Bədii gimnastika üzrə qrup hərəkətlərindən ibarət komandamız Tokio Olimpiadasının finalına yüksələ bilməyib.
Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Nərminə Səmədova və Darya Sorokinadan ibarət komandamızın ikinci proqramı – 3 halqa və 2 cüt gürzlə çıxışı 37,650 xalla qiymətləndirilib. Gimnastlarımız 5 topla çıxışı görə, hakimlərdən 36,700 xal alıblar. İki çıxışın nəticəsində 74,350 xal toplayan komandamız çoxnövçülükdə 10-cu olub.
İlk səkkiz pillədə qərarlaşan - Bolqarıstan, Rusiya Olimpiya Komitəsinin kollektivi, İtaliya, İsrail, Çin, Ukrayna, Yaponiya və Belarus komandaları finala vəsiqə qazanıblar.
Həlledici mərhələ avqustun 8-də təşkil olunacaq.
|