Kişi voleybolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb.
Millimizin baş məşqçisi Fərid Cəlalov Avropa çempionatının seçmə mərhələsi üçün 16 oyunçu sifariş edib.
Millimizin heyətində toppaylayıcılar - Tural Həsənli, Mirəşrəf Rzazadə, Uğur İbrahimov, blokçular - Elmin Alışanov, Yeqor Nikulenko, Dmitri Obodnikov, Dmitri Baranov, Ramazan Ağabəyov, hücumçular - Mais Verdizadə, Aqil Əlizadə, Ruslan Əliyev, Pərviz Səmədov, Sənan Dünyamalıyev və Andrey Vasilenko, liberolar - Emil Abdullayev və Kənan Allahverdiyev yer alıblar.
Qeyd edək ki, millimiz Avropa çempionatının seçmə mərhələsində F qrupunda Gürcüstan, Monteneqro və Yunanıstan yığmaları ilə qarşılaşacaq. Görüşlərə mayın 5-də start veriləcək.
|