Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı
  Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
30.10.2018 AGIN
2019-cu ilin idman təqvimi
 Xəbərlər
07/08 | 13:40 “Bakı-2015”in qalibi rusiyalı cüdoçu Olimpiadada ikinci qızıl medalı qazanmağı qarşısına məqsəd qoyub
07/08 | 13:22 İtaliyada qadın tennisçilər arasında beynəlxalq turnir davam edir
07/08 | 12:43 “Qarabağ” klubu “Sabah” ilə yoxlama oyununda gücünü sınayacaq
07/08 | 12:34 Futbol klublarımız Qəbələdəki hazırlığı başa vurublar
07/08 | 12:21 UEFA Avropa Liqasının səkkizdəbir final mərhələsinə yekun vurulub
07/08 | 11:32 “Sumqayıt” yeni məşqçi ilə razılaşdı
07/08 | 10:12 Caner Erkin “Beşiktaş”dan ayrılıb
07/08 | 09:54 Balkan yarımarafonu üzrə çempionat Zaqrebdə keçiriləcək
06/08 | 23:21 “İdman ili”nin qəhrəmanları
06/08 | 21:32 Finlandiyalı sürücüsü Valtteri Bottas “Mercedes” komandası ilə yeni müqavilə imzalayıb
06/08 | 20:40 “Zenit”dən ayrılan futbolçu İngiltərədə çıxış edəcək
06/08 | 19:34 Lənkəran və Sədərək şahmatçıları yoldaşlıq görüşündə üz-üzə gələcəklər
06/08 | 18:09 "Sabah"ın futbolçusu karyerasını Rusiyada davam etdirəcək
06/08 | 17:30 "Azərreyl" klubu kapitanı ilə yollarını ayırıb
06/08 | 17:19 Beynəlxalq Cüdo Federasiyası BMT-nin iqlim dəyişikliyi ilə mübarizə üzrə kampaniyasına qoşulub
06/08 | 16:42 “Sumqayıt” məşqçisi ilə yollarını ayırdı
06/08 | 16:02 “Arsenal” “Çelsi”nin yarımmüdafiəçisini heyətinə qatmaq istəyir
06/08 | 16:00 “Azərreyl” klubu Çağırış kuboku yarışlarında iştirakdan imtina edib
06/08 | 15:00 “Qəbələ” klubu fransalı hücumçusu ilə müqaviləni yeniləyəcək
06/08 | 14:41 Azərbaycan və Türkiyə şahmatçıları dostluq görüşündə qarşılaşacaqlar
06/08 | 13:40 Ümumdünya Şahmat Olimpiadasının 3-cü divizionunda 50 komanda mübarizə aparacaq
06/08 | 12:51 Yarış zamanı qəzaya uğrayan niderlandlı velosipedçi komaya düşüb
06/08 | 11:12 "Qalatasaray" Arda Turanın transferini rəsmiləşdirib
06/08 | 11:00 “Sumqayıt” “Qəbələ”yə minimal fərqlə uduzub
06/08 | 10:02 “Qarabağ” “Keşlə”nin qapısından dörd cavabsız top keçirib
06/08 | 08:16 Dilqəm Quliyev -70
05/08 | 21:16 Avrokubokların 2020/2021-ci il mövsümünün püşkü onlayn atılacaq
05/08 | 19:03 Almaniya çempionatının yeni mövsümündən azarkeşlər tribunalara buraxıla bilər
05/08 | 18:10 “US Open” tennis turnirinin iştirakçıları müəyyənləşib
05/08 | 17:19 Portuqaliya çempionatının başlama tarixi müəyyənləşib
05/08 | 16:21 “Samtrediya”nın futbolçusu Nicat Qurbanov iki həftə yaşıl meydanlardan kənarda qalacaq
05/08 | 15:53 MBA: “Finiks Sanz” son saniyədə qələbə qazanıb
05/08 | 15:30 Triatlon üzrə Avropa çempionatı ləğv edilib
05/08 | 15:01 İtaliyada qadın tennisçilər arasında beynəlxalq turnir davam edir
05/08 | 14:40 Roy Cons Mayk Taysonla döyüşdən qabaq qulaqlarını sığortalamağı planlaşdırır
Digər xəbərlər 
 Topaz Premyer Liqası
N: Komandalar O Q H M T X
1 Qarabağ 20 13 6 1 34-7 45
2 Neftçi 20 10 7 3 33-14 37
3 Keşlə 20 8 6 6 27-21 30
4 Sumqayıt 20 6 5 9 24-32 23
5 Zirə 20 6 6 9 25-37 23
6 Sabah 20 5 6 9 19-27 21
7 Səbail 20 5 5 10 16-30 20
8 Qəbələ 20 5 4 11 25-35 19
Olimpiya rinqinin ilk azərbaycanlı hakimi
Tarix: 07.07.2020 | Saat: 14:13:00 | E-mail | Çapa göndər
Əgər idman ictimaiyyətimizin nümayəndələrindən, xüsusən də boks pərəstişkarlarından Niftalı Quliyevi necə xatırladıqlarını soruşsaq, böyük əksəriyyət, bəlkə də, hamı bir ağızdan onun ölkəmizin boks məktəbinin ən layiqli yetirmələrindən biri olduğunu deyər və tamamilə haqlı olar.

Həqiqətən, 1948- ci ilin startında, yanvarın 1-də həyata göz açıb 2012-ci ilin finişində, dekabrın 15-də qəfil ölüm nəticəsində cəmi 64 yaşında onu tərk etmiş Niftalı müəllim yaddaşlarda əsil idman adamı,görkəmli mütəxəssis kimi qalmışdır və onun idmanda,ilk növbədə isə rinqdə keçdiyi yol hər cür hörmətə layiqdir.

Böyük idmanda yoluna Sumqayıtda başlayan N.Quliyev istər idmançı, istərsə də məşqçi, hakim,müəllim kimi geniş nüfuz qazanmışdı. Azərbaycan boksunun dünyada tanınmasında, bütünlüklə idmanımızın inkişafında onun xidmətləri heç kim üçün sirr deyil. Bir çox ölkədə keçirilmiş onlarla mötəbər beynəlxalq turnirdə, o cümlədən dünya və Avropa çempionatlarında, Olimpiya oyunlarında yüksək səviyyəli hakimliyi diqqət mərkəzində olub.

Azərbaycan çempionu, SSRİ idman ustası, Fəxri bədən tərbiyəsi və idman işçisi,respublikamızın Əməkdar bədən tərbiyəsi və idman xadimi, pedaqoji elmlər namizədi Niftalı müəllimin hakimlik karyerası xüsusilə zəngindir.

Bu karyeranın zirvəsi isə 2004- cü ildə Afinada keçirilmiş Olimpiya oyunlarıdır. N.Quliyev ən böyük sevincini məhz olimpiadaların vətəni Yunanıstanın baş şəhərində təşkil edilmiş Olimpiya oyunlarında keçirib. Həmin il o özü olimpiya rinqində hakimlik edən ilk Azərbaycan təmsilçisi olub, üstəlik də, iki həmyerlimiz Ağası Məmmədov və Fuad Aslanov fəxri kürsünün bürünc pilləsində təbrikləri qəbul etmişlər. Buna qədər isə Azərbaycanın dəri əlcək ustalarının hesabında olimpiya rinqində qazanılmış yalnız bir medal olmuşdu. Onu ölkəmizə 2000-ci ildə Sidney (Avstraliya) Olimpiadasından bürünc mükafatçı Vüqar Ələkbərov gətirmişdi. Niftalı müəllimin Afinadan Bakıya Olimpiadanın ən yaxşı hakimlərindən biri kimi qayıtdığını da xüsusi qeyd etmək lazımdır.

Həmvətənimizin Olimpiya sınaqlarından bir il sonra Pekində keçirilmiş dünya çempionatının ən yaxşı hakimi elan edildiyini xatırlamaq da adamda xoş hisslər oyadır.

Həmkarım Ceyran Fikrətqızı 2008-ci ildə Niftalı Quliyevin 60 illik yubileyinə həsr olunmuş "Mənalı ömrün akkordları" adlı sanballı bir kitab nəşr etdirmişdir.Qeydlərimizi həmin kitabdan Azərbaycan idmanının yetirdiyi ən görkəmli şəxsiyyətlərdən biri, təkcə ölkəmizdə deyil, dünya boksunda xüsusi yeri olan akademik Ağacan Abiyevin bir fikri ilə yekunlaşdıraq: “O, həm alim,həm məşqçi, həm də beynəlxalq dərəcəli hakim kimi özünü doğrultmuşdur”.

Oqtay BAYRAMOV,
Əməkdar jurnalist

07.07.2020

Xəbər 148 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
31.07.2020 İdmana məhəbbətlə
20.07.2020 Ruhun şad olsun, qrossmeyster
15.07.2020 Azərbaycan-Kuba idman əlaqələri
11.07.2020 Azərbaycan həndbolunun əfsanələri
04.07.2020 Onlarsız “İdman” geniş oxucu rəğbəti qazana bilməzdi
30.06.2020 “Olimpiya dünyası”nın xeyir-duası ilə
25.06.2020 Mirpaşa Miriyev - 100
21.06.2020 46 il əvvəl bu gün
15.06.2020 Çilingərlikdən idman jurnalistikasına
06.06.2020 Futbolumuzun 100 illik yubileyi günlərində futbolla vidalaşmış Aqşin Kazımzadə


  Arxiv
Tarixləri seç: 
 dən 
Fotogalereya
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
Müəllif yazıları
Qabil Mehdiyev
qabil-so@mail.ru
Mənim “İdman” sevgim
BATI YAR
batyyar@mail.ru
Koronavirus hər şeyi məhv edir, yoxsa mehvərinə, özünə və məğzinə qaytarır
Leyla Qurbanova
leyla-6565@mail.ru
Bakı şəhər trasını seçməyin 5 səbəbi
Əli Fərəcov
alfaraj@mail.ru
Arzulara sədd yoxdur
Vüqar Məmmədov
vuqar-inqilaboqlu@mail.ru
Donmuş reytinqin ön sıraları haqqında fərqli düşüncələr
Aynurə Aşırova
aynure.penah-2015@mail.ru
Formula 1 maliyyə böhranından üzüağ çıxa biləcəkmi ?
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 8-ci mərtəbə
İndex: AZ 1073;
Tel: (+99412) 434-57-32, (+99412) 510-53-10
Fax: (+99412) 510-53-10
E-mail: idman-sport@mail.ru