Yamayka futbol tarixinin rəmzi komandası açıqlanıb.
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) adıçəkilən ölkənin simvolik “11-liy”ini müəyyənləşdirib.
2010-2012-ci illərdə ölkəmizdə “Qəbələ”nin şərəfini qorumuş tanınmış futbolçu Deon Barton da Yamayka tarixinin ən yaxşıları sırasına düşüb.
Rəmzi komandada qapıçı - Varren Berret, müdafiəçilər - Yan Qudison, Ues Morqan, Rikardo Qardner, Frenk Sinkleyr, yarımmüdafiəçilər - Robbi İrl, Darril Pouell, hücumçular - Leon Beyli, Lindi Delapenya, Deon Barton və Gil Heron yer alıblar.
|