Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı
  Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
30.10.2018 AGIN
2019-cu ilin idman təqvimi
 Xəbərlər
28/05 | 15:02 Braziliyalı Villian “Atletiko Madrid”in hədəfində
28/05 | 14:22 BOK və ÜST arasında yeni əməkdaşlıq sazişi imzalanıb
28/05 | 10:34 Futbol üzrə qadınlardan ibarət milli komandamızın oyunlarının vaxtı açıqlanıb
28/05 | 09:56 Azərbaycan şahmatçıları Avropa çempionatının qızıl və gümüş medallarını qazanıblar
28/05 | 08:42 Dünya Badminton Federasiyası "Tokio-2020" olimpiadasının yenilənmiş təsnifat sistemini açıqlayıb
27/05 | 15:02 Stiven Jozef-Monroz "Neftçi"dən ayrıla bilər
27/05 | 12:59 “İpək yolu kuboku” turnirinin ilk 7 turunun oyunları keçirilib
27/05 | 11:40 Mariya Stadnik İradə Aşumovaya çata biləcəkmi?
27/05 | 09:35 Deymon Hill: Valtteri Bottas “Mersedes”ə layiq pilot deyil
27/05 | 09:19 Ukrayna hökuməti ölkədə futbol matçlarının bərpasına icazə verib
27/05 | 08:45 Almaniya Bundersliqasının 28-ci turun mərkəzi qarşılaşması minimal hesabla başa çatıb
26/05 | 16:17 FIBA milli federasiyalara pandemiyadan sonra yarışların bərpası ilə bağlı tövsiyə xarakterli məlumat dərc edib
26/05 | 15:55 Zlatan İbrahimoviç məşq zamanı zədələnib
26/05 | 15:23 Duqlas Kosta zədə səbəbindən karyerasını başa vura bilər
26/05 | 14:42 Zidan Çempionlar Liqası tarixində ən yaxşı baş məşqçi seçilib
26/05 | 13:51 Respublika Gününə həsr olunmuş onlayn şahmat turniri keçiriləcək
26/05 | 13:31 Fiqurlu konkisürmə üzrə Kanadada keçirilməli olan Qran-Pri ləğv edilib
26/05 | 10:20 Azərbaycan və Gürcüstan şahmatçılarının iştirakı ilə blits üzrə “İpək Yolu Kuboku” turniri start götürür
25/05 | 19:23 Avroliqa basketbolunun rəhbərliyi mövsümü vaxtından əvvəl bitirmək qərarına gəlib
25/05 | 16:25 Şahmatçılarımız blits üzrə onlayn “İpək Yolu Kuboku” turnirində mübarizə aparacaqlar
25/05 | 14:03 Yaponiya beysbol liqası milli çempionatı başlamağa qərar verib
25/05 | 13:43 Redaktor olmaq asan deyil
25/05 | 12:19 Şahmat üzrə onlayn Avropa çempionatının D qrupunun seçmə yarışları start götürür
25/05 | 11:30 Necə UFC çempionu olmaq olar
24/05 | 21:32 Şahmat üzrə yeniyetmələr arasında dünya çempionatı qeyri-müəyyən müddətə təxirə salınıb
24/05 | 09:36 Yaponiyalı tennisçi Naomi Osaka yeni rekord müəyyənləşdirib
23/05 | 15:10 Avropa çempionatının C qrupunun final yarışında 11 şahmatçımız mübarizə aparacaq
23/05 | 14:09 Veteran idmançılara dəstək
23/05 | 10:10 “Herta” - “Union” oyunu ilə Almaniya Bundesliqasının 27-ci turuna start verilib
23/05 | 09:51 "IndyCar" təqvimə düzəliş edir, lakin mövsüm iyunun 6-da başlayır
23/05 | 09:20 Şahmatın blits növü üzrə Azərbaycan-Türkiyə dostluq görüşü keçirilib
22/05 | 21:11 Dünya karatesində bir sıra dəyişikliklər baş verib
22/05 | 19:38 Ostində Formula 1 ABŞ Qran-Prisinin keçirilməsi sual altındadır
22/05 | 18:01 Denni Hemlin Darlinqtondakı NASCAR yürüşünün qalibi olub
22/05 | 17:42 Valtteri Bottas növbəti mövsüm “Reno” komandasında çıxış edə bilər
Digər xəbərlər 
 Topaz Premyer Liqası
N: Komandalar O Q H M T X
1 Qarabağ 20 13 6 1 34-7 45
2 Neftçi 20 10 7 3 33-14 37
3 Keşlə 20 8 6 6 27-21 30
4 Sumqayıt 20 6 5 9 24-32 23
5 Zirə 20 6 6 9 25-37 23
6 Sabah 20 5 6 9 19-27 21
7 Səbail 20 5 5 10 16-30 20
8 Qəbələ 20 5 4 11 25-35 19
Milli Olimpiya Komitəsinin yeni inzibati binasının istifadəyə verilməsinə həsr olunmuş təntənəli mərasimdə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi
Tarix: 27.03.2001 | Saat: 14:10:00 | E-mail | Çapa göndər
- Əziz idmançılar, olimpiyaçılar!
- Hörmətli xanımlar və cənablar!
Bu günlərdə Azərbaycan Milli Olimpiya Komitəsinin Baş Məclisinin hesabat-seçki yığıncağı keçirildi və siz ötən dörd il ərzində Azərbaycan Milli Olimpiya Komitəsinin keçdiyi yol, əldə etdiyi nailiyyətlər haqqında geniş müzakirə apardınız. Milli Olimpiya Komitəsinin yeni İcraiyyə Komitəsi seçilibdir. Demək, Azərbaycan Milli Olimpiya Komitəsinin işinin ikinci mərhələsi başlayıbdır. Mən ikinci mərhələni ona görə deyirəm ki, üç-dörd il bundan öncəki vaxtı xatırlasaq, onda Azərbaycanda Milli Olimpiya Komitəsinin varlığını, yoxluğunu çox az adam bilirdi. Məsələn, mən Azərbaycanın Prezidenti kimi bunu heç bilmirdim və məlumatım da yox idi. Təbiidir ki, müstəqil, gənc Azərbaycanda ilk illərdə bu sahəyə belə diqqətin səbəbi olmuşdur, nəticəsi olmuşdur. Bəlkə də bunu qüsur hesab etməmək olar. Ancaq son illərdə Azərbaycan Milli Olimpiya Komitəsi geniş fəaliyyət göstərir. Həm ölkənin daxilində, həm də dünya miqyasında Azərbaycan idmançılarının, olimpiyaçılarının müxtəlif yarışlarda iştirak etməsi və yaxşı nəticələr əldə etməsi - bunlar Azərbaycanda Milli Olimpiya Komitəsinin varlığını nümayiş etdirdi. Nəinki varlığını, eyni zamanda, bu sahənin bizim müstəqil Azərbaycan üçün nə qədər böyük əhəmiyyətə malik olduğunu göstərdi.
Biz böyük məmnuniyyət hissi ilə deyə bilərik ki, Azərbaycanın müstəqil dövlət kimi özünün Milli Olimpiya Komitəsi var. Azərbaycan Milli Olimpiya Komitəsi Dünya Olimpiya Komitəsində, Avropa Olimpiya Komitəsində və başqa beynəlxalq idman təşkilatlarında təmsil olunubdur, öz yerini tutubdur. Hətta cəsarətlə demək olar ki, gözlənildiyindən də çox nailiyyətlər əldə edibdir.
Mən sizi bu münasibətlə təbrik edirəm. Sizə, xüsusilə Milli Olimpiya Komitəsinin yeni seçilmiş rəhbər orqanlarına yeni-yeni uğurlar arzulayıram. Biz son illər, xüsusən Sidney Yay Olimpiadasına hazırlıq dövründə və Olimpiadanın keçirildiyi zaman Azərbaycan idmançılarının orada fəal iştirakı və vətənə gözəl qələbələrlə qayıtmaları ilə əlaqədar, müstəqil dövlətimizdə böyük hadisələrin baş verdiyinin şahidi olduq. İndi idman, bədən tərbiyəsi və xüsusən Olimpiya Hərəkatının dünyada, hər bir ölkədə nə qədər böyük əhəmiyyətə malik olduğu haqqında geniş danışmağa ehtiyac yoxdur. Biz bu barədə keçmiş görüşlərimizdə, müzakirələrimizdə öz fikirlərimizi bildirmişik.
Mən fürsətdən istifadə edərək, bir də onu bildirmək istəyirəm ki, Azərbaycan dövləti, hökumət ölkəmizdə idmanın, bədən tərbiyəsinin kütləviliyinin təmin olunmasını və birinci növbədə, Azərbaycanda gənclərin, təkcə gənclərin yox, yuxarı yaşlı insanların da həm bədən tərbiyəsi ilə, həm də idmanla məşğul olmasını əsas məsələlərdən biri hesab edir.
Bizim dövlətimizi təşkil edən bizim xalqımızdır, bizim millətimizdir. İnsanlar, xalq, millət fiziki cəhətdən nə qədər sağlam olsa, bizim ölkəmiz bir o qədər sağlam olacaq, inkişaf edəcək və gələcəyə böyük-böyük uğurlarla gedəcəkdir. İdmanın, bədən tərbiyəsinin, xüsusən, gənclər üçün nə qədər əhəmiyyətli olması da yaxşı məlumdur.
Amma mən bunu bir daha və bir daha qeyd etmək istəyirəm ki, son onilliklərdə dünyada, demək olar ki, bütün ölkələrdə, təəssüflər olsun, müxtəlif mənfi vərdişlərin, insanların sağlamlığına, təkcə fiziki yox, əqli sağlamlığına böyük zərbələr vuran vərdişlərin və adətə çevrilmiş halların geniş yayıldığı bir vaxtda, gərək hər ölkə, hər dövlət, hər xalq öz insanlarının bütün bu mənfi yollara düşməsinin qarşısını alsın. Bu, birincisi, dünyada narkomaniyanın yeni yayılmasıdır. İnsanlar arasında, xüsusən gənclər arasında müxtəlif narkotik maddələrə meyl göstərilməsi, spirtli içkilərin istifadəsinin geniş yayılması, müxtəlif əxlaq pozuntularının yayılması - bunlar hamısı hər bir insana, hər bir cəmiyyətə, hər bir millətə böyük zərbə vuran amillərdir. Ona görə də məhz indiki zamanda, yəni XXI əsrin əvvəlində, təəssüflə bir də deyirəm ki, bu mənfi meyllərin get-gedə genişləndiyi və dünya ictimaiyyətinin, dünya təşkilatının bundan böyük narahatçılıq keçirdiyi, bunların qarşısını almaq üçün tədbirlər gördüyü,- ancaq əfsuslar olsun ki, təsirli tədbirlər görülə bilmir, - belə bir vaxtda biz gərək öz xalqımızın, öz millətimizin insanlarının sağlamlığı haqqında daim düşünək.
Bizim xalqımız, millətimiz öz tarixi adət-ənənələrinə görə, öz mentalitetinə görə, başqa xalqlara nisbətən, belə mənfi hallara o qədər meylli olmayıbdır. Ancaq indi dünya getdikcə bir-birinə yaxınlaşdığı bir zamanda, qloballaşma istiqamətinin meydana çıxdığı bir zamanda və bəzi ölkələrdə mövcud olan əxlaq pozuntularına, narkomaniyaya və başqa bu cür hallara azadlıq verildiyi, hətta bəzi hallarda onların qanuniləşdirildiyi bir vaxtda biz nə qədər diqqətli olmalıyıq, nə qədər sayıq olmalıyıq. Millətimizi keçmişdən indiyə qədər olduğundan da çox qorumalıyıq və bu istiqamətdə bədən tərbiyəsinin, idmanın çox böyük rolu vardır.
Birincisi, biz idmanı, bədən tərbiyəsini kütləvi etməliyik. Gənclərin tam əksəriyyətini buna cəlb etməliyik. Bu, Azərbaycan vətəndaşının hərtərəfli gələcəyi üçün təməldir. Buna nail olmaq üçün, təbiidir ki, lazımi imkanlar da yaratmalıyıq, lazımi şərait də yaratmalıyıq. Bu barədə dövlət, hökumət öz imkanları çərçivəsində lazımi işlər görür. Ancaq sərbəst iqtisadiyyat, bazar iqtisadiyyatı dövründə, özəlləşdirmə prosesi dövründə, - onun gələcəyini nəzərə alsaq,- dövlətin imkanları məhdudlaşır. Amma sərbəst fəaliyyət göstərən həm kommersiya təşkilatlarının, həm ictimai təşkilatların, həm də müxtəlif başqa təşkilatların imkanları genişlənir. Ona görə də biz bu şəraitə uyğunlaşmalıyıq və uyğunlaşaraq, hər bir sahədə təşəbbüskarlıq nümayiş etdirməliyik.
İndi Azərbaycanda idmanı, bədən tərbiyəsini kütləvi etmək üçün və ən yüksək istedada malik olan idmançılarımızın Olimpiya oyunlarında, yaxud da müxtəlif beynəlxalq yarışlarda iştirakını təmin etmək üçün imkanlarımız daha da çoxdur. Ona görə də mən bu fürsətdən istifadə edərək, bütün təşkilatları - həm dövlət, həm də qeyri-dövlət təşkilatlarını, biznes aləmini, hamını Azərbaycanın gələcəyi üçün vacib olan bu böyük işə dəvət edirəm, çağırıram. Güman edirəm ki, mənim səsim eşidiləcək və biz gələcək illərdə bunların nəticəsini görəcəyik. Artıq nümunə vardır. Nümunə ondan ibarətdir ki, Milli Olimpiya Komitəsi son illərdə Olimpiya Hərəkatının inkişaf etdirilməsi üçün müxtəlif təşkilati tədbirlər, təbliğati tədbirlər həyata keçirib, Azərbaycanın Milli Olimpiya Komitəsini lazımi səviyyəyə qaldırıbdır. Ancaq bu, məsələnin bir hissəsidir. Eyni zamanda Milli Olimpiya Komitəsi qısa bir müddətdə öz daxili imkanlarından istifadə edərək idman, bədən tərbiyəsi işinin maddi-texniki bazasını yaratmaqla da məşğul olubdur. Bu, çox sevindirici haldır.
Biz bir müddət əvvəl Milli Olimpiya Komitəsinin burada qısa müddətdə inşa etdiyi və gənclərin, idmançıların istifadəsinə verdiyi gözəl müasir Olimpiya idman kompleksinin açılışında iştirak etdik. Mən sonra maraqlanıram. Deyirlər ki, gənclər o qədər həvəslə gəlib oradan istifadə edirlər ki, indi o, azlıq edir. Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev bəyan edibdir ki, Gəncədə də, Naxçıvanda da belə Olimpiya kompleksləri tikilir. Amma güman edirəm ki, bu da son hədd deyildir. Bir halda ki, bu işi başlamısınız, bunu genişləndirmək lazımdır. Bir, iki, üçlə iş qurtara bilməz. Ya gərək başlamayaydınız, ya da başlayıb insanları həvəsləndirmisinizsə, gərək onların hamısı üçün şərait yaradasınız. Yəni olmasın ki, təkcə Bakının, Gəncənin, yaxud Naxçıvanın gəncləri bu cür imkanlardan istifadə edə bilsin, amma başqaları yox. Təbiidir ki, hər yerdə eyni həcmdə ola bilməz. Ancaq hər yerin öz xüsusiyyətinə uyğun olan belə komplekslər yaratmaq lazımdır.
