Polşanın Katovitse şəhərində yeniyetmələr arasında güləş üzrə Avropa çempionatına start verilib. İdman.com.az saytının xəbərinə görə, ilk yarış günü 5 sərbəst güləşçimiz döşək üzərinə çıxıb ki, onların da hamısı medal qazanıb.
50 kq-da çıxış edən Ruslan Surxayev finalda türkiyəli rəqibinə qalib gələrək Avropa çempionu olub. 42 kq-da Coşğun Məmmədov, 58-də Cahid Həsənzadə və 85-də Çermen Baqayev yalnız finalda uduzaraq gümüş medal qazanıb.
Hər 3 güləşçimiz həlledici görüşdə Rusiyadan olan rəqibinə məğlub olub. 69 kiloqramda yarışan Şamil Sadullayev isə bürünc medala yiyələnib. Bu gün 46, 54, 63, 76 və 100 kq çəki dərəcələrində qaliblər müəyyənləşəcək.
|