Cüdo ölkələrindən biri olan Braziliya komandasının noyabrın 5-7-də Bakıda keçiriləcək “Böyük dəbilqə” turniri üçün heyəti açıqlanıb.
Paytaxtımızdakı turnirdə Braziliyanı 16 (9 kişi, 7 qadın) cüdoçu təmsil edəcək. Komandanın heyətində Bakıda 2019-cu ildə keçirilmiş oxşar yarışda qadınlar arasında 57 kiloqram çəki dərəcəsində qızıl medal qazanmış Rafaela Silva da yer alıb. R.Silva ilə yanaşı, bir sıra nüfuzlu yarışların qalib və mükafatçıları Erik Takabatake (66 kq), Qabriel Falkao (73 kq), İgor Morşigue (90 kq), Rafaela Batista (48 kq), Cessika Pereira (57 kq), Qabriella Moraes (63 kq) kimi cüdoçular da “Böyük dəbilqə”də iştirak etmək üçün Bakıya gələcəklər.
Qeyd edək ki, turnirdə indiyədək 31 ölkədən 200-dən çox cüdoçu iştirakını təsdiqləyib.
|