Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
19/04 | 10:32 Azərbaycan Premyer Liqasında tura Tovuzda start veriləcək
18/04 | 14:22 Azərbaycan şahmatçıları Avropa çempionatında iştirak edəcəklər
18/04 | 14:21 Azərbaycanlı hakim Paralimpiadanın cüdo yarışlarına dəvət alıb
18/04 | 11:39 Azərbaycan millisinin kapitanı Macarıstan çempionu olub
18/04 | 10:47 Azərbaycanın U-17 millisi İnkişaf turnirində iştirak edəcək
18/04 | 10:16 Azərbaycan cüdo millisinin Polşa toplanışı başa çatıb
18/04 | 09:17 Azərbaycan gimnastları Dünya Kubokunda finala yüksəliblər
17/04 | 20:34 Qadın voleybolçular arasında Azərbaycan çempionatında ilk finalçı bəlli olub
17/04 | 18:32 17 yaşadək güləşçilər arasında Azərbaycan çempionatı keçiriləcək
17/04 | 16:48 Azərbaycan voleybol çempionatında ilk finalçı müəyyənləşib
17/04 | 15:36 Azərbaycanın güləş yığmaları Avropa çempionatına hazırlaşır
17/04 | 12:40 İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçiriləcək
17/04 | 11:49 Azərbaycan bilyardçısı Avropa çempionu olub
17/04 | 11:18 Azərbaycanın gənc avarçəkənləri Türkiyədə turnirə qatılacaqlar
17/04 | 10:17 Azərbaycan stolüstü tennisçiləri “Türk Dövlətləri” beynəlxalq turnirində mükafat qazanıblar
17/04 | 09:44 Fərid Qayıbov ABŞ-də azərbaycanlı idmançılar və tələbələrlə görüşüb
16/04 | 18:05 AFFA-nın təşəbbüsü ilə UEFA proqramı çərçivəsində futzal turniri keçirilir
16/04 | 17:23 Azərbaycan voleybol çempionatı: yarımfinal mərhələsinin daha bir oyunu keçirilib
16/04 | 15:29 Azərbaycan Premyer Liqası: "Qarabağ” – “Neftçi” görüşünün başlama saatı bəlli olub
16/04 | 13:42 Paytaxtın abad məhəllələrində minifutbol yarışlarına start verilib
16/04 | 12:57 Azərbaycanın 5 gimnastı Çexiyada beynəlxalq turnirdə iştirak edəcək
16/04 | 11:25 Olimpiadaya lisenziya qazanan Azərbaycanın 3x3 basketbol millisi Vətənə dönüb
16/04 | 09:23 Azərbaycanın futzal millisi bu gün növbəti yoldaşlıq oyununu keçirəcək
15/04 | 19:25 Azərbaycanlı Mərakeşin ən yüksək zirvəsini fəth edib
15/04 | 15:50 “Sabah” ardıcıl iki oyunda "Qarabağ"a üç qol vurmaqla tarixə düşüb
15/04 | 15:08 Azərbaycanın altı idman gimnastı Dünya Kubokunda iştirak edəcək
15/04 | 12:53 Azərbaycan taekvondoçuları Serbiyada iki medal qazanıblar
15/04 | 12:01 Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində üçüncü turun oyunları keçirilib
15/04 | 11:49 Azərbaycan para-badmintonçuları İspaniyada beynəlxalq turnirdə iştirak edəcəklər
15/04 | 11:25 Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı keçiriləcək
15/04 | 10:37 Azərbaycan çempionatında 4-cü turun partiyaları keçirilib, vahid lider bəlli olub
15/04 | 09:49 Azərbaycan gimnastları beynəlxalq turnirdə 7 qızıl medal qazanıblar
14/04 | 22:10 Cüdo üzrə Bakı kəndləri birinciliyi keçirilib
14/04 | 21:32 Azərbaycan cüdoçuları Berlindəki Avropa Kubokunda birinci yeri tutub
14/04 | 20:14 Azərbaycan boksçuları Avropa çempionatını iki qızıl medalla başa vurub
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 90-illiyi qarşısında
Tarix: 16.09.2020 | Saat: 08:17:00 | E-mail | Çapa göndər
Dilqəm Quliyev,
pedaqogika üzrə elmlər doktoru, professor


Öz ənənələri və uğurları ilə şöhrət qazanaraq yarandığı vaxtdan xalqımızın xidmətində sədaqətlə dayanan, bədən tərbiyəsi və idman üzrə mütəxəssislər hazırlamaqda yeganə ali məktəb olan Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (Azərb.DBTİA) 90 illik tarixi var. Əsası 1930-cu il noyabrın 8-də qoyulmuş və Cənubi Qafqazda ilk ali məktəb olan Zaqafqaziya Dövlət Bədən Tərbiyəsi İnstitutunun (ZDBTİ) açılışı M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının indiki binasında təntənəli şəkildə hayata keçirildi. Onun nizamnaməsi təsdiq edildi. Nizamnamədə institutun başlıca vəzifəsi bədən tərbiyəsi müəllimləri, məşqçilər, kütləvi bədən tərbiyəsi və idman işləri üzrə təşkilatçılar, müalicə bədən tərbiyəsi metodistləri hazırlamaq idi. İlk illər institutda fakültələri şöbələr əvəz edirdi. Şöbələrə ümumi rəhbərlik isə tədris hissəsi tərəfindən aparılmış və bu üç il davam etmişdir.

