Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı
  Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
18/05 | 21:20 Ulu öndər Heydər Əliyevin xatirə turnirinin qaliblərinə mükafatlar təqdim edilib
18/05 | 18:28 Güləşçilərimiz U-23 Avropa çempionatının yarımfinal mərhələsinə yüksəliblər
18/05 | 16:41 U-23 Avropa çempionatında dörd güləşçimiz medal görüşünə çıxacaq
18/05 | 16:27 Şəhidlərin xatirəsinə həsr olunan turnirlərin qalibləri müəyyənləşib
18/05 | 16:16 Güləşçimiz erməni rəqibini məğlub edərək Avropa çempionatının yarımfinalına yüksəlib
18/05 | 15:00 Respublika Olimpiya İdman Liseyi 2021-2022-ci tədris ili üçün şagird qəbulu elan edir
18/05 | 14:44 ABŞ-da yaşayan həmyerlimiz 10 yaşınadək 3 idman növündə uğur qazanıb
18/05 | 14:38 Avropa çempionatının final mərhələsinin oyun günləri açıqlanıb
18/05 | 13:20 "Neftçi" baş məşqçi Samir Abasov ilə müqavilənin müddətini uzatmağa hazırlaşır
18/05 | 12:34 “Champions Chess Tour” onlayn seriyasının altıncı mərhələsi keçiriləcək
18/05 | 11:49 Azərbaycan millisinin üzvü karyerasını Yunanıstanda davam etdirəcək
18/05 | 10:47 Sərbəst güləşçilərimiz U-23 Avropa çempionatında mübarizəyə qoşulacaq
18/05 | 10:00 İndoneziya komandasının Bakıda keçiriləcək turnir üçün heyəti açıqlanıb
17/05 | 22:01 İki güləşçimiz U-23 Avropa çempionatının finalına yüksəlib
17/05 | 19:00 Ağır atletika üzrə dünya birinciliyi keçiriləcək
17/05 | 18:56 Futbol üzrə Azərbaycan kubokunun final oyununun saatı açıqlanıb
17/05 | 15:13 Azərbaycanlı cüdoçu Amerika çempionu olub
17/05 | 13:00 Yaponiyada Tokio Olimpiadasının təxirə salınmasının tərəfdarlarının sayı rekord həddə çatıb
17/05 | 12:02 "Avro-2021": Azərbaycan millisinin potensial rəqibləri müəyyənləşib
17/05 | 11:34 Paralimpiyaçımız Avropa çempionu olub
17/05 | 10:30 Avstriya komandasının Bakıda keçiriləcək dünya yaş qrupları yarışları üçün heyəti açıqlanıb
17/05 | 10:03 Azərbaycan bodibildinqçiləri Avropa çempionatında 4 medal qazanıblar
17/05 | 09:54 U-23 Avropa çempionatında çıxış edəcək sərbəst güləşçilərimizin ilk rəqibləri müəyyənləşib
16/05 | 22:19 Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Gürcüstan yığmasına qalib gəlib
16/05 | 18:20 Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş turnir keçirilib
16/05 | 18:03 Türkiyənin sərbəst güləş üzrə millisi Bakıda təlim-məşq toplanışını davam etdirir
16/05 | 17:54 Boks üzrə dünya çempionatının tarixi dəqiqləşib
16/05 | 17:09 Azərbaycan millisi Özbəkistanda təlim-məşq toplanışını davam etdirir
16/05 | 16:52 "Səbail" Rauf Əliyevə yeni müqavilə təklif edəcək
16/05 | 15:32 “Keşlə” aparıcı futbolçusu Sezar Meza Kollini satmağa hazırdır
16/05 | 14:49 Üçüncü Avropa Oyunlarına daha bir idman növü daxil edilib
16/05 | 14:49 "Neftçi" iki legioner hücumçusu ilə bu yay yollarını ayıracaq
16/05 | 14:12 “Səbail”in baş məşqçisi Premyer Liqada yubiley oyununu keçirib
16/05 | 13:02 “Sumqayıt” klubu Premyer Liqada 150-ci ev oyununu keçirib
16/05 | 12:46 Bakıda keçiriləcək beynəlxalq yarışda 18 ölkədən 202 gimnast iştirak edəcək
Digər xəbərlər 
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 16 9 2 64-17 57
2 Neftçi 27 17 5 5 46-25 56
3 Sumqayıt 27 8 14 5 27-26 38
4 Zirə 27 9 9 9 29-31 36
5 Sabah 27 6 8 13 26-37 26
6 Qəbələ 27 5 11 11 22-41 26
7 Səbail 27 5 9 13 21-41 24
8 Keşlə 27 4 11 12 22-39 23
 Dünya kuboku-2022. Seçmə mərhələ. “A” qrupu
N: Komandalar O Q H M T/F X
1 Portuqaliya 3 2 1 0 6-3 7
2 Serbiya 3 2 1 0 7-5 7
3 Lüksemburq 2 1 0 1 2-3 3
4 İrlandiya 2 0 0 2 2-4 0
5 Azərbaycan 2 0 0 2 1-3 0
Beynəlxalq ictimaiyyətin başsağlığı məktublarında canlanan obraz
Tarix: 04.05.2021 | Saat: 11:05:00 | E-mail | Çapa göndər
BATI YAR | batyyar@mail.ru

