Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
22/04 | 23:29 1/4 finalçılar müəyyənləşib
22/04 | 22:56 Azərbaycan parataekvondoçuları Qubada hazırlıq keçirlər
22/04 | 22:38 Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb
22/04 | 19:08 Kişi voleybolçulardan ibarət "Azərreyl" komandası ölkə çempionu olub
22/04 | 18:03 1/8 final mərhələsinin oyunları keçirilib
22/04 | 12:21 Bakıda bir sıra idman qurğularının fəaliyyəti ilə tanışlıq
22/04 | 09:51 Kişi voleybolçular arasında Azərbaycan çempionatının qalibi bu gün bəlli olacaq
22/04 | 09:29 Azərbaycan paraüzgüçüsü Avropa çempionu olub
21/04 | 21:28 Azərbaycan Premyer Liqasında XXXI tura yekun vurulub
21/04 | 20:35 "İdman Paytaxtı" seçilmək üçün Bakı şəhərinin namizədliyi irəli sürülüb
21/04 | 09:23 Azərbaycan cüdoçuları Avropa Kubokunun ilk günündə 2 medal qazanıb
20/04 | 22:21 Azərbaycanın iki boksçusu Avropa çempionatında mərhələ adlayıb
20/04 | 21:38 Azərbaycanın gimnastika komandası Bakıdakı turnirdə bürünc medal qazanıb
20/04 | 14:37 Veteran stolüstü tennisçilər arasında ölkə çempionatına start verilib
20/04 | 12:26 Kişi şahmatçılar arasında Azərbaycan çempionatında yarımfinalçılar müəyyənləşib
20/04 | 10:15 Basketbol üzrə Azərbaycan Kubokunun qalibi bəlli olacaq
19/04 | 21:13 Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
19/04 | 20:10 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
19/04 | 14:08 Azərbaycan atıcıları Olimpiya Təsnifat Çempionatında çıxış edəcəklər
19/04 | 11:27 Premyer Liqa: XXXI turun təyinatları açıqlanıb
19/04 | 11:27 Premyer Liqa: XXXI turun təyinatları açıqlanıb
19/04 | 10:35 Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb
19/04 | 10:32 Azərbaycan Premyer Liqasında tura Tovuzda start veriləcək
18/04 | 14:22 Azərbaycan şahmatçıları Avropa çempionatında iştirak edəcəklər
18/04 | 14:21 Azərbaycanlı hakim Paralimpiadanın cüdo yarışlarına dəvət alıb
18/04 | 11:39 Azərbaycan millisinin kapitanı Macarıstan çempionu olub
18/04 | 10:47 Azərbaycanın U-17 millisi İnkişaf turnirində iştirak edəcək
18/04 | 10:16 Azərbaycan cüdo millisinin Polşa toplanışı başa çatıb
18/04 | 09:17 Azərbaycan gimnastları Dünya Kubokunda finala yüksəliblər
17/04 | 20:34 Qadın voleybolçular arasında Azərbaycan çempionatında ilk finalçı bəlli olub
17/04 | 18:32 17 yaşadək güləşçilər arasında Azərbaycan çempionatı keçiriləcək
17/04 | 16:48 Azərbaycan voleybol çempionatında ilk finalçı müəyyənləşib
17/04 | 15:36 Azərbaycanın güləş yığmaları Avropa çempionatına hazırlaşır
17/04 | 12:40 İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçiriləcək
17/04 | 11:49 Azərbaycan bilyardçısı Avropa çempionu olub
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Vətən müharibəsində yaralanan və əlilliyi müəyyən olunan şəxslərin Paralimpiya Hərəkatına cəlb edilməsi üçün tədbirlər görülür
Tarix: 11.10.2021 | Saat: 10:38:00 | E-mail | Çapa göndər
Bu yaxınlarda Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) növbəti hesabat-seçki konfransında qarşıdakı dörd il üçün fəaliyyət planı açıqlandı. Həmin fəaliyyət planında İkinci Qarabağ müharibəsi qazilərinin Paralimpiya hərəkatına cəlb olunması ilə bağlı xüsusi bənd var. Planda 44 günlük Vətən müharibəsində yaralanmış və əlilliyi müəyyən olunmuş şəxslərin Paralimpiya Hərəkatına cəlb edilməsi üçün Komitə tərəfindən bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

Bunu AMPK-nın baş katibi Kamal Məmmədov müsahibəsində deyib.

AMPK-nın əsas bazalarının Bakıda və Sumqayıtda yerləşməsi nəzərə alınaraq bu istiqamətdə tədbirlərə məhz həmin şəhərlərdə start verildiyini vurğulayan K.Məmmədov qeyd edib: “Həmin tədbirlər “Tokio-2020”dən əvvələ təsadüf etmişdi. Qazilərlə bir sıra görüşlər keçirilib və onlara Paralimpiya Hərəkatı ilə bağlı ətraflı məlumat verilib. Paralimpiadadan sonra biz analiz apardıq və qazilərin böyük əksəriyyətinin bölgələrdə olduğunu öyrəndik. Artıq regionlarda tədbirlər təşkil etməyə başladıq. Bir neçə gün əvvəl Şirvan Olimpiya İdman Kompleksində növbəti görüş təşkil olundu. Görüşdə AMPK-nın idman şöbəsinin müdiri və baş məşqçilər iştirak etdilər. Həmin tədbirdə qazilərə uyğun olan idman növləri seçilir, məşqçi təyin edilir və onlar yaşadıqları yerdə idmana cəlb olunurlar. Qazilərin əksəriyyəti güllə atıcılığı idmanına maraq göstərirlər. Digər idman növlərindən pauerliftinq, atletika və taekvondoya da maraq göstərən qazilərimiz var.

Vətən müharibəsi qaziləri ilə onların reabilitasiya dövründə bu istiqamətdə psixoloji işin aparıldığını vurğulayan K.Məmmədov bildirib ki, onlar özlərini psixoloji cəhətdən bərpa ediblər. Artıq fiziki və texniki hazırlaqların başlanması vaxtıdır ki, buna da start verilib. Regionlarda keçirilən görüşlərin sayının artırılması nəzərdə tutulub. Paytaxtdan 80-yə yaxın qazisi Komitəyə müraciət edib. Bəzən bədənində qəlpə olan qazilərimiz Paralimpiya Hərəkatına qoşulmaq üçün müraciət edirlər. Ancaq Beynəlxalq Paralimpiya Komitəsi bu halı qəbul etmir. Beynəlxalq qurumun şərtinə əsasən, idmançının göz ilə görünən əlliliyi olmalıdır. Buna görmə qabiliyyətinin zəifliyi, amputasiya, əlil arabasından istifadə və digərləri daxildir. Məhz bu qəbildən qazilərimizi Paralimpiya Hərəkatına rahatlıqla cəlb edə bilirik. Ancaq həmin müraciətləri də cavabsız qoymuruq. Biz onları B milli komandanın üzvü kimi yerli yarışlara cəlb edəcəyik.

Yaxın günlərdə Qarabağ qazilərinin “Tokio-2020” Yay Paralimpiya Oyunlarında medal qazanan idmançılarla görüşünün planlaşdırdıqlarını vurğulayan AMPK-nin baş katibi bildirib: “İnanırıq ki, bu əlavə motivasiya olacaq. Təhlillərimiz göstərir ki, qazilərimizə güclü stimul lazımdır. Onlar bilməlidirlər ki, əlillik hər şeyin sonu deyil, sadəcə aldığımız bir zədədir. Əlilliklə də yaşamaq, yaratmaq və uğur qazanmaq olar. Ölkəmizdə kifayət qədər belə insanlar var və onlar da böyük uğurlara imza atıblar. Əminik ki, İkinci Qarabağ müharibəsində böyük şücaət göstərən qazilərimiz bu uğuru idman arenalarında da davam etdirəcəklər”.

AZƏRTAC
Xəbər 1080 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
02.05.2023 Paralimpiyaçımız güllə atıcılığı üzrə beynəlxalq turnirdə gümüş medal qazanıb
14.03.2023 Paracüdoçumuz Xanım Hüseynova Qran-Pri turnirində qızıl medal qazanıb
15.02.2023 Tələbələr Milli Paralimpiya Komitəsində təcrübə keçəcəklər
31.01.2023 “Los-Anceles 2028” Yay Paralimpiya Oyunlarının proqramına 22 idman növü daxil edilib
28.12.2022 Paralimpiyaçılarımız cari ildə mötəbər turnirlərdə 77 medal qazanıblar
19.11.2022 AMPK-nın prezidenti Afrika Milli Paralimpiya komitələrinin iclasında iştirak edib
18.11.2022 İlqar Rəhimov Beynəlxalq Paralimpiya Komitəsinin növbədənkənar Baş Assambleyasının iclasında çıxış edib
18.11.2022 Azərbaycanda Paralimpiya hərəkatının inkişafı yüksək qiymətləndirilib
15.06.2022 Paraüzgüçümüz Vəli İsrafilov dünya çempionu olub
20.05.2022 Azərbaycan parataekvondoçusu Avropa çempionatının finalına yüksəlib


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru