Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı
  Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
30.10.2018 AGIN
2019-cu ilin idman təqvimi
 Xəbərlər
03/08 | 19:09 Almaniya millisinin sabiq futbolçusu karyerasını bitirib
03/08 | 18:30 “Zirə” klubuna yeni prezident təyin olunub
03/08 | 17:41 Çağırış kuboku: “Azərreyl”in rəqibi avqustun 21-də müəyyənləşəcək
03/08 | 17:29 Milli komandamızın təlim-məşq toplanışının vaxtı müəyyənləşib
03/08 | 16:14 “Keşlə” və “Səbail” yoxlama oyununda üz-üzə gələcəklər
03/08 | 15:55 “Arsenal” “Sevilya”nın müdafiəçisi Dieqo Karlosla yaxından maraqlanır
03/08 | 15:31 “Barselona” Nelson Semedu ilə müqavilənin müddətini artırmaq istəyir
03/08 | 11:30 "Sabah" klubu Ramil Şeydayev ilə müqaviləni yeniləyib
03/08 | 10:19 Beynəlxalq virtual kata turnirinin qalibləri müəyyənləşib
03/08 | 09:00 FİFA-nın prezidenti istintaq müddətində vəzifəsindən uzaqlaşdırılmayacaq
02/08 | 15:10 Yaşar Məmmədov - 85
02/08 | 11:22 İtaliya A Seriyası: “Milan”, “İnter”, “Napoli” və “Roma” qələbə qazanıb
02/08 | 10:16 "Portu" 17-ci dəfə Portuqaliya kubokunu qazanıb
01/08 | 23:51 Futbol üzrə İngiltərə kubokunun qalibi müəyyənləşib
01/08 | 19:24 Ümumdünya Şahmat Olimpiadası davam edir
01/08 | 15:28 “Zirə” klubu “Qarabağ”ın futbolçusunu icarəyə götürüb
01/08 | 14:04 Qızıl fitli iki hakimimizdən biri
01/08 | 12:44 Paulo Dibala İtaliyada ötən ayın ən yaxşı futbolçusu seçilib
01/08 | 11:30 Futbol üzrə Fransa Liqa kubokunun qalibi müəyyənləşib
01/08 | 10:14 Millimizin baş məşqçisi nikaraqualı gimnastı sevindirəcək hədiyyə edib
31/07 | 18:22 30 paraşütçü Latviya rekordunu təyin etməyə hazırlaşır
31/07 | 17:46 FIDE yeni reytinq siyahısını açılayıb
31/07 | 15:54 İdmana məhəbbətlə
31/07 | 13:47 Formula 1: “Racing Point” komandasının pilotu koronavirusa yoluxub
31/07 | 11:03 Bu gün Ümumdünya Şahmat Olimpiadasının 4-cü divizionunun oyunları start götürəcək
31/07 | 10:10 “Neftçi” baş məşqçisi Füzuli Məmmədov ilə yeni müqavilə bağlayıb
30/07 | 19:24 AFFA ilə Canni De Byazi arasında aparılan danışıqlar uğurla nəticələnib
30/07 | 17:04 “Neftçi”nin sabiq futbolçusu Uqo Barqas karyerasını Argentinada davam etdirəcək
30/07 | 16:19 Futbol klublarına maliyyə yardımı ilə bağlı qərarlar qəbul olunub
30/07 | 15:57 “Real Madrid” ən bahalı futbol brendlərinin siyahısına başçılıq edir
30/07 | 15:25 Gənclər arasında atletika üzrə dünya çempionatı 2021-ci ilin avqustunda keçiriləcək
30/07 | 14:53 “Zirə” klubu serbiyalı futbolçu ilə ikiillik müqavilə imzalayıb
30/07 | 14:29 Ən çox penalti qaçıran futbolçuların siyahısı açıqlanıb
30/07 | 11:35 “Milan” səfərdə “Samdoriya”nı böyük hesabla məğlub edib
30/07 | 10:30 “Sumqayıt” klubu legioneri ilə müqaviləni yeniləyib
Digər xəbərlər 
 Topaz Premyer Liqası
N: Komandalar O Q H M T X
1 Qarabağ 20 13 6 1 34-7 45
2 Neftçi 20 10 7 3 33-14 37
3 Keşlə 20 8 6 6 27-21 30
4 Sumqayıt 20 6 5 9 24-32 23
5 Zirə 20 6 6 9 25-37 23
6 Sabah 20 5 6 9 19-27 21
7 Səbail 20 5 5 10 16-30 20
8 Qəbələ 20 5 4 11 25-35 19
Yeniyetmələrin II Respublika Oyunlarının təntənəli açılış mərasimində Prezident Heydər Əliyevin nitqi
Tarix: 12.05.2000 | Saat: 13:50:00 | E-mail | Çapa göndər
- Əziz yeniyetmələr!
- Əziz uşaqlar!
- Əziz gənclər!
- Əziz balalar!
Yeniyetmələrin II Respublika Oyunlarının bu qədər uğurlu keçirilməsi münasibəti ilə sizi təbrik edirəm. Sizə, Azərbaycanın bütün uşaqlarına, bütün yeniyetmələrinə, bütün gənclərinə şən, xoşbəxt həyat və gözəl gələcək arzulayıram.
Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin, həmkarlar ittifaqlarının təşəbbusu ilə keçirilən və ənənə halını alan yeniyetmələrin respublika oyunları Azərbaycanda əlamətdar bir hadisəyə çevrilmişdir. Bu, ikinci oyunlardır. Əziz balalar, əziz gənclər, siz birinci oyunlarda da və bu gün ikinci oyunlarda da çox yüksək istedad, fiziki hazırlıq, böyük ruh yüksəkliyi nümayiş etdirirsiniz. Bu da bu gün Azərbaycan gənclərinin, uşaqlarının həyat tərzini, təhsilini, tərbiyəsini, fiziki hazırlığını göstərir. Bu bizi sevindirir və əminəm ki, televiziya vasitəsi ilə bu oyunları müşahidə edən hər bir Azərbaycan vətəndaşı bu gün sevinc hissi keçirir. Çünki hər bir insan üçün uşaq, gənc onun əzizi, ən sevimlisidir, onun üçün ən qiymətlidir. Azərbaycan dövləti üçün, müstəqil Azərbaycan üçün Azərbaycanın uşaqları, yeniyetmələri, gəncləri Azərbaycanın əvəzsiz sərvətidir, böyük nemətidir. Çünki siz Azərbaycan xalqının nəslinin, millətimizin nəslinin davamçılarısınız, millətimizin, xalqımızın gələcəyisiniz. Biz də istəyirik ki, xalqımızın gələcəyi, ölkəmizin, müstəqil Azərbaycanın gələcəyi bundan da gözəl, bundan da yaxşı olsun. Xalqımız bundan da firavan, xoşbəxt yaşasın, sevinc içində olsun.
Bu gün sizin nümayiş etdirdiyiniz oyunlar, hər birinizin göstərdiyi məharət, çeviklik, istedad - bunlar hamısı birlikdə bizə ümid verir ki, Azərbaycanın gələcəyi, həqiqətən, parlaqdır, gözəldir. Çünki siz bunu bu gün nümayiş etdirirsiniz. Sizin kimi uşaqları, gəncləri, sizin kimi övladları olan millət, xalq fəxr edə bilər. Azərbaycanın Prezidenti kimi mən bütün Azərbaycan xalqı adından, bütün millətimiz adından bu gün böyük iftixar hissi keçirdiyimi bildirirəm. Çox məmnunam ki, siz həm gözəlsiniz, həm yüksək fiziki sağlamlığınız var, həm də gözəl istedadınız var, idmana, incəsənətə, gülməyə, çalıb-oynamağa məhəbbətiniz, sevginiz var.
Təbiidir ki, sizin hamınızın ən böyük məhəbbətiniz, ən böyük sevginiz məktəbədir, təhsilədir, elmə, biliyədir. Ancaq bunlar bir-biri ilə vəhdət təşkil edir, bir-biri ilə sıx bağlıdır. Siz fiziki cəhətdən nə qədər sağlam olsanız, nə qədər xoş əhval-ruhiyyədə olsanız, nə qədər istedadlı olsanız, o qədər də tez bilik, təhsil alacaqsınız, böyüyəcəksiniz və Azərbaycanın xoşbəxt gələcəyini, ölkəmizin yüksəlməsini təmin edəcəksiniz.
Bu gün sizin göstərdiyiniz oyunlar, stadiondakı bu əhval-ruhiyyə, təkcə meydandakı çıxışlar deyil, tribunalarda oturan gənclərin də sizin idman nümunələrinizi, incəsənət nümunələrinizi böyük həvəslə, sevinclə alqışlaması - bütün bunlar bizim Azərbaycan gəncliyinin nə qədər gözəl, qüvvətli və nə qədər istedadlı olduğunu bir daha nümayiş etdirdi.
Mən sizi bir daha, bir daha təbrik edirəm. Sizə və sizin simanızda Azərbaycanın bütün uşaqlarına, bütün gənclərinə öz sevgimi, məhəbbətimi bildirirəm. Sizə bəyan edirəm ki, Azərbaycanın Prezidenti kimi mənim həyatım xalqımızın bu gününə, gələcəyinə həsr olunubdur. Əziz uşaqlar, mənim həyatım sizin xoşbəxt gələcəyinizə həsr edilibdir. Sizi əmin edirəm ki, gördüyümüz bütün işlər Azərbaycanın dövlət müstəqilliyini, Azərbaycanın iqtisadiyyatını inkişaf etdirəcək, Azərbaycanın hər bir vətəndaşının rifah halının yaxşılaşmasını təmin edəcəkdir. Bunlar hamısı birlikdə sizə gələcəkdə daha da xoşbəxt, firavan həyat bəxş edəcəkdir.
Siz Azərbaycan gəncliyinin Azərbaycan dövlətçiliyinə, Azərbaycanın müstəqilliyinə, gələcəyinə sədaqətli olduğunu bir daha nümayiş etdirdiniz. Bu, ən sevindirici haldır. Mən sizi bir daha təbrik edirəm. Sizin hər birinizi öpürəm, bağrıma basıram. Hər birinizə xoşbəxt həyat, gözəl gələcək arzulayıram. Sağ olun.

12 may 2000-ci il


Xəbər 2510 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
08.05.2013 “İdmanın böyük himayədarı” kitabının təqdimat mərasimi keçirilib
12.12.2011 Səkkizinci 12 dekabr
16.05.2011 Balakəndə ulu öndərin xatirə turnirləri keçirilib
11.05.2011 Qələbələrimizin memarı
30.03.2011 Ulu öndər Heydər Əliyevin bədən tərbiyəsi və idman haqqında fikirləri
13.12.2010 Şəki şəhərində Olimpiya İdman Kompleksinin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi
22.10.2002 Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Beynəlxalq Həvəskar Boks Assosiasiyasının nümayəndə heyətini qəbul etmişdir
11.10.2002 Milli Olimpiya Komitəsinin 10 illiyinə həsr olunmuş yubiley mərasimində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi
12.09.2002 Gəncə şəhərində Olimpiya İdman Kompleksinin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi
15.06.2002 Naxçıvan şəhərində Olimpiya İdman Kompleksinin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi


  Arxiv
Tarixləri seç: 
 dən 
Fotogalereya
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
Müəllif yazıları
Qabil Mehdiyev
qabil-so@mail.ru
Mənim “İdman” sevgim
BATI YAR
batyyar@mail.ru
Koronavirus hər şeyi məhv edir, yoxsa mehvərinə, özünə və məğzinə qaytarır
Leyla Qurbanova
leyla-6565@mail.ru
Bakı şəhər trasını seçməyin 5 səbəbi
Əli Fərəcov
alfaraj@mail.ru
Arzulara sədd yoxdur
Vüqar Məmmədov
vuqar-inqilaboqlu@mail.ru
Donmuş reytinqin ön sıraları haqqında fərqli düşüncələr
Aynurə Aşırova
aynure.penah-2015@mail.ru
Formula 1 maliyyə böhranından üzüağ çıxa biləcəkmi ?
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 8-ci mərtəbə
İndex: AZ 1073;
Tel: (+99412) 434-57-32, (+99412) 510-53-10
Fax: (+99412) 510-53-10
E-mail: idman-sport@mail.ru