Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı
  Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
30.10.2018 AGIN
2019-cu ilin idman təqvimi
 Xəbərlər
30/11 | 21:28 Gələn il bədii gimnastika üzrə Avropa çempionatına Bolqarıstan ev sahibliyi edəcək
30/11 | 20:20 “Zirə”nin qapıçısı klub tarixinin Premyer Liqadakı rekordunu təkrarlayıb
30/11 | 19:51 Millimizin qapıçısı koronavirusa yoluxub
30/11 | 19:13 Azərbaycan karateçisi İrina Zaretska Xorvatiyada beynəlxalq turnirin qalibi olub
30/11 | 18:52 Azərbaycan voleybolçusu Türkiyə klubunda baxışdadır
30/11 | 18:10 “Qarabağ”ın legioneri Kevin Medina Kolumbiya millisinə çağırıla bilər
30/11 | 17:05 Futbol üzrə Azərbaycan Premyer Liqasının XII turunun təqvimi açıqlanıb
30/11 | 15:42 Azərbaycan atıcısı Ruslan Lunyov açıq Polşa turnirində qızıl medal qazanıb
30/11 | 15:19 “Neftçi”nin sabiq prezidenti “Başakşehir”–“Leyptsiq” oyununa təyinat alıb
30/11 | 15:00 Hin Min Son İngiltərə Premyer Liqasında noyabrın ən yaxşı futbolçusu seçilib
30/11 | 14:48 Azərbaycan velosipedçisi Türkiyə klubuna keçib
30/11 | 14:01 “Lokomotiv” - “Ştutqart” oyununu Eldar Zülfüqarov idarə edəcək
30/11 | 13:59 Məşhur futbolçu Qabi karyerasını bitirib
30/11 | 13:20 “Skilling Open”in finalında Maqnus Karlsen və Uesli So növbəti oyunda mübarizə aparacaqlar
30/11 | 13:07 “Şaxtyor Soliqorsk” klubu tarixində ikinci dəfə Belarus çempionu olub
30/11 | 11:00 Növbəti mövsüm İndianapolisdə "All Star" təşkil olunmayacaq
30/11 | 10:05 “San-Paolo” stadionuna Dieqo Maradonanın adı veriləcək
30/11 | 09:47 Beynəlxalq Avtomobil Federasiyası Bəhreyn Qran-Prisində baş verən qəza barədə rəsmi məlumat yayıb
29/11 | 22:23 Luis Hamilton Bəhreyn Qran-Prisinin qalibi olub
29/11 | 21:30 Azərbaycan gimnastlarının bədii gimnastika üzrə Avropa çempionatında nəticələri məlum olub
29/11 | 21:11 "Qarabağ" heç-heçə ilə yenidən liderliyə yüksəldi
29/11 | 17:33 Azərbaycan Premyer Liqası: “Keşlə” öz meydanında heç-heçə edib
29/11 | 16:34 Allah rəhmət eləsin!
29/11 | 15:23 Azərbaycan Voleybol Federasiyasının üç əməkdaşı CEV komissiyalarına üzv seçiliblər
29/11 | 13:51 Qarabağın işğaldan azad edilmiş ərazilərində voleybolun kütləviliyinə xüsusi diqqət yetiriləcək
29/11 | 12:59 Yaponiya gələn il keçiriləcək Olimpiya və Paralimpiya Oyunlarının təşkilinə daha 2 milyard dollara yaxın vəsait ayıracaq
29/11 | 11:19 “Qalatasaray” səfərdə qazandığı qələbə ilə ikinci pilləyə yüksəlib
29/11 | 10:00 Kiyevdə keçirilən Avropa çempionatında gənc bədii gimnastların çıxışına yekun vurulub
28/11 | 21:22 Bədii gimnastlarımız Avropa çempionatında daha bir medal qazanıblar
28/11 | 20:12 İngiltərə Premyer Liqası: “Liverpul” son dəqiqələrdə qələbəni əldən verib
28/11 | 19:45 “Neftçi” – “Zirə” oyununda qalib müəyyənləşməyib
28/11 | 18:05 Azərbaycan AOK-un Baş Assambleyasında təmsil olunub
28/11 | 14:35 "Araz" klubu Çempionlar Liqasında mübarizəyə start verir
28/11 | 11:47 Bu gün "Neftçi" və "Zirə" komandaları üz-üzə gələcək
28/11 | 11:05 Güllə atıcılarımız Polşada iki qızıl medal qazanıblar
Digər xəbərlər 
 Topaz Premyer Liqası
N: Komandalar O Q H M T X
1 Sumqayıt 9 4 3 2 12-9 15
2 Qarabağ 8 4 3 1 20-5 15
3 Zirə 9 4 3 2 9-8 15
4 Neftçi 9 4 2 3 7-12 14
5 Keşlə 9 3 3 3 10-12 12
6 Səbail 8 2 3 3 9-10 9
7 Qəbələ 9 1 5 3 7-14 8
8 Sabah 9 2 0 7 8-12 6
Azərbaycan cüdoçuları Avropa çempionatına hazırdırlar
Tarix: 19.11.2020 | Saat: 11:30:00 | E-mail | Çapa göndər
Bu gün Çexiyanın paytaxtı Praqada Avropa çempionatı start götürəcək. Tamaşaçısız keçiriləcək yarış noyabrın 21-dək davam edəcək.

