Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
28/03 | 11:06 Azərbaycanın daha 4 boksçusu Bakıdakı beynəlxalq turnirin finalına vəsiqə qazanıb
27/03 | 17:44 Azərbaycanın qadınlardan ibarət boks millisi Bakıdakı beynəlxalq turniri 9 medalla başa vurub
27/03 | 14:40 Azərbaycanın 5 ağırlıqqaldıranı Dünya Kubokunda çıxış edəcək
27/03 | 10:41 Minifutbol çempionatı: “Zirə” növbəti qələbəsini qazanıb
27/03 | 09:59 Azərbaycanın 2 boksçusu "Böyük İpək Yolu"nda bürünc medal qazanıb
26/03 | 22:36 Azərbaycan Kuboku: "Neftçi" qrup lideri kimi yarımfinala yüksəlib
26/03 | 16:40 Azərbaycanın iki qadın boksçusu Bakıdakı turnirdə finala vəsiqə qazanıb
26/03 | 15:39 Azərbaycan avarçəkəni İtaliyadakı turnirdə gümüş medal qazanıb
26/03 | 10:36 AVRO-2024-ə vəsiqə qazanacaq sonuncu komandalar müəyyənləşəcək
26/03 | 09:37 Azərbaycanın U-21 millisi bu gün Ukraynanı qəbul edəcək
25/03 | 22:00 Azərbaycan millisi Bolqarıstan yığması ilə heç-heçə edib
25/03 | 14:21 Azərbaycanın bədii gimnastı Qazaxıstanda bürünc medal qazanıb
25/03 | 13:32 Azərbaycanın daha bir gimnastı Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
25/03 | 11:43 Azərbaycan voleybol çempionatı: XVIII turun proqramı açıqlanıb
25/03 | 10:24 Azərbaycanın üç boksçusu Bakıdakı turnirə qələbə ilə başlayıb
24/03 | 20:25 Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"ni 4 medalla başa vurublar
24/03 | 17:26 Azərbaycan gimnastları Portuqaliyada gümüş medal qazanıblar
24/03 | 15:57 Bakıda "Böyük İpək Yolu" turnirinin açılış mərasimi keçirilib
24/03 | 13:19 Azərbaycanın basketbol millisi Gürcüstanda daha iki qələbə qazanıb
24/03 | 10:31 Azərbaycanın daha bir atıcısı Almaniyada beynəlxalq turnirdə qızıl medal qazanıb
23/03 | 20:42 Azərbaycan atıcısı Almaniyada beynəlxalq turnirdə qızıl medal qazanıb
23/03 | 16:34 Bakıda 11 ölkənin iştirakı ilə “Böyük İpək Yolu” turniri keçiriləcək
23/03 | 14:55 Azərbaycan gimnastları Qazaxıstanda keçirilən turnirdə 6 medal qazanıblar
22/03 | 19:37 “Böyük Dəbilqə”: Azərbaycan cüdoçuları ilk gündə 2 medal qazanıblar
22/03 | 11:27 Azərbaycan tamblinq millisi beynəlxalq turnirdə birinci yeri tutub
22/03 | 11:15 Göygöldə həndbol üzrə Azərbaycan birinciliyinin zona yarışlarına start verilib
22/03 | 10:59 Azərbaycan paraatletika millisi Qran-pridə çıxış edəcək
22/03 | 10:11 Azərbaycanın U-21 yığması bu gün İngiltərə ilə qarşılaşacaq
22/03 | 09:37 Azərbaycan futbol millisi bu gün Monqolustanla üz-üzə gələcək
21/03 | 21:34 "Qarabağ"ın U-14 komandası Minskdə keçirilən turnirdə çempion olub
21/03 | 18:38 Fərid Fərhadzadə Madriddə Dünya Triatlon İttifaqının rəsmiləri ilə görüşüb
21/03 | 17:29 Azərbaycan stolüstü tennisçiləri Ankarada beynəlxalq toplanışa qatılıblar
21/03 | 14:31 Azərbaycan Premyer Liqasında XXIX və XXX turun proqramı açıqlanıb
21/03 | 13:30 Bədii gimnastika üzrə 29-cu Azərbaycan çempionatının açılış mərasimi keçirilib
21/03 | 13:28 Azərbaycan gimnastları beynəlxalq turnirdə finala yüksəliblər
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Mövsüm hazırlığı - pandemiya şəraitinin ümidverici ürək kardioqramı
Tarix: 22.07.2020 | Saat: 16:50:00 | E-mail | Çapa göndər
BATI YAR | batyyar@mail.ru

Diqqət Antalyaya deyil, Qəbələyə yönəlib

Milli çempionatın yeni mövsümünə hazırlıqlar, təbii ki, futbol tariximizdə ilk dəfə ən qeyri-adi şəraitdə və haradasa qeyri-müəyyənlik içində başlayıb. Koronavirus pandemiyasının diktə etdiyi şərtlər hər an dəyişə, klubların hazırlığına düzəlişlər gətirə bilər.

