Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı
  Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
10.01.2020 AİJF
www.sportsmedia.az
 Xəbərlər
25/02 | 22:13 Azərbaycan Premyer Liqası: “Qarabağ” komandası liderliyi ələ keçirib
25/02 | 21:04 “Everton” müdafiəçisi Lukas Din ilə müqavilənin müddətini uzadıb
25/02 | 20:16 Birləşmiş Ərəb Əmirliklərində çoxgünlük velomarafon davam edir
25/02 | 19:36 Səudiyyə Ərəbistanı Qran-Prisi Formula 1 təqvimində uzun müddət qalacaq
25/02 | 19:00 “Zirə” komandası “Neftçi”ni məğlub edib
25/02 | 18:51 Çində “Pekin-2022”nin sınaq yarışlarının keçirilməsinə başlanılıb
25/02 | 18:30 “İnter” klubunun rəsmiləri koronavirusa yoluxublar
25/02 | 17:42 Azərbaycan Premyer Liqası: “Qəbələ” öz meydanında “Sumqayıt”ı məğlub edib
25/02 | 16:58 UEFA rəsmisi: “Avro-2020” mütləq təşkil olunacaq
25/02 | 16:12 MEDİA Agentliyinin İcraçı direktoru ilə AİJF prezidentinin növbəti görüşü olub
25/02 | 15:58 Ağırlıqqaldırma Olimpiya Oyunlarının proqramından çıxarıla bilər
25/02 | 14:36 Azərbaycan güləşçiləri Kiyev turnirində iştirak edəcəklər
25/02 | 14:00 “Tokio-2020”nin məşəli estafeti yarımçıq dayandırıla bilər
25/02 | 13:45 Millimizin baş məşqçisi: Komandanın hazırlıq durumu əvvəlki oyunla müqayisədə indi daha yaxşıdır
25/02 | 13:19 Bu gün UEFA Avropa Liqasının onaltıdabir final mərhələsinə yekun vurulacaq
25/02 | 12:42 Brisben 2032-ci il Yay Olimpiya Oyunlarına ev sahibliyi edəcək əsas namizəd şəhər kimi təsdiqlənib
25/02 | 11:42 UEFA Çempionlar Liqası: Səkkizdəbir final mərhələsinin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb
24/02 | 23:11 Boks üzrə Avropa Olimpiya Təsnifat Turnirinin tarixi dəqiqləşib
24/02 | 19:29 “Everton” klubu yeni stadion inşa etdirəcək
24/02 | 17:30 Amir Şojae: Hədəfimiz həm Bakıdakı, həm də səfərdəki oyunda qələbə qazanmaqdır
24/02 | 16:22 Roman Qrojan “İndyCar”da ilk test yarışlarında iştirak edib
24/02 | 15:00 Amir Şojae: Hədəfimiz həm Bakıdakı, həm də səfərdəki oyunda qələbə qazanmaqdır
24/02 | 14:29 UEFA əvəzetmə ilə bağlı qərar qəbul edib
24/02 | 13:30 BOK 2032-ci il Yay Olimpiya Oyunlarına ev sahibliyi edəcək əsas namizəd şəhəri müəyyənləşdirəcək
24/02 | 12:55 Azərbaycanlı hakim Çağırış kuboku yarışlarına təyinat alıb
24/02 | 12:30 UEFA iki turniri ləğv edib
24/02 | 12:25 PFL hava şəraiti ilə əlaqədar I Divizionun bir neçə oyununu təxirə salıb
24/02 | 10:44 Azərbaycan millisi Moldova yığmasına qalib gəlib
23/02 | 22:21 Azərbaycan güləşçisi Dünya Çimərlik Oyunlarının bürünc medalçısı elan olunub
