Avrokubokların qrup mərhələsinin beşinci turundan sonra ölkələrin UEFA reytinqi açıqlanıb.
Azərbaycanın mübarizəni davam etdirən yeganə təmsilçisi “Qarabağ” Bakıda “Omoniya” ilə heç-heçə edib. 2:2 hesablı bərabərlik Azərbaycanın reytinqinə 0,250 xal gətirib. Bununla da ölkəmiz tarixinin rekordunu təkrarlayaraq bir mövsümdə 4,375 xal toplamağı bacarıb. Buna 3-cü dəfə təsadüf olunur.
Son 5 ilə əsasən hesablanan reytinqimiz 17,000-ə yüksəlib. Bu, sıralamada mövqeyimizə təsir etməyib. Azərbaycan Avropada 25-ci pillədə qalıb.
Qeyd edək ki, cədvələ 99,212 xala malik İngiltərə başçılıq edir.
|