İyirmi bir yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycanın müvafiq yaş qrupundan ibarət millisi ilə qarşılaşacaq Slovakiya yığmasının heyəti açıqlanıb.
Heyətdə qapıçılar - David Şipoş (“Nitra”), Samuel Petraş (“Jilina”), İvan Krayçirik (“Rujomberok”), müdafiəçilər - Martin Şulek (“Trenkin”), Kristian Vallo, Branislav Sluka (hər ikisi “Jilina”), Lukaş Fabiş (“Nitra”), Dominik Şpiryak (“Pohronye”), Gerqeli Tumma (“Spartak”, Trnava), İvan Mesik (“Nordsyelland”, Danimarka), Matuş Voytko (“Zemplin”), yarımmüdafiəçilər - Peter Pokornı (“Senkt-Polten”, Avstriya), Miroslav Qono, Patrik Misloviç, David Dyuriş, Yan Bernat (hamısı “Jilina”), Kristian Herç (“Karvina”, Çexiya), Yakub Kadak (“Trenkin”), Tomaş Suslov (“Qroningen”, Niderland), Martin Koval (“Zlate Moravçe-Vrable”), Marian Çobot (“Nitra”), hücumçular - Lyubomir Tupta (“Verona”, İtaliya), David Streleç (“Slovan”) və Ladislav Almasi (“Rujomberok”) yer alıblar.
Slovakiya-Azərbaycan oyunu oktyabrın 8-də Nitra şəhərindəki “Nitra stadionu”nda keçiriləcək.
|