Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı
  Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
30.10.2018 AGIN
2019-cu ilin idman təqvimi
 Xəbərlər
03/07 | 22:09 "Ferrari” komandası Fettelə yeni müqavilə təklif etməyib
03/07 | 21:31 Şahmat üzrə Qran-Pri turnirinin ikinci mərhələsinin finalçıları müəyyənləşib
03/07 | 19:53 Şahmatçılarımız Azərbaycan-Türkiyə yoldaşlıq görüşündə qələbə qazanıblar
03/07 | 18:25 “Qəbələ” xorvatiyalı müdafiəçisi ilə yollarını ayırıb
03/07 | 18:02 “Chessable Masters”: Finalda Maqnus Karlsen Aniş Giri ilə mübarizə aparacaq
03/07 | 17:22 Leroy Sanenin Almaniyanın “Bavariya” komandasına keçidi rəsmiləşib
03/07 | 16:01 Bu gün Qran-Pri turnirinin ikinci mərhələsinin yarımfinal yarışları keçiriləcək
03/07 | 14:56 “Barselona” klubu Şarunas Yasikyaviçyus ilə üçillik müqavilə imzalayıb
03/07 | 14:35 Bu gün Qran-Pri turnirinin ikinci mərhələsinin yarımfinal yarışları keçiriləcək
03/07 | 14:02 WADA dopinqlə mübarizədə növbəti 5 il üçün iş planını açıqlayıb
03/07 | 13:13 On yeddi yaşlı futbolçu Ronaldonun rekordunu yeniləyib
03/07 | 12:42 “Sabah” klubu baş məşqçisi Jelko Sopiçlə yollarını ayırıb
03/07 | 12:01 Ralli üzrə dünya çempionatının bərpa olunacağı tarix açıqlanıb
03/07 | 11:26 “Mançester Siti” komandası “Liverpul”un qapısından dörd cavabsız top keçirib
03/07 | 10:00 “Chessable Masters” yarışında finalçıların adları müəyyənləşib
03/07 | 09:53 MBA-nın 9 basketbolçusunda koronavirus testləri müsbət nəticə verib
02/07 | 22:07 Serxio Ramos ən çox sarı vərəqə alan futbolçudur
02/07 | 20:30 Postpandemiya dövründə idmanda neqativ hallara qarşı mübarizə məqsədilə sənəd imzalanıb
02/07 | 19:20 MHL-də çıxış edən hokkeyçilər mövsümün bərpa edilməsinin əleyhinədir
02/07 | 18:47 AFFA yeni hakimləri təsdiq edib
02/07 | 17:44 “Chessable Masters”: Yan Nepomnyaşi finala vəsiqə uğrunda Aniş Giri ilə mübarizə aparacaq
02/07 | 16:55 Bu gün şahmat üzrə Qran-Pri turnirinin ikinci mərhələsinin dörddəbir final yarışları keçiriləcək
02/07 | 16:46 Formula 1 xidməti maşınlarını ictimaiyyətə təqdim edib
02/07 | 16:31 Misirli futbolçu Məhəmməd Salah doğma kəndində təcili tibbi yardım mərkəzi tikdirib
02/07 | 15:28 Paralimpiya çempionu İlham Zəkiyev: Koronavirusa qarşı mübarizədə həmrəylik nümayiş etdirməliyik
02/07 | 14:39 “Moselle Open” tennis turniri təxirə salınıb
02/07 | 13:52 Tokio Olimpiadasının təşkilat komitəsi Oyunlar barədə yekun qərarın təxirə salınmasını təklif edir
02/07 | 13:44 Sabah Avstriya Qran-Prisi ilə Formula 1 mövsümünə start verilir
02/07 | 12:53 “Qarabağ” klubu sabiq futbolçusu ilə müqavilə imzalayıb
02/07 | 12:16 Sosial məsafə qaydasının pozulması səbəbindən final matçı 14 dəqiqəlik dayandırılıb
02/07 | 11:49 2 iyul - Beynəlxalq İdman Jurnalistləri Günüdür
02/07 | 11:05 UEFA Çempionlar Liqasında 2020-2021-ci il mövsümünün təqvimi açıqlanıb
02/07 | 10:11 Şahmatçımız Günay Məmmədzadə çinli Hou Yifana məğlub olub
02/07 | 09:55 “Chessable Masters”: Maqnus Karlsen finala vəsiqə qazanıb
01/07 | 22:12 Futbol üzrə Çin çempionatının başlayacağı tarix müəyyənləşib
Digər xəbərlər 
 Topaz Premyer Liqası
N: Komandalar O Q H M T X
1 Qarabağ 20 13 6 1 34-7 45
2 Neftçi 20 10 7 3 33-14 37
3 Keşlə 20 8 6 6 27-21 30
4 Sumqayıt 20 6 5 9 24-32 23
5 Zirə 20 6 6 9 25-37 23
6 Sabah 20 5 6 9 19-27 21
7 Səbail 20 5 5 10 16-30 20
8 Qəbələ 20 5 4 11 25-35 19
Formula 1 maliyyə böhranından üzüağ çıxa biləcəkmi ?
Tarix: 13.05.2020 | Saat: 12:20:00 | E-mail | Çapa göndər
Aynurə Aşırova | aynure.penah-2015@mail.ru

Koronavirusun yaratdığı qlobal vəziyyət səbəbindən dünyada maliyyə böhranı genişlənməkdədir. Təbii ki, Formula1-in də bir şirkət olaraq cari ildə maliyyə çətinliyi keçirəcəyinə heç şübhə yoxdur.

Təqvimdə Monako və Avstraliyadan başqa təxirə salınmış 10 yarış yeni tarixlərini gözləyir.
Formula1 təşkilatçıları maddi itkini minimuma endirmək üçün təqvimdəki yarış sayını artırmaq niyyətindədir. Bu səbəbdən də hazırda təşkilatçılar ilkin versiya ilə heç bir əlaqəsi olmayan yeni təqvim versiyası hazırlayır və maksimum sayda yarış keçirməyi planlaşdırır. Son açıqlamasında, Formula1-in icraçı direktoru Çeyz Keri 2020-ci il mövsüm təqviminin üzərində işlədiklərini və mövcud vəziyyətin gələnilki mövsümə təsir etməyəcəyini deyib. Hal-hazırda Liberty Media təxirə salınmış 2020-ci il mövsümündə 15-18 yarış keçirməyi planlaşdırır. İlk yarışın iyulun 5-də başlanması gözlənilir. Çempionat dekabrda başa çatması gözlənilir. Bu tarix isə ilkin təqvimdəki son yarışın tarixindən gecdir. Lakin digər variantlar da nəzərdən keçirilir. Mövsümün yanvarda başa çatması ehtimalı da var.

Əslində, şirkət mövsümdə 15-18 yarış keçirəcəyini bildirsə də, bu ehtimal da gündən-günə azalır. İlkin versiya kimi, təşkilatçılar 8 yürüşdən tutmuş 22-yədək müxtəlif sayda yürüş nəzərdə tutur. Təqvimin ən ağlabatan variantı 15 Qran-Prini ehtiva edir. Əgər daha az sayda yürüş təşkil olunarsa, cari ildə təbii ki, Formula1 təşkilatçıları ciddi maliyyə böhranı yaşayacaq. Hal-hazırda F1-nin maddi cəhətdən böhran yaşadığı göz qabağındadır. Birincisi, onlar 2020-ci ildə təqvimə əlavə olunan 22-ci yarış sayəsində F1-nin ümumi gəlirinin artacağını gözləyirdi. Nəzərə çatdıraq ki, 2019-cu ildə şirkətin gəliri 2022 milyon dollar təşkil etmişdir. Gəlirlərin böyük hissəsi üç əsas gəlir seqmentindən gəlib: yarış yerləri üçün ödəniş (30%), yayım hüquqları (38%) və sponsorluq (15%). Beləliklə, şirkət keçirilməyən hər yarış üçün (Monako istisna olmaqla) 30-50 milyon dollar itirir. İkincisi, F1-in əsas sponsorları olan Heineken, DHL və Emirates kimi şirkətlər koronavirus səbəbindən markalarını tanıtdıra bilmədikləri üçün ödəniş də etmirlər. Beləliklə, F1 2020 mövsümü ilə əlaqədar reklam işləri də tamamilə daralıb.

Bu yaxınlarda dünyanın ən yaxşı kredit reytinq agentliklərindən biri olan Moody Investors Service şirkətinin analitikləri Formula1-in gələcək taleyi və fəaliyyətini qiymətləndirərək hesabat yayımlayıb.

Bu hesabatda “Moody”-i beynəlxalq reytinq agentliyi Formula1 haqqında B2 reytinqi və ya bir az riskli olacağı xəbərdarlığını bildirib. Daha sadə sözlərlə desək, F1 2020-ci il mövsümündən keçmək üçün əmanətlərindən istifadə etməli və daha çox borc götürməli olacaq. “Moody”-i şirkətinə görə, “COVID-19” olmamışdan belə, F1 rəhbərliyi 2020-ci ili çətin keçirəcəkdi. Bunun ən böyük səbəblərindən biri 2021 və sonrakı dövr üçün razılaşma sazişlərinin imzalanması, habelə bir çox yayım təşkilatının müqavilələrinin ilin sonunda başa çatmasıdır.

Mütəxəssislər yenilənməli olan razılıq sazişinin şirkətə iqtisadi ziyan verəcəyini düşünmür. Çünki, dünyanın bütün şirkətləri, bütün idman rəhbərliyi eyni dərəcədə çətin vəziyyətdədirlər. Əslində, mütəxəssislər F1-in yeni təqvimi tərtib olunmasa belə, 2020-ci il böhranından sağ çıxmaq üçün kifayət qədər pulunun olduğuna inanır. Analitiklər 2020-ci il mövsümünün tamamilə itirildiyi və gəlirlərin azaldığı təqdirdə, şirkətin 2021-ci ildə və daha sonrakı dövrlərdə geri dönmə qabiliyyətinə sahib olacağını düşünür. Çünki, F1 hal-hazırda təxminən 900 milyon dollar həcmində likvidliyə (asanlıqla pula çevrilə bilən bütün aktivlərə) sahibdir. Analitiklər bu büdcənin cari mövsümün ləğv edildiyi təqdirdə təşkilatçıların, sponsorların, komanda ödəmələri və digər əlavə xərclər zamanı balans üçün kafi olacağını ehtimal edir. “Moody” -nin təhlili aşağıdakı cümlələrlə başa çatır: “Şirkətin qazancı, böyük azarkeş bazası və yüksək pul axını nəzərə alınmaqla, böhrandan sonra bərpası daha rahat olacaq. F1 şirkəti yalnız yeni müqavilələrin yenilənməsi səbəbindən 2021-ci ildə makroiqtisadi zəifliklərlə üzləşə bilər”.

Amma hekayənin əsas tərəfi komandalara aiddir. Formula1-də mübarizə aparan 10 komandanın hamısı çətin ki, cari ildən üzüağ çıxa bilsin. Onların yeni Razılıq sazişi imzalaması isə çətin görünür. Bu zaman sual yaranır. Əgər imzalamasalar, F1 gücünü tamamilə itirəcəkmi? Koronavirusla əlaqədar olaraq, şirkətin hazırda bazaları bağlıdır, hissələrin istehsalı dayandırılıb, aerodinamik boruları işləmir. Səyahət və nəqliyyat üçün işçilərinə pul ödəmələri etməyən komandalar işçilərinə maaş verməkdə belə ciddi şəkildə çətinlik çəkirlər. Nəzərə alsaq ki, təqvimlə birlikdə McLaren, Racing Point və Williams kimi komandalar ciddi maliyyə itkisi yaşamamaq üçün pilotlara və menecerlərə ödənişlərini azaltdı. Hətta işçilərini qeyri-müəyyən müddətədək məzuniyyətə göndərdilər. Bundan başqa, F1 FIA ilə birlikdə xərcləri azaltmaq üçün bir neçə addım atdı. Xüsusilə, yeni qaydalar 2022-ci ilə qədər təxirə salındı, şassi dizaynı gələn mövsümün sonuna qədər donduruldu. Eyni zamanda, komandalar 2021-ci il üçün büdcəni 175 milyon dollardan 150 dollara endirmək barədə razılığa gəldilər. İndi xərclərin daha da azaltmağı üzərində müzakirələr gedir. Xərclər mövzusuna bütün bu diqqətlər son dərəcə məqbuldur. Ancaq bu tədbirlər kifayətdirmi? Bu sualın cavabı isə 2020-ci ilin gəlirlərindən asılı olacaq.

