Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı
  Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
13/04 | 22:07 “Real Madrid”in kapitanı Serxio Ramos koronavirusa yoluxub
13/04 | 19:08 Şahmat üzrə iddiaçılar turnirinə az sayda tamaşaçı buraxılacaq
13/04 | 18:55 Azərbaycan-Yunanıstan matçı ukraynalı hakimlərə tapşırılıb
13/04 | 18:31 David Volkov “Zirə” ilə yeni müqavilə bağlayacaq
13/04 | 18:06 Qrapplinq üzrə yığma komandamız Avropa çempionatına hazırlaşır
13/04 | 16:50 Azərbaycanda Formula 1 yarışının təşkilatçısı “Bakı Şəhər Halqası” şəhidlərimizin xatirəsinə ağacəkmə aksiyasi keçirib
13/04 | 16:07 Şahmatçılar iddiaçılar turnirində iştirak etmək üçün aprelin 15-17-də Yekaterinburqa gedəcəklər
13/04 | 15:41 Yunanıstan millisinin Azərbaycan yığması ilə oyun üçün heyəti açıqlanıb
13/04 | 15:15 Prezident İlham Əliyev futbol üzrə Avropa çempionatının Bakıda keçiriləcək oyunları ilə əlaqədar Sərəncam imzalayıb
13/04 | 15:03 Millimizin üzvü Türkiyədə klubunu dəyişə bilər
13/04 | 14:59 2021-ci ildə futbol üzrə Avropa çempionatının 4 oyununun (üç qrup və bir 1/4 oyunu) Bakı şəhərində keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
13/04 | 14:26 Osakada Olimpiya məşəli estafeti tamaşaçısız start götürüb
13/04 | 13:57 Azərbaycan - Yunanıstan oyunu “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq
13/04 | 12:58 Zədəli futzalçılarımız məşqlərə qoşulublar
13/04 | 11:03 AFFA və Türkiyə Futbol Federasiyası arasında VAR sisteminin tətbiqi ilə bağlı müzakirələr aparılıb
13/04 | 10:36 Bu gün UEFA Çempionlar Liqasının iki yarımfinalçısı məlum olacaq
12/04 | 17:54 Azərbaycan idmançılarının “Tokio-2020”yə hazırlığı üçün hər cür şərait yaradılıb
12/04 | 16:52 Yunanıstan Super Liqasının qalibi bəlli olub
12/04 | 15:14 “Driblinq şou” yarışının qalibləri məlum olub
12/04 | 14:06 “Qarabağ” klubu öz meydanında 75-ci böyük hesablı qələbəsini qazanıb
12/04 | 13:51 “Sabah” klubu futbolçusu Tiemoko Fofana ilə müqavilə imzalayıb
12/04 | 13:19 “Qəbələ” 21 yaşadək futbolçulara ən çox şans verən komandadır
12/04 | 12:53 “Sumqayıt”ın futbolçusu Xəyal Nəcəfov Premyer Liqada 100-cü oyununu keçirib
12/04 | 12:37 Azərbaycan Premyer Liqasının XXII turunda rekord qeydə alınıb
12/04 | 12:14 Böyük Britaniya Qran-Prisinin rəhbərliyi bu mövsüm Formula 1 yarışını dolu tribunalarda keçirmək istəyir
12/04 | 12:00 Azərbaycan idmançıları “Abu Dhabi World Professional Jiu Jitsu Championship 2021”də üç medal qazanıblar
12/04 | 11:52 Azərbaycan şpaqaçıları dünya birinciliyində gənclərin komanda yarışında çıxış ediblər
12/04 | 11:40 Naxçıvanda “C” kateqoriyalı məşqçi kurslarına yekun vurulub
12/04 | 11:21 MMA döyüşçümüz Nəriman Abbasov çempion titulunu qoruyub
12/04 | 10:52 Azərbaycan şpaqaçıları yeniyetmələrin dünya birinciliyində çıxış ediblər
12/04 | 10:06 Misirdə qılıncoynatmanın şpaqa növü üzrə yığma komandamızın şəxsi yarışları keçirilib
12/04 | 09:53 “Julius Baer Challengers Chess Tour”: Günay Məmmədzadə 17-ci sırada qərarlaşıb
11/04 | 21:52 Azərbaycan Premyer Liqasında XXII tura yekun vurulub
11/04 | 19:16 “Zirə” ardıcıl ikinci dəfə heç-heçə edib
11/04 | 16:45 Taekvondoçularımız Avropa çempionatını iki medalla başa vurublar
Digər xəbərlər 
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 22 13 7 2 51-15 46
2 Neftçi 22 13 4 5 32-33 43
3 Zirə 22 7 11 4 24-21 32
4 Sumqayıt 22 7 8 7 26-28 29
5 Qəbələ 22 5 9 8 20-31 24
6 Səbail 22 4 8 10 19-33 20
7 Sabah 22 5 5 12 20-29 20
8 Keşlə 22 3 10 9 21-33 19
 Dünya kuboku-2022. Seçmə mərhələ. “A” qrupu
N: Komandalar O Q H M T/F X
1 Portuqaliya 3 2 1 0 6-3 7
2 Serbiya 3 2 1 0 7-5 7
3 Lüksemburq 2 1 0 1 2-3 3
4 İrlandiya 2 0 0 2 2-4 0
5 Azərbaycan 2 0 0 2 1-3 0
Tokio Olimpiadasının təşkilat komitəsinə Seyko Haşimoto rəhbərlik edəcək
Tarix: 18.02.2021 | Saat: 15:00:00 | E-mail | Çapa göndər
Yaponiyanın Olimpiya Oyunları üzrə sabiq naziri xanım Seyko Haşimoto Tokio Olimpiadasının təşkilat komitəsinə rəhbərlik edəcək. “Tokio 2020” Yay Olimpiya və Paralimpiya Oyunlarının təşkilat komitəsinin fevralın 18-də keçirilən iclasında S.Haşimoto komitənin sədri vəzifəsinə təsdiqlənib.

Bu barədə S.Haşimotonun fevralın 18-də Baş nazir Yoşihide Suqa ilə görüşündən sonra məlumat verilib. Bildirilir ki, Olimpiadanın təşkili üzrə komissiyanın təklifini qəbul edən 56 yaşlı xanım S.Haşimoto nazir vəzifəsindən istefa verib.

Baş nazirlə görüşdən sonra S.Haşimoto jurnalistlərə deyib ki, Y.Suqa onun Tokio Olimpiadasının təşkilat komitəsinə sədrlik etmək niyyətini dəstəklədiyini bildirib.

Cəmiyyətin təşkilat komitəsinin sədri vəzifəsinə seçkilərin şəffaf keçirilməsi barədə çağırışlarını nəzərə alan “Canon Inc.” şirkətinin prezidenti Fuzio Mitarainin sədrlik etdiyi səkkiz nəfərdən ibarət komissiyanın fevralın 17-də keçirilən iclasında təşkilat komitəsinin yeni rəhbəri beş əsas göstərici üzrə müəyyənləşdirilib. Bu zaman namizədin Olimpiya və Paralimpiya Oyunlarını beynəlxalq səviyyədə bilməsi, həmçinin gender bərabərliyi kimi anlayışı dərindən başa düşməsi əsas götürülüb.

Xatırladaq ki, təşkilat komitəsinin sabiq sədri 83 yaşlı Yoşiro Mori qadınlar barədə səsləndirdiyi yersiz fikirlərə görə istefa verməli olub. O, həmçinin istefa verdikdən sonra təşkilat komitəsinin sədri vəzifəsinə bağlı qapılar arxasında Saburo Kavabuçini təyin etmək niyyətinə görə də kəskin tənqid olunub.

Bununla yanaşı, 1995-ci ildə siyasi karyerasına start verən S.Haşimotonun da Y.Mori ilə sıx əlaqələri ilə seçildiyi qeyd edilir. Onun hətta Y.Morini özünün siyasət aləmində irəliləməsində xüsusi rol oynamış “mənəvi atası” adlandırdığı da məlumdur.

