17 yaşadək qızlardan ibarət Uruqvay millisinin heyəti açıqlanıb. Cənubi Amerika təmsilçisi gələn ay start götürəcək dünya çempionatının hazırlığına 21 futbolçu ilə başlayıb. Baş məşqçi Qratsiella Rebollo Azərbaycanda keçiriləcək mundiala 3 qapıçı, 6 müdafiəçi, 8 yarımmüdafiəçi və 4 hücumçu ilə hazırlaşacaq.
Qapıçılar: Anabel Ubal (“Rasinq”), Valentina Rodriqez (“Kolon”), Qabriela Qonzales (“Yuventud de Kolonia”)
Müdafiəçilər: Nikol Arambulo (“Kolon”), Karem Akosta (“San Migel Paysandu”), Karina Felipe (“Nasional”), Yalima del Puerto (“Serro”), Gizella Del Oça (“Uonderers”), Romina Soravilya (“Nasional”)
Yarımmüdafiəçilər: Aqustina Arambolo (“Kolon”), Silviya Qonzales (“Kolon”), Sintia Qonzales (“Kolon”), Mariya Karolina Birizamberri (“Bela Vista”), Estefabi Treqartten (“San Migel Paysandu”), Sabrina Soravilla (“Nasional”), Antonella Larrica (“Kolon”), Alaides Bonilla (“Nasional”)
Hücumçular: Keysi Silvira (“Nasional”), Yamila Badell (“Kolon”), Yemina Roldo (“Uonderers”), Lusia Kappelletti (“Nasional”).
|