Bütün komandalar üçün isə bu çox qorxulu bilinməyən bir cavabdır. Çünki, onların gəlirləri birbaşa keçirilmiş Qran-pri sayısına bağlıdır. Heç kim əminliklə deyə bilməz ki, Çeyz Kerinin dediyi kimi mövsüm ərzində 15-18 yarış baş tutacaq. Bütün komandaların iki gəlir mənbəyi var: birincisi, sponsorlardan, sahiblərdən və investorlardan (məsələn, Fiat və ya Lourens Stroll) gələn pullar. İkinci mənbə isə, F1-dən qazanılan mükafatlar sayəsində qazanılan gəlirlər. Ancaq koronavirus səbəbindən hər şey alt-üst oldu.

İndi sponsorların da müqavilələrini 22 yarışa bağlanması ehtimalı azdır. Onlar 15 yarışa asanlıqla tam məbləği ödəyə bilərlər. Ancaq çempionatda Qran-Prinin sayı daha da azalarsa, bu zaman şirkətlərin rəhbərləri və səhmdarları narahat ola bilərlər. Çünki, adı F1 maşınında yazılan hər hansı bir şirkətin indi öz maliyyə problemləri var. Həm də onlar da öz xərclərini azaldırlar. Buna görə də, F1 komandalarına bu qədər maliyyə ayırmaq onlara sərf etməz. Sponsorlardan pul itirmək isə bütün komandalara çox ciddi təsir göstərə bilər. Lakin pul itkisindən gələn zərbə qeyri-bərabər paylanacaq. Nəticədə 5 kiçik komanda - Renault, Racing Point, Alfa Romeo, AlphaTauri və Haas daha çox əziyyət çəkəcəklər. Beləliklə, gəlir azlığı səbəbindən yalnız Mercedes, Willams, Ferrari, Red Bull, McLaren mövsümü yaxşı çıxa bilər.

Qeyd edək ki, F1 cari ildə normal təqvimə belə qayıtsa, ümumilikdə, 2 milyard dollardan çox qazanc əldə edə bilməyəcək. Komandaların gəlirlərinə isə güclü zərbə vurulacak. Çünki, sponsorların qayıdacağı bir həqiqət deyil, Onlar da koronavirus pandemiyası səbəbindən ciddi maliyyə problemləri ilə qarşılaşıblar. Sonda ümid edək ki, Formula 1 ciddi böhrandan üzüağ çıxmağı bacaracaq.







Xəbər 997 dəfə oxundu



 
Müəllifin son yazıları

23.11.2017 Velosipedlə sağlamlığa gedən yol


  Arxiv
Tarixləri seç: 
 dən 
Fotogalereya
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
Müəllif yazıları
Qabil Mehdiyev
qabil-so@mail.ru
Mənim “İdman” sevgim
BATI YAR
batyyar@mail.ru
Koronavirus hər şeyi məhv edir, yoxsa mehvərinə, özünə və məğzinə qaytarır
Leyla Qurbanova
leyla-6565@mail.ru
Bakı şəhər trasını seçməyin 5 səbəbi
Əli Fərəcov
alfaraj@mail.ru
Arzulara sədd yoxdur
Vüqar Məmmədov
vuqar-inqilaboqlu@mail.ru
Donmuş reytinqin ön sıraları haqqında fərqli düşüncələr
Aynurə Aşırova
aynure.penah-2015@mail.ru
Formula 1 maliyyə böhranından üzüağ çıxa biləcəkmi ?
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 8-ci mərtəbə
İndex: AZ 1073;
Tel: (+99412) 434-57-32, (+99412) 510-53-10
Fax: (+99412) 510-53-10
E-mail: idman-sport@mail.ru