Görkəmli alim və maarif xadimləri A. M.Şuşinski, A.Qəniyev, S.Qasımov, E. Rəhimov, S.Hacıyev, N.Anserov, İ.Kravçuk, İ.Soldatov, O.Retelskiy, A.Şmidt, İ.Se-menstiy, İ.Merkuris, A.Kyurdyukov, Z.Georqadze, B.Nuriyev və başqaları institutun ilk müəllimləri olmuşlar.

İnstitutun fəaliyyətinin yenidən qurulması və genişləndirilməsi ilə əlaqədar rektorun 19 yanvar 1932–ci il tarixli 4 saylı əmrinə əsasən 3 illik təhsil müddəti 4 il ilə əvəz olundu.

1933-cü ildə ZDBTİ 39 (6 qız, 33 oğlan) nəfərdən ibarət ilk buraxılışı oldu. İlk məzunlar arasında Naxçıvan Muxtar Respublikasından gəlmiş Məsumə Fərzəliyeva da var idi.

1933-34-cü tədris ilində institutun Azərbaycan şöbəsi yaradıldı. Həmin ildə institutda 265 nəfər təhsil alırdı.

1936-cı ildən bu ali məktəb Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutu kimi fəaliyyətini davam etdirmişdir. Bu dövrdə institutda ictimai elmlər, anatomiya, biologiya, kimya, gigiyena, fizika, fiziologiya, riaziyyat, bədən tərbiyəsinin texnikası və metodikası kafedraları açılmışdır. İki dəfə 1938 və 1940-cı illərdə institut ÜİHİMŞ və ÜİLKGİ MK-nın keçici qırmızı bayrağını almışdır.

İkinci Dünya Müharibəsinin başlanğıcında Bədən Tərbiyəsi İnstitutunda təhsil alan tələbələrin sayının kəskin surətdə azalması ilə əlaqədar olaraq respublikada Azərbaycan KP MK və Xalq Komissarları Sovetinin 11 dekabr 1941-ci il 5157 saylı qərarı ilə Bədən Tərbiyəsi İnstiututu Azərbaycan Dövlət Universiteti ilə birləşdirildi. Müharibə dövründə İnstitutun şəxsi heyətindən 314 nəfər cəbhəyə yola düşdü. Azərbaycan bədən tərbiyəsi və idman təşkilatlarının yetirmələri Böyük Vətən müharibəsində misilsiz rəşadət göstərdilər. Onların bir qismi isə – Z.Rzayeva, L.Baqriy, Q.Qəniyev, S.Əliyev, V.Litvinova, D.Qədirli və başqaları arxa cəbhədə müalicə bədən tərbiyəsi vasitəsilə yaralı əsgərləri yenidən həyata qaytarmaq üçün fədakarlıqla çalışırdılar.

1943-cü ildə respublikamızın idman həyatında böyük dönüş yarandı. İdman işlərində canlanma başlansa da, kadr hazırlığına olan ehtiyac lazımi səviyyədə təmin edilmirdi. Məhz buna görə Azərbaycan K(b)PMK və Xalq Komissarları Sovetinin 9 iyul 1943-cü il tarixli qətnaməsi və Azərbaycan SSR Xalq Komissarları Sovetinin 20 iyul 1943-cü il tarixli 53 saylı qərarı ilə bədən tərbiyəsi institutu öz keçmiş adını - Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bərqərar etdi.

1946-ci ildə inctitut C.M. Kirov adın Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutu adlandırıldı. 1946-1950-ci illərdə inctitutun rektoru vəzifəsində tibb elmlər namizədi dosent Cəlim Qəni oğlu çalışmışdır.

1950-1972-ci illərdə instituta dosent Ənvər Əbdülcabbar oğlu Babayev rəhbərlik etmişdir.

Müharibədən sonrakı illərdə Azərbaycan bədən tərbiyəsi və idman hərəkatı yenidən vüsət aldı, idmançılarımız SSRİ çempionatlarında uğurla çıxış etdilər. Atlet Xandadaş Mədətov ilk dəfə uzunununa tullanmaqda SSRİ rekordunu təzələdi. Güləşçilər və boksçular ümumittifaq və beynəlxalq yarışlarda nailiyyətlər qazandılar. 1952-ci ildə SSRİ-nin iştirak etdiyi ilk XV Olimpiya Oyunlarında sərbəst güləşçi Rəşid Məmmədbəyov ölkəmizə ilk gümüş medalı gətirdi.

1950-1960-cı illərdə Azərbaycan idmanı daha da inkişaf etmiş, institutun müəllimləri, tələbə və müdavimləri SSRİ-də bir çox yarışların qalibi və mükafatçıları olmuşlar.

1960-cı illərdə bədən tərbiyəsi və idmanı əhali arasında yaymaq və gəncləri kütləvi şəkildə idmana cəlb etmək üçün bir neçə qərar qəbul edilmişdir. 1969-cu ildə xalqımızın ümummilli lideri Heydər Əliyevin Respublikaya rəhbər seçildiyi ildən instsiutut üçün yeni binanın tikintisinə başlanmış və 1971-ci ildə onun açılışı olmuşdur. Xalqımızın ümummili lideri Heydər Əliyevin qayğısı nəticəsində 1971-ci ildə institut yeni binaya köçdükdən sonra əyani şöbəyə 350, qiyabi şöbəyə isə 100 nəfər tələbə qəbul edildi. Kafedraların sayı isə 20-yə çatdı.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutuna 1974-cü ildə Rafiq Abdul oğlu Rəcəbov rektor təyin edildi.

1980-1982-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutunda tədrisin qüksək səviyyədə təşkilində, ixtisaslı bədən tərbiyəsi və idman kadrlarının hazırlığında rektor Samur Novruzovun mühüm xidmətləri olmuşdur.

1987-2015-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutuna professor Ağacan Qulam oğlu Abiyev rəhbərlik etmişdir.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında şöhrəti muzeyi fəaliyyət göstərir. Muzeydə 1930-cu ildən Azərbaycanda bədən tərbiyəsi və idman hərəkatının inkişafı tarixini əks etdirən fotoşəkillərlə bəzədilmişdir.

İnstitutun nəzdində 1500-ə qədər tamaşaçı tutan 1 stadion, 1 idman meydançaları, 1üzgüçülük hovuzu, 1 güllə atıcılığı üzrə nişangah, 9 idman zalı fəaliyyət göstərir.

İdman qurğularının tikintisi, təmiri və abadlaşdırılması ilə əlaqədar akademiyanın rektorunun köməyi ilə bütün idman qurğularında nümunəvi səliqə-səhman yaratmış və yeni idman zalı salınmışdır. Basketbol və həndbol kafedrası praktik dərslərin keçirmək üçün standarta uyğun basketbol və əl topu idman zalı tikilib istifadəyə verilmişdir.

Akademiyada 3600-dən artıq tələbə təhsil alır, onlardan 280 nəfəri qızdır (2009-cu il). 244 professor-müəllim, (o cümlədən 1 elmlər doktoru, 12 elmlər namizədi-professor, 3 professor, 32 elmlər namizədi dosent, 22 elmlər namizədi, 16 dosent, 158 müəllim və baş müəllimlərdir.

90 il ərzində bu qocaman ali məktəb 30 min nəfərdən artıq mütəxəssis hazırlamışdır (2019 ). Akademiyanın bir çox məzunları bacarıqlı müəllim və məşqçi, elmi işçi, bədən tərbiyəsi hərəkatının təşkilatçısı kimi yetişmişdir. Onların hazırlanmasında A.Ağalarov, R.Baxşəliyev, İ.Dadaşov, Ə.Səfərov, Ə.Məmmədov, E.Kərimov, T.Abbasov, A.İsgəndərov, P.Kotsev, Ş.Şamxalov, N.Merkulova, Ə.Babayev, Z.Rzayeva, B.Batyaykin, M.Vahabov, B.Deykun, İ.Dyaçkov, N.Səadətxan, R. Talıbov, O.Ağayev, H.Ağayev, T.Bəhramov, C.Qurbanov, B. Nərimanov, M.Məmmədova və başqalarının xidmətləri xüsusi qeyd olunmalıdır.

Akademiya öz məzunları Olimpiya çempionları V.Mineyev, İ.Rıskal, V. Lantratova, L. Şubina, R. Şabanova, L. Savkina, B. Koretski, İ. Ponomaryov, İ. Məmmədov, N. Hüseynov, V. Belenki, Z. Meftahətdinova, N.Abdullayev,F. Mansurov, gümüş mükafatçılar Məmmədbəyov,Y.Konovalov, K.Aleksandr, bürünc mükafatçılar A.İbrahimov, Z.Bortkeviç, E.Quseva, V.Ələkbərov, F.Aslanov, A.Məmmədov, İ.Aşumova, dünya çempionları X.İsayev, M.Allahverdiyev, A.Niftullayev, C.Məmmədov, Z.Hüseynova, N.Paşayev, Ü.Abdullayev, A.Abdullayev, Avropa çempionları R.Hacıyev, Ş.Qasımov, R.Hüseynov, N.Eyvazov, N.Əlicanov, V.Rəhimov, SSRİ çempionları M.Babayev, P.Dadaşov, Ə.Məmmədov, R.İsmayılov, M.Novruzov, H.Məmmədbəyov və b. ilə haqlı olaraq fəxr edir.