23/02 | 20:03 “Real Madrid”in futbolçusu ilə 5 klub maraqlanır
23/02 | 19:51 Daşkənddə “Böyük dəbilqə” turnirində 13 cüdoçumuz iştirak edəcək
23/02 | 19:05 “Karabakh is Azerbaijan”: Şahmatçılar "Kalbajar Cup"da mübarizə aparacaqlar
23/02 | 18:34 “Universiada-2023”ə 12 min könüllünün qatılması planlaşdırılır
23/02 | 18:10 Anatoli Banişevskinin 75 illik yubileyi qeyd ediləcək
23/02 | 16:48 "Red Bull Racing" yeni mövsüm üçün bolidini təqdim edib
Digər xəbərlər 
 Topaz Premyer Liqası
N: Komandalar O Q H M T X
1 Neftçi 17 10 3 4 21-17 33
2 Qarabağ 17 9 6 2 39-13 33
3 Zirə 17 7 7 3 23-18 28
4 Sumqayıt 17 6 5 6 20-21 23
5 Qəbələ 17 5 6 6 16-23 21
6 Sabah 17 4 4 9 17-27 16
7 Səbail 17 3 6 8 16-26 15
8 Keşlə 17 4 3 10 17-24 15
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası 20 yanvar qurbanlarını yad edir
Tarix: 20.01.2021 | Saat: 18:41:00 | E-mail | Çapa göndər
90-cı illərin əvvəllərində Dağlıq Qarabağda erməni yaraqlıqlarının azərbaycanlılara qarşı terror əməliyyatlarını genişləndirmələri respublikadakı siyasi gərginliyi son həddə çatdırmışdı. Uzun müddət fəaliyyətsizlik göstərən respublika rəhbərliyi birdən-birə, olduqca şübhəli şəkildə cəsarətə gələrək, açıqdan-açığa könüllü silahlı dəstələrin yaradılması təşəbbüsü ilə çıxış etməyə başladı. 1990-cı ilin 15 yanvarında Azərbaycan KP MK-nın I katibi Ə.Vəzirov Bakı məişət soyuducuları zavodu işçiləri ilə görüş zamanı silah tuta bilən bütün gəncləri könüllü dəstələrə yazılmağa çağırdı və eyni zamanda onların silahla təmin ediləcəyini bildirdi. Bu görüş və Vəzirovun çağırışı Azərbaycan televiziyası ilə bütün respublikaya yayımlanırdı. Bu cür çağırışlar, həmin günlərdə “partkomların” adından Bakının bütün müəssisə və idarələrində asılmışdı. Məhz partiya komitələrində könüllərin siyahıları toplanırdı. Aydın məsələ idi ki, çox böyük fitnəkarlıq hazırılanır. Lakin Azərbaycan Xalq Cəbhəsinin radikal qanadı hakimiyyət uğrunda mübarizə eyforiyasında bu fitnəkarlığa uyaraq, təkcə AXC-ni deyil, həm də bütün milli-demokratik hərəkatı zərbə altında qoydu. AXC İH-ni xəbərdar etmədən onlar Milli Müdafiə Şurası (MMŞ) yaratdılar və yeni seçilmiş İH-ni fakt qarşısında qoydular. Sonrakı hadisələr göstərdi ki, MMŞ məhz respublika rəhbərliyinin bilavasitə təhriki ilə yaradılmışdı. Belə bir fakt əlamətdardır ki, mərkəzin o vaxt Bakıda olan nümayəndələri – Y.M.Primakov, A.İ.Girenko əsasən, AXC İH ilə deyil, MMŞ üzvləri ilə danışıq aparırdılar, yaxud onları ayrı-ayrılıqda qəbul edirdilər.

Beləliklə, MMŞ-nin yaradılması həmin böhranlı günlərdə AXC İH-nin hadisələrə rəhbərlikdən uzaqlaşdırılmasına xidmət edərək, mərkəzin qurduğu oyunda vasitə rolunu oynaırdı. Bu məsələdə MMŞ üzvlərinin öz məqsədləri elə bir əhəmiyyət daşımırdı.

Respublikada son həddə qədər gərginləşmiş vəziyyəti SSRİ Ali Soveti Rəyasət Heyətinin «Dağlıq Qarabağ və bəzi digər rayonlarda fövqəladə vəziyyət elan olunması» haqqında 15 yanvar 1990-cı il tarixli fərmanı, xüsusilə, həmin fərmanın Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinə Bakı və Gəncədə komendant saatı tətbiq edilməsini tövsiyə edən VII bəndi daha da kəskinləşdirdi. Respublika əhalisi hamılıqla həmin fərmanı ədalətsiz, ermənipərəst bir akt kimi qiymətləndirirdi. Fərman elan olunduqdan sonra hərbi hissələrin ətrafında piketlərin qurulması başlandı.

AXC İH-nin 17 yanvar tarixli qərarı ilə SSRİ Ali Soveti Rəyasət Heyətinin bu fərmanı Azərbaycan xalqının milli ləyaqətini təhqir edən bir sənəd kimi qiymətləndirildi. AXC İH-nin qərarında 20 yanvar 1990-cı ildə Azərbaycan SSR Ali Sovetinin fövqəladə sessiyasının çağırılması və bu fərmanın Azərbaycanın suverenliyi haqqında Konstitusiya Qanununa zidd bir akt kimi ləğvi tələb edilirdi. Eyni zamanda, AXC Sovet qoşunlarının şəhərə silahla yürüş edəcəyi təqdirdə ona müqavimət göstərməməyə çağırdı.

Yanvarın 17-də Azərbaycan SSR KP MK-nın binası qarşısında Ali Sovetin fövqəladə sessiyasını çağırmaq və respublika rəhbərliyinin istefası tələbi ilə fasiləsiz mitinq başladı.

Moskva xalqın gözündə özünü tamamilə rusvay etmiş yerli oyuncaq hakimiyyəti xilas etmək üçün son tədbirə – silah tətbiqinə əl atdı. SSRİ Ali Sovetinin Rəyasət Heyəti Bakıda fövqəladə vəziyyətin elan olunması haqqında M.S.Qorbaçov tərəfindən imzalanmış fərmanı qəbul etdi və məlum olduğu kimi həmin fərman çoxdan hazırlanmış cinayətin ən vəhşi şəkildə həyata keçirilməsinə formal əsasdan başqa bir şey deyildi.

Yanvarın 19-dan 20-nə keçən gecə Sovet qoşunları əhalini xəbərdar etmədən Bakıya yeridildi.

Bakıya qoşun yeridilməsi və günahsız, dinc əhaliyə qarşı silah tətbiq edilməsinə haqq qazandırmaq üçün SSRİ-nin ali rəhbərləri bir-birini inkar edən ziddiyyətli bəyanatlar verirdilər. Bu əməliyyata bilavasitə rəhbərlik etmiş müdafiə naziri D.Yazovun sözləri həqiqətə daha yaxındır. 20 yanvardan bir neçə gün sonra D.Yazov hələ Bakıda olarkən, «İzvestiya» müxbirinin sualına cavab olaraq bildirmişdi ki, qoşun şəhərə AXC-nin mövcud strukturunu məhv etmək üçün daxil olub. Hərbçilər tərəfindən demokratik hərəkatın 200-dən çox fəalı həbs olundu. AXC İH və rayon şöbələri gizli fəaliyyətə keçdilər. 20 yanvar faciəsindən sonra yaranmış vəziyyəti təhlil edərək, AXC İH 26 yanvar 1990-cı il tarixli qərarında bütün rayon (şəhər) şöbələri, dayaq dəstələri və ayrı-ayrı üzvlərdən tələb etdi ki, yalnız dinc siyasi vasitələrlə təcavüzkarlara qarşı mübarizə aparsınlar.

Əvvəlcədən düşünülmüş ssenari üzrə igid cavanlarımızı, ana-bacılarımızı, hətta körpələrimizi də qırdılar. Televiziya qurğuları dağıdıldı, radionun səsi kəsildi. Şəhərin «əməliyyat» aparılacaq masssivlərində elektrik xətlərini iflic etdilər ki, xəbərdarlıq etmədən əliyalın, dinc əhaliyə divan tutsunlar, bəd əməllərini görən olmasın, istədiklərini edə bilsinlər.

Şəhərdə sabitlik yaratmaq əvəzinə, dörd səhv qərar qəbul edildi: 1. Ümumi tətillər; 2. Şəhəri qorumaq məqsədilə yollarda kütləvi piketlər təşkil etmək; 3. Mitinqlərin MK qarşısına köçürülməsi; 4. İstefa şüarı. Bunların hamısı böhranı dərinləşdirdi. Hərəkatın dinc xarakterini qoruyacaq yeganə doğru şüar Respublika Ali Sovetinin sessiyyasını çağırıb, Ermənistanla sərhəddəki toqquşmalara rəsmi siyasi qiymət verməyi tələb etmək idi.

Bakıda fövqəladə vəziyyət barədə fərman «Zaman» proqramında elan olunmalı idi. Amma televiziyanın enerji blokunun partladılması buna imkan vermədi. Bakı əhalisi şəhərdə fövqəladə vəziyyət elan olunduğunu ancaq səhər saat 6-ya qədər yüzlərlə adamın qanı axıdılandan sonra bildi. Qanlı yanvar günlərində xalqımız öz yolunu müəyyənləşdirdi, qanı axa-axa, hər cür məhrumiyyətlərə sinə gərərək azadlığa doğru addımladı.

Moskvadakı Azərbaycana düşmən qrupların və daxildəki satqınların səyi nəticəsində azərbaycanlıların Qarabağdakı dədə-baba torpaqlarından köçürülməsi həyata keçirildi, xalq hərəkatı içərisində təfriqə salındı. Nəticədə Azərbaycanın tarixi ərazisi olan Qarabağ işğal edildi. Bunun ardınca tarixi cinayət - Qanlı Yanvar qırğını baş verdi: 744 nəfər yaralandı, 131 nəfər şəhid oldu. 400 nəfər həbs olundu, 4 nəfər itkin düşdü. Onlardan – 117-si azərbaycanlı, 6-sı rus, 3-ü tatar və 3-ü yəhudi idi.

Eyni hal 1776-cı ildə Amerikada da baş verib. Onlar da azadlıq uğrunda ingilis qoşunlarının qarşısına çıxıb, vuruşaraq qeyri-bərabər döyüşdə böyük itkilər veriblər. Bu gün ABŞ-da həmin vuruşmada, dinc əhaliyə qarşı qırğınlar zamanı şəhid olan insanlara qoyulan abidələr insanlarda hüzn, kədər doğuran abidəyə deyil, bir qəhrəmanlıq, əzmkarlıq abidələrinə çevriliblər. Yəni xalq o abidələrin qarşısından keçəndə "biz öldürülmüşük, qırılmışıq” kimi deyil, "biz böyük imperiyaya qarşı vuruşmuşuq” kimi yanaşır.

XX əsrin 90-cı illərində SSRİ-nin dağılması nəticəsində yaranmış şəraitdən istifadə edən Ermənistan hakimiyyət dairələri Azərbaycana, o cümlədən Naxçıvana qarşı öz ərazi iddialarını artıq müharibə yolu ilə gerçəkləşdirmək qərarına gəldilər. Naxçıvan çətin sınaqlar qarşısında qaldı. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, Sovet qoşunlarının Bakıya hücumundan 8 saat əvvəl sovet qoşun birləşmələri və erməni silahlı dəstələri Naxçıvan Muxtar Respublikasına hücum etmiş, dinc əhalini qətlə yetirərək Kərki kəndini işğal etmişdi.

Ermənistanın apardığı təcavüzkarlıq siyasəti nəticəsində vaxtilə Ümumittifaq şəbəkəsinə daxil olan, Azərbaycanı Naxçıvanla bağlayan dəmir yol xətləri və avtomobil yolları kəsilmiş, Naxçıvan Azərbaycanın əsas hissəsindən təcrid edilərək blokadaya salınmışdı.

Həmin il Rus ordusunun Qorbaçovun başçılığı ilə Bakıda törətdiyi dəhşətli hadisəni bütün dünyaya bəyan etmək üçün Heydər Əliyev Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəlir. Xarici jurnalistlərin qarşısında Heydər Əliyev SSRİ-i tarixində ilk dəfə olaraq, Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Mixail Qorbaçovu Azərbaycan xalqının qətlində ittiham edərək bildirdi ki, bu gün (19-20.01.90) Azərbaycan xalqının taleyinə qanlı, faciəli gün kimi şəhid övladların qanı ilə yazılmışdır. Yanvar ayının 19-dan 20-nə keçən gecə və sonrakı günlərdə Bakının küçələrində, meydanlarında qan dizə çıxdı.

1995-ci aprelin 27-də İstanbulda Mixail Qorbaçov Qara Yanvarla bağlı bunu demişdi: “Bakıda fövqəladə vəziyyət elan etmək və oraya qoşun göndərmək mənim siyasi həyatımın ən böyük səhvi idi”.

2015-ci ildə Mixail Qorbaçov özünün yazdığı "Həyat və islahatlar" kitabındakı memuarlarında sovet ordusunun 20 yanvarda Bakıya qanlı müdaxiləsi barədə mövqeyini qeyd edərkən o, 20 yanvar qırğının məsuliyyətini dolayısı yolla olsa da etiraf edib. "Bu faciəli hadisədən dərs götürdüm. Hakimiyyət ekstremal situasiyada güc tətbiqindən imtina edə bilməz. Ancaq bu aksiya mütləq olaraq əsaslandırılmalı və çox sərt tədbirlərlə bağlı addım məhdudlaşdırılmalıdır. Problemin həlli yalnız siyasi yolla tapılmalıdır" - deyə Mixail Qorbaçov vurğulayıb.



Ən müasir silahlarla xalq atəşə tutuldu, tanklar, toplar dinc əhalini amansızcasına, vəhşicəsinə məhv etməyə başladı. Bu çıxışdan sonra isə Heydər Əliyev xalqının ağır və faciəli günlərində vətənə dönməyi qərarlaşdırır. Dağılmaqda olan imperiya Heydər Əliyevin şəxsiyyətinə və bu dahi insanın siyasi baxışlarına yaxşı bələd olduğu üçün onun öz doğma vətəninə dönməsinə böyük manelər törətməyə başlayır. Amma dahi siyasətçi Heydər Əliyev bütün bu maneələri dəf edərək Bakıya qayıtmağa müvəffəq olur. Bu dövrdə öz çirkin əməllərini həyata keçirmək istəyənlər Heydər Əliyevin Bakıda siyasi fəaliyyətinə maneələr yaradır və onun ölkəni tərk etməsini istəyirlər. Xalqımızın fəlakətlərə sürükləndiyi, erməni işğalçılarının ölkəmizin içərilərinə doğru hərəkət etdiyi bir zamanda Naxçıvan əhalisi yekdillik və uzaqgörənliklə Heydər Əliyevi Azərbaycan Respublikası Ali Sovetinə deputat və Muxtar Respublikaya rəhbər seçdi. Yalnız bundan sonra taleyin ümidinə buraxılmış Naxçıvan, Qarabağ və ümumiyyətlə, bütöv Azərbaycan fəlakətdən qorunmuş oldu.

Əziz oxucu, bu hadisə necə də H.Cavid taleyinin əks-sədası kimi səslənir: «Kəssə hər kim tökülən qan izini, qurtaran dahi odur yer üzünü» deyən bir şairin harayı ilə səsləşir.

Məhz belə ağır bir şəraitdə Naxçıvan əhalisi böyük mərdlik və yenilməzlik nümayiş etdirərək, Azərbaycanın bu qədim torpağını ermənilərin işğalı təhlükəsindən xilas etdi və onun müxtariyyət statusunu qoruyub saxladı. Naxçıvanın 1990-cı ilin yayında seçilmiş Ali Soveti həmin il noyabrın 27-də birinci sessiyasında muxtar respublikasının adından «sovet», «sosialist» sözlərini çıxardı, Ali Sovetin adının dəyişdirb Naxçıvan Muxtar Respublikasının Ali Məclisi adlandırdı.

AXC-nin həmin dövrdə gücü və imkanları yalnız martın 5-də AXC-nin qərarı ilə dayandırılan 40 günlük ümumrespublika tətilinin müvəffəqiyyəti əyani sübut oldu. Həmin tətil nəticəsində dövlətə yarım milyard manatdan çox ziyan dəydi.

1994-cü il martın 29-da ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə ali qanunvericilik orqanı – Milli Məclis səviyyəsində ilk dəfə hüquqi-siyasi qiymət verildi. Milli Məclisin həmin qərarında deyilir: “Azərbaycanda vüsət tapmış milli azadlıq hərəkatını boğmaq, demokratik və suveren bir dövlət yaratmaq amalı ilə ayağa qalxan xalqın inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq və belə bir yola qədəm qoyan hər hansı xalqa sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədilə 1990-cı il yanvarın 20-də Sovet Silahlı Qüvvələrinin Bakı şəhərinə və respublikanın bir neçə rayonuna yeridilməsi, nəticədə haqq və ədalətin müdafiəsi naminə küçələrə çıxmış silahsız adamların qəddarcasına qətlə yetirilməsi Azərbaycan xalqına qarşı totalitar kommunist rejimi tərəfindən hərbi təcavüz və cinayət kimi qiymətləndirilsin”.

Xalqımızın ümummilli lideri Heydər Əliyev demişdi: "Ya ayağa qalxıb torpaqlarımızı azad etməli, ya məhv olmalı, ya da millət olmadığımızı etiraf etməliyik”.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev deyib: "20 Yanvarda sovet rejiminin hərbi, siyasi və mənəvi təcavüzünə məruz qalmış Azərbaycan xalqı öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu bütün dünyaya nümayiş etdirdi. Azərbaycanda haqq-ədalətin müdafiəsi yolunda canlarından keçmiş Vətən övladları Qanlı Yanvarda xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar".

Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda "Vətən sağ olsun" deyib canlarından keçən övladları bütün dünyaya sübut etdilər ki, Vətən torpağı müqəddəsdir, toxunulmazdır. Təsadüfi deyilməyib ki, heç nə yaddan çıxmır, heç kəs unudulmur. Vətən yolunda şəhidlik zirvəsinə yüksələnlər də heç vaxt unudulmur, yaddaşlardan silinmir, çünki şəhidlər ölməzdir. Bu ölməzlik həm də dövlətimizin müstəqilliyində, xalqımızın birliyində yaşayır.

Ulu öndərin siyasi varisi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də 20 yanvarda dövlətimizin müstəqilliyi, suverenliyi, ərazi bütovlüyü və xoşbəxt gələcəyi uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, onların ailələrinin, övladlarının sosial müdafiəsinin gücləndirilməsi məqsədilə mühüm işlər görüb. Dövlətimizin başçısının 19 yanvar 2006-cı il tarixli "20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında" fərmanı ilə şəhid ailələrinə dövlət qayğısı daha da artırılmış oldu. Bütün bunlar və bu istiqamətdə atılan digər dövlət səviyyəli addımlar ölkə prezidenti İlham Əliyev tərəfindən Vətən uğrunda sağlamlığını itirmiş şəxslərə göstərilən qayğının bariz nümunəsidir.

Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin xatirəsini əziz tutur. Hər il xalqımızn bu qəhrəmanlıq salnaməsinin ildönümü izdihamlı ziyarətlərlə müşayiət edilir, xalq istiqlal fədailərinin məzarlarına faciənin simvoluna çevrilmiş al qərənfillər düzür, onları qürurla anır, qatillərini lənətləyir, bu faciəni törədənlərə dərin nifrətini bildirir.

Xalqımızın yaddaşında bu faciə eyni zamanda, mubarizlik simvolu kimi yaşayır. Yanvar hadisələri xalqımıza azadlıq hissi və seçim verdi. Bu azadlıq və seçimin ali nöqtəsi müstəqil Azərbaycanın yardılması oldu.

Bu gün Bakının ən yüksək nöqtələrindən birində hər bir azərbaycanlı üçün müqəddəs and yerinə çevrilmiş bir ünvan var: bu, 20 Yanvar şəhidlərinin və Ermənistanın hərbi təcavüzünə qarşı döyüşlərdə həlak olanların qəhrəmanlarımızn dəfn edildiyi Şəhidlər Xiyabanıdır. Hər il yanvarın 20-də minlərlə insan bu xiyabanı ziyarət edir. Nəsillər dəyişəcək, lakin Vətən övladlarının xatirəsi ürəklərdə əbədi yaşayacaq. Şəhidlərimiz və Şəhidlər Xiyabanı azadlığımızın, müstəqilliyimizin, milli iradəmizin simvolu kimi bundan sonrakı nəsillərə də bir qürur mənbəyi olacaqdır.

Hər il yanvarın 20-də Bakı vaxtı ilə saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunur, gəmilərdən, avtomobillərdən və qatarlardan səs siqnalları verilir, hüzn əlaməti olaraq dövlət bayraqları endirilir.


Dilqəm Quliyev,
pedaqogika üzrə elmlər doktoru, professor

Xəbər 36 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
25.02.2021 Birləşmiş Ərəb Əmirliklərində çoxgünlük velomarafon davam edir
25.02.2021 Çində “Pekin-2022”nin sınaq yarışlarının keçirilməsinə başlanılıb
25.02.2021 Ağırlıqqaldırma Olimpiya Oyunlarının proqramından çıxarıla bilər
25.02.2021 Brisben 2032-ci il Yay Olimpiya Oyunlarına ev sahibliyi edəcək əsas namizəd şəhər kimi təsdiqlənib
24.02.2021 BOK 2032-ci il Yay Olimpiya Oyunlarına ev sahibliyi edəcək əsas namizəd şəhəri müəyyənləşdirəcək
23.02.2021 “Universiada-2023”ə 12 min könüllünün qatılması planlaşdırılır
19.02.2021 WADA idmançıların koronavirusa qarşı peyvənd edilməsi üçün heç bir maneə görmür
19.02.2021 “Gaming League Azerbaijan” yeni layihənin icrasına başlayır
17.02.2021 Yaponiyanın Şimane prefekturası Olimpiya məşəli estafetindən imtina edir
17.02.2021 Rusiyanın idman naziri MDB ölkələrinin səfirləri ilə görüşüb


  Arxiv
Tarixləri seç: 
 dən 
Fotogalereya
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
Müəllif yazıları
Qabil Mehdiyev
qabil-so@mail.ru
Mənim “İdman” sevgim
BATI YAR
batyyar@mail.ru
Balaca topçunun həyatına qıyan böyük topçuları ali ədalət qamçısı cəzalandıracaq
Leyla Qurbanova
leyla-6565@mail.ru
Bakı şəhər trasını seçməyin 5 səbəbi
Əli Fərəcov
alfaraj@mail.ru
Arzulara sədd yoxdur
Vüqar Məmmədov
vuqar-inqilaboqlu@mail.ru
III Avropa Oyunları hansı yeniliklərlə gələcək?
Səkinə Novruzqızı
miss.sekine@mail.ru
İdmansız ilin möhtəşəm zəfəri
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 8-ci mərtəbə
İndex: AZ 1073;
Tel: (+99412) 434-57-32, (+99412) 510-53-10
Fax: (+99412) 510-53-10
E-mail: idman-sport@mail.ru