Noyabrın 18-21-də Bakıda ilk dəfə batut gimnastikası üzrə dünya çempionatı təşkil olunacaq.
İlkin qeydiyyat siyahısına əsasən, 33 ölkə yarışda iştirakını təsdiqləyib.
Ölkəmizi yarışda Mixail Malkin təmsil edəcək.
Dörd gün davam edəcək çempionatda gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili mini-batut üzrə proqramlarda çıxış edəcəklər. Bundan əlavə, komanda hesabında qaliblər müəyyənləşəcək.
Yarışların ilkin cədvəlinə əsasən, ilk iki gün təsnifat, sonuncu iki gün isə finallar keçiriləcək. Qaydalara əsasən, bir iştirakçı bir neçə proqramda çıxış edə bilər.
Çempionatda hər bir proqram üzrə təsnifat və final mərhələləri baş tutacaq.
|