Cənubi Amerika Futbol Konfederasiyası (KONMEBOL) ölkələri dünya çempionatının iki ildən bir keçirilməsi ideyasına reaksiya bildiriblər.
KONMEBOL FIFA-nın bu planına qarşı olduğunu bəyan edib. Hətta belə olacağı təqdirdə Cənubi Amerika komandalarının mundiala qatılmayacağı rəsmən açıqlanıb: “KONMEBOL şurası dünya çempionatının iki ildən bir keçirilməsi təklifini bir daha nəzərdən keçirdi. FIFA-nın irəli sürdüyü dəyişikliklər üçün heç bir səbəb, üstünlük və ya əsaslandırma yoxdur. Bununla əlaqədar olaraq, KONMEBOL-a üzv olan 10 ölkə iki ildən bir keçirilən dünya çempionatında iştirak etməyəcəyini təsdiqləyib”.
FIFA prezidenti Canni İnfantino 2026-cı ildən etibarən dünya çempionatının iki ildən bir keçirilməsini istəyir. O, hətta yarışların təqvimini bütün milli assosiasiyalara da göndərib.
Qeyd edək ki, KONMEBOL ölkələri Braziliya, Argentina, Ekvador, Kolumbiya, Uruqvay, Çili, Boliviya, Paraqvay, Peru və Venesueladır.
|