Mən bu işlərdə Milli Olimpiya Komitəsinin aparıcı bir təşkilat olmasını nəzərə alıram. Ancaq eyni zamanda bütün bu işləri yalnız Milli Olimpiya Komitəsinin üzərinə qoymaq fikrində deyiləm. Görürəm, burada bir çox nazirlər, başqa sanballı adamlar oturublar. Azərbaycanca bir söz var: imkanlı adamlardır. Ona görə hərə öz təşkilatının imkanlarından istifadə etməlidir. İndi bazar iqtisadiyyatı dövründə bəzi insanlar şəxsən çox zənginləşirlər. Onun bir hissəsini bu şeylərə ayırsınlar. Bu, daha da böyük xeyirxahlıq olar. Hər bir yerə vəsait qoymaq yaxşı nəticə verər. Amma gənclərimizin sağlam böyüməsi üçün, onların sağlam gələcəyi üçün qoyulan vəsait hər bir şeydən qiymətlidir.
Ona görə də mən sizi dəvət edirəm ki, Milli Olimpiya Komitəsinin bu təşəbbüsünə qoşulasınız. Təbiidir ki, təkcə burada oturanlar yox, - bizim televiziya mənim bu çıxışımı respublikaya çatdıracaqdır, - hamını dəvət edirəm, hamını çağırıram.
Milli Olimpiya Komitəsi də artıq bu sahədə - həm işi təşkil etmək, həm də onların müasir tələblərə cavab verən bu cür obyektləri qısa zamanda yaratmaq sahəsində yaxşı təcrübə əldə edibdir. Məsələn, biz Milli Olimpiya Komitəsinin idman mərkəzini açarkən, mən baxdım, çox gözəldir və dünya standartlarına uyğundur. Orada bizim gənclərimizin idmanla məşğul olması üçün bütün imkanlar var və bunlardan səmərəli istifadə edilir.
Biz bu gün buraya Milli Olimpiya Komitəsinin inzibati binasının açılışına gəlmişik. Əgər düzünü desək, mən heç təsəvvür edə bilməzdim ki, gözəl, müasir tipli və Milli Olimpiya Komitəsinin işinin daha da səmərəli aparılması üçün lazımi imkanlara malik olan belə binanı Milli Olimpiya Komitəsi öz daxili vəsaitindən istifadə edərək bir il müddətində tikib, yaradıbdır. Bu, çox təqdirəlayiq hadisədir. Mən bu münasibətlə Milli Olimpiya Komitəsini, bütün Azərbaycanın idmançılarını ürəkdən təbrik edirəm. Ümidvaram ki, belə bir inzibati binanın yaranması Milli Olimpiya Komitəsinin gələcəkdə görəcəyi təşkilati işlərin daha da yüksək səviyyəyə qalxmasına kömək edəcəkdir.
Mən burada nə görürəm? Birincisi, Milli Olimpiya Komitəsinin çox gözəl təşəbbüsünü. İkincisi, burada görülən işlərin - həm memarlıq işlərinin, həm layihə işlərinin, həm də inşaat işlərinin yüksək keyfiyyətini. Üçüncüsü, bu da çox əsasdır. Azərbaycanda müəyyən məqsədlərə xidmət edəcək yeni bir gözəl bina yaranıbdır.
Heç kəs dünyada əbədi deyildir. Ancaq bu dünyaya gəlib, həyatını sürüb gedən insan əgər iz qoyursa, demək, o, daha da qiymətlidir. Bu, bəzilərinə nəsib olmur. Bəziləri bunu edə bilərlər, amma onların dərrakəsi çatmır. Amma kim ki, edə bilir və bunu qiymətləndirir, özünün şəxsi imici naminə yox, sadəcə, şəhərimizin, ölkəmizin, xalqımızın inkişafı naminə edirsə, bu, təbiidir ki, əsl vətəndaşlıqdır, əsl yüksək insani keyfiyyətdir.
Mən baxdım, artıq burada böyük, geniş idman kompleksi yaranıbdır. Gənclər və İdman Nazirliyinin binası, yeni açdığımız Olimpiya kompleksi, futbol stadionu, bütün Olimpiya işlərinin təşkili ilə məşğul olmaq üçün, bu işə cəlb olunmuş insanlara yaxşı iş şəraiti yaratmaq üçün tikilmiş bu inzibati bina. Bir də ki, bu, gözəl memarlıq abidəsidir, şəhərimizi gözəlləşdirir. Hər yaranan şey xalqa qalır, millətə qalır. İnsanlara qalmır. Heç kəs yaratdığını özü ilə o dünyaya aparmır. Ona görə də mən bu gün çox sevinirəm. Eyni zamanda hesab edirəm ki, bayaq dediyim kimi, Milli Olimpiya Komitəsi başladığı bu xeyirxah işi davam etdirəcəkdir. Həm ölkəmizin paytaxtı Bakıda, həm də Azərbaycanın başqa şəhərlərində Azərbaycanın müvafiq təşkilatları Milli Olimpiya Komitəsinə yardımlar edəcəkdir.
Artıq qeyd etdim ki, Milli Olimpiya Komitəsi həm Beynəlxalq Olimpiya Komitəsində, həm Avropa Olimpiya Komitəsində, həm də müxtəlif beynəlxalq idman təşkilatlarında tanınıb sayılır. Təsadüfi deyil ki, Azərbaycanda indiyə qədər heç vaxt olmamış bir neçə beynəlxalq, dünya yarışları keçirilir və bundan sonra da keçiriləcəkdir. Bu, işin başlanğıcıdır və onu göstərir ki, Azərbaycanın bu sahədə böyük potensialı var. Sadəcə, bu potensialı indiyə qədər hərəkətə gətirənlər olmamışdır. Bu gün məmnuniyyətlə qeyd etmək olar ki, Olimpiya Komitəsinin yeni rəhbərliyi və onun rəhbər orqanları Azərbaycanın bu güclü potensialını inkişaf etdirmək üçün artıq düz yoldadır. Ümid edirəm ki, düz yolda da olacaqdır.
Gənclər və İdman Nazirliyinin qarşısında, Milli Olimpiya Komitəsinin qarşısında böyük vəzifələr durur. Dediyim kimi, birincisi, bütün bu imkanlardan istifadə edib gənclərimizi idmana, bədən tərbiyəsinə daha da çox cəlb etməkdir. İkincisi də, görülən işlərin ən son nəticəsi beynəlxalq yarışlarda öz əksini tapmasıdır. Ola bilər, sənin burada çox gözəl idmançın olsun. Beynəlxalq yarışlarda birinci yeri qazanan, qızıl medal alan idmançıdan daha yüksək qabiliyyətə malik olsun. Ancaq əgər sən onu üzə çıxarmasan, hazırlamasan, ona imkan yaratmasan, o, təbiidir ki, elə öz qabının içində, Azərbaycanda bir söz var, öz çölməyinin içində qalacaqdır. Ona görə də indiki vəziyyət Azərbaycan Milli Olimpiya Komitəsinə imkanlar verir ki, işini bundan sonra da gücləndirsin.
Qarşıda Afina Olimpiya Oyunları var. Artıq ona ciddi hazırlıq işləri aparmaq lazımdır və mənə İlham Əliyevin verdiyi məlumata görə, bu işlər aparılır. Amma bir o deyildir. Gərək Azərbaycan nümayəndələri bütün başqa beynəlxalq yarışlarda iştirak etsinlər. Ola bilər, bir dəfə qalib olsun, bir dəfə məğlub olsunlar. Bu bizi narahat etməməlidir. Azərbaycan gəncləri, Azərbaycan nümayəndələri beynəlxalq yarışlarda nə qədər çox iştirak etsələr, o qədər çox təcrübə toplayacaqlar. Onlar o yarışların bütün incəliklərini öyrənəcəklər. O qədər həvəslənəcəklər ki, bu yarışlarda yenidən iştirak edib, yeni nailiyyətlər qazanmağa çalışacaqlar ki, nəhayət, istədikləri zirvəyə qalxa bilsinlər. Bu, bizim Milli Olimpiya Komitəsinin qarşısında duran vəzifədir. Gənclər və İdman Nazirliyinin qarşısında duran vəzifədir. Mən ümidvar olduğumu bildirmək istəyirəm ki, Milli Olimpiya Komitəsi və nazirlik bu vəzifələri uğurla yerinə yetirəcəkdir. Mən bu gün sizinlə, idmançılarla yenidən görüşümdən çox məmnunam. Bilirsiniz ki, mən keçmiş zamanlarda həm Azərbaycanda, həm də Moskvada çox rəhbər işlərdə olmuşam. Ancaq mənim idmançılarla son zamanlardakı belə tez-tez görüşüm keçmiş zamanlarda olmayıbdır. Bu, nəyi göstərir? Mənim buna həvəsim həmişə olubdur. Ancaq bunun üçün şərait lazımdır. İndi siz, idmançılar bu şəraiti yaradırsınız, müxtəlif belə tədbirlər keçirirsiniz. Bizim xalqımızı, vətəndaşlarımızı öz nailiyyətlərinizlə sevindirirsiniz. Bu məni də sevindirir. Ona görə də mən daha da tez-tez sizinlə görüşür, sizə öz sözlərimi deyir, tövsiyələrimi verirəm.
Sizi bir daha təbrik edirəm. Sizin hamınıza cansağlığı, Azərbaycan idmanına, Olimpiya Hərəkatına, Azərbaycan Milli Olimpiya Komitəsinə yeni-yeni uğurlar arzulayıram.

27 mart 2001-ci il
Xəbər 2268 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
08.05.2013 “İdmanın böyük himayədarı” kitabının təqdimat mərasimi keçirilib
12.12.2011 Səkkizinci 12 dekabr
16.05.2011 Balakəndə ulu öndərin xatirə turnirləri keçirilib
11.05.2011 Qələbələrimizin memarı
30.03.2011 Ulu öndər Heydər Əliyevin bədən tərbiyəsi və idman haqqında fikirləri
13.12.2010 Şəki şəhərində Olimpiya İdman Kompleksinin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi
22.10.2002 Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Beynəlxalq Həvəskar Boks Assosiasiyasının nümayəndə heyətini qəbul etmişdir
11.10.2002 Milli Olimpiya Komitəsinin 10 illiyinə həsr olunmuş yubiley mərasimində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi
12.09.2002 Gəncə şəhərində Olimpiya İdman Kompleksinin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi
15.06.2002 Naxçıvan şəhərində Olimpiya İdman Kompleksinin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi


  Arxiv
Tarixləri seç: 
 dən 
Fotogalereya
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
Müəllif yazıları
Qabil Mehdiyev
qabil-so@mail.ru
Mənim “İdman” sevgim
BATI YAR
batyyar@mail.ru
Koronavirus hər şeyi məhv edir, yoxsa mehvərinə, özünə və məğzinə qaytarır
Leyla Qurbanova
leyla-6565@mail.ru
Bakı şəhər trasını seçməyin 5 səbəbi
Əli Fərəcov
alfaraj@mail.ru
Arzulara sədd yoxdur
Vüqar Məmmədov
vuqar-inqilaboqlu@mail.ru
Donmuş reytinqin ön sıraları haqqında fərqli düşüncələr
Aynurə Aşırova
aynure.penah-2015@mail.ru
Formula 1 maliyyə böhranından üzüağ çıxa biləcəkmi ?
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 8-ci mərtəbə
İndex: AZ 1073;
Tel: (+99412) 434-57-32, (+99412) 510-53-10
Fax: (+99412) 510-53-10
E-mail: idman-sport@mail.ru