2008-ci ildən «Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının elmi Xəbərlər» jurnalı, 1998-ci ildən isə «İdmançı» qəzeti nəşr olunmağa başlamışdır.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1999-cu il 23 mart 42 saylı qərarına əsasən Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutu Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına çevrilmişdir. Akademiyada fəaliyyət göstərən kafedraları 4 qrupa bölünür: Nəzəri-pedaqoji fənlər kafedralar; İdman-pedaqoji kafedralar; Tibbi-bioloji kafedralar; İctimai fənlər kafedraları (1999).

Akademiyada baş verən dəyişikliklərdən ən əsası tərəfdaşlarla əlaqələrin gücləndirilməsi və müvafiq beynəlxalq qurumlara üzvülükdür. Qeyd etmək lazımdır ki, tələbə və müəllim mübadiləsi üçün bü çox vacibdir. Hazırda akademiyamımız bir neçə xarici universtetlərlə əməkdaşlıq edirlər. Onların arasında Türkiyə Cümhuriyyətinin «Mərmərə Universiteti», Moskva Bədən Tərbiyəsi və İdman Akademiyası, Kiyev şəhər Pedaqoji Universiteti, Təbriz Universiteti və b.

Akademiya tələbələrinin vətənpərvərlik tərbiyəsi həmişə müəllim kollektivinin diqqət mərkəzində olmuşdur. Qarabağda baş verən hadisələrdə igidlik və şücaət göstərdiklərinə görə akademiyanın üç məzunu “Milli qəhrəman” (Əliyar Əliyev və İlqar İsmayılov, Mədət Quliyev ) adına layiq görülmüş, 33 tələbə və məzun torpaq uğrunda şəhid olmuş, 24 tələbə və məzun isə yaralanmışdır. Akademiyada aparılmış ictimai-faydalı işlər nəticə etibarilə tələbələrdə zəhmətsevərlik, vətənpərvərlik kimi keyfiyyətlər tərbiyə edir.

Azərbaycanda təhsilin inkişafında bu ali təhsil ocağının xidmətləri böyükdür. Belə ki, akademiya yarandığı 90 il ərzində təkcə idmançı hazırlamaqla kifayətlənməmiş, eyni zamanada bu təhsil ocağı böyük elmi-pedaqoji mərkəzə çevirilməyi bacarmışdır. Akademiyanın professor-müəllim heyəti bədən tərbiyəsi və idmanın aktual problemlərinə həsr olunmuş müxtəlif mövzularda elmi işlər üzərində çalışırlar. Onlar idmanın ayrı-ayrı növləri üzrə ölkəmizin yığma komandalarına müntəzəm elmi-metodiki köməklik göstərirlər. 1991-2010-cu illərdə 22 kafedra dövlət büdcəsindən maliyyələşdirilən 16 mövzu üzrə elmi-tədqiqat işləri aparılmışdır. Elmi-tədqiqat işlərinə 198 professor-müəllim, 58 elmi işçi cəlb olunmuşdu. Onlardan 10 nəfəri professor, 49 nəfəri elmlər namizədləridir.

Akademiyanın müəllimləri 1500-dən artıq dərslik, monoqrafiya, elmi-metodiki vəsait və məqalənin müəllifidirlər (2010).

Elmi-tədqiqat işlərinin nəticələri 1991-2010-cu illərdə nəşr olunmuş 375 monoqrafiyada, 136 dərslik və dərs vəsaitində, 230 metodiki vəsaitdə, 340 elmi məqalə (onlardan 35 xaricdə dərc olunmuşdur), 425 məruzə tezislərində öz əksini tapmışdır. Ümumiyyətlə, 1950- 2015-ci illərdə akademiyanın kadrları illər üzrə 82 namizədlik dissertasiyası müdafiə etmişlər. Onlardan: 73-ü pedaqoji elmlər namizədi, 9-zu isə bioloji elmlər namizədidir. Namizədlik dissertasiyası müdafiə edənlərin 67-i azərbaycanlı, 14-ü rus 1-i isə gürcü milliyətidir.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının elmi şurasının qərarına əsasən görkəmli şəxslər akademiyanın fəxri doktoru adına layiq görülmüşlər. Onlardan: 1994-cü ildə Türkiyə Cümhuriyyəti Mərmərə Universitetinin doktoru, professor Ahmət Həmdi Turqud, 1994-cü ildə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) sabit prezidenti Xuan Antonio Samaranc, 1995-ci
ildə Beynəlxalq Boks Federasiyasının Prezidenti Ənvər Çoudri; 1995-ci ildə EABA-nın prezidenti Emil Jeçev, 2000-ci ildə Avropa Olimpiya Komitəsinin prezidenti Jak Roq, 2005-ci ildə beynəlxalq Taekvondo Federasiyasının prezidenti Çunq Von Ço Layiq, 2007-ci ildə FİFA-nın prezidenti Yozef Blatter, 2007-ci ildə AOK prezidenti Patrıck J.Hickey, 2007-ci ildə AİBA-nın I-vitse prezidenti Rəhimov Qafur Əhmədoviç, 9 oktyabr 2015-ci ildə Avropa Ədalətli Oyunlar Federasiyasının vitse Prezidenti Ərdoğan Arıpınar, 8 fevral 2016-cı ildə Paralimpiya hərəkatının inkişafında və Paralimpiya idealarının yayılmasında böyük xidmətləri, Paralimpiya təhsilinin təbliğinə verdiyi dəstəyi nəzərə alaraq Cənab Ser Filip Kreven, 1 may 2017-ci ildə Beynəlxalq Gimnastika Federasiyasının (FIG) prezidenti Morinari Vatanabe, Böyük Britaniyanın İdman Tibbi üzrə aparıcı mütəxəssisi Dr. Maykl Pol Lusmor.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 may 1993-cü il tarixli əmrinə əsasən ADBTİA-da ilk dəfə olaraq bakalavriat səviyyəsində mütəxəssis hazırılığına başlandı. Bununla əlaqədar olaraq bütün tədris planlarında və fənlərin məzmununda əsaslə dəyişikliklər aparıldı. Yeni proqramları, dərslik və dərs vəsaitləri hazırlandı.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 sentyabr 1993-cü il tarixli qərarı ilə «Ali və orta ixtisas təhsili istiqamətlərinin və ixtisaslarının siyahısı» təsdiq olundu. 1992/1993-cü tədris ilində Tədəbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən ADBTİA-nın bakalavriat səviyyəsinə uyğun ilk tələbə qəbulu keçirildi.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 yanvar 2009-cu il tarixli qərarı ilə «Ali təhsilin bakalavriat pilləsi ixtisaslarının (proqramlarının) siyahısı» təsdiq olundu. Yeni siyahıya uyğun olaraq nazirliyin 5 avqust 2009-cu il tarixli əmri ilə təsdiq olunmuş Dövlət Təhsil Standartlarının tələbləri gözlənilməklə kadr hazırlığı aparılan 2 ixtisasın tədris planları təsdiq edildi, bütün ixtisaslar üzrə tədrisdə kredit sisteminin tədbiqinə başlandı. Fəaliyyət Planına müvafiq olaraq akademiyanın proqramı hazırlandı. Hazırda proqramın yerinə yetirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 23 dekabr 2015-ci ildə Fuad Hacı oğlu Hacıyev Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasınin rektoru təyin edilmişdir.

Akademiyada maddi-texniki təchizat sahəsində ən müasir texnologiyalardan istifadəyə üstünlük verilir. Görülən hər bir işdə beynəlxalq standartlar prinsipi gözlənilmiş və bu standartlara cavab verən auditoriya və laboratoriyalar yaradılır. Akademiyada foye, iclas salonu, otaqlar əsaslı təmir edilmiş, müasir idman kompleksi və şahmat otağı, idman müzeyi, yeməkxana, kitabxana kompleksi, yüksək informasiya texnologiyalarına əsaslanan laboratoriya və tədris kabinəsi, kompyüter və təchiz olunmuş auditoriyalar yaradılır.

Akademiyada yeni tədris laboratoriyaları və elektron kitabxananın əsaslı təmiri və yenidən qurulması, tədris proqramlarının təkmilləşdirilməsi, tədris bazasının gücləndirilməsi, distant və onlayn təhsilin, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, müvafiq xarici tədris müəssisələri ilə ikili tədrisin və qarşılıqlı proqramların təşkili, tələbə və professor-müəllim mübadiləsi, elmi-tədqiqat işlərinin aparılması, bu sahədə yeni ixtisaslaşmanın və müvafiq kafedraların yaradılması nəzərdə tutulub. Bütün bunlar Gənclər və İdman, Təhsil nazirliklərinin, Dövlət İmtahan Mərkəzinin dəstəyi ilə həyata keçirilir.

ADBTİA-sı Zaqafqaziyada ali bədən tərbiyəsi kadrları hazırlayan ilk tədris ocağı olmuşdur. 1936-cı ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutu kimi yenidən qurulduqdan sonra onun həyatında yeni dövr başlanır və o vaxtdan ADBTİA-nın nəzdində kitabxana fəaliyyətə başlayır. Kitabxananın ümumi sahəsi Elektron kitabxana 450 m2 -dir (2015). Hal-hazırda Kitabxanın fondunda cəmi 207,519 min kitab var. (26.04.2019-cu il). Onlardan 50,363 dərslik və dərs vəsaitidir. 1100 avtoreferat, 388 magistr diplomları elektron katalok yaradılmışdır (kafedralar üzrə). 745 bakalavr kafedralar üzrə kitab (skaner) köçürmə, 249 magistr üzrə 50-yə yaxın ingilis dilində dərs və dərs vəsaitləri skaner olunmuşdur.

Təkcə onu demək kifayyətdir ki, son on il ərzində (2010-2020) idmançılarımız beynəlxalq yarışlarda, və Avropa, dünya çempionatlarında və birinciliklərində 715 medal, o cümlədən 285 qızıl medal qazanılmış, 2500 idman normativlərini yerinə yetirmişlər (28 beynəlxalq dərəcəli idman ustası, 807 idman ustası, 738 idman ustalığına namizəd).

Tədris prosesinin daha səmərəli təşkili üçün maddi-texniki bazanın gücləndirilməsi sahəsində genişmiqyaslı iş görülüb. Təmir və yenidənqurma işləri ümumilikdə üç min kvadratmetrdən çox sahəni əhatə edib. Təhsil ocağında elektron kitabxana və kitab fondu, inzibati otaqlar, kafedralar, tələbə mərkəzi, müasir kafe, tədris auditoriyaları və s. yenidən qurulub. Binanın zirzəmisində, birinci və ikinci mərtəbələrində təmir və yenidənqurma işləri artıq başa çatıb.

Akademiyanın binasında tədris üçün hər cür şərait yaradılıb, kommunikasiya xətləri, inventar yenilənib. Gənclər və İdman Nazirliyi tərəfindən təhsil ocağına 160 kompyuter hədiyyə edilib. Auditoriyalarda 8 proyektor, o cümlədən təqdimatların edilməsi üçün lazımi avadanlıq, interaktiv tədrisin təşkili üçün 18 monitor qoyulub.

Binaya əsas giriş və foye müasir dizaynda işlənib, fasad yeni mərmərlə üzlənib. Foyedə dünyanın ən müasir işıq və səs sistemlərindən istifadə edilib. Akademiyanın foyesində xalqımızın ümummilli lideri Heydər Əliyevin büstü qoyulub, şəhid idmançıların fotoşəkillərindən ibarət xatirə stendi yaradılıb.

Birinci mərtəbədə ümummilli lider Heydər Əliyevin adını daşıyan interaktiv muzey, tam funksional müasir elektron kitabxana, yeni oxu zalları, tələbə mərkəzi, görüş və təlim otaqları müəllim və tələbələrin istifadəsinə verilib. Burada, həmçinin müasir dizaynı və funksionallığı ilə seçilən konfrans zalı yaradılıb. Konfrans zalında elmi şuranın iclasları, konfrans və görüşlərin keçirilməsi nəzərdə tutulub. Tədric ocağının tibb məntəqəsi də təmir edilib və müvafiq avadanlıqla tam təmin olunub. Tələbə yeməkxanasında hər cür şərait yaradılıb.

Akademiyada yeni tədris laboratoriyaları və elektron kitabxananın əsaslı təmiri və yenidən qurulması, tədris proqramlarının təkmilləşdirilməsi, tədris bazasının gücləndirilməsi, distant və onlayn təhsilin, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, müvafiq xarici tədris müəssisələri ilə ikili tədrisin və qarşılıqlı proqramların təşkili, tələbə və professor-müəllim mübadiləsi, elmi-tədqiqat işlərinin aparılması, bu sahədə yeni ixtisaslaşmanın və müvafiq kafedraların yaradılması nəzərdə tutulub. Bütün bunlar Gənclər və İdman, Təhsil nazirliklərinin, Dövlət İmtahan Mərkəzinin dəstəyi ilə həyata keçirilir.

Təhsil elmin bazası olduğu kimi, elm də təhsilin hərəkətverici qüvvəsidir. Hazırda ADBTİA -da 478 (2020-ci il sentyabr ayına olan vəziyyətdə) mütəxəssis çalışır ki, onlardan da 48 nəfər fəlsəfə doktoru (onlardan 18 nəfəri bədən tərbiyəsi və idman sahəsi üzrədir), 9 nəfəri isə elmlər doktorudur (onlardan bi nəfəri bədən tərbiyəsi və idman ixtisası üzrə pedaqogika üzrə elmlər doktorudur (D.Q.Quliyev)). Ölkədə bədən tərbiyəsi və idman sahəsi üzrə elmi dərəcəsi olan alimlərin təxminən 60 faizi ADBTİA-da çalışırlar.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında 2017-ci ildən üç yeni magist ixtisasları - İdman Tibbi və Reabilitasiya, İdman Menecmenti və İdman Jurnalistikası yaradılmışdır. Həmin ixtisasları üzrə akademiyanın tədris proqramının hazırlanması üçün Köln Alman İdman Universiteti ilə birgə iş barədə ilkin razılıq əldə edilmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 dekabr 2019-cu il tarixli 508 nömrəli qərarı ilə, Akademiyada yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadr potensialın olduğunu, zəruri maddi-texniki bazaya və müvafiq infrastruktura malik olduğunu nəzərə alaraq, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında ilk dəfə olaraq “3245.01 - Bərpa təbabəti, idman təbabəti, müalicəvi bədən tərbiyəsi, kurortologiya və fizioterapiya” (tibb, biologiya, psixologiya üzrə) və “5806.01 - Fiziki tərbiyənin, idman təliminin nəzəriyyəsi və metodikası” (pedaqogika üzrə) ixtisasları üzrə fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə doktoranturanın təsis edilməsi qərara alınmışdır.

Akademiyada son beş ildə 1571 elmi-metodik əsər çap edilmişdi. Onlardan respublika səviyyəli elmi jurnallarda 981, xaricdə 18, indekslənən jurnallarda isə 8 məqalə çap olunub. Çap olunan monoqrafiyaların sayı 32, dərsliklərin sayı 8, dərs vəsaitlərinin sayı 32, proqram və metodik vəsaitlərin sayı 375-dir. Respublika səviyyəli nəşrlərdə 42, beynəlxalq səviyyəli nəşrlərdə isə 21 tezis çap olunub. Bundan əlavə Akademiya əməkdaşları tərəfindən xarici universitetlərdən olan alimlərlə birgə elmi tədqiqat işləri aparılıb və birgə məqalələr çap etdirilib.

“Azərbaycan dövlət təhsil siyasətinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Müasir dövrdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu siyasəti uğurla davam etdirir, təhsil müəssisələri qarşısında yeni hədəf və çağırışlar qoyur”. Bu sözlər ölkəmizin aparıcı ali təhsil müəssisələrindən birinin, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyevə məxsusdur. Və təbii ki, bu fikirlərin müəllifi qarşıya qoyulan hədəflərə yetişmək üçün ilk növbədə bilavasitə özünün rəhbərlik etdiyi ali təhsil müəssisəsində zəruri islahatların uğurla aparılmasına görə böyük məsuliyyət daşıyır. Akademiyada son vaxtlar həyata keçirilən islahatlar isə, həqiqətən də kifayət qədər yüksək nəticələrin inamla hədəfə alındığından xəbər verir.

Azərbaycan dövlət təhsil siyasətinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Müasir dövrdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu siyasəti uğurla davam etdirir, təhsil müəssisələri qarşısında yeni hədəf və çağırışlar qoyur.

Qoyulan hədəflərə çatmaq üçün bu gün Akademiyada bir sıra islahatlar aparılır, gənc nəslin idman sahəsində hərtərəfli biliyə yiyələnməsi məqsədi ilə müasir şərait yaradılır. Bu işlər ona görə görülür ki, biz Azərbaycanı yalnız peşəkar idman sahəsində deyil, həmçinin idman təhsili sahəsində də aparıcı yerlərdə görmək istəyirik. Biz Akademiya məzunlarının dünya idman bazarında rəqabətə dözümlü mütəxəssis olmasını arzu edirik. Bu, bizim məqsədimizdir və biz inanırıq ki, yaxın zamanda bu məqsədə çata biləcəyik.

Hamımız bilirik ki, məhz idman insanda “mübarizədə imkanların bərabərliyi”, “uğurun bərabər mübarizədə qazanılması”, “birinci olmağa can atmaq”, “yalnız rəqibə deyil, öz-özünə də qalib gəlmək” kimi dəyər və bacarıqları formalaşdırır. Ən əsası isə idman Vətəni sevmək, onu təmsil etmək və onun müdafiəsinə hər an hazır olmağı oyrədir.

Akademiyada bu dəyərlərə böyük önəm verilir. Siz də bizimlə eyni dəyərləri bölüşməyə hazırsınızsa, Sizin yolunuzu gözləyirik!

“Biz Heydər Əliyev kimi dahi şəxsiyyətin davamçılarıyıq, niyə də gələcəyimizə ambisiyalarla yanaşmayaq?”

Biz Azərbaycanı yalnız peşəkar idman sahəsində deyil, həmçinin idman təhsili sahəsində də aparıcı yerlərdə görmək istəyirik...

Öz çıxışlarının birində məhz bu ideyanı ADBTİA-nın əsas inkişaf konsepsiyalarından biri kimi təqdim edən Fuad Hacıyev, həqiqətən də Akademiyaya rəhbərlik etməyə başladığı ilk günlərdən artıq bütün potensialların bu məqsədlər üçün səfərbər olunacağına heç bir şübhə yeri qoymadı. 2016-cı ildən başlayaraq Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında idman təhsilini dünya standartlarına uyğunlaşdırmaq, təhsilin keyfiyyətini artırmaq və beynəlxalq əmək bazarında rəqabət qabiliyyətinə malik mütəxəssislər hazırlamaq kimi hədəflərə nail olmaq məqsədilə ardıcıl islahatlar aparılır, tam yeni infrastruktur yaradılır, təhsil imkanları genişləndirilir, beynəlxalq təcrübə öyrənilir və beynəlxalq əməkdaşlıqlar qurulur. Gənc nəslin idman sahəsində hərtərəfli biliyə yiyələnməsi məqsədi ilə hər cür şərait yaradılır. Bütün bunlar isə, yaxın gələcəkdə Akademiyanın məzunlarının dünya idman bazarında rəqabətə dözümlü mütəxəssis olacaqlarına qəti inam yaradır. Yeni ixtisaslar yaradılır...

Hələ 2017-2018-ci tədris ilinin əvvəlində, noyabrın 6-da Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında yeni yaradılmış ixtisasların təqdimatı böyük müvəffəqiyyətlə keçirilmişdi. Belə ki, 2017-ci ilin sentyabrından başlayaraq, Akademiyada “İdman jurnalistikası”, “İdman menecmenti”, “İdman tibbi və reabilitasiya” üzrə modul tipli ingilis dilində magistr ixtisaslarının tədrisinə start verilib. Hər üç ixtisasın tədris proqramına daxil edilməsinin məqsədi qeyd
edildiyi kimi, beynəlxalq idman əmək bazarında rəqabətqabiliyyətli kadrların hazırlanması və ölkədə gündən-günə inkişaf edən idman sahəsində tələb olunan ixtisaslar üzrə mütəxəssislərin yetişdirilməsidir. Həmin magistr ixtisasları Azərbaycan təhsil sistemində yeni olduğuna görə Akademiya onların tədrisi üçün Böyük Britaniyanın bir sıra tanınmış ali təhsil ocaqları ilə əməkdaşlıq sazişləri də imzalayıb. Tədris prosesi zamanı əsas modullar Avropanın qabaqcıl təhsil müəssisələrinin professor-müəllim heyəti tərəfindən həyata keçirilir. Tədrisin ingilis dilində keçirilməsi, eyni zamanda, beynəlxalq standartlara cavab verən dərsliklər və materiallardan yararlanmağa imkan verir. Yeni magistr proqramlarında yerli ingilis dilli akademik heyətin də potensialından istifadə olunur.

Bütün bu sadalanan faktlar tam əminliklə deməyə əsas verir ki, bu gün Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası həqiqətən də ölkəmizin aparıcı ali təhsil müəssisələrindən biri olmaqla yanaşı, eyni zamanda Azərbaycanı məhz idman təhsili sahəsində bütün dünyada yüksək səviyyədə təmsil etməyə layiq olan bir təhsil ocağına çevrilmişdir.

Son dövrlərdə ölkəmizdə bütün sahələrdə baş verən dəyişikliklər 90 illik tarixə malik Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının da fəaliyyətini keyfiyyətcə yeni müstəviyə qaldırmışdır. Ümumiyyətlə, ADBTİA-nın rektoru cənab Fuad Hacıyevin bu akademiyanın inkişafındakı fəaliyyəti də xüsusilə qeyd olunmalıdır. Belə ki, akademiya menecmentində keyfiyyətə nəzarətin müasir sistemlərinə də mühüm yer verilmişdir. Burada başlıca məsələlərdən biri tələbələrin akademiyada idarəetmə proseslərinə cəlb olunmasıdır. Akademiyanın bütün strukturlarında tələbə kollektivinin iştirakı təmin edilmişdir. Dərsə davamiyyətə nəzarət avtomatlaşdırılmış nəzarət sistemi olan işıqfor proqramı yaradılmış, tələbələrə xidmətin keyfiyyətini daha da artırmaq məqsədini daşıyan "Elektron dekanlıq” layihəsinin gerçəkləşdirməsinə başlanılmışdır. Hazırda tələbələr akademiyanın böyük Elmi Şurasından tutmuş fakültələrin ictimai təşkilatları da daxil olmaqla bütün seçimli orqanlarda iştirak edirlər. İnanırıq ki, 90 illiyini qeyd etməyə hazırlaşan Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası ölkəmizdə ali təhsil sisteminin flaqmanlarından biri kimi, bundan sonra da yüksək səviyyədə fəaliyyət göstərəcəkdir. Bizdə bu gözəl elm ocağınan fəxr edərək, Fuad müəllimə və onun kollektivinə yeni-yeni uğurlar arzulayırıq!


Mövzuya aid fotolar:
Slayd Əvvəlki Sonrakı Son
Xəbər 706 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
19.04.2024 Azərbaycan Premyer Liqasında tura Tovuzda start veriləcək
18.04.2024 Azərbaycan şahmatçıları Avropa çempionatında iştirak edəcəklər
18.04.2024 Azərbaycanlı hakim Paralimpiadanın cüdo yarışlarına dəvət alıb
18.04.2024 Azərbaycanın U-17 millisi İnkişaf turnirində iştirak edəcək
18.04.2024 Azərbaycan cüdo millisinin Polşa toplanışı başa çatıb
18.04.2024 Azərbaycan gimnastları Dünya Kubokunda finala yüksəliblər
17.04.2024 Qadın voleybolçular arasında Azərbaycan çempionatında ilk finalçı bəlli olub
17.04.2024 17 yaşadək güləşçilər arasında Azərbaycan çempionatı keçiriləcək
17.04.2024 Azərbaycan voleybol çempionatında ilk finalçı müəyyənləşib
17.04.2024 Azərbaycanın güləş yığmaları Avropa çempionatına hazırlaşır


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru