Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
24/04 | 22:21 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib
24/04 | 21:22 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub
24/04 | 19:19 Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
24/04 | 17:18 Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
24/04 | 14:17 Azərbaycan avarçəkənləri Avropa Olimpiya Təsnifat Reqatasında iştirak edəcəklər
24/04 | 13:26 Azərbaycanın stolüstü tennisçisi Belçikada bürünc medal qazanıb
24/04 | 10:13 Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün son turu başlayır
24/04 | 09:21 Azərbaycan Kubokunda finalçılar bu gün bəlli olacaq
24/04 | 09:10 Güləş üzrə U-17 Azərbaycan çempionatına start verilib
23/04 | 19:08 Voleybol üzrə Azərbaycan çempionatının qalibləri mükafatlandırılıb
23/04 | 18:07 Qadın voleybolçulardan ibarət Azərbaycan çempionatının qalibi bəlli olub
23/04 | 17:04 Futzal üzrə Azərbaycan Kubokunun yarımfinal oyunlarına təyinatlar açıqlanıb
23/04 | 14:02 “Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə mübarizə aparacaq
23/04 | 12:31 AGF Baham adaları Gimnastika Federasiyası ilə Anlaşma Memorandumu imzalayıb
23/04 | 12:30 Kişi şahmatçılar arasında Azərbaycan çempionatında ilk finalçı məlum olub
23/04 | 10:00 Azərbaycan şahmatçısı Avropa çempionatında ardıcıl 4 qələbə əldə edib
23/04 | 09:55 Azərbaycanın U-17 millisi Minskdə ilk oyununa çıxacaq
22/04 | 23:29 1/4 finalçılar müəyyənləşib
22/04 | 22:56 Azərbaycan parataekvondoçuları Qubada hazırlıq keçirlər
22/04 | 22:38 Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb
22/04 | 19:08 Kişi voleybolçulardan ibarət "Azərreyl" komandası ölkə çempionu olub
22/04 | 18:03 1/8 final mərhələsinin oyunları keçirilib
22/04 | 12:21 Bakıda bir sıra idman qurğularının fəaliyyəti ilə tanışlıq
22/04 | 09:51 Kişi voleybolçular arasında Azərbaycan çempionatının qalibi bu gün bəlli olacaq
22/04 | 09:29 Azərbaycan paraüzgüçüsü Avropa çempionu olub
21/04 | 21:28 Azərbaycan Premyer Liqasında XXXI tura yekun vurulub
21/04 | 20:35 "İdman Paytaxtı" seçilmək üçün Bakı şəhərinin namizədliyi irəli sürülüb
21/04 | 09:23 Azərbaycan cüdoçuları Avropa Kubokunun ilk günündə 2 medal qazanıb
20/04 | 22:21 Azərbaycanın iki boksçusu Avropa çempionatında mərhələ adlayıb
20/04 | 21:38 Azərbaycanın gimnastika komandası Bakıdakı turnirdə bürünc medal qazanıb
20/04 | 14:37 Veteran stolüstü tennisçilər arasında ölkə çempionatına start verilib
20/04 | 12:26 Kişi şahmatçılar arasında Azərbaycan çempionatında yarımfinalçılar müəyyənləşib
20/04 | 10:15 Basketbol üzrə Azərbaycan Kubokunun qalibi bəlli olacaq
19/04 | 21:13 Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
19/04 | 20:10 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
İdman mətbuatı bugün: problemlər perspektivlər
Tarix: 18.07.2020 | Saat: 08:13:00 | E-mail | Çapa göndər
Azərbaycanda mətbuatın önəmli qollarından sayılan idman jurnalistikası xüsusi sahə kimi inkişaf yolunu tutub. Bu sahə ilə bağlı qəzet, jurnal, elektron KİV və TV-lərin öz fəaliyyətlərini genişləndirməsi idman mətbuatında tərəqqini hiss etdirməkdədir. İdmanın dövlətin, şəxsən Prezident İlham Əliyevin siyasətinin əsas istiqamətlərindən biri olması bu istiqamətdə daha böyük yüksəlişin əsasını qoymağa hesablanıb. Təsadüfi deyil ki, jurnalistika sahələri ilə müqayisədə tez-tez idman jurnalistikasının daha öndə olması ilə bağlı fikirlərlər səsləndirilir. Bu sahə daha operativ, daha cəlbedici və cəmiyyətə təsir baxımından daha səmərəli görünür.

İdman uğurları idman jurnalistikasının inkişafı üçün zərurət yaradıb

Ölkəmizdə idman jurnalistikasının durumunu dəyərləndirərkən bu sahənin inkişafının, əsasən Azərbaycanda müxtəlif idman sahələrinin populyarlıq qazanması ilə bağlı olduğunu görərik. Jurnalistika özünün cəmiyyətdəki funksiyasına uyğun olaraq inkişaf proseslərindən kənarda qala bilməz. Bu vəzifələrin öhdəsindən gəlmək üçün jurnalistlər, ilk növbədə, idmanın inkişafını ləngidən problemləri, onların yaranma səbəblərini bilməli, həlli yolları ilə tanış olmalıdırlar. Yəni, idmanın inkişafı paralel olaraq idman jurnalistikasının da yüksəlişi üçün böyük imkanlar yaradır. Azərbaycanda keçirilən dünya, Avropa çempionatlarının, beynəlxalq turnirlərin, o cümlədən genişmiqyaslı tədbirlər olan Avropa Oyunları və İslam Həmrəyliyi Oyunlarının operativ, peşəkarlıqla tamaşaçıların və izləyicilərin nəzərinə çatdırılmasında idman mediamızın böyük əməyi olub.

Oyunların təbliği, nəticələri ilə yanaşı, ölkəmizin dünyada daha geniş miqyasda tanıdılmasında ölkə mətbuatı üzərinə düşən öhdəliyin böyük bir hissəsini idman jurnalistləri yüksək səviyyədə yerinə yetiriblər. Şübhəsiz, belə tədbirlərin təşkili bu sahədə daha peşəkar jurnalistlərin yetişməsini şərtləndirir.

Kollektiv zəkanın məhsulu olan rəqəmsal informasiya peşəkarlıq tələb edir

Müasir dövrdə, elektron KİV-lərin yazılı medianı üstələdiyi bir zamanda operativliyin digər tələblərdən önə keçməsini etiraf etməliyik. Yeni media mühitində çoxsaylı informasiya axınında operativliyi önə çəkmək məqsədilə bəzən məlumat yoxlanmamış mətbuata ötürülür. Nəticədə idmançılar və onların təmsil etdikləri qurumlar barədə şayiələr sürətlə yayılır. Yanlış, qeyri-dəqiq xəbərlər olimpiadaqabağı həssas məqamda olimpiyaçıların nəticələri, həmçinin dünya, Avropa çempionatları öncəsi idmançıların iştirakı ilə bağlı olduqda xüsusilə ağır nəticə verir. Bəzən publika xatirinə yarışlar bitməmiş idmançının nəticəsi ilə bağlı geniş yazı dərc etmək, orada tənqid xatirinə təhlillər aparmaq idmançıların gələcək görüşlərinə təsirsiz ötmür. Bu əsassız informasiyaların bəzən ana mediada yer alması isə təəssüf doğurur. Qeyri-dəqiq informasiyalar İnternet əsrində arxivlənmənin sürətlə getməsi nəticəsində jurnalistə buraxdığı səhvi sonradan düzəltməyə macal vermir. Səhv məlumatın artıq minlərlə insanın kompüterinin yaddaşına həkk olunması çox böyük qarışıqlıq yaradır. Belə hallarda səhvə yol verməmək üçün jurnalistin köməyinə yalnız onun peşəkarlığı gələ bilər.