Bununla belə bəlkə də bu vəziyyət uzun illərdir eyni ssenari ilə yola başlayıb, böyük dəyişikliklərə əl atmayan komandalarımız üçün bir imtahan, bir sınaqdır. İlk növbədə onu qeyd edək ki, klubların maliyyə dayaqlarına mənfi təsirlər mütləq olacaq. Dünya idmanında koronavirusdan zərbə payını almayan sahə və növ qalmayıb. Lakin bu böhranın nikbinliyə əsas verən sınaqlarından da çox danışmaq olar. Azərbaycan futbolunun böyük miqyasda inkişafına təkan verməli olan maliyyələşmə sabitliyinin, tam əksinə, futbolumuzu durğunluğa aparması ayrıca söhbətin mövzusudur. İndi isə klublar ən azı ciddi şəkildə maliyyə hesabatlılığına çalışmalıdırlar. Bunun gətirəcəyi praqmatizm həm də pandemiyanın komandalarımıza verəcəyi ilk dərs olmalıdır. İllərdir məhz maliyyə baxımından böyük plansızlıq və intizamsızlıq var. İndi isə zamanla ayaqlaşmaq məcburiyyəti klubları özlərini qoruması baxımından vacibdir. Təbii ki, yerli şəraitə uyğun hazırlıq planlarını quran kollektivlər dünya təcrübəsinə baxsalar, pis olmaz. Maraqlı nümunələr az deyil.

Ölkədə elan edilmiş xüsusi karantin rejimi ilə bağlı qərarın təsirləri hələ də qüvvədə qalır. Əksər klublar, ələlxüsus Avropa meydanlarına çıxanlar sərtləşdirmənin tətbiq edildiyi coğrafiyanın - Abşeronun klublarıdır. Lakin iyulun 7-də Nazirlər Kabineti yanında Operativ Qərargah 4 futbol klubunun hazırlıq məqsədilə sərtləşdirmə olmayan regionlara üz tutmasına razılıq verdi. Əvvəllər bir-bir imkanı olan da, olmayan da Antalya həvəsi ilə yaşayırdısa, pandemiyanın ilk müsbət cəhəti klublarımızı öz regionlarımıza yönəltməsidir. Ümumiyyətlə, bununla gələcəkdə ölkəmizdə futbol hazırlıq dövrünün də təməli ola bilər. Əlbəttə, bunun üçün daha çox əcnəbi klubların ölkəmizdə məşq etməsi üçün münbit şərait, daha ucuz və sərfəli şərtlər olmalı və s. təşkilati və menecment işləri görülməlidir.

Operativ Qərargahın qərarı komandaları asta-asta özünə qaytarmağa başlayıb. Naməlum vəziyyətə düşmüş "Qəbələ" və "Səbail" də sıraya düzüləndən sonra ümumi sabitlik yaranıb. Bu sırada istər məşqçi, istərsə də oyunçu sarıdan maraqlı yeniliklər kifayət qədərdir. Hazırlıqlar da sürət yığır. Qalır "COVID-19"la mübarizənin gedişinin deyəcəyi söz.

Ötən dövrün ən vacib iki xəbərindən birincisi futbolla deyil, döyüş meydanı ilə bağlıdır. "Qarabağ"ın makedoniyalı Müərrəm Müərrəmini, braziliyalı Vaqner da Silvasını, albaniyalı Ansi Aqollisini, "Neftçi"dən seneqallı müdafiəçi Mamadu Mbocu, "Səabil"in məşhur üzvü Maykl Essyenin Tovuz istiqamətində sərhədimizdə baş verənlərə münasibətlərini fərqləndirmək lazımdır. Onların sosial şəbəkələrdə paylaşdıqları statuslar qürur verən məqamdır. Yaşıl meydanla bağlı vacib mövzuya qayıtsaq, son illərdə Azərbaycan futbolunun ən parlaq futbolçularından biri olan və 11 ildir "Qarabağ" üçün yaşıl meydanlarda tər tökən Rəşad Sadıqovun oyunçu karyerasına son qoyması hadisədir. Maraqlıdır ki, onun illər öncə başlamış məşqçiliyinin böyük siftəsi "Qarabağ"da olmayacaq. Daha böyük qərar verən Rəşad "Zirə"nin baş məşqçisi təyin edilib və bununla futbol tariximizə daha bir mütəxəssis adı yazılıb. Yeri gəlmişkən, onun dogma klubunda böyük yola başlaması mümkün idi. Lakin sükançı Qurban Qurbanov Türkiyənin "Hatayspor" klubunun inadlı və israrlı dəvətini qəbul etməyərək, "Qarabağ"la yolunu davam etmək qərarını açıqladı.
Çempion “Qarabağ"ın bu günlərdə iki mühüm transferi diqqət çəkir. Komanda Portuqaliyanın "Şaveş" klubunun 27 yaşlı kolumbiyalı mərkəz müdafiəçisi Kevin Medinanı 3 illik müqavilə ilə heyətinə cəlb edib. Klubda daha bir yeni əcnəbi var. Kipr APOEL-nin 30 yaşlı serbiyalı yarımmüdafiəçisi Uroş Matiçlə 2+1 il olmaqla müqavilə imzalanıb. Klub iki keçmiş oyunçusunu da heyətə qaytarıb. Mühüm transferlərdən biri qapı xətti ilə bağlıdır. Millidə də inamlı debüt edən və Qazaxıstanda parlayan, 2016/17-ci illər mövsümündə "Qarabağ"da olub meydana çıxmayan, ardınca "Zirə"yə üz tutan Emil Balayev Ağdam klubuna dönüb. Klub "Neftçi" macərasını başa vuran Donald Geryeni də sırasına qaytarıb. Yeni mövsümdə isə Maqaye Geye, Vaqner da Silva, Aylton Silva, Feysəl Rerras, Miçel və yerlilərdən Araz Abdullayev, "Sabah"la anlaşmış Nicat Mehbalıyevi heyətdə görmək mümkün olmayacaq.

Klub ayın 14-dən Qəbələdə məskunlaşıb. Sparrinqlər də başlanıb. "Keşlə"yə qalib gələn kollektiv (3:1 - Filip Ozobiç-2 top, Mahir Emreli), daha sonra "Sabah"a uduzub (1:2 - Filip Ozobiç).

Avropa liqasında çıxış edəcək "Neftçi" iyulun 11-dən "Qəbələ"dədir. Vadar Nuriyevi baş məşqçiyə köməkçi gətirən klub futbolçu Fəhmin Muradbəylini "Səbail"dən qaytarıb, daha bir yerli oyunçu - 23 yaşlı müdafiəçi Cabir Əmirlini isə "Keşlə"dən alıb. Maraqlıdır ki, 3 əcnəbi transferdən birinin 19 yaşı var. Braziliya "Fortaleza"sının mərkəz müdafiəçisi Rener Alveş De Souza ilə 2+1 il müddətli müqavilə imzalanıb. O "ağ-qaralar"ın builki yeganə braziliyalı transferi deyil. "Quarani"dən 28 yaşlı sol cinah müdafiəçisi Tallison Dias 2 il "Neftçi"nin formasını geyinəcək. Onlardan savayı, 22 yaşlı nigeriyalı cinah yarımmüdafiəçisi Yusuf Laval Belçikanın "Lokeren" klubunda çıxış edib. 24 yaşlı Mərakeş əsilli belçikalı dayaq yarımmüdafiəçisi, Belçika "Lyers"ində də forma geyinmiş Sabir Buqren isə Lüksemburqun "Dudelanj"ından ikiillik müqavilə ilə gəlib. O, ötən mövsüm "Qarabağ"a vurduğu qolla azerkeşlərimizin yaxşı yadında olar. Komanda Emin Mahmudov, Kamran İbrahimov, Aqil Məmmədov, Anton Krivotsyuk və Ömər Buludovla anlaşmasını yeniləyib.
Klubda əsaslı yeniləşmə gedənlərlə bəlli olur: Vild-Donald Gerye, Tural Axundov, Soni Mustivar, Vangelis Platellas, Baqali Dabo, Dario Frederiko. Rəhman Hacıyevlə Turan Vəlizadə isə "Keşlə"yə birillik icarəyə verilib.

"Neftçi" ilk yoxlama matçında digər Avrokubok iştirakçısı "Sumqayıt"ın qapısından 3 cavabsız top keçirib və fərqlənənlər arasında debütant da var (Namiq Ələsgərov, Tallison, Mirabdulla Abbasov).

“Keşlə" hazırlıq üçün Şamaxı Olimpiya İdman Kompleksində məşq edərək hazırlaşır. Heyətdə əsaslı yeniləşmə var. İcarəyə götürülmüş Rəhman Hacıyev və Turan Vəlizadə ilə yanaşı, "ağ-qaralar"dan 27 yaşlı Tural Axundov da komandanın şərəfini qoruyacaq. Şəhriyar Əliyev "Sumqayıt"dan, Cavid İmamverdiyev "Sabah"dan gəlib. Əvəzində Cabir Əmirli "Neftçi"yə verilib. Slavik Alxasov isə "Sabah"da forma geyinəcək. Əfran İsmayılov, Murad Ağayev, "Zirə"yə üz tutmuş Rəşad Əzizli, Tural Bayramlı və Ruslan Qurbanov, əcnəbilərdən Lorenso Frutos və Franko Flores klubu tərk ediblər.

Heyətdə saxlanılanlar Ruslan Əmircanov, İlkin Qırtımov, Tərlan Quliyev, Azər Salahlı, Vüsal İsgəndərli, əcnəbilər Miyusko Boyoviç, Con Kamara, Stanislav Namaşko və Aleksandr Kristovaudur. Komandanın Qəbələdə keçirdiyi sparrinqdəki 1:3 hesablı məğlubiyyətinin yeganə təsəllisi Aleksandr Kristovaunun qolu olub.

Tarixində ilk dəfə Avropa Liqasının təsnifatına qatılacaq "Sumqayıt" baş məşqçi Ayxan Abbasovu postunda saxlayıb. Komanda mövsümü daha yuxarı pillədə vurmuş "Keşlə"yə verdiyi Şəhriyar Əliyevdən savayı, Aleksey İsayevi "Sabah"a, Sərtan Daşqını "Zirə"yə yola salıb. Peyman Babayi və Mehdi Şərifi də klubda oynamayacaq. Əvəzində hələlik iki "Zirə"lini - Tellur Mütəllimov və Elvin Məmmədovu heyətinə cəlb edib.

Komanda ilk Qəbələ sınağında "Neftçi"yə 0:3 hesabı ilə uduzub.

Baş məşqçi kürsüsündə Zaur Həşimovu əvəz edərək sükan arxasına keçən Rəşad Sadıqovun gəlişi ilə yenidən qurulan "Zirə"də hələlik ölkə kənarından gətirilən yoxdur. Yuxarıda adları sadalananlardan savayı, "Sabah"dan Rəşad Eyubov və Kərim Diniyev, habelə "Qəbələ"dən Klesiu Bauk, eləcə də "Səbail"li Şəhriyar Rəhimov klubda yer alıb. "Qarabağ"la anlaşmış Emil Balayevdən başqa, "Qəbələ"yə dönmüş Cavid Hüseynov, icarə müddətləri başa çatmış Alvaro Ampuero və "Qarabağ"lı Nicat Süleymanov, həmçinin Tellur Mütəllimov, Orxan Sadıqlı, Bəxtiyar Həsənalızadə, əcnəbilər Yovan Krneta, Miloş Bakraç, Boyan Zoqoviç, Şafik Tiqruca, Adrian Skarlatake, Riçard Qadze və Mfo Kqasvane yola salınıblar.

Komanda məşq üçün Qəbələni seçib və yerli eyniadlı klubla ilk sınağında qapılara qol vurulmayıb.

Təlim-məşq toplanışı üçün Qəbələni seçmiş “Sabah" da əsaslı şəkildə yenidən qurulur. Komandanın ilk sürprizi baş məşqçi dəyişikliyi olub. Xorvatiyalı Jelko Sopiç və köməkçisi Marko Lozo və fiziki hazırlıq üzrə mütəxəssis İvan Çukoviçlə yollarını ayıran klub ispaniyalı 48 yaşlı Visente Qomeslə 2-illik müqavilə bağlayıb. Yeri gəlmişkən, o postsovet məkanı üçün yad mütəxəssis deyil. Ukraynada Kiyev "Dinamo"sunda əvəzedicilərin baş məşqçisi (2014-2016), əsas heyətdə (2016-2017, 2019), Rusiyada Moskva "Spartak"ında (2018) köməkçi olub. Yenidən Ukraynada, amma bu dəfə baş məşqçi kimi ötən mövsüm Donetsk "Olimpik"ində işləyib. Yeni baş məşqçi ilə gələnlər də var: Qleb Platov baş məşqçinin köməkçisi, ispaniyalı Xesus Pinedo fiziki hazırlıq üzrə məşqçi təyin olunublar. Klubda idman direktoru vəzifəsinə Ramin Quliyev gətirilib.

İyulun 20-dən Qəbələdə olan kollektivdə karyerasını bitirdiyini deyən Marko Deviç, habelə "Zirə"yə getmiş Kərim Diniyevlə Rəşad Eyubov, "Keşlə" ilə müqavilə imzalayan Cavid İmamverdiyev, "Səbail"ə getmiş Məqsəd İsayev, həmçinin Vadim Abdullayev və Elgün Nəbiyev də yoxdur. Adları yuxarıda sadalalan qapıçı Nicat Mehbalıyev ("Qarabağ"), müdafiəçi Slavik Alxasov ("Keşlə"), yarımmüdafiəçi Aleksey İsayevdən ("Sumqayıt") başqa, "Qəbələ"lilər Amin Seydiyev, Samir Məhərrəmli və İdris İnqilablı, "Anji" futbol akademiyasının yetirməsi və son mövsümdə klubun əvəzedici komandasında çıxış etmiş Camal Cəfərov komandanın yeni simasını müəyyən edənlər sırasındadırlar.

Yeni sükançı ilə komandanın Azərbaycan çempionu ilə ilk yoxlama sınağı uğurla keçib. 2:1 hesablı qələbənin toplarını rəqib qapısından Xulio Rodriqes və Təmkin Xəlilzadə keçiriblər.

Ötən mövsümü ləngər vura-vura keçirən “Səbail"in yeni mövsümə hazırlığı transferlərlə başlayıb. Məqsəd İsayevi "Sabah"dan almış klubun əsas uğuru baş məşqçi Aftandil Hacıyevi, məşqçilər Emin Ağayev, Yaşar Hüseynov və Fərhad Vəliyevi saxlaması, Rauf Əliyev, Kamal Bayramov, Rahid Əmirquliyev, Orxan Qurbanlı, Bahadur Həziyev, Adil Nağıyev, Elçin Rəhimli, Elxan Əhmədov, Peyman Keşavarz və Mabidi Çikito Lema ilə müqaviləni uzatması sayıla bilər. Lakin Eltun Yaqublunun karyerasını erkən bitirməsi, müqaviləsi başa çatan Essyenin qalmaması, icarəsi başa çatmış Fəhmin Muradbəylinin "Neftçi"yə qayıtması, habelə Şəhriyar Rəhimovun "Zirə"yə getməsi də itki hesab oluna bilər.

Bu il daha çox qonaq qəbul etməsi ilə yadda qalacaq "Qəbələ"nin də tarixin yaddaşına keçməməsinə sevinmək lazımdır. Cavid Hüseynovu qaytaran komandanın gənc potensiallı oyunçuları yetişdirməsi və onların başqa klublarda uğur ardınca getməsi gələcək üçün daha səmərəli fəaliyyətin təməli ola bilər. Amma bütün bunlar üçün fərqli istiqamətdə yetərli iş görmək lazım gələcək. Əldən verilən fürsətlərdən ibrət götürməklə "Qəbələ"nin xilas yolu akademiyasının gücü ilə toparlanmaq və bununla digər klublara örnək olmaqdır. Deməli, müfəssəl strateji hədəflər və planlar cızılmalıdır. Hələlik klub "Zirə" ilə sınağın "sülh"ü ilə hazırlıqlara ümidlə başlayıb.
Bütün bunlar - yeni mövsümün işartıları - dünyanı futbola həsrət qoyan, Azərbaycanda isə mövsümü ləğv etdirən pandemiyanın ürəklərin həsrət, maraq, lakin həm də təşviş döyüntülərinin ümidverici kardioqramıdır. Ancaq o döyünən ürəklərin gizlinləri də var: bu bədxassəli "COVID-19"un tarixi istəklərin başlanğıcı olması və Azərbaycanda futbolun ana xəttini gözlədiyimiz səmtə yönəltməsidir.

BATI YAR
Xəbər 527 dəfə oxundu



 
Müəllifin son yazıları

14.09.2021 “Qarabağ" iki-üç cəbhədə mübarizəyə hazır kimi görünür
14.09.2021 Uduzmaq ayıb deyil, amma...
07.09.2021 Hətta nağıllar reallıqla bitir: üç alma yerə düşür
07.09.2021 Avrokuboklar: Yalnız “Qarabağ"la
07.09.2021 “Araz" tarixinin 16-cı əsas yarışında
24.08.2021 “Paris-2024": əsas yarış məqamlarına aydınlıq gətirilir
24.08.2021 Avrokuboklar: Sapı iynənin gözündən keçirmək olsa
24.08.2021 Daha bir qarışıq-natamam mövsümə doğru
23.08.2021 Ya qalib, ya da ən yaxşı ikinci olmaq lazımdır
10.08.2021 Əlvida, “Tokio-2020"!


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru