Bu gün MOK-un vitse-prezidenti Xəzər İsayevin doğum günüdür.
Xəzər Ağaəli oğlu İsayev 1963-cü il fevralın 1-də Ağdaş şəhərində anadan olub.
1986-cı ildə "Xoş məramlı oyunlar"-nın (İgrı dobroy voli), 1987-ci ildə dünya çempionatının gümüş medallarını qazanıb, Dünya kubokunun sahibi olub.
Xəzər İsayev 1992-ci ildə Azərbaycan Respublikasının Əməkdar məşqçisi, 2002-ci ildə Azərbaycan Respublikasının “Şöhrət ordeni”, 2007-ci ildə Azərbaycan Respublikası Fəxri Bədən Tərbiyəsi və İdman Xadimi adına layiq görülüb. O, 2012-ci ildə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 20 illiyi (1992-2012) Azərbaycan Respublikası yubiley medalı, 2013-cü ildə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, 2017-ci ildə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni, 2018-ci ildə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 25 illiyi (1992-2017) Azərbaycan Respublikası yubiley medalı, 2019-cu ildə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat Orqanlarının 100 illiyi (1919-2019) Azərbaycan Respublikası yubiley medalları ilə təltif edilib.
Hazırda Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Azərbaycan Ədalətli Oyunlar Komissiyasının sədri, Dövlət Gömrük Komitəsinin İdman Sağlamlıq Mərkəzinin baş direktoru, gömrük xidməti polkovnikidir.
Ailəlidir, 2 övladı var.
|