşünülmüş və məqsədyönlü şəkildə təmin edilir. Çünki gənc nəslin yetişməsi idman qələbələrinin əsas şərtidir. Əgər gənc nəsil idmançılar yetişmirsə, onda gələcək idman uğurlarından söhbət aparıla bilməz. Siz idmanımızın ümidlərisiniz. Bir daha demək istəyirəm ki, siz artıq adlarınızı idman tarixinə yazdırmısınız. Ancaq bununla bərabər, sizin böyük gələcəyiniz vardır və elə etməlisiniz ki, bu qələbələr sizin üçün bir mərhələ olsun. Sizin üçün elə bir stimul olsun ki, əldə edilmiş bu gözəl nailiyyətlə kifayətlənməyəsiniz. Yəni bu, sizi arxayın etməməlidir. Siz daim peşəkarlığınızı artırmalısınız, daim məşq etməlisiniz, nizam-intizama tabe olmalısınız, məşqçilərin sözlərinə qulaq asmalısınız ki, gələcəkdə, bundan sonra uzun illər Azərbaycanı ləyaqətlə təmsil edəsiniz.
Mən, eyni zamanda, bu qələbənin əldə olunmasında iştirak etmiş bütün insanları da - idmançıların məşqçilərini, idman mütəxəssislərini təbrik etmək, onlara minnətdarlığımı bildirmək istəyirəm. Azərbaycanda idmanla məşğul olan bütün qurumlar vahid mexanizm, vahid komanda kimi fəaliyyət göstərir. Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, federasiyalar, idman cəmiyyətləri, klublar – idmana cavabdehlik daşıyan bütün bu qurumlar məqsədyönlü və əlaqəli şəkildə təşkil olunmuş fəaliyyətlə
uğurlarımızı təmin edirlər. Azərbaycan nadir ölkələrdəndir ki, burada bütün idman qurumları bir-biri ilə sıx əlaqədədir. Heç bir qarşıdurma, heç bir qısqanclıq yoxdur, ola da bilməz. Çünki hamımız bir məqsədə qulluq edirik ki, o da Azərbaycanın idman şöhrətini ucaltmaq və daim beynəlxalq yarışlarda qələbə qazanmaqdır.
Sizin fəaliyyətiniz Azərbaycan dövləti tərəfindən yüksək qiymətləndirilir və bu qələbə layiqincə qiymətləndiriləcəkdir. Bu gün bu qələbənin təşkilində və əldə olunmasında iştirak etmiş bütün insanlar – həm idmançılar, həm onların məşqçiləri mükafatlandırılacaqlar. Bu da Azərbaycan dövlətinin sizə olan münasibətidir. Əlbəttə bu münasibət ancaq mükafatlarla, maddi amillərlə ölçülmür. Baxmayaraq ki, bu da çox vacibdir. Bilməlisiniz ki, Azərbaycan dövləti sizi daim dəstəkləyəcəkdir. Azərbaycan dövləti ölkədə idmanın inkişafı üçün bütün lazımi tədbirləri görür və gələcəkdə də görəcəkdir.
Bir daha sizi ürəkdən təbrik edirəm. Sizə yeni-yeni qələbələr və uğurlar arzulayıram.
Yeniyetmələrin I Yay Olimpiya Oyunlarının ağırlıqqaldırma üzrə qızıl mükafatçısı Nicat RƏHİMOV göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına idmançıların minnətdarlığını çatdıraraq dedi:
- Möhtərəm cənab Prezident!
Bu gün biz çox əlamətdar və tarixi anlar yaşayırıq. Sizinlə görüş biz idmançılar üçün əsl bayrama çevrilir. Sizin qarşınızda çıxış etdiyimə görə böyük qürur hissi keçirirəm. Bizimlə görüşünüz idmançılara Sizin ən dəyərli hədiyyənizdir.
Ölkəmizdə idmanın inkişafı, idmanda qazandığımız nailiyyətlər ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Məhz ulu öndərimizin əvəzsiz qayğıkeş münasibəti sayəsində Azərbaycanda idmanın bütün sahələrində güclü inkişaf başlamışdır. Həmin inkişaf Sizin diqqətiniz və qayğınız sayəsində bu gün davam etməkdədir.
Hörmətli cənab Prezident! Olimpiya idman komplekslərinin, stadion və məşq zallarının qısa bir müddət ərzində tikilib istifadəyə verilməsi biz idmançılara Sizin tərəfinizdən ən böyük hədiyyədir. Bunların nəticəsidir ki, biz idmançılar Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında yüksək nailiyyətlər qazanaraq, Vətənimizi beynəlxalq arenada idman ölkəsi kimi bir daha tanıtdıq. Bu yarışda çox böyük dövlətləri geridə qoyaraq, 5 qızıl və 3 gümüş medal qazandıq. Bu yarışda yüksək çıxışlarımız Azərbaycanda idmanın çox böyük sürətlə inkişaf etdiyini bir daha sübut etdi.
Hörmətli cənab Prezident! Bu gün qazandığımız uğurlara görə Sizə minnətdarlığımızı bildiririk. Mən bir daha hər birimiz adından Sizə böyük təşəkkürümü bildirirəm və Azərbaycan idmanının adını ucaltmaq üçün əlimdən gələni edəcəyimə söz verirəm.
Diqqətinizə görə sağ olun.
Sinqapurda qazanılan böyük qələbə ilə bağlı sevincini bölüşən yunan-Roma güləşi üzrə məşqçi İlqar ABDULOV dedi:
- Möhtərəm cənab Prezident!
Bu gün bu görüşdə iştirak etdiyim üçün qürur hissi keçirirəm. İdmançılarımız Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında uğurla çıxış etmiş, Azərbaycan bayrağını yüksəklərə qaldırmış, Vətənə qələbə ilə qayıtmışlar.
Sizi əmin edirəm ki, yetişdirdiyim idmançıların zəfər soraqları dünyanın bütün ölkələrindən gələcəkdir. Bu gün Azərbaycanda digər sahələrdə olduğu kimi, gənclərin möhkəm və sağlam inkişafı Sizin bizə göstərdiyiniz qayğı və diqqət sayəsində mümkün olmuşdur. Bu gün Azərbaycan gənclərinin, gələcəyin Olimpiya çempionlarının yetişdirilməsi üçün bütün lazımi şərait yaradılmışdır. Beynəlxalq tələblərə cavab verən olimpiya idman komplekslərinin, stadion və idman zallarının sayı artmaqdadır. Bunun üçün hər birimiz - bütün gənclər, bütün idmançılar Sizə dərin minnətdarlığımızı, səmimi təşəkkürümüzü çatdırırıq.
Cənab Prezident, bizi qarşıda daha böyük sınaq – Londonda keçiriləcək XXX Olimpiya Oyunları gözləyir. Biz idmançılar və məşqçilər adından Sizi əmin etmək istəyirik ki, inşallah, idmançılarımız bu yarışdan da həmişə olduğu kimi, Vətənə üzüağ dönəcəklər.
Diqqətinizə görə çox sağ olun.
İdmançılara yeni qələbələr arzulayan Prezident İlham ƏLİYEV görüş iştirakçılarını bir daha təbrik etdi və tövsiyələrini verərək dedi:
- Sağ olun. Doğrudan da Azərbaycanda son illər tikilmiş, istifadəyə verilmiş olimpiya kompleksləri həm idmanın inkişafı, həm də kütləviliyin artırılması üçün böyük rol oynamışdır. Artıq bütün bölgələrdə gözəl, müasir olimpiya kompleksləri tikilibdir, bəzi rayonlarda tikinti davam etdirilir, bəzi rayonlarda isə növbəti illərdə olimpiya kompleksləri tikiləcəkdir. Çünki Azərbaycanın bölgələrində çox böyük idman istedadları vardır. Sadəcə olaraq onları idman bölmələrinə cəlb etmək və yaxşı şərait yaratmaq lazımdır.
Bildiyimə görə, qaliblərin sırasında bölgələrdən olan idmançılar da vardır. Bu da çox gözəl göstəricidir və onu göstərir ki, təkcə paytaxtda deyil, bölgələrdə də artıq gözəl idmançılar, gənc idmançılar yetişir. Əminəm ki, gələcəkdə bu meyillər daha da güclənəcəkdir.
İdman komplekslərinin tikintisi Azərbaycanda 2000-ci ildən başlanmışdır. On il ərzində artıq 30-a yaxın olimpiya kompleksi vardır və 10 kompleks tikilir. Şübhəsiz ki, bu təşəbbüs artıq öz gözəl nəticələrini göstərmişdir.
Bir məsələni də vurğulamaq istəyirəm. Sevindirici haldır ki, idmançılarımız bu medalları müxtəlif idman növlərində qazanmışlar. Bu medallar həm sərbəst güləş, yunan-Roma güləşi, həm də ağırlıqqaldırma və boks üzrə yarışlarda qazanıldı. Yəni bu da gözəl göstəricidir. Onu göstərir ki, Azərbaycanda bütün idman növləri inkişafdadır. Bizim üçün ənənəvi olan güləş idman növü ilə bərabər, digər idman növləri də inkişafdadır. Bunu həm yeniyetmələrin bu Olimpiya Oyunları göstərmişdir, eyni zamanda son illər ərzində müxtəlif beynəlxalq yarışlarda, dünya və Avropa çempionatlarında Azərbaycan idmançılarının uğurlu çıxışları da təsdiq edir. Bu, onu bir daha göstərir ki, Azərbaycanda hər bir sahədə olduğu kimi, idman sahəsində də inkişaf çoxşaxəlidir. Həm bölgələrdə inkişaf görünür, eyni zamanda, müxtəlif olimpiya və qeyri-olimpiya növlərində gözəl idmançılar yetişir.
Mən sizi bir daha ürəkdən təbrik edirəm. Bu qələbəni Azərbaycan xalqına bəxş etdiyinizə görə sizə minnətdarlığımı bildirmək istəyirəm. Bir daha demək istəyirəm ki, biz sizdən yeni qələbələr gözləyirik. Sizin adlarınız artıq tarixdədir. Azərbaycan xalqı da artıq sizi yaxşı tanıyır. Siz elə etməlisiniz ki, daim ölkəmizi bütün yarışlarda ləyaqətlə təmsil edəsiniz. Bir daha sizi təbrik edirəm.
Görüşdən sonra xatirə şəkli çəkdirilmişdir.

AzərTAc
30.08.2010
Xəbər 2059 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
11.10.2023 Qadın həndbolçularımız Avropa çempionatının seçmə mərhələsində mübarizəyə başlayırlar
23.11.2022 Prezident İlham Əliyev Formula 1 Qrupunun İdarə Heyətinin sədrini və qrupun məsləhətçisini qəbul edib
10.11.2022 Prezident İlham Əliyev Avropa Olimpiya Komitələrinin prezidentini qəbul edib
22.08.2022 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva V İslam Həmrəyliyi Oyunlarında nəticə əldə etmiş idmançılarla görüşüblər
19.07.2022 İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
14.06.2022 Prezident İlham Əliyev minifutbol üzrə Avropa çempionatının qalibi olan milli komandamızın üzvlərini qəbul edib
25.12.2019 Azərbaycan Prezidenti İlham Əliyev 2019-cu ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib
25.12.2019 Prezident İlham Əliyev Dünya Etnoidman Konfederasiyasının sədrini qəbul edib
20.07.2019 Prezident İlham Əliyev Avropa Olimpiya Komitələrinin prezidentini qəbul edib
29.05.2019 Prezident İlham Əliyev UEFA-nın prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru