Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı
  Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
29/01 | 13:03 Batut gimnastikası üzrə 6-cı, tamblinq üzrə 18-ci Azərbaycan birinciliyi və Bakı çempionatı start götürüb
29/01 | 11:05 “Land of Fire-Azerbaijan” komandası qarüstü polo üzrə dünya kuboku turnirinin yarımfinalına vəsiqə qazanıb
29/01 | 10:01 Almaniyada medal qazanan Azərbaycan atleti qələbəsini şəhidlərə həsr edib
28/01 | 22:44 Gənc cüdoçular arasında Bakı birinciliyinin ilk gününün qalibləri müəyyənləşib
28/01 | 22:20 Azərbaycan cüdoçusu Portuqaliyada gümüş medal qazanıb
28/01 | 21:39 Çin “Pekin-2022” Qış Olimpiya Oyunlarında ən böyük heyətlə iştirak edəcək
28/01 | 20:32 Gənclər və idman naziri Azərbaycan Kamandan Oxatma Federasiyasının fəaliyyəti ilə tanış olub
28/01 | 20:22 “Tata Steel Masters”: Şəhriyar Məmmədyarov Sergey Karyakin ilə heç-heçə edib
28/01 | 20:14 Azərbaycan Kiberidman Federasiyasının fəaliyyətinin genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb
28/01 | 18:40 “Australian Open” turnirinin finalında Daniil Medvedev və Rafael Nadal qarşılaşacaqlar
28/01 | 18:14 Azərbaycan komandası qarüstü polo üzrə dünya kuboku turnirinə qələbə ilə başlayıb
28/01 | 18:00 Futzal üzrə Azərbaycan millisinin dörd üzvü karantinə alınıb
28/01 | 17:59 Azərbaycanın qadın güləşçisi Rusiyada qızıl medal qazanıb
28/01 | 17:45 Cüdoçumuz Qran-Pri turnirinin yarımfinalına vəsiqə qazanıb
28/01 | 16:57 Binəqədi rayonunda Azərbaycan Gəncləri Günü münasibətilə şahmat turniri keçirilib
28/01 | 16:40 Azərbaycan şahmatçısı Fərid Orucov Serbiyada keçirilən beynəlxalq turnirdə liderliyini möhkəmləndirib
28/01 | 16:04 Rafael Ağayevin "Karate Combat"da rəqibi açıqlanıb
28/01 | 15:44 “Pekin-2022” Qış Olimpiya Oyunlarının açılış mərasimində Azərbaycanı Baş nazirin müavini Əli Əhmədov təmsil edəcək
28/01 | 14:50 "Qarabağ" legionerini icarəyə verir
28/01 | 13:41 Azərbaycan millisinin iki futzalçısı sıraya dönüb
28/01 | 13:24 Bakıda keçiriləcək dünya kuboku yarışlarında titullu batutçular iştirak edəcəklər
28/01 | 12:41 “Sabah” baxışda olan rusiyalı futbolçu məşqçilərin rəğbətini qazana bilməyib
28/01 | 12:08 Gənclər arasında cüdo üzrə Bakı birinciliyinə start verilib
28/01 | 11:42 “Tata Steel Masters”: Şəhriyar Məmmədyarov növbəti turda Sergey Karyakin ilə qarşılaşacaq
28/01 | 11:10 Bu gün Portuqaliya Qran-Prisində iki cüdoçumuz mübarizəyə başlayacaq
28/01 | 10:51 Batut gimnastikası üzrə 6-cı, tamblinq üzrə 18-ci Azərbaycan birinciliyi və Bakı çempionatında 60-dək idmançı mübarizə aparacaq
28/01 | 10:33 “Zirə” klubu Haiti millisinin yarımmüdafiəçisi ilə müqavilə imzalayıb
28/01 | 09:47 “Neftçi” növbəti transferini reallaşdırıb
27/01 | 23:11 "Keşlə" baxışda olan əcnəbi futbolçular barədə qərar verib
27/01 | 22:17 Azərbaycan kikboksinqçiləri V İslam Həmrəyliyi Oyunlarında iştirak edəcəklər
27/01 | 20:09 Portuqaliya Qran-Prisində 5 cüdoçumuz iştirak edəcək
27/01 | 19:18 Azərbaycanın və Çilinin şahmat ictimaiyyəti arasında əməkdaşlığın yaradılması məsələləri müzakirə olunub
27/01 | 18:40 AMADA dopinq vasitələrinin qanunsuz dövriyyəsinə qarşı mübarizəni gücləndirəcək
27/01 | 17:44 Cüdo üzrə Azərbaycan millisində koronavirusa kütləvi yoluxma halı aşkarlanıb
27/01 | 16:54 “Pekin-2022” Qış Olimpiya Oyunlarının “Olimpiya kəndi” istifadəyə verilib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Slovakiya 0 0 0 0 0-0 0
2 Belarus 0 0 0 0 0-0 0
3 Azərbaycan 0 0 0 0 0-0 0
4 Qazaxıstan Moldova 0 0 0 0 0-0 0
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 14 10 3 1 30-8 33
2 Qəbələ 14 7 5 2 23-14 26
3 Neftçi 14 6 4 4 21-19 22
4 Zirə 14 6 4 4 22-16 22
5 Sabah 14 5 2 7 20-23 17
6 Keşlə 14 4 2 8 17-24 14
7 Sumqayıt 14 3 3 8 9-20 12
8 Səbail 14 3 1 10 11-29 10
Nazirin Nöqteyi-Nəzəri
Tarix: 06.01.2022 | Saat: 11:00:00 | E-mail | Çapa göndər
Əziz gənclər və idmançılar!

Nazir kimi fəaliyyətimin dördüncü ayı ötən ilin sonuna təsadüf etdi. Hesabat ayında ölkənin Şimal-Qərb və Dağlıq Şirvan bölgəsinə səfər çərçivəsində Qəbələ, Oğuz, Qax, Zaqatala, Balakən, Şəki, İsmayıllı, Şamaxı, Qobustan Olimpiya kompleksləri və digər idman qurğularının fəaliyyətləri ilə tanış olduq. Müxtəlif idman növləri üzrə bölmələrin məşq proseslərini izlədik, idmançılarla görüşdük, məşqçi-müəllimlərlə fikir mübadiləsi aparıb, onların problemləri ilə maraqlandıq. Bu idman qurğularının potensialından, xüsusən də üzgüçülük hovuzlarından səmərəli istifadə imkanlarını müzakirə etdik.

Güləş, Badminton, Basketbol, Atıcılıq, Triatlon, Avarçəkmə, Stolüstü Tennis və Taekvondo federasiyalarının hesabat-seçki yığıncaqları keçirildi. Federasiyaların işi təhlil edildi, nöqsan və problemlər səsləndirildi, növbəti dövr üçün məqsəd və vəzifələr müəyyən olundu. Yeni rəhbərlik və seçilmiş idarə heyətləri ilə birgə regionlarda işin genişləndirilməsi, kütləviliyin artırılması, nəticələrə əsaslanan fəaliyyətin təşkili barədə müzakirələr aparıldı.

Stolüstü tennis və Atçılıq federasiyalarında vəziyyətlə tanış olduq, Pauerliftinq Federasiyası milli yığma komandasının təlim-məşq bazasının açılışında iştirak etdik.

Uğur qazanmış idmançılar da diqqət mərkəzindədir – onlar Azərbaycanı layiqincə təmsil edir, arxasınca onlarla gənci idmanla məşğul olmağa səsləyirlər. Ötən ay həmçinin şahmat, reqbi, MMA və digər növlər üzrə idmançı və mütəxəssislərlə görüşlərdə idman potensialımızın imkanlarını müzakirə etdik.

Gənclər siyasətini yerlərdə həyata keçirən qurumların fəaliyyəti, orada çalışan insanlar, onların bilik və bacarıqları, koordinasiyalı işi xüsusi əhəmiyyət kəsb edir. Balakən, Qobustan, Suraxanı və Xəzər Gənclər Evlərinin fəaliyyəti, oradakı klub və dərnəklərin işi, xidmətlərin keyfiyyəti ilə də əyani tanış olduq. Mərdəkan qəsəbəsində yerləşən Respublika Uşaq İstirahət və Sağlamlıq Mərkəzində yaradılmış şəraitlə də maraqlandıq. Əlbəttə ki, bu müəssisələrdə gənclərin maraqlarına cavab verən, daha peşəkar və zəruri xidmətlər təşkil edilməli, mövcud imkanlar daha səmərəli istifadə edilməlidir.

Regionda yaşayan gənclərin inkişaf imkanlarının, cəmiyyətin işində iştirakçılığının və onları düşündürən məsələlərin müzakirəsi bu dəfə İsmayıllıda keçirilən zona görüşündə aparıldı. İsmayıllı, Şəki, Zaqatala, Qax, Balakən, Qəbələ, Şamaxı, Oğuz, Qobustan və Ağsu rayonlarının gənclər və idman idarələrinin, Gənclərin İnkişaf və Karyera Mərkəzlərinin, müxtəlif gənclər təşkilatlarının rəhbərləri ilə 4 saatdan artıq davam edən açıq və səmimi müzakirə keçirildi. İsmayıllı səfəri çərçivəsində “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə Regional Kubokunun açılışında iştirak etdik, şəhid ailələri və Vətən müharibəsi qaziləri ilə görüşdük.

Konfederativ və iri gənclər təşkilatlarının rəhbərləri ilə təkrar görüşdə gənclər evlərinin fəaliyyətinin təkmilləşdirilməsi, gənclər təşkilatlarının fəaliyyətinə dair qanunvericilik, regionlarda gənclərin rəqəmsal bacarıqlarının inkişaf etdirilməsi, özəl sektorun gənclərin fəaliyyətini dəstəkləməsi, gənclərin könüllülük fəaliyyəti və s. istiqamətlər üzrə gənclər təşkilatlarının təqdimatlarını müzakirə etdik. Gənclər təşkilatlarının qərarların verilməsi prosesində iştirakı üçün yeni imkanlar yaradacağıq.

