Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
24/04 | 22:21 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib
24/04 | 21:22 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub
24/04 | 19:19 Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
24/04 | 17:18 Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
24/04 | 14:17 Azərbaycan avarçəkənləri Avropa Olimpiya Təsnifat Reqatasında iştirak edəcəklər
24/04 | 13:26 Azərbaycanın stolüstü tennisçisi Belçikada bürünc medal qazanıb
24/04 | 10:13 Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün son turu başlayır
24/04 | 09:21 Azərbaycan Kubokunda finalçılar bu gün bəlli olacaq
24/04 | 09:10 Güləş üzrə U-17 Azərbaycan çempionatına start verilib
23/04 | 19:08 Voleybol üzrə Azərbaycan çempionatının qalibləri mükafatlandırılıb
23/04 | 18:07 Qadın voleybolçulardan ibarət Azərbaycan çempionatının qalibi bəlli olub
23/04 | 17:04 Futzal üzrə Azərbaycan Kubokunun yarımfinal oyunlarına təyinatlar açıqlanıb
23/04 | 14:02 “Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə mübarizə aparacaq
23/04 | 12:31 AGF Baham adaları Gimnastika Federasiyası ilə Anlaşma Memorandumu imzalayıb
23/04 | 12:30 Kişi şahmatçılar arasında Azərbaycan çempionatında ilk finalçı məlum olub
23/04 | 10:00 Azərbaycan şahmatçısı Avropa çempionatında ardıcıl 4 qələbə əldə edib
23/04 | 09:55 Azərbaycanın U-17 millisi Minskdə ilk oyununa çıxacaq
22/04 | 23:29 1/4 finalçılar müəyyənləşib
22/04 | 22:56 Azərbaycan parataekvondoçuları Qubada hazırlıq keçirlər
22/04 | 22:38 Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb
22/04 | 19:08 Kişi voleybolçulardan ibarət "Azərreyl" komandası ölkə çempionu olub
22/04 | 18:03 1/8 final mərhələsinin oyunları keçirilib
22/04 | 12:21 Bakıda bir sıra idman qurğularının fəaliyyəti ilə tanışlıq
22/04 | 09:51 Kişi voleybolçular arasında Azərbaycan çempionatının qalibi bu gün bəlli olacaq
22/04 | 09:29 Azərbaycan paraüzgüçüsü Avropa çempionu olub
21/04 | 21:28 Azərbaycan Premyer Liqasında XXXI tura yekun vurulub
21/04 | 20:35 "İdman Paytaxtı" seçilmək üçün Bakı şəhərinin namizədliyi irəli sürülüb
21/04 | 09:23 Azərbaycan cüdoçuları Avropa Kubokunun ilk günündə 2 medal qazanıb
20/04 | 22:21 Azərbaycanın iki boksçusu Avropa çempionatında mərhələ adlayıb
20/04 | 21:38 Azərbaycanın gimnastika komandası Bakıdakı turnirdə bürünc medal qazanıb
20/04 | 14:37 Veteran stolüstü tennisçilər arasında ölkə çempionatına start verilib
20/04 | 12:26 Kişi şahmatçılar arasında Azərbaycan çempionatında yarımfinalçılar müəyyənləşib
20/04 | 10:15 Basketbol üzrə Azərbaycan Kubokunun qalibi bəlli olacaq
19/04 | 21:13 Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
19/04 | 20:10 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Hər oyununda finala bərabər yarımfinal
Tarix: 04.05.2021 | Saat: 07:00:00 | E-mail | Çapa göndər
BATI YAR | batyyar@mail.ru

Tarixə yeni sətirləri məşqçilər yazdı

Birillik fasilədən sonra Azərbaycan kuboku yeni sahibinə qovuşa bilər. Əgər pandemiya ilə bağlı hər hansısa problem yaşanmasa, kubokun yeni sahibi mayın 24-də bəlli olacaq.

Ötən il, ümumiyyətlə, futbol yarışları yarımçıq qaldı. Elə ölkə kuboku da sahibini tapmadı. Ondan əvvəlki iki il isə builki finalçıların iştirakı ilə həlledici oyunlar keçirilib. Lakin 2018-ci ildə "Keşlə" "Qəbələ"ni məğlub edib tarixinin ən yüksək nailiyyətinə sahib çıxmışdısa, "Sumqayıt" ilk finalında tarixinin ilk titulunu qazanan "Qəbələ"yə məğlub olmuşdu. Hər iki oyunda cəmi bir qol vurulmuşdu. Bu dəfə isə "Sumqayıt" tarixinin ilk böyük sətrini yaza bilər.

Əlbəttə, bəlkə də nəticələrə baxmadan bu sözləri eşitmək şox qəribə gələr. Lakin həqiqətən də, builki ölkə kuboku tarixdə xüsusi yer tutacaq. Təkcə favoritlərin uduzması ilə deyil, həm də qalmaqalları ilə.

İlk öncə onu qeyd etmək yerinə düşər ki, "Qarabağ"la "Sumqayıt"ın rəqabəti fantastik məcrada keçdi. Qapılara vurulmayan qollar göz oxşadı və qarşılaşma da elə buna görə sona qədər maraq içində keçdi. Nə qədər qəribə olsa da, "Qarabağ" bu matçın taleyini həll edə bilmədi və penaltilər seriyasının məhz 5-ci zərbələri, deyərdim ki, psixoloji tilsimi qırdı. Beləliklə, ölkə kuboku uğrunda mübarizənin 29 illik tarixində 29-cu dəfə qalibi penaltilər seriyası müəyyənləşdirdi.

"Zirə" isə "Keşlə" ilə oyuna yanaşmasının acısını çəkdi. İlk matçda qələbə komandanı çox dəyişmişdi. Zənnimcə, ötən icmallarda qeyd etdiyimiz kimi, "Zirə" milli çempionatın turnir cədvəlindəki mövqeyinə uyğun oyun göstərməli və rəqiblərinin üzərinə daha fəal və planlı təzyiqlə getməlidir. Əks halda, artıq onun oyun stilinə bələd olanlar istədikləri tempi tutaraq nəticə də əldə edirlər. "Keşlə" də istisna olmadı və matç sözün həqiqi mənasında het-trikə imza atan Sezar Meza Kollinin benefisinə çevrildi. Xüsusən, onun vurduğu sonuncu qol - sürətlə irəliləyib təxminən 25 metrdən qapının sol aşağı küncünə tuşladığı top toru silkələyərək ev sahiblərinin bütün ümidlərini puç etdi. Matçda ən gərgin anlar penalti epizodunda baş verdi. Yan xətt hakiminin qərarı ilə ev sahibi futbolçunun rəqibinə topsuz vəziyyətdə zərbə endirməsindən sonra referi penalti qərarı versə də, rabitə vasitəsilə uzun-uzadı məsləhətləşməsi ev sahibinin baş məşqçisi də daxil olmaqla, qəzəbə keçərək həddini aşan etirazlara gətirib çıxardı və nəticədə, oyunun ipi əldən verildi.

Hər şeyə rəğmən, məğlubiyyət "Zirə"nin sönük və yaradıcılığı olmayan oyununun nəticəsi oldu.

Kubok tarixində ilk dəfə ardıcıl iki final matçına eyni mütəxəssislər komandaların baş məşqçisi kimi üz-üzə olacaqlar. 2018/19-cu illər mövsümündə də "Sumqayıt"ı həlledici qarşılaşmaya yüksəltmiş Ayxan Abbasov o vaxt "Qəbələ"nin baş məşqçisi olan Sənan Qurbanovla qarşı-qarşıya gələcək. Yeri gəlmişkən, onu da deyək ki, Sənan Qurbanov ardıcıl iki finala fərqli komandalarla yüksələn ilk mütəxəssisdir. Ona qədər ardıcıl 3 dəfə finala adını yazdıran mütəxəssislər buna yalnız eyni klubla nail olublar.

Onu da xüsusi əlavə edək ki, final matçının tarixinin 28 maydan ayın 24-nə keçirilməsi ilə yanaşı, məkanı da bəlli olub.

BATI YAR

Xəbər 394 dəfə oxundu



 
Müəllifin son yazıları

14.09.2021 “Qarabağ" iki-üç cəbhədə mübarizəyə hazır kimi görünür
14.09.2021 Uduzmaq ayıb deyil, amma...
07.09.2021 Hətta nağıllar reallıqla bitir: üç alma yerə düşür
07.09.2021 Avrokuboklar: Yalnız “Qarabağ"la
07.09.2021 “Araz" tarixinin 16-cı əsas yarışında
24.08.2021 “Paris-2024": əsas yarış məqamlarına aydınlıq gətirilir
24.08.2021 Avrokuboklar: Sapı iynənin gözündən keçirmək olsa
24.08.2021 Daha bir qarışıq-natamam mövsümə doğru
23.08.2021 Ya qalib, ya da ən yaxşı ikinci olmaq lazımdır
10.08.2021 Əlvida, “Tokio-2020"!


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru