Beynəlxalq Olimpiya Komitəsi (BOK) irqçiliyin hər cür təzahürünü pisləyir.
Bu sözləri BOK-un prezidenti Tomas Bax bildirib.
BOK-un irqçiliyin hər cür təzahürünü qınadığını bildirən T.Bax ayrı-seçkiliyin olmamasının Olimpiya hərəkatının təməl nöqtələrindən biri olduğunu vurğulayıb: “BOK dinindən, dilindən, irqindən, milliyyətindən, dərisinin rəngindən, siyasi baxışlarından asılı olmayaraq irqçiliyin hər cür təzahürünü pisləyir. Olimpiya Oyunları irqçiliyə qarşı qlobal nümayişdir.
BOK-un prezidenti quruma üzv ölkələrin idmançılarının eyni hüquqlara malik olduqlarını, yarışlar zamanı Olimpiya kəndində dinc və yanaşı yaşadıqlarını, birgə çörək kəsdiklərini, fikir mübadiləsi apardıqlarını və duyğularını bölüşdüklərini bildirib. O, BOK-un irqçiliyə və hər hansı ayrı-seçkiliyə qarşı çıxdığını və ən əsası idmançıların bu prinsipi dəstəklədiklərini vurğulayıb.
|