Dürüstlük, obyektivlik və qərəzsizlik…

Müasir dövrdə jurnalist peşəsinin xarakterinin əsaslı surətdə dəyişməsi İnternetin KİV-lərə təsiri ilə bağlıdır. Humanitar peşə sahələrinə aid edilən jurnalist informasiya texnologiyaları ilə işləməyi bacarması da əsas amilə çevrilib. Müasir jurnalistə qarşı yeni tələblərdən ən əsası texniki bilikləri də mənimsəməsidir. Artıq jurnalist hazırladığı materialı həm qəzetə, həm veb-sayta, həm də televiziyaya təqdim etməyi bacarmalıdır. Eyni zamanda, kompyuter bilikləri, İnternetdə işləmək bacarığı, həmçinin kommunikativ qanunları bilməsi zəruridir.

Bu gün Azərbaycanda söz və mətbuat azadlığı tam təmin olunduğu bir zamanda xəbər agentliklərinin, qəzet və jurnalların, teleradioların ümumi sayı 5 mini, internet portallarının sayı isə 20 mini ötür. Belə bir vaxtda heç bir hal istisna olunmur. Belə ki, kimsə qrup, kimsə şəxsi maraqlardan çıxış edə bilər. Ucuz sensasiya arxasınca qaçıb reytinq qazanmağa və bu yolla auditoriya toplamağa meyl edənlər də çoxdur. Bu da təbiidir.

Müasir medianın auditoriyası: “Facebook”, “Youtube”, “Twitter”…

Qabaqcıl texnologiya zamanla təkmilləşir. Araşdırmalara görə, insanlar mobil cihazlarda xəbərləri, əsasən, “Facebook”dan, “Youtube” kanalından, eləcə də “Twitter”dən daha çox izləyirlər. Belə ki, dünyada hər üçüncü insanın "Facebook" istifadəçisi olduğu, əsasən, 1,66 milyard insanın isə ən azı gündə bir dəfə bu sosial şəbəkədən istifadə etdiyi deyilir.

Belə bir statistika bir daha göstərir ki, jurnalistlər xəbər, material hazırlayarkən auditoriyanı məhz bu kanallarda tapmalı və sürətlə davam edən texnoloji yeniliklərin imkanlarından geniş istifadə etməlidirlər. Şübhəsiz, burada jurnalist peşəkarlığı xüsusilə vacibdir. Çünki sosial mediada bəzən insanlar bilərək ya bilməyərəkdən öz şəxsi həyatlarında baş verən hadisələri təfərrüatı ilə yayır, açıq-saçıq hərəkətlər, yaxud geyimlərlə gündəmə gəlirlər. Bu məlumatların yayılmasında media böyük rol oynayır. Hər hansı bir idmançının karyerasının başlanğıcında yaranan xoşagəlməz söz-söhbət nəinki onun fəaliyyətini bitirməsinə, hətta daha ciddi fəsadlara gətirib çıxarır.

İdman jurnalistikasında müşahidə edilən önəmli problemlərdən biri də dilimizə yad sözlərin işlədilməsi nəticəsində onun saflığına xələl gətirilməsidir. Araşdırmalar göstərir ki, eyni zamanda, dilimizə yad idman terminləri oxucuların materialları başa düşməsində çətinlik yaradır. Ümumiyyətlə, KİV-ə belə terminlərin nüfuz etməməsi üçün jurnalist materiallarını elektron formada hazırlanmış terminlər lüğətindən - süzgəcdən keçirmək olar.

Yeni media mühitində ən mühüm problemlərdən biri də şərəf və ləyaqəti alçaldan yazıların mətbuata yol açmasıdır. Tənqidi yazılar hazırlayarkən yaxşıca götür-qoy etmək çox vacibdir. Yalnız tənqid etmək xatirinə tənqidi yazı hazırlamaq jurnalistin özünə və jurnalistikaya hörmətsizliyindən irəli gəlir.

