Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
19/04 | 10:32 Azərbaycan Premyer Liqasında tura Tovuzda start veriləcək
18/04 | 14:22 Azərbaycan şahmatçıları Avropa çempionatında iştirak edəcəklər
18/04 | 14:21 Azərbaycanlı hakim Paralimpiadanın cüdo yarışlarına dəvət alıb
18/04 | 11:39 Azərbaycan millisinin kapitanı Macarıstan çempionu olub
18/04 | 10:47 Azərbaycanın U-17 millisi İnkişaf turnirində iştirak edəcək
18/04 | 10:16 Azərbaycan cüdo millisinin Polşa toplanışı başa çatıb
18/04 | 09:17 Azərbaycan gimnastları Dünya Kubokunda finala yüksəliblər
17/04 | 20:34 Qadın voleybolçular arasında Azərbaycan çempionatında ilk finalçı bəlli olub
17/04 | 18:32 17 yaşadək güləşçilər arasında Azərbaycan çempionatı keçiriləcək
17/04 | 16:48 Azərbaycan voleybol çempionatında ilk finalçı müəyyənləşib
17/04 | 15:36 Azərbaycanın güləş yığmaları Avropa çempionatına hazırlaşır
17/04 | 12:40 İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçiriləcək
17/04 | 11:49 Azərbaycan bilyardçısı Avropa çempionu olub
17/04 | 11:18 Azərbaycanın gənc avarçəkənləri Türkiyədə turnirə qatılacaqlar
17/04 | 10:17 Azərbaycan stolüstü tennisçiləri “Türk Dövlətləri” beynəlxalq turnirində mükafat qazanıblar
17/04 | 09:44 Fərid Qayıbov ABŞ-də azərbaycanlı idmançılar və tələbələrlə görüşüb
16/04 | 18:05 AFFA-nın təşəbbüsü ilə UEFA proqramı çərçivəsində futzal turniri keçirilir
16/04 | 17:23 Azərbaycan voleybol çempionatı: yarımfinal mərhələsinin daha bir oyunu keçirilib
16/04 | 15:29 Azərbaycan Premyer Liqası: "Qarabağ” – “Neftçi” görüşünün başlama saatı bəlli olub
16/04 | 13:42 Paytaxtın abad məhəllələrində minifutbol yarışlarına start verilib
16/04 | 12:57 Azərbaycanın 5 gimnastı Çexiyada beynəlxalq turnirdə iştirak edəcək
16/04 | 11:25 Olimpiadaya lisenziya qazanan Azərbaycanın 3x3 basketbol millisi Vətənə dönüb
16/04 | 09:23 Azərbaycanın futzal millisi bu gün növbəti yoldaşlıq oyununu keçirəcək
15/04 | 19:25 Azərbaycanlı Mərakeşin ən yüksək zirvəsini fəth edib
15/04 | 15:50 “Sabah” ardıcıl iki oyunda "Qarabağ"a üç qol vurmaqla tarixə düşüb
15/04 | 15:08 Azərbaycanın altı idman gimnastı Dünya Kubokunda iştirak edəcək
15/04 | 12:53 Azərbaycan taekvondoçuları Serbiyada iki medal qazanıblar
15/04 | 12:01 Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində üçüncü turun oyunları keçirilib
15/04 | 11:49 Azərbaycan para-badmintonçuları İspaniyada beynəlxalq turnirdə iştirak edəcəklər
15/04 | 11:25 Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı keçiriləcək
15/04 | 10:37 Azərbaycan çempionatında 4-cü turun partiyaları keçirilib, vahid lider bəlli olub
15/04 | 09:49 Azərbaycan gimnastları beynəlxalq turnirdə 7 qızıl medal qazanıblar
14/04 | 22:10 Cüdo üzrə Bakı kəndləri birinciliyi keçirilib
14/04 | 21:32 Azərbaycan cüdoçuları Berlindəki Avropa Kubokunda birinci yeri tutub
14/04 | 20:14 Azərbaycan boksçuları Avropa çempionatını iki qızıl medalla başa vurub
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Ölkəmizin bir qrup idmançıları və məşqçiləri ilə görüşdə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin çıxışı
Tarix: 02.02.2000 | Saat: 09:48:00 | E-mail | Çapa göndər
- Bu gün bizim müstəqil Azərbaycanda Gənclər günüdür. Mən bu münasibətlə sizi, bütün Azərbaycan gənclərini təbrik edirəm və ümidvar olduğumu bildirmək istəyirəm ki, ölkəmizin bugünkü gəncləri, gənc nəsli, Azərbaycanın parlaq gələcəyi yolunda öz xidmətlərini göstərəcək və Azərbaycanı gələcəkdə inkişaf etdirəcəklər.
Bu gün sizinlə, gənclərlə görüşmək mənim üçün də çox fərəhlidir. Çünki gənclər həmişə insana ruh verir, insana çox müsbət təsir bağışlayır. Gənclər cəmiyyətin həmişə sevimlisidir. Uşaqlara, gənclərə sevgi, məhəbbət hər bir insanda var. Hər bir insan öz övladlarını sevir və övladları ilə fəxr edir. Bütün cəmiyyət də öz uşaqlarını, gənclərini sevir və onlarla fəxr edir. Mən isə Azərbaycanın Prezidenti olaraq, Azərbaycanın gənclərinə hədsiz məhəbbət hissi bəsləyirəm. Çünki birincisi, mən uşaqları, gəncləri bir insan kimi çox sevirəm, ikincisi də, Azərbaycanın dövlət başçısı kimi, Azərbaycanın bugünkü işləri ilə məşğul olaraq, Azərbaycanın gələcəyinə çox əsaslar yaratmağa çalışıram, gələcəyi haqqında düşünürəm. Azərbaycanın gələcəyi də gənclərə məxsusdur, gənclərin əlində olacaqdır. Biz bu gün hansı gənc nəsli yetişdirə bilsək, Azərbaycanın gələcəyi ondan çox asılı olacaqdır. Əgər bugünkü gənc nəsil Azərbaycan xalqının bütün qayğılarına qalmaq iqtidarına malik olacaqsa, yüksək biliyə, təcrübəyə malik olacaqsa, təbiidir ki, biz Azərbaycanın gələcəyi haqqında narahat olmamalıyıq.
Mən hesab edirəm ki, Azərbaycanda bu gün belə gənc nəsil mövcuddur, inkişaf edir, böyüyür və Azərbaycanın gələcəyini bizdən də yaxşı inkişaf etdirməyə qadir olacaqdır. Ona görə də bu Gənclər günü gənclərin bayramıdır, ancaq bizim hamımızın ümumxalq bayramıdır, mənim bayramımdır və bu gün gənclərin nümayəndələri ilə görüşmək mənim üçün çox əhəmiyyətlidir, mənə çox sevinc gətirir.
İdman, əsasən, gənclərə məxsus olan bir sahədir. Burada verilən məlumatlar bir də onu təsdiq edir ki, Azərbaycanın idmanı son illərdə çox sürətlə inkişaf edir. Bu təbiidir ki, bizim əldə etdiyimiz nailiyyətlər içərisində çox görkəmli yer tutur. Biz çalışırıq ki, müstəqil dövlətimizi möhkəmləndirək, inkişaf etdirək. Biz çalışırıq ki, siyasi, iqtisadi, sosial islahatlar həyata keçirib, Azərbaycanı inkişaf etdirək. Biz çalışırıq ki, Azərbaycanın böyük problemi olan Ermənistan - Azərbaycan münaqişəsini sülh yolu ilə həll edək. Bunlar hamısı bizim üçün vacibdir və bu sahələrdə bizim nailiyyətlərimiz göz qabağındadır. Ancaq bunların içərisində gənclərin nailiyyətləri, o cümlədən bizim idmançıların nailiyyətləri çox görkəmli yer tutur. İdmançıların nailiyyətləri gənclərimizin həm fiziki, həm də mənəvi cəhətdən sağlam olduğunu göstərir.
Sizin kimi idmançılar - dünyada Azərbaycan idmanını nümayiş etdirən, ölkəmizi tanıdan və Azərbaycanda idmanın səviyyəsini dünyaya göstərənlər, təbiidir ki, çox böyük iş görürsünüz. Sizinlə hər dəfə görüşəndə, məlumatlarınızı dinləyəndə mən böyük iftixar hissi keçirirəm.
Bizim xalqımız fiziki cəhətdən sağlam xalqdır. Xalqımızın mənəviyyatı da yüksəkdir. Ancaq keçmiş zamanlarda biz idman sahəsində heç vaxt indiki qədər nailiyyətlər əldə etməmişik. Ona görə yox ki, bizim gənclərimiz, idmançılarımız buna qadir olmayıblar. Ona görə ki, birinci növbədə, biz müstəqil olmamışıq və Sovet İttifaqı, SSRİ tərkibində bizim idmançıların özlərini göstərmək və öz fəaliyyətləri nəticəsində onlara layiq olan yerləri tutmaq imkanları məhdud olub. İkinci də ona görə ki, indi müstəqil Azərbaycanda idmana, Olimpiya Hərəkatına xüsusi diqqət yetirilir və bir də bugünkü nailiyyətlər keçmişdən ona görə artıqdır, yüksəkdir ki, indi hər bir Azərbaycan idmançısında vətənpərvərlik hissi, vətənə məhəbbət, sevgi hissi əvvəlkilərdən, təbiidir ki, yüksəkdir.
O vaxt bizim ümumi vətənimiz var idi, biz hamımız o vətənə qarışmışdıq. Amma indi Azərbaycan xalqının öz vətəni var. Azərbaycanda yaşayan vətəndaşların hansı millətə mənsub olmasından asılı olmayaraq, öz vətəni var. Öz vətəni olan insan, təbiidir ki, öz vətənini sevərək, daha da yüksək nailiyyətlər əldə edə bilər. Düşünürəm ki, bax, buna görə, bu səbəblərə görə və bunların nəticəsində Azərbaycan idmanı indi, doğurdan da, bizi sevindirən səviyyəyə gəlib çatıb.
Hər dəfə sizinlə görüşəndə yeni-yeni məlumatlar verirsiniz. Bu onu göstərir ki, Azərbaycanda idman dinamik inkişaf edir, bizim idmançılar, ardıcıl olaraq, öz peşələri ilə məşğuldurlar və təbiidir ki, onlar üçün böyük imkan yaradılır, şərait yaradılır, qayğı göstərilir. Qayğı göstərmək, şərait yaratmaq, imkan yaratmaq bizim borcumuzdur. Ancaq bunlardan səmərəli istifadə etmək və öz peşəniz sahəsində yüksək nəticələr əldə etmək sizin vəzifənizdir, sizin borcunuzdur. Düşünürəm, tam əsasla demək olar ki, biz də öz borcumuzu yerinə yetiririk, siz də öz borcunuzu yerinə yetirirsiniz. Ona görə də belə nailiyyətlər var.
İndi əsas vəzifə 2000-ci ilin Olimpiya oyunlarına hazırlıqdır. Bu sahədə siz yaxşı hazırlıq işləri görmüsünüz və müəyyən nailiyyətləriniz vardır. Ancaq hesab edirəm ki, qarşıdakı aylar bu hazırlığın ən fəal bir dövrü olmalıdır. Siz daha da çox işlər görməlisiniz ki, Sidney Olimpiya Oyunlarında Azərbaycan öz idman gücünü, öz idman səviyyəsini göstərə bilsin. Sizin verdiyiniz məlumatlar ümid yaradır ki, biz bunun şahidi olacağıq. Ancaq bunun üçün daha da çox çalışmaq lazımdır, arxayınçılığa yol vermək olmaz. Həm Gənclər və İdman Nazirliyi, həm Milli Olimpiya Komitəsi daha da çox işləməlidirlər ki, Azərbaycan dünya Olimpiya oyunlarında bu il də özünü göstərə bilsin.
Keçmiş Olimpiya oyunlarında ölkəmizin iştirak etməsi, sadəcə, Azərbaycanın bir müstəqil dövlət kimi bu oyunlarda təmsil olunmasını göstərirdi və müəyyən nailiyyətlərimiz də vardı. Ancaq indi vaxt keçib, siz böyük bir hazırlıq dövrü yaşamısınız, nailiyyətlər əldə etmisiniz. Ona görə biz sizdən 2000-ci ilin Olimpiya oyunlarında çox şey gözləyirik və arzu edirəm ki, siz Azərbaycana böyük qələbələrlə qayıdasınız. Onun üçün də hələ bundan sonra çox işlər görmək lazımdır.
Siz idmançılar gənclərin çox görkəmli nümayəndələrisiniz və öz işinizlə gərək bütün gənclərə nümunə göstərəsiniz, yəni öz nailiyyətlərinizlə nümunə göstərəsiniz. Başqa sahələrdə fəaliyyət göstərən Azərbaycan gənclərinə gərək nümunə olasınız.
Xalq, cəmiyyət, vətəndaşlar idmançı gəncləri o biri gənclərdən daha da çox tanıyır. Bu da təbiidir. Çünki idmana hamı maraq göstərir və bu, elə bir sahədir ki, insanlar - həm idman azarkeşləri, həm də, sadəcə, vətənpərvər insanlar istəyirlər ki, Azərbaycan idmanı daha da yüksəlsin. Ona görə də siz məşhurlaşırsınız. Nə qədər çox nailiyyət əldə etsəniz, o qədər də məşhur olacaqsınız. Mən arzu edirəm ki, siz bu nailiyyətləri əldə edəsiniz.
Mən sizinlə bugünkü görüşümdən çox məmnunam. Yenə də deyirəm, sizinlə hər dəfə görüş məni ruhlandırır, bəlkə də bir az gəncləşdirir. Sizin hamınıza can sağlığı arzu edirəm. Sizi Gənclər günü münasibəti ilə bir daha təbrik edirəm. Sizə yeni-yeni qələbələr, böyük uğurlar arzulayıram. Sağ olun.

2 fevral 2000-ci il
Xəbər 3081 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
07.05.2013 “İdmanın böyük himayədarı” kitabının təqdimat mərasimi keçirilib
11.12.2011 Səkkizinci 12 dekabr
16.05.2011 Balakəndə ulu öndərin xatirə turnirləri keçirilib
11.05.2011 Qələbələrimizin memarı
30.03.2011 Ulu öndər Heydər Əliyevin bədən tərbiyəsi və idman haqqında fikirləri
13.12.2010 Şəki şəhərində Olimpiya İdman Kompleksinin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi
22.10.2002 Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Beynəlxalq Həvəskar Boks Assosiasiyasının nümayəndə heyətini qəbul etmişdir
11.10.2002 Milli Olimpiya Komitəsinin 10 illiyinə həsr olunmuş yubiley mərasimində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi
12.09.2002 Gəncə şəhərində Olimpiya İdman Kompleksinin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi
15.06.2002 Naxçıvan şəhərində Olimpiya İdman Kompleksinin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru