Sabiq Formula 1 pilotu, “Rahal Letterman Lanigan Racing” komandasının yaponiyalı sürücüsü Takuma Sato İndianapolis (ABŞ, İndiana ştatı) şəhərində keçirilən “İndi-500” yürüşünün qalibi olub.
Bu, 43 yaşlı pilotun “İndi-500” yarışında ikinci qələbəsidir. Belə ki, yaponiyalı sürücü ilk dəfə 2017-ci ildə analoji turnirin qalibi olub.
İkinci yerdə Yeni Zelandiya təmsilçisi Skott Dikson (“Chip Ganassi Racing”), üçüncü yerdə isə T.Satonun komanda yoldaşı, amerikalı Qrem Reyhal qərarlaşıblar.
Artıq 104-cü dəfə təşkil edilən bu yarış koronavirus səbəbindən tamaşaçısız keçirilib.
|