Argentina yığma komandasının keçmiş hücumçusu və məşqçisi, dünya şöhrətli futbolçu Dieqo Armando Maradona vəfat edib.
60 yaşlı Maradonanın ürəyi bu gün dayanıb.
Nəşrin məlumatına görə, noyabrın 2-də veteran futbolçu La-Plata şəhərində xəstəxanaya yerləşdirilmişdi. Həkiminin dediyinə görə, argentinalı öz istəyi ilə tibbi müayinədən keçirilmiş, onda subdural hematoma xəstəliyi aşkarlanmışdı. Bundan sonra Maradonanın üzərində uğurlu cərrahiyyə əməliyyatı aparılmış, noyabrın 12-də o, xəstəxanada evə buraxılmışdı.
|