Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
22/04 | 23:29 1/4 finalçılar müəyyənləşib
22/04 | 22:56 Azərbaycan parataekvondoçuları Qubada hazırlıq keçirlər
22/04 | 22:38 Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb
22/04 | 19:08 Kişi voleybolçulardan ibarət "Azərreyl" komandası ölkə çempionu olub
22/04 | 18:03 1/8 final mərhələsinin oyunları keçirilib
22/04 | 12:21 Bakıda bir sıra idman qurğularının fəaliyyəti ilə tanışlıq
22/04 | 09:51 Kişi voleybolçular arasında Azərbaycan çempionatının qalibi bu gün bəlli olacaq
22/04 | 09:29 Azərbaycan paraüzgüçüsü Avropa çempionu olub
21/04 | 21:28 Azərbaycan Premyer Liqasında XXXI tura yekun vurulub
21/04 | 20:35 "İdman Paytaxtı" seçilmək üçün Bakı şəhərinin namizədliyi irəli sürülüb
21/04 | 09:23 Azərbaycan cüdoçuları Avropa Kubokunun ilk günündə 2 medal qazanıb
20/04 | 22:21 Azərbaycanın iki boksçusu Avropa çempionatında mərhələ adlayıb
20/04 | 21:38 Azərbaycanın gimnastika komandası Bakıdakı turnirdə bürünc medal qazanıb
20/04 | 14:37 Veteran stolüstü tennisçilər arasında ölkə çempionatına start verilib
20/04 | 12:26 Kişi şahmatçılar arasında Azərbaycan çempionatında yarımfinalçılar müəyyənləşib
20/04 | 10:15 Basketbol üzrə Azərbaycan Kubokunun qalibi bəlli olacaq
19/04 | 21:13 Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
19/04 | 20:10 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
19/04 | 14:08 Azərbaycan atıcıları Olimpiya Təsnifat Çempionatında çıxış edəcəklər
19/04 | 11:27 Premyer Liqa: XXXI turun təyinatları açıqlanıb
19/04 | 11:27 Premyer Liqa: XXXI turun təyinatları açıqlanıb
19/04 | 10:35 Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb
19/04 | 10:32 Azərbaycan Premyer Liqasında tura Tovuzda start veriləcək
18/04 | 14:22 Azərbaycan şahmatçıları Avropa çempionatında iştirak edəcəklər
18/04 | 14:21 Azərbaycanlı hakim Paralimpiadanın cüdo yarışlarına dəvət alıb
18/04 | 11:39 Azərbaycan millisinin kapitanı Macarıstan çempionu olub
18/04 | 10:47 Azərbaycanın U-17 millisi İnkişaf turnirində iştirak edəcək
18/04 | 10:16 Azərbaycan cüdo millisinin Polşa toplanışı başa çatıb
18/04 | 09:17 Azərbaycan gimnastları Dünya Kubokunda finala yüksəliblər
17/04 | 20:34 Qadın voleybolçular arasında Azərbaycan çempionatında ilk finalçı bəlli olub
17/04 | 18:32 17 yaşadək güləşçilər arasında Azərbaycan çempionatı keçiriləcək
17/04 | 16:48 Azərbaycan voleybol çempionatında ilk finalçı müəyyənləşib
17/04 | 15:36 Azərbaycanın güləş yığmaları Avropa çempionatına hazırlaşır
17/04 | 12:40 İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçiriləcək
17/04 | 11:49 Azərbaycan bilyardçısı Avropa çempionu olub
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Yeni devizin ilk Olimpiya oyunları başlandı
Tarix: 27.07.2021 | Saat: 08:15:00 | E-mail | Çapa göndər
BATI YAR | batyyar@mail.ru

2021-ci il iyulun 23-də Bakı vaxtı ilə saat 15:00-da Yaponiya paytaxtı Tokionun Olimpiya stadionunda başlanan açılış mərasimi ilə tarixin 32-ci Yay Olimpiya Oyunları - dördilliyin ən böyük idman yarışının sayğacı işə düşüb.

Əlbəttə, hələ 2013-cü il sentyabrın 7-də Argentina paytaxtı Buenos Ayresdə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) 125-ci sessiyasında Tokio olimpiadanın ev sahibi seçilərkən, hər kəs 2020-ci ildə yüksək texnologiyaların müşayiəti ilə bu inqilablarla həmahəng addımlayıb tənəzzülə uğramayan məşhur ənənəvi yapon mədəniyyətinin möcüzəsinin işıqları altında tarixin ən parlaq açılış mərasimini izləyəcəyini gözləyirdi.

Hər şey buna doğru da gedirdi. Axı, tarixin ən bahalı (15 milyard dollar) və ən çoxnövlü (33) və çoxproqramlı (339) idman festivalı kimi "Tokio-2020" rekordlarını hələ əvvəlcədən müəyyən etməyə başlamışdı. Fəqət, 2020-ci ilin mart ayının 24-də BOK "COVID-19" pandemiyası səbəbilə yarışları bir il təxirə saldı.

Dalğaların qoynunda keçirilməsi belə şübhələr doğuran və başı üzərini dumanlar almış olimpiada geniş məhdudiyyətlərə rəğmən keçirilir və zənnimcə, BOK və təşkilatçılar özlərində cəsarət taparaq, bəşəriyyət tarixinin birlik və bərabərlik, dostluq və həmrəylik, ədalət və yüksəliş, başqa sözlə, bütün mənəvi dəyərləri özündə cəm edən insanlıq naminə ən doğru qərarı verdilər. İllər keçəcək və bu qərarın nə qədər mühüm olduğu üzə çıxacaq.

Hətta açılış mərasimi başlanmazdan əvvəl və tədbirin gedişi zamanı arena ətrafına cəmləşərək Oyunların keçirilməsinə etirazını bildirən kütlə də dördilliyin idman bayramının başlanmasına maneə ola bilməzdi. Çünki olimpiada bu gün rəmzləri və idealları ilə insanın heç bir qüvvə qarşısında aciz olmadığını, onun aliliyini isbatlayan ən böyük bəşəri hadisədir. 1896-ci ildə fransalı maarifçi baron Pyer Kubertenin min bir zəhmətlə təməlini qoyduğu Oyunlar iki dünya müharibəsi sınağından da çıxmaqla bəşəriyyətə daim ən sağlam çağırışları edən ümumbəşəri dəyərdir.

Oyunların açılış mərasimi haqqında min bir fikir söyləyənlər çoxdur. Lakin hər kəsə bəllidir ki, açılış mərasimlərinə bir qayda olaraq bir ildən də artıq birbaşa hazırlıq, ona qədərsə ssenaridən tutmuş texnoloji dəstəyə qədər böyük yol keçilir. Nəinki Yaponiyanın, heç bir təşkilatçının buna nə vaxtı, nə də resursları çata bilməzdi.
Açılış günü, sözsüz ki, hələ açılış mərasiminə qədər məşəl estafeti son yürüşünə çıxır. Ümumiyyətlə, məşəl estafetinin son mərhələsi iyulun 9-da başlanaraq 15 gün davam edib.

Koronavirusla əlaqədar yürüş və estfetin ötürülməsi tədbirləri qapalı və tamaşaçısız keçirilib. Sonuncu məşəli isə kabuki teatrının aktyoru Kankuro Nakamuro daşıyıb.

"İrəli doğru" ümumi mövzusu altında Marko Baliçin də yaxından iştirakı ilə Takayuki Hiokinin prodüserlik etdiyi açılışın əsas hadisələrin cərəyan etdiyi arenada isə əvvəlcə yapon musiqisinin sədaları altında (müəlliflər Seygen Tokuzava, Marihiko Hara və Masayuki Kagei) idmançıların naməlum vəziyyətdə olimpiadaya hazırlaşmasını əks etdirən animasiya filmi ilə başlandı. Lakin bunun ardınca stadion üzərində atəşfəşanlıqla açılış təntənəsinə start verildi. "Biz hələ varıq" və ya "dünyada həyat var" çağırışının rəmzi kimi bu rəngarəng şoudan sonra arenada baş verən əsas hadisələr, təbii olaraq, koronavirus mövzusunda idi.

İdmançıların hazırlığını əks etdirən səhnə bu dəfə teatrallaşdırılmış qaydada idmançıların iştirakı ilə oldu. Əsas qəhrəman yaponiyalı boksçu qadın idi. O, demək olar ki, olimpiadaya vəsiqə qazanmaq üzrə idi. Lakin final təsnifat yarışı ləğv edilərək, idmançılar reytinq üzrə seçildilər və beləcə, onun Oyunlara lisenziya alması üçün cəmi 1 xal yetmədi. Təşkilatçılar Olimpiya xəyalları puç olan idmançılara ithaf etdikləri səhnə üçün məhz həmin idmançını seçdilər.
Daha sonra Yaponiyanın rəmzlərindən olan qırmızı saplarla birləşmiş al-ağ rənglərdə olan insanların canlandırdığı obraz məhz koronavirusla mübarizə dövrünə həsr olunmuşdu.

Yaponiya bayrağını arenaya daşıyıb qaldıranlar arasında "COVID-19"la mübarizə aparan məşhur həkim Misuki Asabanın da yer alması təsadüf deyildi. Yaponiyanın milli himninin ifaçısı isə yerli məşhur müğənni Mişia idi.

Bu mərasimin ardınca koronavirus qurbanlarına həsr olunmuş səhnəciyin qəhrəmanı yapon milli geyimində çıxış edən rəqqas oldu və təbii ki, bu bəladan dünyasını dəyişənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Yaponiya dedikdə, ağac materiallardan inşa olunan evlər bu ölkənin əsas rəmzlərindəndir. Yaponiyanın məişət tarixini səciyyələndirən və bir qrup rəqqasın ifa etdiyi şousuz açılış natamam olardı. Ən vacibi bu səhnə yekunda Olimpiya halqalarının hörülməsi ilə tamamlandı. Bir vacib detalı da əlavə edək. Səhnəcikdə istifadə olunan ağaclar buna qədər Yaponiyada keçirilmiş Oyunlar zamanı - 1964-cü ildə əkilib. Bu da irsiyyətin, tarixin bu günə və sabaha sədasıdır.

Əlbəttə, açılış mərasiminin mütləq rəmzlərindən biri idmançıların paradıdıdr. İki saata yaxın keçən paradı ənənə üzrə olimpizmin baniləri - yunanlar açdılar. İkinci komanda isə Qaçqınların Olimpiya Komandası oldu. Bu heyətdə 11 ölkənin (Əfqanıstan, Venesuela, Konqo DR, Eritreya, İran, İraq, Kamerun, Konqo Respublikası, Suriya, Sudan və Cənubi Sudan) təmsilçiləri 12 idman növündə mübarizə aparacaq. Sonrakı yürüş isə ənənə üzrə ingilis deyil, yapon əlifbasının sıra düzülüşü ilə keçirildi. Bu səbəbdən daha iki komandadan (İslandiya və İrlandiya) sonra Azərbaycanın bayrağını daşıyan taekvondoçu Fəridə Əzizova və cüdoçu Rüstəm Orucovun müşayiəti ilə olimpiyaçılarımız arenaya daxil oldular. Bu dəfə 44 idmançı ilə təmsil olunan ölkəmiz 7-ci dəfədir ki, Yay Oyunlarında iştirak edir.

Ümumən, qaçqınlar komandası da daxil olmaqla, 206 heyət yürüş etdi. Sonuncular sırasında növbəti olimpiadaların ev sahibləri kimi, ABŞ (2028-ci il) və Fransa (2024-cü il) yer aldılar və yürüşü ev sahibləri tamamladılar. ABŞ həm də 613 idmançı ilə olimpiadanın ən böyük heyətə malik komandasıdır. İkinci yerdə yaponlar 552 nəfərlə yer alırlar.

Təbii ki, paradın da özünəməxsus rəngarəngliyi var idi. Yenə də ekzotik ölkələr, Afrika qitəsinin təmsilçiləri geyimləri ilə seçildilər. Rioda olduğu kimi Tonqanın paradına üst geyimsiz olan taekvondoçu Pita Taufatofua başçılıq etdi. 37 yaşlı idmançı, ötən qış olimpiadası da daxil olmaqla, üçüncü dəfədir komandasına bayraqdarlıq edir.

Paradın yekunu meydanın düz mərkəzində olimpiya şüarının işıq-şousu ilə tamamlandı. Yeri gəlmişkən, açılışdan əvvəl Tokioda keçirilmiş BOK Sessiyasında ənənəvi "Daha sürətli, daha yüksək, daha güclü" şüarına bir ifadə də əlavə olunub. 1894-cü ildə BOK-un Birinci Sessiyasında təsdiq edilmiş deviz bundan sonra belə səslənir: "Daha sürətli, daha yüksək, daha güclü - birlikdə".

Təsirli səhnələrdən biri də Con Lennon və Yoko Ononun məşhur "İməcn" mahnısının sədaları altında 1824 uçuş aparatının (dron) arena üzərində "Tokio-2020"nin embleminin təsvirini yaradaraq, sonra bunu Yer kürəsinə transformasiya etməsi oldu və beləcə, olimpizmin daha bir bəşəri dəyərinə diqqət çəkdi.

Oyunların təşkilat komitəsinin rəhbəri Seiko Hasimoto və BOK prezidenti Tomas Bax çıxış etdilər. Onlar insanlığın xilası üçün çalışan həkimlərə təşəkkürlərini ifadə edərək, yarışların xüsusi ağır şəraitdə keçməsini, lakin sülh elçisi idman ideallarının da böyük dəstəyi ilə bu bəladan insanlığın qurtaracağına əminliklərini ifadə etdilər. Tomas Bax bütün çətinliklərə rəğmən Tokionun bu Oyunların təşkilatı işlərində göstərdiyi fədakarlığa görə təşəkkürünü ifadə etdi, 1964-cü il Oyunlarının da baş vermiş zəlzələdən sonra böyük quruculuq dövrünün başlanğıcı olmasını xatırladaraq, yapon xalqının bəşəri dəyərlərə erdiyi töhfələri xüsusi qeyd etdi. O, 3 min ildən artıqdır ki, bəşəri dəyərlərə xidmət edən olimpiya həmrəyliyinin sülhə xidmət etməsini də dilə gətirərək, Qaçqınlar komandasına da müraciət ünvanladı.

Oyunları İmperator Naruhito açıq elan etdi. Ona qədər babası Hirohito 1964-cü ilin Yay, atası Akihito isə 1998-ci ilin Qış oyunlarının açılış mərasimində ən mühüm ifadəni işlətmişdilər.

Olimpiya bayrağını Yosinobu Miyake (ağırlıqqaldıran), Naoko Takahasi (marafonçu), Momoha Tabata (körlinqçi), Keita Dohi (qayayadırmanan), Hibiki Sakai (zərb aləti ifaçısı) və Mizuki Asaba (xilasedici) arenaya gətirdilər və onu kürsüyə Kento Momota (Yaponiya, badmintonçu), Mehdi Əssadiq (Mərakeş, triatlonçu), Paula Pareto (Argentina, cüdoçu), Yelena Qaliaboviç (Avstraliya, güllə atıcısı), Ciril Faqat Tçatçet-II (Qaçqınlar komandası, ağırlıqqaldıran) və Paola Ogeçi Eqonu (İtaliya, voleybolçu) daşıdılar və Olimpiya himni səsləndi.

Oyunların növlərini təcəssüm edən piktoqramların üç nəfərin canlı ifadə etdiyi kreativ şousundan sonra ən vacib məqam yetişdi.

Məşhur "Kuin" qrupunun "Teo Torriatte" mahnısının sədaları altında olimpiya məşəlinin Tokioya qədərki yolu göstərildi və arenaya onun canlı variantı daxil oldu.

Ümumiyyətlə, 2020-ci il martın 12-də Yunanıstanda alovlandırılan, 8 gün sonra Yaponiyaya gətirilən 1.2 kq ağırlığında olan 71 sm-lik məşəl düz 370 gündən sonra, yəni 2021-ci il martın 25-də ölkə səyahətinə başladı. Onu 7 min nəfər 121 gün ərzində 47 prefekturanı gəzdirdi və son 15 gün paytaxtda mərasimlərə cəlb etdilər. Hesablanıb ki, səyahət dövründə Yaponiyanın əhalisinin 98 faizi məşəldən 1 saatlıq məsafədə olub.

Bəs onun sonuncu daşıyıcısı kim olacaq, baş məşəli kim yandıracaq? Son ana qədər sirr saxlanılan bu şərəfi 4-qat "Böyük dəbilqə" qalibi, anası yapon, atası isə Haiti amerikalısı Naomi Osakaya verilibmiş. O, Fudziyama vulkanının təsviri formasında yaradılmış səhnədə faktiki olaraq Oyunlara start verən rəmzi Yaponiya səmasında düz avqustun 8-nə qədər alovlandıraraq, böyük sevincə start verdi.

Beləliklə, 17 gün ərzində 48.8 faizini qadınlar təşkil edən 11 mindən çox idmançı qələbə uğrunda mübarizə aparacaq. 9800 idmançı təsnifatlardan keçərək olimpiadaya vəsiqə qazanıb. 29 nəfər qaçqın komandasında yer alırsa, 1800 yer 186 Milli Olimpiya Komitəsinə olimpya həmrəyliyi xətti ilə uayld-kard kimi verilib.
Yarışlara avqustun 8-də təntənəli mərasimlə yekun vurulacaq.

BATI YAR

Xəbər 406 dəfə oxundu



 
Müəllifin son yazıları

14.09.2021 “Qarabağ" iki-üç cəbhədə mübarizəyə hazır kimi görünür
14.09.2021 Uduzmaq ayıb deyil, amma...
07.09.2021 Hətta nağıllar reallıqla bitir: üç alma yerə düşür
07.09.2021 Avrokuboklar: Yalnız “Qarabağ"la
07.09.2021 “Araz" tarixinin 16-cı əsas yarışında
24.08.2021 “Paris-2024": əsas yarış məqamlarına aydınlıq gətirilir
24.08.2021 Avrokuboklar: Sapı iynənin gözündən keçirmək olsa
24.08.2021 Daha bir qarışıq-natamam mövsümə doğru
23.08.2021 Ya qalib, ya da ən yaxşı ikinci olmaq lazımdır
10.08.2021 Əlvida, “Tokio-2020"!


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru