Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı
  Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
23/07 | 22:00 Şəhid jurnalistlərin xatirəsinə həsr olunmuş uşu və muay-tay üzrə Bakı şəhər birinciliyinin açılışı olub
23/07 | 21:38 Şahmatçımız Eltac Səfərli Serbiyada keçirilən beynəlxalq turnirin qalibi olub
23/07 | 20:59 Dünya kuboku: Şahmatçımız Vasif Durarbəyli rəqibi ilə tay-brekdə mübarizə aparacaq
23/07 | 19:51 Yaponiya İmperatoru Naruhito XXXII Yay Olimpiya Oyunlarını açıq elan edib
23/07 | 17:52 Sergey Şestyorkin: Məşqlər gücləndirilmiş rejimdə davam edir
23/07 | 16:13 Olimpiya Oyunlarının təntənəli açılış mərasimində Azərbaycan milli komandasının keçidi olub - FOTOLAR
23/07 | 16:00 İmperator Naruhito “Tokio-2020”nin açılış mərasimini izləmək üçün Yaponiyaya gəlmiş yüksək səviyyəli qonaqlarla görüşüb
23/07 | 15:57 Tokio Olimpiadasının tamaşaçıları idmançıların ürək döyüntülərini ekranda görə biləcək
23/07 | 15:37 “Tokio-2020” XXXII Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilir
23/07 | 13:36 Şəhid jurnalistlərin xatirəsinə həsr olunmuş uşu və muay-tay üzrə Bakı şəhər birinciliyinə start verilib
23/07 | 12:02 Tokioda Olimpiya Oyunlarının məşəl estafeti başa çatıb
23/07 | 11:24 MOK rəsmiləri Tokioda Olimpiya kəndinə səfər ediblər - FOTOLAR
23/07 | 10:27 Tokio Olimpiadasının daha 19 iştirakçısında koronavirus aşkar edilib
23/07 | 10:00 Taekvondoçularımızın “Tokio-2020”də ilk rəqibləri müəyyənləşib
23/07 | 09:10 Boksçularımızın Olimpiya Oyunlarında ilk rəqibləri müəyyənləşib
22/07 | 22:41 “Keşlə” komandası Konfrans Liqasında birinci oyununda səfərdə “Soçi” klubuna uduzub
22/07 | 22:11 UEFA Konfrans Liqası: “Qarabağ” - “Aşdod" matçında qapılara qol vurulmayıb
22/07 | 21:24 Goranboy Olimpiya İdman Kompleksinin açılışı olub
22/07 | 20:59 UEFA Konfrans Liqası: “Qarabağ” - “Aşdod” matçının birinci hissəsi qolsuz heç-heçə ilə başa çatıb
22/07 | 20:11 UEFA Konfrans Liqası: “Qarabağ” - “Aşdod” matçı başlayıb
22/07 | 19:28 “Soçi” və “Keşlə” klublarının start heyətləri açıqlanıb
22/07 | 17:17 Azərbaycan boksçularının Tokioda açıq havada məşqi təşkil olunub
22/07 | 16:30 Azərbaycanlı hakim və həkim “Tokio-2020”yə dəvət alıblar
22/07 | 15:48 Millimizin oyunlarının başlama vaxtı müəyyənləşib
22/07 | 14:11 Olimpiya Oyunları ilə əlaqədar Tokio Mətbuat Mərkəzi qapılarını açıb
22/07 | 12:33 Tokio Olimpiadasının təşkilat komitəsinin sədri növbəti qalmaqala görə istefa verməyəcək
22/07 | 12:00 “Qarabağ” Tofiq Bəhramov adına Respublika Stadionunda İsrailin “Aşdod” klubunu qəbul edəcək
22/07 | 11:13 Tokioda Olimpiada ilə əlaqəli şəxslər arasında koronavirusa yoluxanların sayı 91-ə çatıb
22/07 | 10:00 Qvineya "Tokio-2020"də iştirakdan imtina edib
21/07 | 23:17 Cüdo komandamız Tokioda məşqə çıxıb
21/07 | 20:29 Altı idman növü Beynəlxalq Olimpiya Komitəsi tərəfindən rəsmən tanınıb
21/07 | 18:21 2032-ci ildə Yay Olimpiya Oyunlarına Avstraliyanın Brisben şəhəri ev sahibliyi edəcək
21/07 | 18:00 UEFA Çempionlar Liqası: Bu gün “Neftçi" klubu Yunanıstanda “Olimpiakos”un qonağı olacaq
21/07 | 17:41 Azərbaycan millisinin Macarıstan və Belarus yığmaları ilə oyunlarının vaxtı müəyyənləşib
21/07 | 10:08 Güləşçimiz Cavid Cavadov dünya çempionatında bürünc medal qazanıb
Digər xəbərlər 
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Neftçi 28 18 5 5 47-25 59
2 Qarabağ 28 16 9 3 64-18 57
3 Sumqayıt 28 10 9 9 30-31 39
4 Zirə 28 8 14 6 28-28 38
5 Sabah 28 7 8 13 28-38 29
6 Keşlə 28 5 11 12 25-40 26
7 Qəbələ 28 5 11 12 23-44 26
8 Səbail 28 5 9 14 21-42 24
 Dünya kuboku-2022. Seçmə mərhələ. “A” qrupu
N: Komandalar O Q H M T/F X
1 Portuqaliya 3 2 1 0 6-3 7
2 Serbiya 3 2 1 0 7-5 7
3 Lüksemburq 2 1 0 1 2-3 3
4 İrlandiya 2 0 0 2 2-4 0
5 Azərbaycan 2 0 0 2 1-3 0
Yeganə çempionluqdan sonra köçkün statussuz meydan
Tarix: 07.12.2020 | Saat: 12:38:00 | E-mail | Çapa göndər
BATI YAR | batyyar@mail.ru

