Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
24/04 | 22:21 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib
24/04 | 21:22 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub
24/04 | 19:19 Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
24/04 | 17:18 Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
24/04 | 14:17 Azərbaycan avarçəkənləri Avropa Olimpiya Təsnifat Reqatasında iştirak edəcəklər
24/04 | 13:26 Azərbaycanın stolüstü tennisçisi Belçikada bürünc medal qazanıb
24/04 | 10:13 Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün son turu başlayır
24/04 | 09:21 Azərbaycan Kubokunda finalçılar bu gün bəlli olacaq
24/04 | 09:10 Güləş üzrə U-17 Azərbaycan çempionatına start verilib
23/04 | 19:08 Voleybol üzrə Azərbaycan çempionatının qalibləri mükafatlandırılıb
23/04 | 18:07 Qadın voleybolçulardan ibarət Azərbaycan çempionatının qalibi bəlli olub
23/04 | 17:04 Futzal üzrə Azərbaycan Kubokunun yarımfinal oyunlarına təyinatlar açıqlanıb
23/04 | 14:02 “Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə mübarizə aparacaq
23/04 | 12:31 AGF Baham adaları Gimnastika Federasiyası ilə Anlaşma Memorandumu imzalayıb
23/04 | 12:30 Kişi şahmatçılar arasında Azərbaycan çempionatında ilk finalçı məlum olub
23/04 | 10:00 Azərbaycan şahmatçısı Avropa çempionatında ardıcıl 4 qələbə əldə edib
23/04 | 09:55 Azərbaycanın U-17 millisi Minskdə ilk oyununa çıxacaq
22/04 | 23:29 1/4 finalçılar müəyyənləşib
22/04 | 22:56 Azərbaycan parataekvondoçuları Qubada hazırlıq keçirlər
22/04 | 22:38 Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb
22/04 | 19:08 Kişi voleybolçulardan ibarət "Azərreyl" komandası ölkə çempionu olub
22/04 | 18:03 1/8 final mərhələsinin oyunları keçirilib
22/04 | 12:21 Bakıda bir sıra idman qurğularının fəaliyyəti ilə tanışlıq
22/04 | 09:51 Kişi voleybolçular arasında Azərbaycan çempionatının qalibi bu gün bəlli olacaq
22/04 | 09:29 Azərbaycan paraüzgüçüsü Avropa çempionu olub
21/04 | 21:28 Azərbaycan Premyer Liqasında XXXI tura yekun vurulub
21/04 | 20:35 "İdman Paytaxtı" seçilmək üçün Bakı şəhərinin namizədliyi irəli sürülüb
21/04 | 09:23 Azərbaycan cüdoçuları Avropa Kubokunun ilk günündə 2 medal qazanıb
20/04 | 22:21 Azərbaycanın iki boksçusu Avropa çempionatında mərhələ adlayıb
20/04 | 21:38 Azərbaycanın gimnastika komandası Bakıdakı turnirdə bürünc medal qazanıb
20/04 | 14:37 Veteran stolüstü tennisçilər arasında ölkə çempionatına start verilib
20/04 | 12:26 Kişi şahmatçılar arasında Azərbaycan çempionatında yarımfinalçılar müəyyənləşib
20/04 | 10:15 Basketbol üzrə Azərbaycan Kubokunun qalibi bəlli olacaq
19/04 | 21:13 Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
19/04 | 20:10 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Tokio Olimpiadasına 100 gün qaldı
Tarix: 14.04.2021 | Saat: 12:52:00 | E-mail | Çapa göndər
Tokio Olimpiadasının baş tutmasına 100 gün qalır. Dünya ictimaiyyəti sağlamlıq, ədalət və birliyin rəmzi olan növbəti Olimpiya Oyunlarının başlanmasını böyük həyəcan və dərin narahatlıqla gözləyirlər. Düzdür, sabah nələrin baş verəcəyini, insanları çaş-baş saxlamış bu təhlükəli virusun, koronavirus infeksiyasının bütün sahələrə, o cümlədən idmana bundan sonra da vuracağı zərbənin miqyasının hansı səviyyədə olacağını indidən söyləmək bir qədər çətindir. Pandemiya adi insanlarla yanaşı, idmançılar üçün də çox gözlənilməz olub və bəziləri bu stressə dözməyərək hətta karyeralarını bitirmək məcburiyyətində qalıblar, digərləri formalarını bərpa etmək üçün vəziyyətin düzəlməsini gözləyirlər.

Bütün bunlara baxmayaraq Beynəlxalq Olimpiya Komitəsi (BOK) və Tokio Olimpiadasının təşkilat komitəsi, Yaponiya hökuməti Oyunları ən yüksək səviyyədə və təhlükəsiz şəraitdə keçirmək üçün gərgin səylər göstərir, tamaşaçılarsız, və ya tamaşaçılarla, necə olursa-olsun mütləq olimpiadanı keçirmək istəyirlər. BOK-un prezidenti Tomas Bax “Tokio-2020”nin dünyada tarixi Olimpiada kimi qəbul ediləcəyinə inandığını bildirib. Avropa Olimpiya Komitələrinin (AOK) baş katibi Rafael Paqnozzi isə “Tokio-2020” Yay Olimpiya Oyunlarının baş tutmasının böyük idmanın qayıdışı kimi xarakterizə olunacağını vurğulayıb.

Sözsüz ki, Oyunların təşkilində müəyyən məhdudiyyətlərin tətbiqi onu əvvəlki olimpiadalardan fərqləndirəcək. Son günlər daha bir qərarın qəbulu gözlənilir. Belə ki, Yaponiya hökuməti “Tokio-2020” Yay Olimpiya və Paralimpiya Oyunlarına gələcək rəsmi qonaqların sayını iki dəfə azaltmaq imkanlarını araşdırır. Bildirilir ki, hazırda Olimpiya Oyunlarına təqribən 90 min xarici qonağın gələcəyi gözlənilir. Onların təqribən 30 mininin idmançılardan, komandaların digər üzvlərindən və xidmət heyətindən ibarət olacağı qeyd edilir.

Bundan əvvəl isə təşkilatçılar yarışlara qatılmaq istəyən əcnəbi azarkeşlərin koronavirusla əlaqədar yaranmış vəziyyətə görə ölkəyə buraxılmaması barədə razılığa gəliblər. Halbuki “Tokio-2020”nin təşkilat komitəsinin rəhbəri Seyko Haşimoto Yaponiyanın “Asahi” və “Yomiuri” qəzetlərinə müsahibəsində bildirmişdi ki, koronavirus pandemiyası ilə bağlı vəziyyətə baxmayaraq, Tokioda keçiriləcək Yay Olimpiya və Paralimpiya Oyunlarını tamaşaçıların izləmələrinə icazə verilməlidir. O, bunu hazırkı vəziyyətdə digər yarışlara tamaşaçıların buraxılması ilə əlaqələndirmişdi.

İdman obyektlərində yaponiyalı azarkeşlərə hər hansı məhdudiyyətin tətbiq edilib-edilməyəcəyi də sual altındadır və buyaxınlarda bu məsələyə aydınlıq gələcək.
Daha bir məhdudiyyət əcnəbi könüllülərin iştirakı ilə bağlıdır. Artıq əcnəbi könüllülərin Oyunlara dəvət olunmayacağı ilə bağlı da qərar qəbul edilib.

Tokio Yay Olimpiya və Paralimpiya Oyunlarının əcnəbi tamaşaçılarsız keçirilməsinə görə, Yaponiya 150 milyard yen (təqribən 1,37 milyard dollar) itirəcək. Bu hesablama daxili bazarın təhlili və koronavirus pandemiyasına qədər əcnəbi turistlərin istehlak səviyyəsi nəzərə alınaraq aparılıb. Qəbul edilən qərarın daha çox mehmanxana və restoran biznesinə ziyan vuracağı bildirilir. Bununla yanaşı, qeyd edilir ki, Oyunların təşkilatçıları yapon tamaşaçıların yarışlar zamanı idman obyektlərinə buraxılmaması barədə qərar qəbul edəcəyi təqdirdə bu iqtisadi zərər daha da arta bilər. İndiyədək olimpiadaya 4,4 milyon, paralimpiadaya isə 970 min bilet satılıb. Biletlərin 1 milyonunu xaricilər alıblar.

Onu da qeyd edək ki, Olimpiadanın təxirə salınması və koronavirusa qarşı tədbirlərlə bağlı əlavə xərclərə görə yarışların təşkili büdcəsi artıq 1,64 trilyon yenə (təqribən 15,9 milyard dollar) çatıb.

“Tokio-2020”nin məşəl estafetinin start götürməsinə baxmayaraq onun formatının dəyişdirilməsi ilə bağlı söz-söhbət də davam edir. Bir neçə gün bundan əvvəl Seyko Haşimoto Yaponiyanın bu və ya digər prefekturasında COVID-19 pandemiyasına görə yaranacaq vəziyyətdən asılı olaraq Tokio Olimpiadasının məşəl estafetinin formatının dəyişdirilə biləcəyini də bəyan edib.

Qeyd edək ki, cari həftə Osaka prefekturası koronavirusla əlaqədar vəziyyət gərginləşdiyinə görə lokal fövqəladə vəziyyət rejimi tətbiq edərək, bu prefekturanın ərazisində Olimpiya məşəlinin gəzdirilməsini qadağan edib. Nəticədə, mərasim prefekturanın yalnız bir şəhərindəki parkda qısa formatda və tamaşaçılarsız keçiriləcək.

Olimpiya məşəli estafeti Yaponiyada martın 25-də Fukusima prefekturasındakı “J-Village” təlim-məşq bazasında başlayıb. Estafet ümumilikdə 121 gün davam edəcək və məşəlin 47 prefekturasının 859 bələdiyyəsində hərəkəti nəzərdə tutulur. Estafetdə təqribən 10 min nəfərin iştirak edəcəyi gözlənilir.

Bugünlərdə Koreya Xalq Demokratik Respublikasının (KXDR) Olimpiadada iştirak etməyəcəyi ilə bağlı məlumat yayılıb. "Yonham" agentliyinin verdiyi məlumata görə, bu addım idmançıları koronavirus infeksiyasından qorumaqdan ötrü atılıb. Belə bir qərar KXDR Milli Olimpiya Komitəsinin iclasında qəbul edilib. Amma ümumilikdə götürdükdə, lisenziya xarakterli yarışlarda dünya ölkələrinin komandaları böyük heyətlə iştirak edərək lisenziya əldə etmək üçün böyük ruh yüksəkliyi ilə mübarizə aparırlar.

Artıq bəzi idman növləri üzrə lisenziya yarışlarının böyük bir hissəsi başa çatıb və vəsiqə sahibləri müəyyənləşib.

Dünyada kütləviliyi ilə birinci yerdə qərarlaşan futbol üzrə isə artıq “Tokio-2020” də mübarizə aparacaq bütün komandalar müəyyənləşib. Belə ki, “Tokio-2020”də Yaponiya, Argentina, Avstraliya, Braziliya, Kot d İvuar, Misir, Fransa, Almaniya, Honduras, Koreya Respublikası, Meksika, Yeni Zelandiya, Rumıniya, Səudiyyə Ərəbistanı, Cənubi Afrika Respublikası və İspaniya komandaları mötəbər yarışa vəsiqə qazanıblar.

Düzdür, lisenziya yarışları ilə bağlı bəzi problemlər yaranıb. Olimpiya seçmə mərhələlərinin bəziləri ləğv edilib, digərləri təxirə salınıb, yaxud idmançıların reytinqə görə vəsiqə əldə edəcəklərinə təminat verilib.

Bu arada Yaponiyanın təşkilati işlərdə böyük təcrübəsi olan ölkələrdən Tokio-2020 Olimpiya Oyunlarının keçirilməsində dəstək istəməsi vəziyyətin nə qədər ciddi olduğunu göstərir. Yaponiya Nazirlər Kabinetinin Baş katibi Katsunobu Kato tərəfindən edilən müraciətdə idman yarışlarının keçirilməsi istiqamətində böyük təcrübəsi olan ölkələrin kadr potensialının Yaponiyaya göndərilməsi kimi müraciət öz əksini tapıb. Müraciətə cavab olaraq gənclər və idman naziri Azad Rəhimov Azərbaycanın 2015-ci ildə ilk Avropa Oyunları, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları, 2016, 2017, 2018, 2019-cu illərdə Formula 1, 2019-cu ildə XV Avropa Gənclər Olimpiadası kimi beynəlxalq yarışlara çox böyük uğurla ev sahibliyi etdiyini bildirib. Bu məqsədlə, nazir Tokioda baş tutacaq Olimpiya Oyunlarında Azərbaycanın təcrübəli kadr potensialı ilə dəstək göstərməsinin mümkünlüyünü qeyd edib.

Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə bu ölkənin parlamentinin müşavirlər palatasının deputatı, Azərbaycan-Yaponiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Kentaro Asahi ilə görüşündə əsas mövzu olaraq təxirə salınmış “Tokio 2020” Olimpiya və Paralimpiya Oyunlarının 2021-ci ilin yayında təşkili və Azərbaycan idmançılarının bu beynəlxalq yarışda iştirakı məsələləri müzakirə edilib.

Koronavirus pandemiyasına baxmayaraq, bu oyunların yüksək səviyyədə və təhlükəsiz şəkildə keçiriləcəyini qeyd edən Kentaro Asahi Yaponiya tərəfinin Azərbaycan idmançılarının iştirak edəcəyinə ümidvar olduğunu bildirib.
Azərbaycanın “Tokio-2020”də iştirakına gəlincə, vurğulayaq ki, komandamız ölkəmizi bu mötəbər oyunlarda layiqincə təmsil etmək üçün bütün imkanlardan istifadə edir. Koronavirus pandemiyasının yaratdığı çətinliklərə və maneələrə baxmayaraq lisenziya xarakterli yarışlarda idmançılarımızın iştirakı təmin edilir, yüksək nəticələrin əldə edilməsi üçün hazırlıq davam etdirirlir.

Azərbaycan idmançıları Tokio Olimpiadasına indiyədək 16 lisenziya qazanıblar. Lisenziyalar atletika (2), atıcılıq (1), bədii gimnastika (2), idman gimnastikası (2), sərbəst güləş (3), qadın güləşi (1), yunan-Roma güləşi (1), üzgüçülük (1), velosiped (şose, 1), boks (1), taekvondo (1) üzrə əldə edilib.

Olimpiya Oyunlarına vəsiqəni atletika üzrə Anna Skidan (çəkicatma), Nazim Babayev (üç təkanla tullanma), üzgüçülük üzrə Maksim Şemberev (400 m qarışıq), qadın güləşi üzrə Mariya Stadnik (50 kq), sərbəst güləş üzrə Şərif Şərifov (97 kq), Hacı Əliyev (65 kq), Hacımurad Hacıyev (74 kq), yunan-Roma güləşi üzrə İslam Abbasov (87 kq), bədii gimnastika üzrə Zöhrə Ağamirova (çoxnövçülük), Aliyə Paşayeva, Diana Əhmədbəyli, Darya Sorokina, Ayşən Bayramova, Zeynəb Hümmətovadan ibarət qrup hərəkətləri komandası (qrup, çoxnövçülük), idman gimnastikası üzrə Marina Nekrasova (çoxnövçülük), İvan Tixonov (çoxnövçülük), güllə atıcılığı üzrə Ruslan Lunyov (25 metr məsafəyə kiçikçaplı tapançadan atəşaçma), taekvondo üzrə Milad Beigi Harçeqani (80 kq), boks üzrə Tayfur Əliyev (57 kq) qazanıblar. Həmçinin, Azərbaycan millisi şose velosipedi idman növündə 1 lisenziyaya sahib olub.

XVI Yay Paralimpiya Oyunlarına isə indiyədək 9 lisenziyamız var. lisenziyalar atletika (3), atıcılıq (2), üzgüçülük (3) və pauerliftinq (1) üzrə əldə edilib. Vəsiqələri atletika üzrə Oloxan Musayev, Samir Nəbiyev, Kamil Əliyev, üzgüçülük üzrə Raman Salei, Dana Şandıbina, Vəli İsrafilov, güllə atıcılığı üzrə Yelena Taranova, Kamran Zeynalov, pauerliftinq üzrə Elşən Hüseynov qazanıblar.

Bəzi idman növlərində lisenziya reytinqlə müəyyənləşdiyi üçün yarışlar bitdikdən sonra vəsiqə sahiblərinin adları açıqlanacaq.

Xatırladaq ki, komandamız olimpiadalarda ən böyük uğurunu son Oyunlarda - Rio-de-Janeyroda keçirilmiş Olimpiya Oyunlarında qazanıb. Belə ki, 2016-cı ildə keçirilmiş XXXI Yay Olimpiya Oyunlarında Azərbaycan 56 idmançı ilə 17 idman növündə təmsil olunaraq 1 qızıl, 7 gümüş və 10 bürünclə medalların əyarına görə 206 dövlət sırasında 39-cu yeri, sayına görə isə 15-ci yeri tutub. Olimpiadadan-olimpiadaya medalların sayını artıran və nəticələrini yaxşılaşdıran olimpiyaçılarımızdan növbəti Oyunlarda da parlaq qələbələr gözləyirik.


Xəbər 505 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
25.10.2021 Yaponiya jurnalı Azərbaycan idmançılarının Tokio Olimpiadasında uğurlu çıxışlarına həsr olunan məqalə yayıb
08.09.2021 Tokio Yay Olimpiya və Paralimpiya oyunları zamanı komandaların üzvlərindən 863 nəfər koronavirusa yoluxub
07.09.2021 “Tokio-2020”də uğurla çıxış edən milli Paralimpiya komandamızın üzvlərinin sonuncu qrupu Vətənə qayıdıb
06.09.2021 Paralimpiyaçılarımızın triumfu: İdmançılarımız Azərbaycanın milli Paralimpiya tarixində qızıl səhifə yazdılar
05.09.2021 “Tokio-2020” XVI Yay Paralimpiya Oyunları təntənəli bağlanış mərasimi ilə başa çatıb
05.09.2021 İlqar Rəhimov: Azərbaycan paralimpiyaçıları Tokio Oyunlarını görünməmiş, möhtəşəm qələbələrlə başa vurdular
04.09.2021 Birinci vitse-prezident Mehriban Əliyeva Yay Paralimpiya Oyunlarında uğur qazanan idmançılarımızı təbrik edib
04.09.2021 Prezident İlham Əliyev “Tokio-2020” Yay Paralimpiya Oyunlarında növbəti qızıl medallar qazanan idmançılarımızı təbrik edib
04.09.2021 Azərbaycan Tokio Paralimpiadasını 14 qızıl, 1 gümüş və 4 bürünc medalla başa vurub
04.09.2021 Azərbaycan Tokio Paralimpiadasında 13-cü qızıl medalını qazanıb


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru