Yanvarın 14-də Niderlandda dünyanın ən mötəbər şahmat turnirlərindən biri hesab olunan ənənəvi Veyk-an Zee şahmat festivalı (“Tata Stell Chess-2022) start götürəcək.
Veyk-an Zee şəhərində keçiriləcək turnirin iştirakçılarının yekun siyahısı artıq məlumdur. Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov bu il də təşkilatçılar tərəfindən yarışa dəvət alıb. Şahmatçımızdan başqa, turnirdə dünya çempionu Maqnus Karlsen, amerikalılar Fabiano Karuana və Sem Şenkland, meydan sahibləri Aniş Giri və Jorden Van Forrest, rusiyalı şahmatçılar Sergey Karyakin, Andrey Yesipenko, Daniil Dubov, macarıstanlı Rixard Rapport, polşalı Yan-Kşiştof Duda, isveçli Nils Qrandelius və gənc hindistanlı istedad Rameşbabu Praggnanandha iştirak edəcəklər.
Turnir yanvarın 30-dək davam edəcək.
|