Həmçinin bildirilir ki, S.Haşimoto 2019-cu ildə Tokio Olimpiadasının təşkili ilə bağlı vəzifələrin həyata keçirilməsi ilə yanaşı, həm də qadınların hüquq və imkanlarının artırılmasına cavabdeh olan gender bərabərliyi üzrə nazir səlahiyyətləri öz üzərinə götürmüşdü. Onun 1964-cü ildə Tokio Yay Olimpiya Oyunlarının açılışına düz beş gün qalmış dünyaya gəldiyi qeyd edilir. Seyko adının isə yapon dilində Olimpiya atəşi mənasını verən “seika” sözündən götürüldüyü bildirilir.

Hakim Liberal Demokratik Partiyadan olan deputat Tamayo Marukava S.Haşimotonu Olimpiya Oyunları üzrə nazir vəzifəsində əvəz edəcək.

S.Haşimoto Yaponiyanın siyasət aləmində əsasən kişilərin üstünlük təşkil etməsi fonunda xüsusi uğurlar qazanmış ilk qadınlardan biri hesab edilir. Onun 1984-cü ildən 1996-cı ilədək yeddi Olimpiya Oyunlarında iştirak etdiyi bildirilir. Dörd Qış və üç Yay Olimpiya Oyunlarına qatılan S.Haşimoto müvafiq olaraq sürətli konki sürmə və velosiped idmanı üzrə yarışlarda iştirak edib. 1992-ci ildə o, Fransanın Albervil şəhərində keçirilən Qış Olimpiya Oyunlarında qadınlar arasında 1500 metr məsafəyə qaçışda üçüncü yeri tutub.
Xəbər 49 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
13.04.2021 Osakada Olimpiya məşəli estafeti tamaşaçısız start götürüb
12.04.2021 Azərbaycan idmançılarının “Tokio-2020”yə hazırlığı üçün hər cür şərait yaradılıb
09.04.2021 COVID-19 pandemiyasına görə Olimpiadanın məşəl estafetinin formatı dəyişdirilə bilər
06.04.2021 Şimali Koreya COVID-19 səbəbindən Tokio Olimpiya Oyunlarında iştirak etməyəcək
02.04.2021 Suya tullanma üzrə dünya kuboku koronavirusa görə ləğv edilib
02.04.2021 Azərbaycan idmançıları “Tokio-2020”yə indiyədək 16 lisenziya qazanıblar
31.03.2021 Yaponiyada 104 yaşlı qadın Olimpiya Oyunlarının məşəl estafetində iştirak edib
29.03.2021 “Tokio-2020”də iştirak edəcək bütün futbol komandaları müəyyənləşib
27.03.2021 Yaponiya hökuməti Tokio Olimpiadasına gələcək rəsmi qonaqların sayını iki dəfə azaltmağı planlaşdırır
26.03.2021 Yaponiyada Olimpiya məşəli estafetinin iştirakçısı müəyyən məsafəni məşəl yanmadan qaçıb


  Arxiv
Tarixləri seç: 
 dən 
Fotogalereya
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
Müəllif yazıları
Qabil Mehdiyev
qabil-so@mail.ru
Mənim “İdman” sevgim
BATI YAR
batyyar@mail.ru
Balaca topçunun həyatına qıyan böyük topçuları ali ədalət qamçısı cəzalandıracaq
Leyla Qurbanova
leyla-6565@mail.ru
Bakı şəhər trasını seçməyin 5 səbəbi
Əli Fərəcov
alfaraj@mail.ru
Arzulara sədd yoxdur
Vüqar Məmmədov
vuqar-inqilaboqlu@mail.ru
III Avropa Oyunları hansı yeniliklərlə gələcək?
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 8-ci mərtəbə
İndex: AZ 1073;
Tel: (+99412) 434-57-32, (+99412) 510-53-10
Fax: (+99412) 510-53-10
E-mail: idman-sport@mail.ru