Bu gün XXX London Yay Olimpiya Oyunlarında bədii gimnastika üzrə yarışın təsnifat mərhələsinə yekun vurulacaq. İdman.com.az saytının məlumatına görə, çoxnövçülük üzrə keçirilən turnirdə Azərbaycanı təmsil edən Aliyə Qarayeva daha 2 – gürz və iplə hərəkətlərdə bacarığını nümayiş etdirəcək.
İlk günü 5-ci yerdə tamamlayan 24 yaşlı Avropa çempionumuz xalçaya müvafiq olaraq, 3-cü və 4-cü çıxacaq. Təsnifat mərhələsinin yekununa əsasən isə 10 idmançı finala yüksələcək. Qaliblər avqustun 11-də bilinəcək.
Qeyd edək ki, Qarayeva yarışın birinci günündə həlqə (27,450) və topla (28,350) hərəkətlərdən sonra 55,800 xal toplayaraq, 5-ci yerdə qərarlaşıb.
İlk 3 sırada rusiyalılar – Dariya Dmitriyeva (57,800), Yevgeniya Kanayeva (57,625) və belaruslu Lyubov Çarkaşina (56,450) yer alıb. 4-cü yerdə qərarlaşan Jae Son Yeon (Çin) isə təmsilçimizi 0,100 xal qabaqlayır.
|