“Sumqayıt”ın futbolçusu Xəyal Nəcəfov Premyer Liqada 100-cü oyununu keçirib.
Azsport.az Peşəkar Futbol Liqasına (PFL) istinadla xəbər verir ki, bu, XXII turun “Qarabağ”la görüşünə (1:4) təsadüf edib. O, ölkə çempionatında yalnız bir klubun şərəfini qoruyub. Debütü 2014/2015-ci il mövsümünə təsadüf edən X.Nəcəfov 100 çempionat matçını “Sumqayıt”da keçirib. O, klub tarixinə Premyer Liqada 100 və daha çox matça çıxan 4-cü oyunçu kimi düşüb. X.Nəcəfovadək Vurğun Hüseynov (178), Bəxtiyar Həsənalızadə (158) və Slavik Alxasov (126) buna nail olublar.
Qeyd edək ki, X.Nəcəfov 100 matçda 2 qol vurub.
|