Milli-mənəvi dəyərlərin təbliği və vətənpərvərliyin tərbiyəsi istiqamətində fəaliyyət göstərən gənclər təşkilatlarının rəhbərləri ilə də görüşüb müzakirələr apardıq. Yeni çağırışlar mərhələsində gənclərin məşğulluğunu Gənc Sahibkarların II Forumunda müzakirə etdik. Keçirilməsinə 2022-ci ildə başlayacağımız sosioloji tədqiqat və “Yerli” gənclərin bacarıqlarının artırılması layihələri əməli nəticələr verəcək.

Dekabrın son həftəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə idmançıların, yaradıcı gənclərin və könüllülərin iştirakı ilə Xocasən gölünün ətrafında ağacəkmə tədbiri keçirdik. Bütövlükdə gənclərin sosial, ölkə üçün əhəmiyyətli layihələrə böyük maraq və fəallığını əməli işlərə çevirmək zamanıdır.

Beynəlxalq əməkdaşlıq sahəsində də bir sıra görüşlərimiz oldu. Malayziya, Kubanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfirləri ilə görüşlər keçirdik, ölkəmizdə səfərdə olan Beynəlxalq Boks Assosiasiyasının və Avropa Şahmat İttifaqının prezidentlərini, Dünya Etnosport Konfederasiyası və Beynəlxalq Abilimpiya Federasiyasının nümayəndələrini qəbul etdik.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti seçilməyim ictimai fəaliyyətimdə daha bir pəncərənin açılması ilə yanaşı, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Olimpiya Hərəkatına töhfə vermək baxımından da qarşımıza yeni məqsədlər qoyur.

İnanıram ki, inamla, diqqətlə və ümidlə görülən işlər təmsil etdiyimiz hər iki sahənin inkişafında faydalı olacaq. Yeni ildə gənclərimizə və idmançılarımıza möhkəm can sağlığı, əzmkarlıq, inam və yeni nailiyyətlər arzulayıram!

Fərid Qayıbov,
Gənclər və idman naziri

Xəbər 95 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
28.01.2022 Gənclər və idman naziri Azərbaycan Kamandan Oxatma Federasiyasının fəaliyyəti ilə tanış olub
28.01.2022 Azərbaycan Kiberidman Federasiyasının fəaliyyətinin genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb
26.01.2022 Fərid Qayıbov Azərbaycan Yelkənli İdman Federasiyasının fəaliyyəti ilə tanış olub
24.01.2022 Gənclər və idman nazirinin müavini Azərbaycan Üzgüçülük Federasiyasının rəhbərliyi və milli komandaların baş məşqçiləri ilə görüşüb
24.01.2022 Fərid Qayıbov əlilliyi olan şəxslərin Peşə-Əmək Reabilitasiya Mərkəzində olub
11.01.2022 Nazir Fərid Qayıbov Azərbaycan Autizm Assosiasiyasının üzvləri ilə görüşüb
08.01.2022 Olimpiya idman növləri üzrə federasiyaların rəhbər şəxsləri və milli komanda məşqçilərinin ümumi yığıncağı keçirilib
06.01.2022 Fərid Qayıbov Heydər Əliyev adına İdman Konsert Kompleksinin fəaliyyəti ilə tanış olub
30.12.2021 Kəmaləddin Heydərov yenidən Azərbaycan Taekvondo Federasiyasının prezidenti seçilib
29.12.2021 Əməkdar məşqçi, beynəlxalq dərəcəli hakim Elşad Nərimanovun 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib


  Arxiv
Tarixləri seç: 
 dən 
Fotogalereya
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
Müəllif yazıları
Qabil Mehdiyev
qabil-so@mail.ru
“Unutma, YAŞAT!” və “Qürurla irəli!”
BATI YAR
batyyar@mail.ru
“Qarabağ" iki-üç cəbhədə mübarizəyə hazır kimi görünür
Leyla Qurbanova
leyla-6565@mail.ru
Bakı şəhər trasını seçməyin 5 səbəbi
Əli Fərəcov
alfaraj@mail.ru
Arzulara sədd yoxdur
Vüqar Məmmədov
vuqar-inqilaboqlu@mail.ru
7 gedişə dünya çempionunu təslim edən Şəhriyar
Səkinə Novruzqızı
miss.sekine@mail.ru
Azərbaycan idmançıları Kazandan 60 medalla qayıtdılar
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 8-ci mərtəbə
İndex: AZ 1073;
Tel: (+99412) 434-57-32, (+99412) 510-53-10
Fax: (+99412) 510-53-10
E-mail: idman-sport@mail.ru