Etiraf etmək lazımdır ki, sosial şəbəkələrin geniş auditoriyasından istifadə edən bəzi dırnaqarası jurnalistlər hətta ən nüfuzlu və yüzlərlə üzvü olan idman cəmiyyətləri və klublarla bağlı təhqir xarakterli yazıları mediada yayırlar. Əlbəttə, sağlam tənqid həm idmanın, həm də jurnalistikanın inkişafı üçün geniş imkanlar yaradır. Amma materialda şərəf və ləyaqəti alçaldan sözlərdən istifadə edilməsi yolverilməzdir. Buna görə, jurnalistlər məhkəməyə verilə, cinayət və inzibati məsuliyyətə cəlb edilə bilərlər. Gələcəkdə informasiya texnologiyalarının imkanlarından istifadə etməklə on-layn və ya off-layn rejimlərdə hüquqi cəhətdən aşkar və ehtimal olunan pozuntuları intellektual informasiya sistemi vasitəsilə müəyyənləşdirmək yaxşı olardı.

Azərbaycanda “İdman jurnalistikası” magistr proqramının tədrisi Qafqazda bir ilkdir

Yeni media mühiti jurnalistdən özünü inkişaf etdirməyi, yeni texnologiyaları öyrənməyi və öz işində tətbiq etməyi, informasiya mədəniyyətinin, təhlükəsizliyinin xüsusiyyətlərini, İnternetin fəaliyyət prinsiplərini öyrənməyi, xarici ölkələrin İnternet resurslarından istifadə etmək üçün xarici dilləri bilmək bacarığı tələb edir.
Beynəlxalq səviyyədə rəqabətədavamlı kadrların yetişdirilməsi məqsədi ilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında 2017-ci ildən başlayaraq “İdman jurnalistikası” proqramı fəaliyyətə başlayıb. Proqrama media sahəsində tanınmış beynəlxalq ekspert Dan Mason Media şirkətinin təsisçisi Den Meyson rəhbərlik edir. Təhsil müddətində bu magistr proqramında təhsil alan tələbələr media və PR, audio və video jurnalistika, idman jurnalistikasının özəllikləri və s. ilə yaxından tanış olmaq imkanı qazanırlar.

Magistrantlar dəfələrlə onlayn radio və televiziya vasitəsilə canlı yayım edib, yüksək nailiyyətli idmançılar, məşqçilər, könüllü və tələbələrdən müsahibələr alıblar. Onlar həmçinin, proqram çərçivəsində Böyük Britaniyaya səfər edərək, 2 həftə müddətində BBC və digər nüfuzlu media orqanında təcrübə qazanıb, əsas təlim modullardan birini Şeffield Hallam Universitetində keçiblər.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının “İdman jurnalistikası” magistr proqramının ilk məzunları artıq bir sıra yerli teleradio şirkətləri və Associated Press, BBC, Əl Cəzirə və s. kimi nüfuzlu xarici media qurumları ilə əməkdaşlığa başlayıblar.

“Qələbələri yalnız dəqiq "oyunla" qazanmaq mümkündür”

Qeydlərimin sonuna müasir idman mətbuatı ilə bağlı Əməkdar jurnalist Oqtay Bayramovun fikirlərini əlavə etmək istəyirəm. Həyatının yarım əsrdən çox hissəsini idman jurnalistikasına həsr etmiş və hələ də qələmi ilə bu sahəyə töhfələrini verməkdə davam edən O.Bayramov Azərbaycanın idman mətbuatının bu gün öz yeni inkişaf dövrünü yaşadığını bildirib: “Ötən əsrin ikinci yarısından ölkəmizdə inkişaf etməyə başlayan idman jurnalistikası bu gün öz inkişafının yeni mərhələsinə qədəm qoyub. Mirpaşa Miriyev, Aqşin Kazımzadə kimi görkəmli idman jurnalistlərindən estafeti qəbul edənlərin bugünkü fəaliyyəti göstərir ki, idman mediamızda layiqli davamçılar yetişir.

Müasir jurnalistikada operativliyi xüsusi qeyd edərdim. Keçmiş SSRİ dönəmində bu sürəti yalnız xəyal etmək olardı. Şübhəsiz, müasir texnologiyalar jurnalistlərə böyük üstünlük verir. Müasir idman jurnalistlərimiz texnologiyanı yaxşı mənimsəyib onun üstünlüyündən məharətlə istifadə etdikləri kimi, peşəkarlığı da xüsusilə diqqət mərkəzində saxlamalıdırlar. Mətbuatda rast gəldiyimiz qüsurlarla bağlı “Peşəkarlıq günün tələbidir” başlıqlı yazımdakı bəzi qeydləri diqqətə çatdırmaq istəyirəm.

Müxtəlif idman növləri üzrə dünya və Avropa çempionatları haqqında materiallarda "yığma komanda" sözləri tez-tez işlədilir. Halbuki bu mötəbər yarışlar yalnız yığma komandalar səviyyəsində keçirildiyi üçün cümlələrdə "yığma" sözü artıqdır, sadəcə Azərbaycan komandası deyə bilərik.

Jurnalistlər futbol və şahmat yarışlarından bəhs edən materiallarda "xalları yarı böldülər" ifadələrindən tez-tez istifadə edirlər. Futbolda qalib komandanın 3 xal qazandığı, heç-heçəyə görə isə rəqiblərdən hərəsinə 1 xal verildiyi heç kim üçün sirr deyil. Deməli, əgər oyunda heç-heçə qeydə alınırsa, komandalar hərəyə bir xal qazanırlar, daha bir xal isə itib-batır. Bu halda xallar yarı bölünmür, ona görə də "rəqiblər hərəyə bir xal qazanmışlar", - demək, yəqin ki, daha düzgün olar.

Şahmatda isə qələbə bir, heç-heçə yarım xalla qiymətləndirilir. Bu isə o deməkdir ki, onlar xalları yox, xalı yarı bölmüşlər. Axı söhbət görüşdə oynanılan bir xaldan gedir.

Yaxud sərbəst üsulla güləşənlərin turnirində "altı idmançımızdan yalnız üçü medal qazana bilmişdir", - cümləsi üzərində dayanaq. Burada da yalnız sözünün üstündən qalın bir xətt çəkilməlidir. Bu söz təmsilçilərimizin beynəlxalq yarışda uğuruna kölgə salır - neçə-neçə ölkə nümayəndələrinin rəqabətində medalların hamısını həmyerlilərimiz qazanmalıdırlar? Bəs qalan ölkələrin güləşçiləri bu yarışa turist kimi gəlmişdilər?

İdman jurnalistikasını seçən gənc və təbii ki, hələlik bir qədər təcrübəsiz həmkarlarım öz üzərlərində işləyib peşəkarlıqlarının artırılmasına xasusi diqqət yetirməlidirlər.

İdman jurnalistlərinin bu ilin əvvəlində həyata vəsiqə almış, ancaq çox təəssüf ki, ilk addımları ağır dövrə təsadüf etmiş Azərbaycan İdman Jurnalistləri Federasiyasının 2020-ci il üçün tədbirlər planında iyunun 24-də Mirpaşa Miriyevin 100 illik yubileyinin qeyd olunması, ilin sonunda isə idman ictimaiyyətimizin nümayəndəsinə Mirpaşa Miriyev mükafatının verilməsi də nəzərdə tutulub. Təqdirəlayiq təşəbbüsdür.

Gənclər üçün həyat əslində yenicə başlanır və hər şey, o cümlədən ən böyük qələbələr hələ irəlidədir. Qələbələri isə yalnız peşəkarlıq sayəsində dəqiq "oyunla" qazanmaq mümkündür.

Leyla Qurbanova

Xəbər 525 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
24.04.2024 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib
24.04.2024 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub
24.04.2024 Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
24.04.2024 Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
24.04.2024 Azərbaycan avarçəkənləri Avropa Olimpiya Təsnifat Reqatasında iştirak edəcəklər
24.04.2024 Azərbaycanın stolüstü tennisçisi Belçikada bürünc medal qazanıb
24.04.2024 Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün son turu başlayır
24.04.2024 Azərbaycan Kubokunda finalçılar bu gün bəlli olacaq
24.04.2024 Güləş üzrə U-17 Azərbaycan çempionatına start verilib
23.04.2024 Qadın voleybolçulardan ibarət Azərbaycan çempionatının qalibi bəlli olub


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru