Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında altıncı turun oyunları keçirilib.
“Murov” voleybol klubunun təlim-məşq bazasında keçirilən ilk qarşılaşmada MOİK “Sərhədçi”ni 3:0 (25:18, 25:17, 26:24) hesabı ilə üstələyib.
Günün ikinci görüşündə “Murov” komandası “Ekspress”i eyni hesabla məğlub edib - 3:0 (25:15, 25:10, 25:17).
Qeyd edək ki, hazırda “Murov”, “Neftçi” və MOİK-in hesabında 9, “Ekspress”də isə 3 xal var. “Sərhədçi”nin isə xalı yoxdur.
|