İtkilər yeni oyun axtarışlarına məcbur edir

Milli futbol çempionatının Premyer liqasına da "COVID-19" koronavirus pandemiyasının təsirləri birbaş meydanda sözünü deməyə başlayıb.

Bir sıra oyunçuların bu virusa yoluxması səbəbilə komandalar mövsümün gedişində oyun planlarına düzəlişlər etmək məcburiyyətindədirlər. Çox maraqlıdır ki, məhz bu, klubların yeni axtarışlar, zor qarşısında planlarında dəyişikliklər edilməsi, zənnimcə, maraq doğuran və daha optimal oyun nümayiş etdirməyə başlayıblar. Doğrudur, nəticə etibarı ilə oyun elementlərində müəyyən gərilmələr, axsamalar, boşluqlar müşahidə olunur. Əsas zərbə onsuz da taktiki məhdudiyyətlər içində olan komandaların 90 dəqiqə ərzində dayanıqlı oyun göstərə bilməməsini xüsusi qeyd etmək lazımdır. Bu mənada son turdakı heç-heçələr, ilk baxışda, məntiqə söykənməyən nəticələrə gətirib çıxarıb. Məsələn, "Qarabağ"la matçda "sülh"ə sevinən "Səbail" hesabı açdıqdan sonra, bir qədər təpər göstərsəydi, oyunun gedişinə əhəmiyyətli təsir göstərə bilərdi. "Səbail" qeyri-bərabər imkanlar şəraitində mübarizə aparırdısa, "Sabah" qələbə ilə meydanı tərk etmək iqtidarında idi. Lakin komanda rəqib qapısına yol tapdıqdan sonra heç bir əsas olmadan tempi aşağı saldı və nəticəni qoruya bilmədi.

Əlbəttə, "Qarabağ" haqqında xüsusi danışmaq lazımdır. Noyabrın 20-də Azərbaycan Ordusu işğaldan azad edilmiş Ağdam torpağına daxil oldu və beləcə, Azərbaycanın müstəqillik dövrünün ən güclü və titullu komandalarından biri məcburi köçkün statusunu itirərək böyük şövqlə, ən əsası, yeni ümidlərlə meydana çıxır. 27 illik işğal dövründə əvvəlcə Mingəçevirə, sonra Bakıya sığınmış, tarixinin bu dövrlərində enişli-yoxuşlu dövrü çox olmuş kollektiv ən əsası öz gücünü qorudu, hətta ən çətin dövrlərdə belə rəqiblərinə asanlıqla yenilmədi və bu gün ölkəmizin əsas futbol ümididir. Avropa meydanlarında Azərbaycan futbol tarixinin ən uğurlu nəticələrinin müəllifi məhz Ağdam klubudur. "Qarabağ" 7 ildir çempionluq taxtını heç kimə vermir. Ən maraqlısı isə budur ki, komanda bu 7 titula qədər ilk və yeganə çempionluq titulunu, eyni zamanda, ölkə kubokunu məhz Ağdamın işğal edildiyi 1993-cü ildə qazanmışdı. Son görüşünü isə kubok yarışı çərçivəsində Tovuz "Turan"ı ilə keçirən kollektiv, bir daha 27 ildən sonra dogma şəhərində matçlara çıxmaq imkanı əldə edib.

Əlbəttə, Ağdamda yeni ruh və vüsətlə, daha praqmatik cəhətdən futbolun inkişafına yol açmaq üçün bu kollektivin hər bir əsası və bazası var. Qarabağı təmsil edən yeni kollektivlər ərsəyə gələnə qədər məhz "Qarabağ" tək meydanda deyil, bu regionda futbolun inkişafına töhfə verməli, yeni qarabağlı oyunçular nəslinin yetişdirilməsində rol oynamalıdır. "İmarət" stadionunda heç vaxt azarkeşsiz qalmayan komanda, yəqin ki, dogma divarlar arasına qayıdandan sonra rəqibləri üçün ikiqat motivasiya ilə keçilməz səddə çevriləcək və daha böyük tarixi nailiyyətlər qürurla irəliləyəcək.

BATI YAR

Xəbər 38 dəfə oxundu



 
Müəllifin son yazıları

13.07.2021 “Tokio-2020": Duyğularla birləşib sabahı kəşf edən idman bayramı
13.07.2021 Güclünün bəxti, yoxsa taleyin rəhmi?
13.07.2021 53 ildən sonra İtaliya yenə zirvədə
06.07.2021 Avropanın Azərbaycan imzalı yubiley çempionatı son mərhələsində
06.07.2021 Avrokubok ümidləri: mübarizə əsas yarışla başlanır
15.06.2021 Transfer pəncərəsində
15.06.2021 Daha bir yarış Azərbaycanın şanlı idman tarixinə yazılır
01.06.2021 "Keşlə" kubokla daha bir şans qazandı
01.06.2021 Bakıda böyük futbol bayramı
01.06.2021 "Neftçi" yeddi ildən sonra yenə çempiondur


  Arxiv
Tarixləri seç: 
 dən 
Fotogalereya
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
Müəllif yazıları
Qabil Mehdiyev
qabil-so@mail.ru
Azad Rəhimovun yolu...
BATI YAR
batyyar@mail.ru
“Tokio-2020": Duyğularla birləşib sabahı kəşf edən idman bayramı
Leyla Qurbanova
leyla-6565@mail.ru
Bakı şəhər trasını seçməyin 5 səbəbi
Əli Fərəcov
alfaraj@mail.ru
Arzulara sədd yoxdur
Vüqar Məmmədov
vuqar-inqilaboqlu@mail.ru
7 gedişə dünya çempionunu təslim edən Şəhriyar
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 8-ci mərtəbə
İndex: AZ 1073;
Tel: (+99412) 434-57-32, (+99412) 510-53-10
Fax: (+99412) 510-53-10
E-mail: idman-sport@mail.ru