Gənclər və idman naziri Azad Rəhimovun vəfatı ilə əlaqədar beynəlxalq ictimai təşkilatların, idman qurumları və nüfuzlu şəxslərin adından məktublar daxil olmaqda, sosial platforma və rəsmi internet səhifələrində başsağlığı mətnləri dərc edilməkdədir.

Belə mesajlarda, ilk baxışda, bir insanın ölümü ilə bağlı kədər və hüzn notları hakim kəsilir. Lakin Azad müəllimə həsr olunmuş bu məktublarla tanış olduqca onun dünya idman və gənclər, ictimai-siyasi, sosial-mədəni mühitdəki nüfuzu, eyni zamanda, onun insani keyfiyyətlərinin sadalanması xüsusi diqqət çəkir. Deməli, o uzun illər rəhbərlik etdiyi sahədə təkcə Azərbaycanda deyil, ondan kənarda da böyük nüfuz sahibinə çevrilmişdi.

Verilən başsağlığı mətnlərində onun səmimiyyətinin xüsusi qeyd edilməsi bir rəhbər və məmur üçün ən böyük beynəlxalq ictimai qiymətlərdən biri hesab olunmalıdır. Çünki ölkəsinin ictimai maraqlarını qarşılıqlı rəsmi görüşlərdə, müzakirə və tədbirlərin kürsüsündən deyil, eyni zamanda, bir fəal vətəndaş kimi onun ünsiyyətdə şəxsi nümunəsi qarşılıqlı etimad və etibar körpülərinin formalaşmasında xüsusi rol oynayıb. Bu isə gənc ölkənin uğur sütünunun təməl daşını təşkil edən amillərdəndir.

XXI əsrin əvvəlindən Azərbaycan idmanında böyük yüksəliş dövrü başlanıb. İdmançılarımızın artan nüfuzu ilə yanaşı, "Odlar yurdu" həm də ən mötəbər tədbirlərin təkilatçısı kimi imicini möhkəmləndirdi. Ölkənin nəinki paytaxtında, hətta regionlarında da idman infrastrukturunun quruculuq işləri geniş vüsət aldı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin mahir diplomat kimi nümunəsi və nüfuzu ilə yanaşı, bu sahədə onun müəyyən etdiyi kursu ardıcıl olaraq həyata keçirəcək rəhbər kadrların, fəalların olması ölkənin uğurlarının möhkəm özülünün təməlidir. Məhz yüksəlişin ilk dövrlərində vaxtilə gənclər sahəsində, xüsusən, güclü idarəçilik məktəbi keçmiş Azad Rəhimovun bu kürsüyə gətirilməsi, dövlət siyasətinin yüksək standartlarının davamlı tətbiqinə peşəkar yanaşmanı müəyyən etdi. Bu gün beynəlxalq ictimaiyyətin başsağlığı mətnlərində məhz bu keyfiyyətlər özünü əyani büruzə verir.

Türkiyə Cümhuriyyətinin xarici işlər naziri Mövlud Çavuşoğlu Azad Rəhimovun vəfatına münasibət bildirən ilk yüksək çinli məmurlardan oldu. Türkiyənin gənclik və idman naziri Mehmet Kasapoğlu isə iki ölkə arasında əlaqələrdə azərbaycanlı həmkarının roluna diqqət çəkərək, "Azərbaycanın və Türkiyənin başı sağ olsun" deyərək bu xəbəri hər iki ölkənin üzüntüsü adlandırıb. Onu xüsusi qeyd etmək lazımdır ki, qardaş Türkiyənin, sadəcə, yüksək rəhbər şəxsləri, idman və gənclər təşkilatları deyil, hətta əyalətlərin idman qurumları və təşkilatlarının da sosial platforma üzərindən diləkləri, məktubları diqqətçəkəndir. Bu, Azad müəllimin iki ölkə arasında qardaşlıq münasibətlərinə irili-kiçikli fərq qoymadan münasibətinin nəticəsidir. Türkiyəli gənclik və idman fəalları, idmançıların da mesajlarında onun şəxsiyyətinə hörmət xüsusi yer tutur.

Türk dünyasının çeşidli ölkələrindən, habelə Türk Şurası Baş Katibliyinin dərin hörmət və ehtiram ifadəsi ilə Bağdad Amreyev Azad Rəhimovun çoxsaylı türkdilli tədbirlərə ən fəal qatılanlardan biri kimi bu tədbirlərin təşkilatçılığı ilə yanaşı, onun şəxsi nümunəsini xüsusi qeyd edərək, səylərini əsirgəməməsini və bu xidmətlərin heç vaxt unudulmayacağını vurğulayır.

Qitənin olimpiya ailəsinin dərin hüznlə başsağlığı diləklərini çatdıran Avropa Olimpiya Komitəsi başda olmaqla, dünyanın aparıcı idman təşkilatları da Azad Rəhimovun vəfatına kədərlərini bildirir və başsağlığı diləklərini göndərirlər. Dünya mediasında və davamlı məktublarda onun bir təkilatçı kimi, ölkəsinin maraqlarının ən yaxşı cəhətdən təqdim edən şəxs kimi göstərilməsi ön plana çıxır. Xüsusən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın başçılığı ilə Birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin fəaliyyəti, tarixin olimpiya oyunları səviyyəsində ən nümunəvi yarışlarının təşkilatçılığındakı rolu, hətta beynəlxalq təzyiqlərə, ölkə imicinə qarşı süni şişirdilən münasibətlərə rəğmən onun cəsarətli, iradəli duruşu bir sıra xatirələrdə xüsusi qeyd olunur.

Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Endryu Parsonz məktubunda Azad Rəhimovu "böyük şəxsiyyət və paralimpiyaçıların dostu" adlandırması, Avropa Şahmat İttifaqının prezidenti Zurab Azmayparaşvilinin "Azad Rəhimov təkcə gənclər və idman naziri deyildi, o, bir azarkeş və hər bir gənc insanın və idmançının qayğıkeş atası, dəstəkçisi və dostu idi", - deyərək ötən illərdə keçirilən mötəbər şahmat tədbirlərindən xatirəsini paylaşaraq rəsmidən çox, dost, yoldaş notlarının hakim kəsildiyi məktubu hüznlə yanaşı, Azərbaycanda gənclər və idman siyasətinin həyata keçirilməsinə rəhbərlik etmiş insana görə qürur hissi ilə təskinlik gətirir. Elə şahmat aləminin daha bir tanınmış siması, Avropa Şahmat İttifaqının prezidenti də olmuş Silvio Danailov da "Böyük insan və əziz dost" adlandıraraq dost itkisinin ağrı-acısını dilə gətirir.

FİDE prezidenti Arkadi Dvorkoviçin məktubu isə bu fikirləri tamamlayır: "O, özünəməxsus dəst-xəttin, fitri istedadın, parlaq peşəkarlığın, yüksək alicənablığın rəmzi və tərənnümçüsü olan müdrik insan kimi qəlbimizdə daim qalacaq".

"Yalnız Azərbaycanda deyil, bütün müsəlman dünyasında və onun xaricində də dərin bir miras qoydu. Onun liderliyi və gəncliyin inkişafına verdiyi töhfələr dərin heyranlıq və ehtiramla xatirələrdə əbədi qalacaq", - deyərək başsağlığı məktubu ünvanlayan İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun prezidenti Taha Ayhanın sözləri, habelə İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Məhəmməd Əl-Qərnasın imzası ilə daxil olmuş məktubda qurumun prezidenti şahzadə Əbdüləziz bin Türki Əl-Feysəl Əl Səud, eləcə də İcraiyyə komitəsi və baş katibliyin başsağlığı diləkləri ilə yanaşı, Azad Rəhimovun "təkcə Azərbaycanın deyil, bütün İslam dünyası gəncliyinin və idmanın inkişafına yaxından və real dəstəyi, səyləri" qeyd olunur. Bütün bunlar Azad Rəhimovun şaxəli fəaliyyətinə verilən daha bir səmimi qiymət olaraq, müsəlman ölkələrinin ictimai təşkilatları ilə yanaşı, dünyanın fərqli yerlərindən fəalların başsağlığı ismarıclarında bir daha əyani təsdiqini tapır.

AİBA prezidenti Umar Kremlev məktubunda “Əminəm ki, cənab Azad Rəhimovun böyük əməyi bundan sonra da davam etdirilməklə, xidmətləri daim xatırlanacaq" deyə qeyd edir. Onun avropalı həmkarı, Avropa Boks Konfederasiyasının prezidenti Franko Falçinelli isə Azad Rəhimovun "uğurları və parlaq layihələri ilə yaddaşlarda qalacağını" qeyd edərək, başsağlığı verib.

Bütün məktubları vərəqlədikcə, onun nümunəvi vətəndaş, əsl olimpiya prinsiplərinə uyğun humanizmi, ideallara sədaqəti gələcək nəsillərə qoyduğu böyük irsin etirafı kimi səslənir. Azad Rəhimovun əziz xatirəsinə dünya idman və gənclər hərəkatının hörmət və ehtiram diləklərini çatdıran məktub və ismarıcların bir qismini sadalayaraq, onun qoyduğu irsin bir nümunəsi kimi daim xatırlanacağına əminliyimizi ifadə edir və Allahdan ona rəhmət diləyirik.

Bu xüsusda tanınmış xadimlərdən Natali Qule (Fransa senatoru), Pirs Okalliqan ("Bakı-2015" Birinci Avropa Oyunlarının idman direktoru), Çunqvon Çu (Dünya Taekvondo Federasiyasının prezidenti), Maurisio Süleyman (WBC prezidenti), Birol Aydın (Türkiyə Özəl İdmançılar İdman Federasiyası), Məhməd Baykan (Türkiyə Gənclik və İdman Nazirliyi İdman xidmətləri baş müdiri), Səlim Qayıcı (Türkiyə Kikboks Federasiyasının sədri), Yusif Qaradağ (Beynəlxalq yardım könüllüsü), Həmzə Yerliqaya (Türkiyənin yunan-Roma güləşi üzrə olimpiya, dünya və Avropa çempionu), Osman Aşkın Bak (Türkiyənin keçmiş gənclik və idman naziri), habelə qurum və təşkilatlardan BMT-nin Azərbaycan nümayəndəliyi, Türkiyə Cüdo Federasiyası, Diyarbəkir Xarici İşlər Başqanlığı, Elazığ Gənclik və İdman Əyalət Müdirliyi, Dünya Etnospor Konfederasiyası və başqaları Azad Rəhimovun vəfatı ilə əlaqədar başsağlığı veriblər.

Məkanı cənnət olsun!

BATI YAR

Xəbər 93 dəfə oxundu



 
Müəllifin son yazıları

04.05.2021 Hər oyununda finala bərabər yarımfinal
19.12.2020 Məcburi koronavirus fasiləsi
18.12.2020 “Qarabağ" mübarizəni bir ümidlə tərk edir
17.12.2020 Avropanın yeni klub futbolu turniri
16.12.2020 Çətin və maraqlı rəqiblər arasında
07.12.2020 Yeganə çempionluqdan sonra köçkün statussuz meydan
05.12.2020 Bir dünyanı ağladıb digərini sevindirən əbədi şıltaq “körpə"
03.12.2020 “Köçkün" statussuz ilk oyunun vida ümidləri
02.12.2020 Milli yerini qorudu, amma oyun göstərmədi
17.11.2020 Altı cavabsız qolun mövsüm həqiqətləri və zərurəti


  Arxiv
Tarixləri seç: 
 dən 
Fotogalereya
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
Müəllif yazıları
Qabil Mehdiyev
qabil-so@mail.ru
Azad Rəhimovun yolu...
BATI YAR
batyyar@mail.ru
Beynəlxalq ictimaiyyətin başsağlığı məktublarında canlanan obraz
Leyla Qurbanova
leyla-6565@mail.ru
Bakı şəhər trasını seçməyin 5 səbəbi
Əli Fərəcov
alfaraj@mail.ru
Arzulara sədd yoxdur
Vüqar Məmmədov
vuqar-inqilaboqlu@mail.ru
III Avropa Oyunları hansı yeniliklərlə gələcək?
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 8-ci mərtəbə
İndex: AZ 1073;
Tel: (+99412) 434-57-32, (+99412) 510-53-10
Fax: (+99412) 510-53-10
E-mail: idman-sport@mail.ru