Futzal üzrə “Badamlı Azərbaycan kuboku” yarışının ilkin mərhələsinə yekun vurulub.
Azsport.az Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, artıq səkkizdəbir final mərhələsinin iştirakçıları müəyyənləşib.
Yarışın səkkizdəbir final mərhələsində “Araz-Naxçıvan”, EKOL, “Baku Fire”, “Neftçi”, “Alyans”, “Xilə”, “Record club.az”, U-19, “Forza Neftçi”, “Advokat”, “Atletiko Baku”, “Alyans Qrup”, “Bibi-Heybət”, İSMA, “STAR kargo-2” və “Baker Tilly” komandaları iştirak edəcəklər.
|