Bakının “Neftçi” klubu növbəti transferini həyata keçirib.
Xorvatiyalı qapıçı İvan Brkiç ilə 1,5 illik müqavilə bağlanıb.
İyirmi altı yaşlı futbolçu Bakı klubunun heyətində 1 nömrəli formanı geyinəcək. Son klubu Latviya “Riqa”sı olan qolkiper Xorvatiyanın “İstra”, “Lokomotiva”, “İmotski”, “Çibalia”, Bosniya və Herseqovinanın “Zrinski” komandalarında çıxış edib, Xorvatiyanın U-19 və U-21 millilərinin üzvü olub.
Qeyd edək ki, “Neftçi” bundan əvvəl müdafiəçi Azər Salahlı, yarımmüdafiəçilər Eddi İsrafilov və Gilyerme Patonu transfer etmişdi.
|