Qitə çempionatında Azərbaycanı 14 cüdoçu təmsil edəcək. Belə ki, kişilər arasında Nicat Şıxəlizadə, Orxan Səfərov (66 kq), Rüstəm Orucov, Telman Vəliyev (73 kq), Murad Fətiyev (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Zelim Kotsoyev, Elmar Qasımov (hər ikisi 100 kq), Uşangi Kokauri (100 kiloqramdan yuxarı) güclərini sınayacaqlar.

Qadın cüdoçuların yarışında isə Aişə Qurbanlı, Leyla Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva (52 kq), Aleksandra-Larisa Florian (57 kq), İrina Kindzerska (78 kiloqramdan yuxarı) mübarizə aparacaqlar.

Komandamız qitə çempionatına qatılan yığmalar arasında güclülərdən hesab olunur. Ötənilki analoji yarışı yığmamız biri gümüş, dördü isə bürünc olmaqla beş medalla başa vurub. Gümüş medalı komandamızın aktivinə Rüstəm Orucov yazdırıb. Bürünc medallara isə Hidayət Heydərov, Məmmədəli Mehdiyev, Elmar Qasımov və İrina Kindzerska sahib olublar.

Qeyd edək ki, qitə çempionatı II Avropa Oyunları çərçivəsində keçirilmişdi.

Builki qitə çempionatına da cüdoçularımız yaxşı hazırlaşıblar. Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlı müsahibəsində bütün idmançılarımızın medal şanslarının olduğunu bildirib: “İdmançılarımızın medal şanslarını qiymətləndirərkən R.Orucovu xüsusi qeyd etməliyik. Cüdoçumuz öz çəki dərəcəsində qitə çempionatının reytinq favoritidir. Bu il Macarıstan və Almaniyada keçirilmiş “Böyük dəbilqə” turnirlərində qızıl və bürünc medallar qazanıb. Macarıstandakı yarışda O.Səfərov və M.Mehdiyev də bürünc medallarla fərqləniblər. Düsseldorf “Böyük dəbilqə”sində isə E.Qasımov gümüş, Z.Kotsoyev bürünc medal əldə ediblər. Həmin yarışda ikinci yeri tutan qadın cüdoçumuz İ.Kinderskanı da xüsusi vurğulamaq lazımdır. Güclü reytinqə malik idmançımız ciddi rəqiblərdən biri hesab olunur. Builki yarışlarda komandamızın gənc üzvlərindən biri olan G.Məmmədəliyeva da uğurla çıxış edib. O, 23 yaşadək gənclərin Avropa çempionatında gümüş medal qazanıb”.

Builki yarışlarda ilkin görüşlərdə qalib gələn digər idmançılarımız medal qazanmasalar da, Tokio Olimpiadasına vacib reytinq xalları əldə edə biliblər.

Ümumiyyətlə, builki Avropa çempionatı koronavirus pandemiyası səbəbindən bir neçə dəfə təxirə salınıb. Sonda təşkilatçı ölkənin hakimiyyəti və səhiyyə səlahiyyətliləri ilə birgə yarışın noyabrın 19-dan 21-dək keçirilməsi barədə qərar qəbul edilib. Təbii ki, yarışlar zamanı iştirakçılar və rəsmilərin məsafə saxlamaları və tibbi maskalar taxmalarına ciddi nəzarət ediləcək. İdmançıların hər hansı tələbləri pozmaları və ya səhiyyə məlumatlarının səhv olması aşkar olunarsa, diskvalifikasiya edilə bilərlər.

İlkin mərhələnin döyüşləri Bakı vaxtilə 1:00-da, final yarışları isə 19:00-da başlayacaq. Yarışın rəsmi açılış mərasimi noyabrın 20-də baş tutacaq. Noyabrın 21-də bağlanış mərasimində bayrağın təntənəli şəkildə gələn il Avropa çempionatına ev sahibliyi edəcək Lissabona təqdim edilməsi planlaşdırılır.

Bu gün kişilər 60 və 66 kiloqram, qadınlar 48, 52 və 57 kiloqram çəki dərəcələrində mübarizə aparacaqlar. Noyabrın 20-də 73, 81 kiloqram (kişilər) və 63, 70 kiloqram (qadınlar) çəki dərəcələri üzrə döyüşlər keçiriləcək. Yarışların son günü isə cüdoçular 90, 100 və 100 kiloqramdan yuxarı (kişilər), 78 və 78 kiloqramdan yuxarı (qadınlar) çəki dərəcələrində medallar uğrunda mübarizə aparacaqlar.

AZƏRTAC
Xəbər 20 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
23.11.2020 Cüdoçumuz Rüstəm Orucov dünya reytinqində birinci olub
22.11.2020 Azərbaycan komandası Avropa çempionatını 4-cü yerdə başa vurub
21.11.2020 Cüdoçularımız Avropa çempionatını 5 medalla başa vurublar
21.11.2020 Avropa çempionatı: cüdoçularımızdan üçü yarımfinala vəsiqə qazanıb
21.11.2020 Avropa çempionatının son günündə 5 cüdoçumuz mübarizə aparacaq
21.11.2020 Avropa çempionu: Medal kolleksiyama Olimpiya mükafatını əlavə etmək istəyirəm
21.11.2020 Rüstəm Orucov Avropa çempionatının bürünc medalını qazanıb
20.11.2020 Rüstəm Orucov bürünc medal uğrunda mübarizə aparacaq
20.11.2020 Avropa çempionatında daha 3 cüdoçumuz mübarizəyə başlayır
20.11.2020 Orxan Səfərov Avropa çempionatının qalibi olub


  Arxiv
Tarixləri seç: 
 dən 
Fotogalereya
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
Müəllif yazıları
Qabil Mehdiyev
qabil-so@mail.ru
Mənim “İdman” sevgim
BATI YAR
batyyar@mail.ru
Balaca topçunun həyatına qıyan böyük topçuları ali ədalət qamçısı cəzalandıracaq
Leyla Qurbanova
leyla-6565@mail.ru
Bakı şəhər trasını seçməyin 5 səbəbi
Əli Fərəcov
alfaraj@mail.ru
Arzulara sədd yoxdur
Vüqar Məmmədov
vuqar-inqilaboqlu@mail.ru
III Avropa Oyunları hansı yeniliklərlə gələcək?
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 8-ci mərtəbə
İndex: AZ 1073;
Tel: (+99412) 434-57-32, (+99412) 510-53-10
Fax: (+99412) 510-53-10
E-mail: idman-sport@mail.ru